• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Vaşinqton və Tehran savaşla saziş astanasında – iki həftəliyə təxirə salınan müharibə - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 16:50

Vaşinqton və Tehran savaşla saziş astanasında – iki həftəliyə təxirə salınan müharibə - ŞƏRH


ABŞ İrana möhlət verib. Prezident Donald Tramp "Sülh Şurası"nın ilk iclasında bildirib ki, dünya yaxın 10 gündə İranla bağlı baş verənlərdən xəbər tutacaq. O əlavə edib ki, Tehran nüvə məsələsində sövdələşməyə razılıq verməzsə, çox pis hadisələr olacaq.

Belə qeyri-müəyyənlik qlobal miqyasda bir sıra baxımdan narahatlıq yaradıb. Çünki İranla region dövlətləri arasında iqtisadi-ticarət əlaqələri var. Bu ölkənin vətəndaşları ilə qonşu dövlətlər arasında etnik qohumluq mövcuddur.

Odur ki, İrana hücumun nəticələrinə həm humanitar, həm də iqtisadi baxımdan yanaşılmasına ehtiyac duyulur.

Bundan başqa ABŞ-nin tərəfdaşı olan region ölkələrində ona məxsus hərbi baza, neft obyektləri mövcuddur.

Tehran rəsmiləri Ştatların mümkün hərbi müdaxiləsinə cavab olaraq, həmin obyektləri vuracaqlarını gizlətmirlər. Çünki region ölkələrinin təhlükəsizliyinin təmini də vacib hesab olunur.

Bu şəraitdə regionda - Körfəzdə, Hörmüz boğazında gərginlik artır.

ABŞ əraziyə əlavə hərbi qüvvə və texnika yerləşdirib. İslam Respublikası isə bölgədə Rusiya ilə birlikdə hərbi dəniz qüvvələrinin birgə təlimini keçirib.

Habelə yaxın günlərdə İran Rusiya və Çinlə birlikdə Hörmüz boğazında birgə dəniz təlimləri keçirəcək. Bildirilib ki, rəsmi Moskva və Tehran regionda baş verən hadisələr fonunda "Dəniz Təhlükəsizlik Kəməri 2026" təlimlərini xüsusilə aktual sayırlar. Belə ehtimal olunur ki, ABŞ-nin İrana mümkün hücumu zamanı Çin və ya Rusiya gəmilərinin ərazidə mövcudluğu hərbi və siyasi nəticələrə səbəb ola bilər.

Bunu Pekin və Moskvanın Tehrana dayaq durmaları, habelə üçlüyün birlik nümayişi kimidə dəyərləndirmək mümkündür.

Çin və Rusiya bununla ABŞ-nin mümkün hücumuna mane olmağa səy də göstərə bilərlər.

ABŞ-də hazırlığını və bu rayonda qüvvələrini artırır. Məlumatlara əsasən, 2025-ci ildə İranın hərbi obyektlərinə qarşı zərbələrdə istifadə edilən ABŞ Hərbi Hava Qüvvələrinin "B-2 Spirit" strateji bombardmançıları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Karib dənizi hövzəsindən İrana doğru hərəkət edən ABŞ-nin ikinci aviadaşıyıcı qrupunin fevralın 22-də, yaxud gələn həftənin əvvəlində Aralıq dənizinə yetişəcəyi gözlənilir.

Habelə "Gerald R. Ford" təyyarədaşıyan gəmisi Təl-Əvivi və İsrailin başqa şəhərlərini İranın potensial cavab zərbələrindən qorumaq üçün bu ölkənin yaxınlığında yerləşdiriləcək.

Ağ Evin mətbuat katibi Karolin Levittinin sözlərinə görə, İrana zərbə endirmək üçün çoxlu səbəblər və arqumentlər olsa da, Donald Tramp ilk növbədə diplomatiyanı seçir. O xatırladıb ki, Vaşinqton iyun ayında İranın nüvə obyektlərinə qarşı yönəlmiş çox uğurlu əməliyyat keçirərək, xəbərdarlıq edib: "Tehran razılaşmaya getsə, bu çox ağıllı addım olar".

Cenevrədə keçirilən danışıqların ikinci mərhələsini ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News"a müsahibəsində görüşü müsbət qiymətləndirsə də, bəyan etdi ki, İran Donald Tramp tərəfindən diplomatik həll yolu əldə etmək üçün müəyyən edilmiş bütün "qırmızı xətlər"lə razılaşmayıb: "Müəyyən mənada görüş yaxşı keçdi. Onlar sonradan yenidən görüşmək barədə razılaşdılar. Ancaq başqa baxımlardan tamamilə aydındır ki, Prezident bəzi "qırmızı xətlər" müəyyən edib və iranlılar hələ də bunları qəbul etməyə, onu tanımağa eləcə də nizamlama prosesinə qoşulmağa hazır deyillər".

O, Donald Trampın "qırmızı xətləri" barədə məlumat verməyib.

Ancaq ABŞ-nin dövlət katibi Mark Rubio bu görüşdən əvvəl bildirmişdi ki, İranla daha əhəmiyyətli nəticə əldə etmək üçün danışıqlar nüvə problemi ilə yanaşı, Tehranın raket proqramı və etirazçılara münasibəti kimi digər məsələləri də əhatə etməlidir.

Vens müsahibəsində onu da vurğulamışdı ki, diplomatiyanın öz təbii sonuna çatdığı vaxtı müəyyən etmək hüququnu Prezident özündə saxlayır: "Ümid edirik ki, buna gəlib çatmayacaq, amma əgər bu baş versə, qərar prezidentin olacaq".

İranın xarici işlər naziri Abbas Əraqçi də görüşü "müsbət və konstruktiv" adlandırmışdı: "Razılaşmaya aparan yol başlayıb, ancaq biz ona tez çatmayacağıq".

Yeni şərtlər Donald Trampın "qırımız xətləri" ola bilər. Çünki hər iki görüşdən əvvəl Tehranın "ancaq nüvə proqramı ətrafında danışıqlar aparılacaq" kimi açıqlaması ABŞ Prezidentinin əlavə şərtləri olduğunu da istisna etmir.

Ona görə, ABŞ KİV-i iddia edir ki, İran rəsmiləri hücumlarının qarşısını ala biləcək nüvə danışıqlarını irəliləməsi üçün uranın zənginləşdirilməsinin dayandırılması imkanlarını nəzərdən keçirirlər.

Məlumata görə, İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiyaya göndərməyə hazır olduğunu bildirib. Bundan başqa Tehran uranın zənginləşdirilməsini üç il müddətinə dayandırmağa hazır olduqlarını ifadə ediblər.

Habelə ABŞ İrandan nüvə proqramını tamamilə ləğv etməyi, 300 km-dən uzaq vuran raketlərin istehsalını dayandırmağı, ticarətdə ABŞ dollarından istifadə etməyi, Çinə neft və təbii qaz satmamağı da tələb edir. Bura edamların dayandırlması, dekabr-yanvar aylarında keçirilən etiraz aksiyalarında həbs edilən və saxlanılanların sərbəst buraxılması kimi tələblərin də şərtlərə daxil edilməsi mümkündür. İrandan HƏMAS, "Hizbullah" kimi silahlı qruplardan ibarət proksi qüvvələrdən formalaşan "terror oxundan" imtina etmək, başqa sözlə bunu buraxmaq da tələb edilir.

Çünki əvvəlki şərtlər daha yüngül idi: nüvə proqramını dayandırmaq, zənginləşdirilmiş uranı başqa ölkəyə çıxarmaq, raket istehsalını dayandırmaq, ABŞ ilə birbaşa danışıqlara başlamaq.

Bu kimi şərtlərə gələcəkdə başqalarının da əlavə ediləcəyi ehtimal az deyil.

Bəhs etdiyimiz şərtlər çərçivəsində Donald Trampın İran hakimiyyəti üçün "qırmızı xətlər"i müəyyənləşdirmək olar.

Bu və buna oxşar şərtlər qəbul edilməyəcəyi halda savaşın baş vermə ehtimalı artır.

Şərtləri qəbul etmək mümkündür? Yaranmış şərait İrana ABŞ ilə anlaşmanın vacibliyini diktə edir. Çünki əks halda İslam Respublikası ziyan görəcək. İran iqtisadiyyatı və potensialı, əhalisi, hərbi qüvvələri, ərazisi, regional və qlobal nüfuzu ziyan görəcək. Habelə nəticədə bu hakimiyyətin aqibəti də sual altına alına bilər.

Sonucu danışıqdan sonra İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının ABŞ ilə müharibə etmək istəmədiyini bildirib: "Hesab edirəm ki, müharibəni kənara qoymalıyıq. Ancaq güc tətbiq olunsa, biz təslim olmayacağıq".

Məsud Pezeşkian ölkənin üzləşdiyi problemlərin, ədalətsizlikləri həlli üçün ziyalılar, sosioloqlar, sahibkarlar, dini xadimlər və cəmiyyətin başqa aparıcı ictimai xadimlərinin birlikdə çalışmalarının zəruriliyini də vurğulayıb.

Hökumət başçısı bununla ölkəsinin, hakimiyyətin üzləşdiyi vəziyyəti açıqlayıb.

İran ordusunun Baş Komandanı general Əbdül Rəhim Musəvi fevralın 19-da bildirib ki, ölkəsi ABŞ ilə uzunmüddətli müharibəyə tam hazırdır. O əlavə edib ki, tam hazırlıqlı olsalar da, İslam Respublikasının regionda müharibə başlatmaq istəyi yoxdur.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin müşaviri, keçmiş müdafiə naziri və milli təhlükəsizlik şurasının sabiq katibi Əli Şamxani müharibənin qaçılmaz olduğuna eyham edərək deyib ki, siyasi cəhətdən hələ vaxt var, bu fürsətdən mövcud mürəkkəb problemləri həll etmək üçün düzgün istiqamətdə istifadə olunmalıdır.

İran rəsmilərinin açıqlamaları hakimiyyəti mümkün müharibə məsuliyyətindən xilas etmək cəhdidir. Bu həm də o deməkdir ki, müharibəni İran başlamayıb və onun bu hadisədə heç bir günahı yoxdur.

Hətta, ola bilsin ki, Çin və Rusiya İrandan ABŞ-ni müharibəyə cəlb etmək üçün alət kimi yararlanır. Ştatların regional və qlobal nüfuzunu, mövqeyini zəiflətmək üçün İslam Respublikası ilə müharibə amilindən istifadəyə cəhd göstərirlər.

Müharibə çox yaxındır. Heç danışıqlar masası da uzaqda deyil. Savaş üçün tətiyi çəkmək kifayətdir. Ancaq sonra nə kimi hadisələr baş ver biləcəyini proqnozlaşdırmağa hazır formul, düstur yoxdur.

ABŞ-da müharibəni başlamaqda maraqlı görünmür. Çünki regional tərəfdarları və Böyük Britaniya ilə razılığa gələ bilməyib. Hətta, Birləşmiş Krallığın Hind okeanındakı Dieqo Qarsiya hərbi bazasını Ştatların istifadəsinə vermədiyinə dair məlumatlar da yayılıb. Elə ABŞ-nin Avropadakı başqa müttəfiqləri də savaşa qarşı çıxır.

İran da bu vəziyyəti dəyərləndirərək, özünü regional güc olaraq göstərir. Belə çıxır, Tehran Vaşinqtonun təzyiqlərinə təkbaşına müqavimət göstərir.

ABŞ Prezidenti Donlad Tramp fevralın 19-da təyyarədə jurnalistlərə müsahibəsində tərəddüdə olduğunu hiss etdirib.

O, jurnalistin "Siz dediniz ki, əgər İran sövdələşmə bağlamasa, onların başına "pis hadisələr gələcək". Nə cür hadisələr baş verəcək" sualını belə cavablandırıb: "Bu barədə danışmaq niyyətində deyiləm".

Jurnalist: "ABŞ hərbi zərbələri endirmək hədəfi nədir?"

Tramp: "Yaxşı, ya sövdələşmə bağlayacağıq, ya da birtəhər razılaşacağıq".

Jurnalist: "Bəs hərbi zərbə zamanı onların nüvə proqramını məhv etməyi planlaşdırırsınız?"

Tramp: "Bunu sizinlə müzakirə etmək niyyətində deyiləm, amma ya sövdələşmə bağlayacağıq, ya da onlar üçün bu acınacaqlı şəkildə sona çatacaq".

Jurnalist: "Və bu gün siz dediniz: 10 gün. Bu, sövdələşmə bağlamaları üçün onlara verdiyiniz son müddətdir?"

Tramp: "10 - 15 gün. Düşünürəm ki, bu vaxt kifayət edər. 10–15 gün – bu praktiki olaraq maksimumdur".

Bu son möhlətdir? Çünki əvvəl 10 gün deyib, sonra bunu 15-günədək artırmaq deyilən müddətin şərti olduğunu göstərir.

Odur ki, ABŞ və İran müharibəyə hazır olduğunu bəyan edir. Bunu güclü olan qazanacaq. Zəif isə hakimiyyətini birdəfəlik itirəcək. Bu günlərdə Donald Tramp Ukraynada müharibənin davam etməsini amerikalı vergi ödəyicilərinə "hörmətsizlik" adlandırıb. Ona görə də İranla mümkün müharibədə ABŞ vətəndaşlarının ödədiyi vergi rol oynamayacaq. Çünki İran və ABŞ hakimiyyəti vətəndaşları münasibətdə fərqlidir. Rəsmi Vaşinqton seçiciləri qarşısında məsuliyyəti var və hesabat verir. Odur ki, İrana qarşı mümkün müharibə həm də seçicilər, vətəndaşlar qarşısında məsuliyyətdir. Hələ ki, tərəflərin daha yarım aya yaxın zamanı var. Donald Trampın xəbərdarlığına etibar etsək, onda demək olar ki, müharibə iki həftəliyinə təxirə salınır.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

12-02-2025, 10:25

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:58
    Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb - YENILƏNIB
  • Bu gün, 18:35
    Ana Dilimiz – Tarixin Yaddaşı, Gələcəyin İşığı
  • Bu gün, 18:25
    Sabah Ordubadın səkkiz kəndində işıq olmayacaq
  • Bu gün, 18:01
    Azərbaycanda informasiya və rabitə sektoruna investisiya qoyuluşu 2 dəfədən çox artırılıb
  • Bu gün, 17:43
    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrilib
  • Bu gün, 17:30
    Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub
  • Bu gün, 17:15
    Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir
  • Bu gün, 16:50
    Vaşinqton və Tehran savaşla saziş astanasında – iki həftəliyə təxirə salınan müharibə - ŞƏRH
  • Bu gün, 16:20
    Yaz Azərbaycana bu tarixdə daxil olacaq
  • Bu gün, 15:59
    “mygov”la bağlı təqdim edilən videoçarx izlənmə rekordu qırdı
  • Bu gün, 15:21
    Lavrov iranlı həmkarı ilə danışdı
  • Bu gün, 14:55
    Milli Məclisin növbəti iclasının tarixi məlum olub
  • Bu gün, 13:10
    Şənbə günü Bakıda 18 dərəcə isti olacaq
  • Bu gün, 12:35
    Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq
  • Bu gün, 11:57
    MM Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sını ratifikasiya edib
  • Bu gün, 11:30
    Prezident İlham Əliyevin ABŞ səfəri başa çatıb
  • Bu gün, 11:03
    Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanından Qazaxıstana uçub
  • Bu gün, 10:35
    Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir
  • Bu gün, 09:44
    Qaradağda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb
  • Bu gün, 09:21
    Premyer Liqa: XXI tura bu gün iki oyunla start veriləcək
  • Bu gün, 08:59
    Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
  • Dünən, 18:59
    ABŞ Prezidenti İlham Əliyev və Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib
  • Dünən, 18:42
    Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
  • Dünən, 18:04
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 17:31
    Məhkəmə Səfərbərlik Xidmətinin sabiq idarə rəisi barədə qərar qəbul edib
  • Dünən, 16:48
    Bir vəkilin fəaliyyəti dayandırılıb
  • Dünən, 16:16
    Trampdan Ramazan TƏBRİKİ
  • Dünən, 15:44
    Üç rayonda itkin şəhidlərimiz torpağa tapşırıldı
  • Dünən, 15:18
    Azərbaycana transmilli hücum: Vardanyanın "çirkli" milyardları onu təmizə çıxara bilməyəcək - ŞƏRH
  • Dünən, 12:00
    KİV: ABŞ həftə sonu İrana zərbə endirmək imkanını araşdırır
  • Dünən, 11:30
    Azərbaycan BMT-də beynəlxalq hüququn ardıcıl tətbiqinə çağırış edib
  • Dünən, 11:00
    Ağ Ev: Vatikanın Sülh Şurasında iştirakdan imtinası təəssüf doğurur
  • Dünən, 10:30
    KİV: ABŞ bütün qoşunlarını Suriyadan çıxarır
  • Dünən, 10:00
    Sabunçunun bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 09:30
    Peşekian: İran müharibə etmək istəmir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə