• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Aİ məhkəməsinin ad qadağası – radikalların antimiqrant planı - ŞƏRH

Gündəm / Cəmiyyət

Bu gün, 16:46

Aİ məhkəməsinin ad qadağası – radikalların antimiqrant planı - ŞƏRH

Avropa İttifaqı Ədalət Məhkəməsi (CJEU) Belçikanın ifrat sağçı sayılan Flamand Marağı Partiyasının immiqrantlarla bağlı "IKEA Planı"nın adını qadağan edib. Bildirilib ki, partiya 2022-ci ildə immiqrasiyanın azaldılması planına İsveç mebel şirkətinin abreviaturunun adını verib. IKEA adlı bu şirkət ticarət nişanından partiyanın reklam kampaniyasında istifadəsi ilə bağlı məhkəməyə müraciət edib.

Ötən gün mebel nəhəngi aralıq qələbə qazanıb.

Sentyabrın 8-də CJEU belçikalı sağçı ekstremistlər tərəfindən IKEA ticarət nişanının immiqrasiyanın azaldılması planında istifadəsini Belçika məhkəməsində mübahisə edən İsveç istehsalçısının xeyirinə həll edib. Məhkəmə hesab edib ki, sığınacaq sahəsindəki siyasi planın adında "IKEA" abreviaturunun istifadəsi məhsulun nüfuzuna zərər vura bilər. Bu da şirkətin maraqlarına ziddir.

Partiyanın planı "IKEA" abreviaturu "İmmiqrasiya həqiqətən fərqli ola bilər" ("Immigratie Kan Echt Anders") kimi açılır.

Firma iddia edir ki, Belçika partiyası məhsulun tanınması hesabına siyasi ismarışına çəki verib. Qarşı tərəf isə hərəkətlərini ifadə azadlığı hüququ ilə əsaslandırıb. İlkin instansiya kimi Belçika məhkəməsi isə iki təməl hüquq – mülkiyyət və ifadə azadlığı arasında ziddiyyət olduğunu bildirərək işi Avropa məhkəməsinə göndərmişdi.

Lüksemburq hakimləri belçikalı ifrat sağçıların arqumentlərini yetərli saymayaraq Belçika məhkəməsini bu məsələ üzrə Avropa İttifaqı (Aİ) məhkəməsinin bu qərarına əsasən, qərar çıxarmağa çağırıblar.

Qaydalara əsasən, mübahisə üzrə yekun qərarı Aİ məhkəməsinin hüquqi şərh rəhbər tutulmaqla Belçika məhkəməsi çıxarmalıdır. Bununla da Flamand Marağı Partiyasının ifadə azadlığı şirkətin mülkiyyəti hüququ ilə məhdudlaşdırılıb.

Ancaq məsələnin həllində ziddiyyət yalnız bununla bitmir. Bu partiyanın fəaliyyəti və Avropa İttifaqının siyasi meydanında tutduğu mövqe bu məhkəmə prosesinə təsirsiz ötüşməyib. Düzdür, ifadə azadlığı mülkiyyət hüququndan üstün, yaxud əksinin baş verməsi demokratiyanın prinsiplərinə ziddir. Bütün azadlıqlar o birinin sərhədinədəkdir. Lakin bu məsələdə son illər Avropada sol və sağ radikalların fəaliyyətinin genişlənməsi, habelə onların seçicilər arasında nüfuzunun artması, hakimiyyətə can atması da diqqətçəkicidir.


Məsələn, bu günlərdə Almaniyada radikal sağçı, avroskeptik AfD Partiyasının (Almaniya üçün Alternativ Partiyası) yerli seçkilərdə uğur əldə etməsini də örnək göstərmək olar.

1979-cu il mayın 28-də Flamand Xalq Partiyası və Flamand Milli Partiyası yaradılıb. Onlar Flamand Bloku təsis edib. 2004-cü il noyabrın 14-dən blok Flamand Marağı Partiyası adlanır. Flamand milliyyətçiliyi, milli-mühafizəkarlıq, sosial mühafizəkarlıq, miqrantofobiya, sağçı populizm, avroskeptisizm onun ideoloji baxışlarının təməlini təşkil edir.

Partiya Belçikanın Niderland dilində danışılan bölgələrinin müstəqilliyinə, həmçinin Flandriyanın mədəni dəyərlərinin qorunmasına çalışır. 1990-cı illərdə partiya seçkilərdə, xüsusilə Antverpendə böyük uğurlar qazanıb. Flamand Marağı Partiyası Fransada Milli Cəbhə, Almaniyada Respublikaçılar Partiyası ilə əməkdaşlıq edir.

Yeri gəlmişkən, Milli Cəbhə, hazırda Milli Birlik adlanan bu siyasi təşkilatın ideologiyasının əsasında ultrasağçı, milli-mühafizəkar, avroskeptisizm, miqrasiya ilə mübarizə durur. Bu təşkilatın Fransada milyonlarla tərəfdarı var. Onlar Fransa parlament və prezident seçkilərində güclü bir qüvvə kimi çıxış edirlər. Parlamentin Aşağı Palatasında 557 yerdən 118-nə, Senatda 348-dən 3-nə, Avroparlamentdə isə 29 yerə sahibdirlər.

Almaniya Respublikaçılar Partiyasını 1983-cü ildə XDS/XSS-nin keçmiş üzvləri təsis ediblər. Onların təməl prinsipləri əsasında sağçı mühafizəkarlıq, sağçı populizm, immiqrasiya və multikulturalizmin tənqidi dayanır. Partiyanın proqramı həmkarlar ittifaqlarının ləğvini, "ümumi rifah dövləti"nin sökülməsini, əcnəbilərin Almaniyadan çıxarılmasını və Almaniyanın 1937-ci il sərhədlərinə qayıdışını əhatə edir. Partiya Aİ-yə üzvlüyü Almaniyanın suverenliyinin məhdudlaşdırılması kimi qiymətləndirir.

Hazırda bu partiyanın rolu zəifləyib. Onu siyasi səhnədə AfD kimi təşkilatlar əvəzləyir.

Flamand Marağı Belçika Nümayəndələr Palatasında 150 yerdən 20-nə, Senatda isə 60-dan 8 yerə sahibdir. Onun Avroparlamentdə 3 yeri var. Bu siyasi təşkilat Flandriyanın müstəqilliyini, immiqrasiyanın məhdudlaşdırılmasını, həmçinin "ənənəvi flamand dəyərlərinin" qorunmasını müdafiə edir. Əsasən, Belçikanın Flamand hissəsində fəaliyyət göstərirlər. Partiyanın sədri Tom Van Qrikendir.


Bu partiya həm də Türkiyənin Aİ-yə üzvlüyünə qarşı mübarizə aparması ilə də fərqlənir. Media bu siyasi təşkilatı ksenofobiyada da ittiham edir.

Flamand Marağı Belçikada sonuncu uzunmüddətli siyasi və hökumət böhranı da yaradıb. Bu hadisələr 2026-cı ilin fevralında ölkədə yeni hökumətin formalaşdırılması ilə başa çatmışdı. 2024-cü ilin iyun seçkilərindən sonra 613 gün hökumətin formalaşması ləngimişdi.

Böhrana səbəb fransızdilli və flamanddilli partiyalar arasındakı dərin fikir ayrılıqları olmuşdu. Onlar regional nazirlər kabinetinin tərkibini razılaşdıra bilmirdilər.

Avstriyada Azadlıq Partiyası, İsveçrə Xalq Partiyası da Avropanın radikal sağçı populist siyasi təşkilatlarındandır. Onlar açıq şəkildə ultramillətçi radikal ideologiyaları təbliğ etməklə yanaşı, immiqrasiyaya qarşı idilər.

Avropa İttifaqı məhkəməsi Flamand Marağının immiqrasiyaya qarşı planı ilə bağlı qərarında mülki azadlıqla ifadə azadlığını üz-üzə qoyub. Ancaq əsas məsələyə - siyasi təşkilatın mühacirlərə qarşı fəaliyyətinə toxunmayıb. Belə ehtimal etmək olar ki, Avropa İttifaqı məhkəməsi Flamand Marağına bu ilin əvvəlinədək Belçikada yaratdığı siyasi gərginliyə görə İsveç şirkətinin xətti ilə müəyyən mənada cəza verib.

Firmanın dörd il öncə irəli sürülmüş planın adı ilə bağlı indi şikayət etməsi də bir müəmmadır. Ola bilsin, söhbət adda deyil, mühacirlərlə bağlı məsələni aktivləşdirməkdir.

2026-cı il iyunun 12-dən Avropa İttifaqında Miqrasiya və Sığınacaq Paktı (Ümumi Avropa Sığınacaq Sistemi - GEAS) qüvvəyə minib. Bu, qurumun tarixində miqrasiya ilə bağlı ən genişmiqyaslı, sərt islahat sayılır. Orada gücləndirilmiş sərhəd nəzarəti - qanunsuz gələn bütün miqrantların məcburi yeddigünlük təhlükəsizlik, sağlamlıq müayinəsindən keçməsi, biometrik məlumatların ümumi bazaya daxil edilməsi nəzərdə tutulur. GEAS-a əsasən, miqrasiya axınının kəskin artması zamanı başqa üzv ölkələr əsas zərbəni qəbul edən dövlətlərə kömək etməyə borcludur. Onlar ya qaçqınların bir hissəsini öz ölkələrinə qəbul edə, ya da xüsusi "həmrəylik fondu"na maliyyə töhfəsi verə bilərlər. Bundan başqa, miqrantların saxlanması və təhlükəsiz üçüncü ölkələrə deportasiyası üçün xarici "geri qaytarma mərkəzləri"nin yaradılması da bu prosesdə nəzərdə tutulur və s.


Deməli, belə qənaətə gəlmək olar ki, Flamand Marağı və onun həmkarlarının irəli sürdüyü antimiqrasiya planı Avropa İttifaqının da marağındadır. Qurum bu siyasi təşkilatın irəli sürdüyü planın abreviaturunu yada salmaqla daha çox həmin ideyaya diqqəti bir daha çəkir.

Bu isə Avropada ifrat sağçı təşkilatların fəaliyyətinin həm də idarə edildiyini göstərir. Planın adı isə sadəcə bəhanə olub. İttifaqın ümumi siyasi xəttinə lazım olanda onları gücləndirir, ehtiyac duymayanda isə müxtəlif üsullarla təzyiq edirlər.

Son illərdə Avropa ölkələrində parlamentdə təmsil olunan heç bir radikal sağçı partiyanın fəaliyyəti rəsmi olaraq qadağan edilməyib. Əksinə, ultrasağçı və sağ populist qüvvələr mövqelərini möhkəmləndirərək hakim koalisiyaların tərkibinə daxil olurlar. Məsələn, Almaniyada belələri ilə bağlı xüsusi xidmət orqanları tərəfindən monitorinq tədbirləri keçirilir.

Almaniyada bu tip partiyanın Konstitusiya Məhkəməsi vasitəsilə tam hüquqi qadağası son dərəcə mürəkkəb, nadir bir prosedur sayılır. Bu hələ də yekunlaşdırılmayıb.

Avropa İttifaqı onlara qarşı hüquqi tədbir görməkdə acizdir? Qitə bu ideyaların yaratdığı İkinci Dünya Müharibəsinin ağır nəticələrini yaşayıb. Qarşısı alınmazsa, onların gələcəkdə Avropada böyük bir hərəkata çevrilməsi ehtimalı da danılmazdır.

Ona görə də əsas planın adı, azadlıq hüquqların fərqləndirilməsi deyil, onun mahiyyətidir. Flamand Marağı, deyəsən, Avropa ittifaqı məhkəməsinin də marağındadır.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

25-12-2025, 18:25

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SİYAHI

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

25-05-2024, 19:06

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 17:19
    Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
  • Bu gün, 16:46
    Aİ məhkəməsinin ad qadağası – radikalların antimiqrant planı - ŞƏRH
  • Bu gün, 16:11
    Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
  • Bu gün, 15:36
    İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Bu gün, 15:02
    Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər
  • Bu gün, 13:00
    Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
  • Bu gün, 12:12
    Sınanmış Etibarın Dərsi
  • Bu gün, 11:54
    Ceyhun Bayramov: Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür
  • Bu gün, 11:20
    Bağçaya növbəyə yazılma prosesinə başlanılır
  • Bu gün, 10:52
    Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib
  • Bu gün, 10:26
    Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
  • Bu gün, 09:48
    Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
  • Bu gün, 09:20
    Ölkənin bir sıra rayonlarında elektrik enerjisi olmayacaq
  • Dünən, 19:00
    Uzaq Şərqdə artan gərginlik - Körpü açan Rusiya, təlim keçirən ABŞ - ŞƏRH
  • Dünən, 18:33
    Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək
  • Dünən, 17:59
    Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib
  • Dünən, 17:13
    Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır
  • Dünən, 16:43
    Nazir müavini: Azərbaycan qlobal şəhər-iqlim sinergiyasına töhfə verməyə hazırdır
  • Dünən, 16:05
    Daşlara qədər çatan işğal - Qarabağın məhv edilən mədəni irsi - ŞƏRH
  • Dünən, 15:20
    Ali Məhkəmə: Onlayn kreditlər zamanı dələduzluq faktı kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir
  • Dünən, 14:46
    TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
  • Dünən, 14:32
    Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
  • Dünən, 13:06
    Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
  • Dünən, 12:32
    "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq
  • Dünən, 12:14
    İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
  • Dünən, 11:40
    ANAMA sədri: Qarabağ və Şərqi Zəngəzur 1 milyondan çox mina ilə çirkləndirilib
  • Dünən, 10:39
    Tanınmış generala ağır itki
  • Dünən, 10:18
    İki kollecdə yeni - Təyinat
  • Dünən, 10:00
    UEFA Çempionlar Liqasında əsas mərhələ bu gün start götürür
  • Dünən, 09:14
    Azərbaycan neftinin qiyməti 107 dolları keçib
  • Dünən, 08:49
    Bakıda yağışlı havada tıxac olan yollar açıqlanıb
  • 7-09-2026, 19:00
    Trampın elçilərinin Moskva və Kiyevə səfəri – davam edən müharibə - ŞƏRH
  • 7-09-2026, 18:31
    Uitkoff Ukrayna üzrə danışıqlar prosesində əhəmiyyətli irəliləyişin olduğunu bildirib
  • 7-09-2026, 18:08
    Kanada hökumətinin ikili oyunu: Alberta referendumu nəyi ifşa edir? - ŞƏRH
  • 7-09-2026, 17:30
    Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə