• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Kanada hökumətinin ikili oyunu: Alberta referendumu nəyi ifşa edir? - ŞƏRH

Gündəm / Siyasət

7-09-2026, 18:08

Kanada hökumətinin ikili oyunu: Alberta referendumu nəyi ifşa edir? - ŞƏRH


2026-cı ilin 19 oktyabr tarixində Kanadanın Alberta əyalətində referendum keçiriləcək. Bu referenduma ölkənin gələcəyi baxımından vacib siyasi hadisə prizmasından baxmaq lazımdır. Referendum çərçivəsində seçicilər əyalətin Kanadanın tərkibində qalması və ya müstəqillik istiqamətində növbəti hüquqi mərhələnin başladılıb-başladılmasına səs verəcəklər.

Bu məsələdə diqqət ediləcək məqam isə ondan ibarətdir ki, bu referendum Alberta əyalətinin müstəqilliyi barədə hələ yekun qərar mənasına gəlmir. Çünki seçicilərin müstəqilliklə bağlı müsbət qərarı əyalət hökumətinin Kanada Konstitusiyası çərçivəsində müstəqillik üzrə məcburi referendum keçirmək üçün hüquqi prosesə başlamasına yol açacaq. Yəni, əyalət sakinləri gələcəkdə belə bir qərarın xalq səsverməsinə çıxarılıb-çıxarılmaması barədə mövqelərini bildirəcəklər.

Həm də bu prosesə paralel olaraq, Alberta əyalətində maraqlı vətəndaş təşəbbüsü də irəli sürülüb və müstəqillik barədə birbaşa referendum keçirilməsi üçün "Stay Free Alberta" təşkilatı hələ may ayında imza kampaniyası keçirərək, petisiyanı "Elections Alberta"ya təqdim edib. Maraqlıdır ki, tələb olunan imza həddi 177 min 732 olsa da, kampaniya çərçivəsində daha çox imza toplandığı barədə sosial şəbəkələrdə və Kanada mətbuatında məlumat yayılıb. Petisiyanın verilməsi ilə bağlı ilkin qərar məhkəmə tərəfindən ləğv edilib və məsələ hazırda Alberta Apellyasiya Məhkəməsindədir. Məhkəmənin qərarı bu təşəbbüsün gələcək taleyini müəyyənləşdirəcək. Vətəndaş təşəbbüslərinin belə məhkəmə maneələri ilə qarşılaşması da federal hüquq sisteminin bu prosesi tormozlamaq mexanizmlərindən biridir.

Əslində bu referendum əyalətlə federal hökumət arasındakı iqtisadi narazılıqdan yaranıb. Bu narazılığın kökü isə ölkənin enerji siyasətinə dair uzunmüddətli mübahisələrdən qaynaqlanır. Alberta Kanadanın əsas neft və qaz istehsal mərkəzlərindən biridir. Əyalət rəhbərliyi də enerji ehtiyatlarından əldə olunan gəlirlərdən daha böyük pay istəsə də, federal hökumət enerji siyasətinin ölkə üzrə vahid qaydalarla tənzimləyib. 1980-ci ildə Baş nazir Pyer Trüdonun hökuməti Milli Enerji Proqramı tətbiq etməyə başladı ki, qarşıdurma daha da kəskinləşdi. Çünki proqram çərçivəsində neft və qaz qiymətlərini əsasən federal hökumət müəyyənləşdirir, enerji şirkətlərinin gəlirlərinə yeni vergilər tətbiq edilir, Albertadan çıxarılan neftin əsasən ölkə daxilində satılması nəzərdə tutulurdu. Alberta hökuməti bunu əyalətin resursları üzərində hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirdi. Proqram əyalətdə geniş etirazlara səbəb oldu və federal hökumətlə Alberta arasında münasibətləri uzun müddət gərginləşdirdi. Proqram 1985-ci ildə ləğv edilsə də, narazılıq tam olaraq aradan qalxmadı. Çünki o vaxtdan etibarən "Ottava Alberta resurslarından kifayət qədər faydalanır, əvəzində əyalətin maraqlarını lazımi səviyyədə qorumur" düşüncəsi ortaya çıxdı.

Kanada hökuməti Albertanın ölkədən ayrılması prosesini qəti şəkildə rədd edir və ölkənin ərazi bütövlüyünü müdafiə edir. Kanada qanunlarına görə, Alberta referendumda müstəqilliyə səs versə belə, ertəsi gün Kanadadan ayrıla bilməz. 1998-ci ildə Kanadanın Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, bunun üçün əvvəlcə ayrılma məsələsi barədə aydın sual qoyulmalı və əhalinin çoxluğu müstəqilliyə səs verməlidir. Bundan sonra federal hökumət və əyalətlər ayrılmanın şərtlərini müzakirə etməlidir. Ərazi, dövlət borcu, sərhədlər və digər məsələlər üzrə razılaşma əldə edilməli, sonda isə Kanada Konstitusiyasına dəyişiklik edilməlidir. Beləliklə, Alberta üçün də hüquqi yol nəzəri olaraq mövcuddur, amma referendumun müsbət nəticəsi avtomatik müstəqillik yaratmır: bundan sonra uzunmüddətli konstitusion danışıqlar və Kanadanın Konstitusiyasına dəyişiklik tələb olunur.

Kanadanın Alberta məsələsindəki mövqeyi ölkənin xarici siyasətdə müdafiə etdiyi prinsiplərlə müqayisədə ciddi sual doğurur. Öz ölkəsinin ərazi bütövlüyünü qoruyan, ayrılma fikri ilə bağlı referendumu qəti şəkildə rədd edən Ottava bu ilin avqust ayında Cənubi Qafqazla bağlı bəyanatında "Artsax"ın "öz müqəddəratını təyinetmə hüququnu" açıq şəkildə dəstəklədiyini bildirib, ərazi bütövlüyü ilə yanaşı bu prinsipi vurğulayıb. Bu yanaşma isə Alberta sakinləri üçün əsas arqumentə çevrilə bilər. Kanada başqa ölkələrdə xalqların siyasi gələcəyini müəyyənləşdirmək hüququnu müdafiə etdiyi halda, eyni prinsip öz ərazisində gündəmə gələndə ərazi bütövlüyünü əsas götürür. Bunun ən bariz nümunəsi Alberta əyaləti məsələsidir. Baş nazir və federal rəsmilər əyalətin müstəqillik istiqamətində atdığı addımları ölkənin birliyinə təhdid kimi qiymətləndirir və ayrılma ideyasına qarşı çıxırlar. Beləliklə, Kanadanın mövqeyində diqqətçəkən ziddiyyət yaranır: Ottava başqa ölkələrdə xalqların öz müqəddəratını təyinetmə hüququnu müdafiə edir, lakin eyni prinsip öz ərazisində Alberta məsələsində gündəmə gələndə ölkənin ərazi bütövlüyünü əsas götürür.

Kanada hökumətinin bu ikili yanaşması haqlı bir sualın ortaya çıxmasına səbəb olur: əgər xalqların öz siyasi gələcəyini müəyyənləşdirmək hüququ müdafiə olunan universal prinsipdirsə, niyə bu prinsip Alberta sakinlərinə şamil edilmir? Çünki Kanada hökumətinin yanaşması siyasi maraqlar üzərində qurulub. Xarici siyasətdə müafiə olunan prinsip ölkə daxilində fərqli meyarla tətbiq edilirsə, bu, ikili yanaşmadan başqa bir şey deyildir. Belə bir yanaşma da öz növbəsində Kanadanın beynəlxalq müstəvidə irəli sürdüyü mövqelərin siyasi etibarlılığını sual altına salır.

Kanadanın federativ birliyini qorumaq və ərazi bütövlüyünü müdafiə etmək hüququ şübhə doğurmur. Problem isə Ottavanın bu prinsipə yanaşmasının xarici və daxili siyasətdə eyni meyarla tətbiq olunmamasıdır. Əgər öz müqəddəratını təyinetmə hüququ beynəlxalq münasibətlərdə müdafiə olunan prinsipdirsə, onun Alberta məsələsində tamamilə başqa meyarla qiymətləndirilməsi ciddi suallar yaradır. Alberta məsələsi Kanadanın beynəlxalq hüquq prinsiplərinə səmimi yox, konyunktur və siyasi maraqlardan çıxış edərək yanaşdığını göz önünə sərir. Ottavanın bu yanaşması təkcə öz xarici siyasətinin etibarlılığını zədələmir, həm də Alberta əyalətinə qarşı hüquqi və mənəvi debatda zəif mövqeyə salır...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 15:58
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • Dünən, 15:49
    Qubadlı – Zəfərin əzəməti, dirçəlişin təntənəsi və doğma yurda Böyük Qayıdışın müqəddəs rəmzi
  • Dünən, 15:08
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:39
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • Dünən, 13:41
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • Dünən, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • Dünən, 12:26
    9 yaşlı azərbaycanlı güləşçi Moskvada qızıl medal qazandı!
  • Dünən, 12:01
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • Dünən, 09:36
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • Dünən, 09:05
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • 23-10-2026, 18:37
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • 23-10-2026, 18:10
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • 23-10-2026, 17:18
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
  • 23-10-2026, 16:47
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • 23-10-2026, 16:00
    Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim
  • 23-10-2026, 15:14
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi PUA zərbəsindən sonra batıb
  • 23-10-2026, 14:13
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • 23-10-2026, 13:13
    İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib
  • 23-10-2026, 12:37
    Terrorla mübarizə ilə bağlı iki məcəlləyə dəyişikliklər qəbul edilib
  • 23-10-2026, 11:43
    İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
  • 23-10-2026, 10:18
    DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
  • 23-10-2026, 09:29
    "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
  • 23-10-2026, 09:05
    Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
  • 22-10-2026, 18:27
    9 yaşlı azərbaycanlı güləşçi Arif Hüseynov Moskvada qızıl medal qazandı — dünya güləşinin əfsanəsi ona çempion kəmərini təqdim etdi
  • 22-10-2026, 18:23
    AYNA: Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
  • 22-10-2026, 17:41
    Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
  • 22-10-2026, 17:06
    Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşüb
  • 22-10-2026, 16:13
    Emin Əmrullayev: 20 il sonra ictimai həyatda daha çox rəhbər qadınları görməyi proqnozlaşdırırıq
  • 22-10-2026, 15:30
    Rezai ABŞ-ni xəbərdar edib: Müharibə davam edərsə, lazımi vasitələrimiz var
  • 22-10-2026, 15:02
    Sabah Bakıda yağış yağacaq
  • 22-10-2026, 13:11
    Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
  • 22-10-2026, 12:35
    Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
  • 22-10-2026, 12:21
    Bu gün TRIPP-in layihələndirilməsi işlərinə başlanılacaq
  • 22-10-2026, 12:00
    Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
  • 22-10-2026, 11:10
    "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiqlənib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə