• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Müharibə, qarşıdurma, hərbi əməliyyatların nəticəsi: təhlükəsizliyin təhdidi - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 16:09

Müharibə, qarşıdurma, hərbi əməliyyatların nəticəsi: təhlükəsizliyin təhdidi - ŞƏRH


Günün əsas sualları – yükləri haradan daşımalı, harada dincəlməli, hara səyahət etməlı? Qlobal miqyasda mənzərəyə baxanda az qala hər yerdə təhlükə, təhdid var. ABŞ-İsrail və İran hərbi qarşıdurması bəhs etdiyimiz məsələlərdə vəziyyətin gərginləşməsi, hətta böhranın yaranmasının baisidir.

Ötən gün ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika ordusu İrana hücumu 2-3 həftəyə dayandıra bilər. Onun sözlərinə görə, bunun üçün Tehranla sövdələşmə, yaxud Hörmüz boğazının nəzarətə götürülməsi vacib deyil: "Onlarda (İranı nəzərdə tutur-S.İ.) rejim dəyişdi. Bu mənim planlarıma daxil deyildi. Mənim bir məqsədim var idi - onların nüvə silahına sahib olmasının qarşısını almaq. Bu məqsədə nail olundu. Biz işi bitiririk və düşünürəm ki, bu, ola bilsin, iki həftə çəkəcək, bəlkə bir-iki gün daha çox. Amma biz onlarda olan hər şeyi məhv etmək istəyirik".

O əlavə edib ki, razılaşma əldə ediləcəyi halda qarşıdurma daha tez dayandırıla bilər: "İran bunu çox istəyir".

Donald Trampın qənaətincə, ABŞ İrana hücumları "çox tezliklə" dayandıran kimi "qiymətlər də kəskin düşəcək".

Ancaq bu vədlər nə yollar, hotellər, kurortlar, istirahət mərkəzləri, nə də boğazlar və körfəzlərdə təhlükəsizliyə təminat vermir. ABŞ-İsrail və İran qarşıdurması bölgədən kənar ölkələrin belə təhlükəsizliyini, suverenliyini təhdid edir. Türkiyənin hava məkanında İrandan ayrı-ayrı vaxtlarda atılan dörd ballistik raketin NATO qüvvələri tərəfindən zərərsizləşdirilməsi bunu təsdiqləyir.

Qara dənizdə Bosfor boğazına təxminən 14 mil məsafədə Türkiyə şirkətinə məxsus Sierra Leone bayrağı altında üzən "Altura" adlı neft tankeri pilotsuz dəniz aparatı tərəfindən hücuma məruz qalmışdı. Bu dronların "yiyəsi" ictimaiyyətə açıqlanmadı. "Altura" tankerinin Hörmüzdən, yaxud Bab-əl-Məndəbdən deyil, münaqişə bölgələrindən, o cümlədən Rusiya-Ukrayna müharibəsindən kənardan hərəkət edərkən hücuma məruz qalması yükdaşımalarda marşrut seçməkdə çətinlik yaradır.

Kipr adasının yunanlara aid hissəsinə dron və raketlərlə hücum edilməsi də münaqişədən kənar bölgənin hücuma məruz qalmasına dair daha bir örnəkdir.

Türkiyə, Kipr adası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) insanların dincəlmək üçün seçdikləri yerlərdəndir. Dubayı "varlılar üçün cənnət" sayırlar. Ancaq pulluların "cənnəti" də raket hücumlarından sığortalanmayıb. İndi bu şəhərin təhlükəsiz imici günü-gündən pisləşir. Məsələn, ABŞ və İsrailin İrana hücumundan bir gün sonra Dubayı tərk edən "Telegram"ın qurucusu Pavel Durov "X" hesabında yazmışdı: "Cinayət səviyyəsi nəzərə alınsa, üzərindən raketlər uçsa belə Avropa Dubaydan daha az təhlükəsizdir".

İranın atdığı raketlərlə Dubayda tanınmış bir neçə obyekt, o cümlədən lüks "Fairmont The Palm" və "Jumeirah Burj Al Arab" hotelləri zədələnib. Hücumlar dünyanın ən yüklənmiş hava limanı olan Dubay Beynəlxalq Hava Limanının ərazisini də əhatə edib.

BƏƏ, o cümlədən Dubay istirahət deyil, həm də ticarət əhəmiyyətlı mərkəzləri ilə dünyanın başlıca bölgələrindən sayılır. Həddən artıq zəngin sakinlərin sayına görə Dubay dünya üzrə ilk 20-ə daxildir, son 10 ildə onların sayının artım tempinə görə isə yalnız Çinin Şençjen və Quançjou şəhərlərindən geri qalır.

Xarici medianın məlumatına görə, Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra Dubaya daimi yaşayış üçün köçənlər arasında varlı rusların sayı nəzərəçarpacaq dərəcədə artıb. Rusiya İqtisadi İnkişaf Nazirliyinin hesabatına əsasən, 2024-cü ildə Dubayı ziyarət edən rusların sayı iki milyon nəfər olub. 2021-ci ildə isə bu göstərici 500 mindən az olub.

Bu günlərdə İran ABŞ-nin müxtəlif informasiya və elektron texnoloji şirkətlərini də hədəfə alacağını bildirib. Vurğulanıb ki, Dubay Beynəlxalq Maliyyə Mərkəzində (DIFC) ümumi dəyəri 1,2 trilyon dollar olan aktivləri idarə edən təxminən 120 ailə ofisi fəaliyyət göstərir. "Alphabet" (Google), "Amazon", IBM, "Microsoft", "Nvidia" və "Oracle" kimi iri beynəlxalq şirkətlər Dubayı regional mərkəz kimi seçiblər.

Keçən həftə "Amazon"un üç data mərkəzi - ikisi BƏƏ-də, biri Bəhreyndə - İran zərbələrinə məruz qalıb.

2025-ci ildə Əmirlik təxminən 20 milyon turist qəbul edib. Dubay aeroportunun sərnişin axını 95 milyon nəfər təşkil edib. Bu il BƏƏ-yə ziyarətçi sayının kəskin düşəcəyi ehtimalı yüksəkdir. Çünki münaqişə fonunda İran Dubayın beynəlxalq hava limanına bir neçə dəfə dronla hücum edib. Bu baxımdan, Yaxın Şərqdəki mövcud münaqişə beynəlxalq aviasiyaya mənfi təsir göstərib.

Bir neçə gün əvvəl BƏƏ-nin konteynerli yük maşını İrandan Ermənistana gedən yolda atəşə tutulub. Hadisə Ermənistan-İran sərhədindəki "Norduz" buraxılış məntəqəsindən təxminən 500 km məsafədə baş verib. Ermənistan mediası bildirib ki, bu, ilk belə hadisədir. Məlumata görə, yük maşınında avtohidroqaldırıcı olub.

Ötən gün İran Küveyt hava limanına da zərbə endirib. Nəticədə aviasiya yanacağı olan rezervuarlar yanıb.

Qeyd etdiyimiz faktlar çoxsaylı hadisələrə nümunələrdəndir.

Həmçinin, Rusiya Ukraynada apardığı müharibə ilə keçmiş sovet respublikalarının, Avropa İttifaqı ölkələrinin təhlükəsizliyini, suverenliyini, ərazi bütövlüyünü təhdid edir.

Gələcəkdə Latın Amerikasında anti-ABŞ hadisələrinin baş verməyəcəyinə təminat yoxdur. Şərqi Asiyada da vəziyyət heç də sabit, təhlükəsiz deyil. Pakistan-Əfqanıstan müharibəsi, habelə Hindistanın qonşu ölkələrlə müharibə vəziyyəti, Çinin Tayvanı hədələməsi, Şimali Koreyanın region ölkələrini, ABŞ başda olmaqla dünyanı nüvə silahı müharibəsi ilə şantaj etməsi, Afrikada müxtəlif proksi qüvvələrin fəaliyyəti, bu qitənin mərkəzində mübahisəli ərazilərlə bağlı silahlı münaqişələr regional və qlobal miqyasda təhlükəsizlik, asayiş, əmin-amanlıq, sabitlik baxımından acınacaqlı mənzərəni təsəvvür etməyə imkan verir.

Odur ki, dünyadakı hazırkı durum sosial vəziyyətindən, statusundan, var-dövlətindən, yükündən asılı olmayaraq, hamı üçün təhlükəlidir. Eynilə zəlzələ kimi. Müharibə, silahlı toqquşma, münaqişə, qarşıdurma, necə adlanmasından asılı olmayaraq, Yer kürəsində dinc, təhlükəsiz, əmin-aman yerin olmasını təhdid edən, insanların torpaq üstündə yaratdıqları təkanlardır...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

20-02-2026, 16:50

Vaşinqton və Tehran savaşla saziş astanasında – iki həftəliyə təxirə salınan müharibə - ŞƏRH

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 17:18
    Rusiya Azərbaycana təşəkkür etdi
  • Bu gün, 16:42
    Masazırdakı çökən yolla bağlı - Rəsmi açıqlama
  • Bu gün, 16:09
    Müharibə, qarşıdurma, hərbi əməliyyatların nəticəsi: təhlükəsizliyin təhdidi - ŞƏRH
  • Bu gün, 15:35
    ABŞ və İsrail İranın polad sənayesinə zərbə endirib
  • Bu gün, 15:08
    Suqovuşanda mina partlayıb, xəsarət alan var
  • Bu gün, 13:34
    Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək
  • Bu gün, 13:28
    Xatirələrin Səsi
  • Bu gün, 12:37
    Martda dövlət sərhədini pоzan 9 nəfər saxlanılıb
  • Bu gün, 11:44
    Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə mübahisə yaranıb
  • Bu gün, 11:05
    Futbol üzrə Dünya Çempionatının bütün iştirakçıları bəlli olub - QRUPLAR
  • Bu gün, 10:34
    MİQ-ə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı açıqlanıb - CƏDVƏL
  • Bu gün, 10:03
    Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib
  • Bu gün, 09:22
    DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib
  • Bu gün, 08:56
    Sabunçu rayonunun bəzi ərazilərində dörd saat işıq olmayacaq
  • Dünən, 18:13
    Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq
  • Dünən, 17:50
    BŞİH: Yağış səbəbindən təhlükəli vəziyyətdə olan ərazilərin sakinləri müvəqqəti hotellərə yerləşdirilib
  • Dünən, 17:04
    Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • Dünən, 16:11
    Ağdamda əmək yarmarkası keçiriləcək
  • Dünən, 15:34
    Azərbaycanda maliyyə institutlarına şirkətlərin benefisiar mülkiyyətçisi barədə məlumat verilməyəcək
  • Dünən, 14:58
    Azərbaycanın yollarında yeni elektron tərəzilər istismara veriləcək
  • Dünən, 14:51
    31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür
  • Dünən, 14:21
    Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək
  • Dünən, 11:58
    “1918-ci il hadisələri -UNUDULMAYAN TARİX” sənədli filminə baxmağı tövsiyə edirik VİDEO
  • Dünən, 11:54
    Kamran Əliyev Tərtərdə vətəndaşları qəbul edəcək
  • Dünən, 11:24
    Türkiyə MN: Azərbaycanlıların 31 mart soyqırımını unutmadıq, unutdurmayacağıq
  • Dünən, 10:52
    Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisinin oyun proqramı açıqlanıb
  • Dünən, 10:01
    XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
  • Dünən, 09:33
    İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
  • Dünən, 09:09
    Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
  • Dünən, 08:55
    31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
  • 30-03-2026, 23:00
    31 Mart Soyqırımı – Milli Yaddaşın Günü
  • 30-03-2026, 15:59
    “BMT-nin trans-Atlantik qul ticarətinə dair qətnaməsini tam dəstəkləyirik”
  • 30-03-2026, 15:33
    Bakı-Qazax yolunda ağır qəza - Xəsarət alan var
  • 30-03-2026, 15:07
    Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb
  • 30-03-2026, 14:44
    Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə