• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular

Siyasət

Dünən, 14:58

Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular


Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 3-də Brüsselə səfəri çərçivəsində yenidən Avropa İttifaqına (Aİ) inteqrasiya məsələsini gündəmə gətirib. Jurnalistlərə müsahibə verən erməni siyasətçi ölkəsinin 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün rəsmi müraciət edə biləcəyini, 2029-cu ilədək isə Avropa ilə vizasız rejimə nail olmağı hədəflədiklərini bildirib.

Paşinyan, həmçinin bildirib ki, səsləndirdiyi tarixləri real hesab edir və Aİ-də genişlənmə ilə bağlı siyasi iradə görür.

İlk baxışdan bu açıqlamalardan elə anlaşıla bilər ki, Ermənistanın Aİ-yə inteqrasiyası üçün konkret yol xəritəsi müəyyən edilib. Amma məsələnin mahiyyətinə, tədbiri kimin təşkil etdiyinə baxanda məlum olur ki, ortada nə fal var, nə də yumurta. Paşinyanın səsləndirdiyi fikirlər İrəvanın xəyal və arzularıdır.

Birincisi, Paşinyanın iştirak etdiyi tədbir Avropa İttifaqının rəsmi sammiti deyil. Bu tədbir "Euronews" telekanalı tərəfindən təşkil edilib və genişlənmə siyasətinin müzakirəsinə həsr edilib. Ermənistandan başqa, tədbirdə Aİ-yə üzvlüyə namizəd ölkələrin liderləri də iştirak ediblər. Amma bu, sadəcə bir telekanalın müzakirə platformasıdır, üzvlük perspektivlərini müəyyənləşdirən rəsmi Aİ mexanizmi deyil.

Hər nə qədər Paşinyan komandası bu səfəri Ermənistanda böyük uğur, Aİ-yə bir addım kimi təqdim etsələr də, reallıq başqadır. Tədbirdə Avropa rəsmiləri iştirak etsələr də, Paşinyanın açıqlamalarını Aİ-nin Ermənistana verdiyi siyasi vədlər kimi təqdim etmək olmaz.

İkincisi, Paşinyanın Aİ-yə üzvlük üçün tarix verməsi hələlik erməni hökumətinin planından başqa bir şey deyil. 2025-ci ildə qəbul edilən Aİ-yə qoşulma prosesinin başlanması haqqında qanun da rəsmi üzvlük müraciəti hesab edilmir. İrəvan heç Aİ-yə namizəd statusuna da malik deyil. Bundan əlavə, üzvlük müraciəti də avtomatik olaraq namizəd statusunun verilməsi və danışıqların başlanması demək deyil.

Digər vacib məqam isə Aİ-nin prosedurları ilə bağlıdır. Əvvəlcə ölkənin müraciəti nəzərdən keçirilməli, üzv dövlətlərin siyasi razılığı əsasında namizəd statusu məsələsi həll olunmalı, daha sonra danışıqlar və genişmiqyaslı islahatlar mərhələsi başlamalıdır. Bu prosesin müddəti isə təkcə müraciət edən ölkənin istəyindən asılı deyil. O zaman ortaya maraqlı suallar çıxır: Paşinyanın 2027 və 2028-ci illəri real tarix kimi təqdim etməsi hansı məntiqə uyğundur? Hansı Aİ rəsmisi ilə belə konkret razılaşma olub? Brüssel rəsmi olaraq Ermənistanın müraciətlərinə həmin tarixdə müsbət cavab verəcəyini açıqlayıbmı? Aİ üzvləri arasında iclas keçirilərək Ermənistanın namizədliyi ilə bağlı razılıq əldə olunubmu?

Suallar çoxdur, amma aydın cavab yoxdur. Görünən odur ki, Paşinyanın Brüsseldən səsləndiriyi fikirlər sırf daxili auditoriya üçün hesablanıb və xalqın başının altına yastıq qoymaqdan başqa bir şey deyil.

Aİ-yə namizəd statusu almış Gürcüstan, Moldova və hətta müharibə şəraitində olan Ukraynanın keçdiyi yola baxmaq kifayətdir. Gürcüstan illərlə islahatlar apardıqdan sonra namizəd statusu ala bildi və hazırda proses dondurulub. Ukrayna və Türkiyə nümunəsi göstərir ki, namizəd statusu belə 10-20 il ərzində üzvlüyə zəmanət vermir. Ermənistanın isə heç namizədlik statusu belə yoxdur.

Üçüncüsü, vizasız rejim məsələsi də eynilik təşkil edir. Ermənistan Aİ ilə viza liberallaşdırılması üzrə dialoq aparsa da, bu dialoq vizasız rejimin artıq qərarlaşdırıldığı anlamına gəlmir. Hələ üstəlik, bu gün Ermənistan vətəndaşlarının Avropaya viza əldə etmək üçün daha çox problem və əngəllə rastlaşdığını, İrəvandakı Avropa ölkələrinin səfirliklərində kifayət qədər bu məsələyə dair problem olduğu da faktdır və erməni mediasında xeyli məlumat, xəbər dərc edilib. Bu isə o deməkdir ki, 2029-cu ildə vizasız rejim məsələsi Paşinyanın arzusudur və Avropa İttifaqının verdiyi vəd deyil.

Aİ ilə aparılan dialoq göstərir ki, Ermənistan qarşısına sərhəd idarəçiliyi, miqrasiya, təhlükəsizlik, biometrik sənədlər, fundamental hüquqlar və digər sahələrdə konkret tələblər qoyulub. Ermənistan nə vaxtsa bu şərtləri yerinə yetirsə, növbəti mərhələdə Avropa Komissiyası qiymətləndirmə aparmalıdır. Qiymətləndirmə hansı dövrü əhatə edəcək, nəticə nə olacaq, bu qiymətləndirmədən sonra hansı hüquqi prosedurlara start veriləcək, bunlar hələ də məchul olaraq qalır.

Digər bir vacib məqam isə iqtisadi və hüquqi ittifaq olmaqla yanaşı, Aİ-nin siyasi təhlükəsizlik məsələsi ilə bağlıdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, ərazisində Rusiyanın hərbi bazası olan, sərhədinin böyük hissəsi Rusiya sərhədçiləri tərəfindən qorunan Ermənistan Aİ üçün üzvlüyə heç də cəlbedici deyil.

Viza məsələsində digər vacib məqam Avropaya gediş-gəlişin asanlaşması zamanı Ermənistanın boşalmasıdır. İşsizlik, sosial problemlər məngənəsində boğulan sadə vətəndaş belə bir imkandan faydalanaraq miqranta çevrilə bilər. Əhalisinin böyük hissəsi Rusiya və digər ölkələrdə olan Ermənistan üçün isə Avropaya gediş-gəlişin asanlaşması ciddi problemə çevrilə bilər. Bu, əmək bazarı, demoqrafiyaya da ciddi təsir edəcək. Əgər vətəndaşlar ölkə daxilində layiqli əməkhaqqı, sabit iş və sosial təminat imkanları görmürlərsə, xaricə səfərlərin asanlaşması onların başqa ölkələrdə yaşamaq və işləmək imkanlarını axtarmasını sürətləndirə bilər.

Bu halda İrəvanın Avropa ilə yaxınlaşma kimi təqdim etdiyi proses ölkənin əmək resursları və demoqrafik vəziyyəti baxımından əlavə çağırışlar da yarada bilər. Belə olan halda Paşinyan hökuməti Avropa ilə vizasız gediş-gəlişi siyasi uğur kimi təqdim edərkən bunun ölkənin uzunmüddətli sosial-iqtisadi vəziyyətinə mümkün təsirlərini də izah etməlidir.

Dördüncüsü, Paşinyanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlər barədə fikri də diqqətçəkən məqamdır. Baş nazir artıq etiraf edir ki, Aİ və Aİİ-də eyni vaxtda üzvlük mümkün deyil və gələcəkdə seçim etməli olacaq. Bu isə o deməkdir ki, Paşinyanın Aİ-yə inteqrasiya ilə bağlı bəyanatları sadəcə siyasi kontekstdə dəyərləndirməməlidir. Eyni zamanda, Ermənistanın iqtisadi və ticari əlaqələri ilə də bağlı ciddi qərarların verilməsi lazımdır.

Bu zaman yenə də haqlı suallar ortaya çıxır: Paşinyan keçidin iqtisadi nəticələrini hesablayıbmı? Enerji təhlükəsizliyindən tutmuş, əmək miqrasiyasına qədər, ixrac və idxal da daxil olmaqla vacib sektorlara dair alternativlər varmı? Aİİ-dən çıxmaq, başqa sözlə, Rusiya ilə münasibətləri qoparmaq hansı sahələrə təsir edəcək? Alternativ bazarların və sahələrin hazırlanması nə qədər vaxt aparacaq? Bütün bu suallara yenə də rəsmi İrəvanın aydın cavabı yoxdur.

Göründüyü kimi, Nikol Paşinyan Brüssel tribunasından daxili auditoriyaya hesablanmış açıqlamalar verir, Avropa İttifaqı, vizasız rejim barədə konkret tarixlər müəyyənləşdirir. Amma ortada bir reallıq var. Aİ onun üzvlüyünə dair danışıqlar barədə heç qımıldanmır da. Ermənistan heç namizədliyə namizəd də deyil. Bu barədə yol xəritəsi yoxdur. Brüsselin Ermənistan üçün bu tarixləri təsdiqləyən hər hansı üzvlük zəmanəti yoxdur. Qısacası, Paşinyan Avropaya aparan yolu yox, Avropaya çatacağı barədə arzuladığı tarixləri cəmiyyətə təqdim edir. Lakin siyasi arzuların təqvimə salınması onun reallığa çevriləcəyinə dair zəmanət vermir...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:03
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • Bu gün, 15:31
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • Bu gün, 14:53
    Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
  • Bu gün, 14:26
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
  • Bu gün, 13:04
    Sabah yağış yağacaq - Proqnoz
  • Bu gün, 12:25
    Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
  • Bu gün, 11:54
    Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  • Bu gün, 11:13
    Milli Məclis yaşayış minimumu və ehtiyac meyarının həddini müzakirə edir
  • Bu gün, 10:35
    “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 aylıq həbs edilib
  • Bu gün, 10:14
    İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 09:24
    UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
  • Bu gün, 09:02
    Bakının iki rayonunda işıq kəsiləcək
  • Dünən, 21:33
    Əziz İsmayılov: “Vətənə xidmət yalnız sözlə deyil, əməli fəaliyyətlə sübut olunmalıdır”
  • Dünən, 18:17
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
  • Dünən, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:11
    Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
  • Dünən, 16:34
    Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
  • Dünən, 16:11
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Dünən, 15:28
    Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
  • Dünən, 14:58
    Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
  • Dünən, 13:10
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Dünən, 12:58
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Dünən, 12:34
    Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
  • Dünən, 12:04
    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"
  • Dünən, 11:34
    Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
  • Dünən, 10:56
    ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
  • Dünən, 10:24
    Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
  • Dünən, 09:44
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Dünən, 08:59
    Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
  • 3-11-2026, 18:23
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • 3-11-2026, 17:53
    İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
  • 3-11-2026, 17:36
    Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
  • 3-11-2026, 17:06
    Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
  • 3-11-2026, 16:33
    Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
  • 3-11-2026, 15:53
    Rusiyanın ixrac logistikasındakı dəyişikliklər Azərbaycanın buğda təminatına necə təsir edir? - Təhlil
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə