• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Uzaq Şərqdə artan gərginlik - Körpü açan Rusiya, təlim keçirən ABŞ - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 19:00

Uzaq Şərqdə artan gərginlik - Körpü açan Rusiya, təlim keçirən ABŞ - ŞƏRH

Ziddiyyətlər yalnız Yaxın Şərqdə kəskinləşməyib, Uzaq Şərqdə də toqquşan maraqlar fonunda gərginlik davam edir.


Ötən gün Şimali Koreya ilə Rusiya arasında ilk avtomobil körpüsünün açılış mərasimi keçirilib. Bu yol Tumen çayını keçərək Rason və Xasan sərhəd şəhərlərini birləşdirir. Bununla da Rusiya və Şimali Koreya arasında yükdaşıma və sərnişindaşımalarda işlər asanlaşacaq.


Rəsmi Pxenyanın mediası bildirib ki, körpüdən kadr mübadiləsi, turizm və ticarət məqsədilə istifadə ediləcək.


Rusiyanın baş naziri Mixail Mişustin körpünü "dostluğun yeni simvolu" adlandırıb. Açılış mərasiminə videoəlaqə ilə qoşulmuş Mişustinin sözlərinə görə, körpü Moskva ilə Pxenyan arasında münasibətləri misligörünməmiş yüksək səviyyədə xarakterizə edir. Şimali Koreyanın baş naziri Pak Txe Son isə bunun "tarixi hadisə" olduğunu vurğulayıb. O bildirib ki, körpüdən gündəlik 300-dək avtomobil və 2 323 nəfər keçə bilər.




İki ölkə arasında hava və dəmiryolu əlaqəsi var. İndiyədək xüsusi razılaşma əsasında dəmiryol körpüsünə taxta lövhələr döşənirdi. Bunun üzərindən avtomobillər keçirdi.


Rusiya əvvəlcə körpünün yük daşımaları üçün nəzərdə tutulduğunu bildirsə də, sonradan bu ilin sonlarında sərnişin hərəkəti üçün istifadə ediləcəyini açıqlayıb.


Sözügedən körpünün uzunluğu bir kilometrdir, 2024-cü ildə iki ölkə arasında bağlanmış strateji tərəfdaşlıq müqaviləsi əsasında tikilib. Ondan şimali kоreyalı hərbçilərin, inşaat işçilərinin və yüksəkrütbəli hərbi məmurların birbaşa Rusiyaya göndərilməsi üçün istifadə edilə bilər. Onun tikintisinə dair razılaşma Vladimir Putinin 2024-cü ildə Şimali Koreyaya səfəri zamanı əldə edilib. Həmin il rusiyalı turistlərin Şimali Koreyaya girişinə icazə verilib. Onların sayının artdığı iddia olunur.


Ölkələr arasındakı əlaqələrin regional və qlobal əhəmiyyətə malik olduğu sirr deyil. Ancaq bir sıra hallarda belə əlaqələr beynəlxalq miqyasda təhlükəsizliyin təhdidində də mühüm rol oynayır.


Rusiya və Şimali Koreyaya ABŞ başda olmaqla Qərbin sanksiyaları, məhdudlaşdırıcı tədbirləri tətbiq olunub. Bu körpü onların qarşılıqlı faydalanması üçün mühüm rollardan birini oynaya bilər. Həmin yolla yükdaşımaların artacağı da istisna edilmir. Lakin bu hadisə regional və qlobal baxımdan müəyyən narahatlıqlar da yaradır. Çünki bir sıra, xüsusən hərbi yüklərin körpü ilə daşınacağı ehtimalı böyükdür. Belə bir vəziyyət Cənubi Koreya və Yaponiya ilə ziddiyyətdə olan Şimali Koreyaya əlavə yardım, dəstək sayılır.


Məlumatlara görə, Şimali Koreya 2022-ci ildən 2025-ə qədər olan dövrdə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməsi sayəsində 22 milyard dollara qədər gəlir əldə edib. Moskvaya hərbi texnika və sursat tədarükü Pxenyana 14 milyard dollardan çox gəlir gətirib. Şimali Koreya hərbçilərinin döyüş bölgəsində iştirakı da hərbi sazişlərin bir hissəsinə çevrilib. Orada əsgərlər ayda iki min dollar civarında əməkhaqqı alırlar.


Cənubi Koreyanın Mərkəzi Bankı Şimali Koreyanın iqtisadi artımının 2024-cü ildə 3,7 faiz olduğunu qeyd edib. Hesab edilib ki, maliyyə axınları daxili bazarı sabitləşdirməyə, genişmiqyaslı regional tikinti layihələrini (məsələn, mənzil proqramlarını) maliyyələşdirməyə və raket-nüvə proqramını maneəsiz inkişaf etdirməyə imkan verərək mövcud Kim Çen In hakimiyyətinin güclənməsinə xidmt edir.




Cənubi Koreya kəşfiyyatının tədqiqatçılarının qənaətincə, Şimali Koreya artıq gəmilərlə Rusiyaya 7-14 milyard dollar dəyərində raket, mərmi və artilleriya mərmiləri göndərib. Bundan başqa, təxminən 11 000 şimali kореyalı hərbçinin Rusiyada ukraynalılara qarşı fəal döyüşdüyü təxmin edilir.


Cənubi Koreyanın təxminlərinə görə, on minə yaxın şimali kоrеyalı Rusiyanın tikinti meydanlarında və meşə tədarükü düşərgələrində çalışır. Halbuki BMT ölkələrə Şimali Koreyanın işçi qüvvəsindən istifadəni qadağan edib. Onların bir çoxu həmin sanksiyadan yayınmaq məqsədilə Rusiyaya tələbə vizaları adı altında daxil olurlar.


Kim Çen In və ölkə rəsmiləri Rusiyaya hərtərəfli dəstək və yardım edəcəklərinə dair dəfələrlə bəyanatlar veriblər.


Rəsmi Pxenyanın tutduğu bu mövqe Ukraynadakı müharibədə Rusiyanın uğur qazanmasına yardım edib. Bu isə Avropada gərginliyin artmasına, davam etməsinə dəstək anlamına gələ bilər. Başqa sözlə, Şimali Koreya bununla həm iqtisadi vəziyyətini düzəldir, həm də düşmən saydığı Qərb imperializminə qarşı mübarizə aparır.


Bəhs etdiyimiz körpü isə bu istiqamətdə Moskva-Pxenyan əməkdaşlığının genişlənməsinə şərait yaradacaq.


Bu hadisə başqa bir yarımadada - Krımda RF-nin körpü salmasını yada salır. O, RF işğal və ilhaq etdikdən sonra yarımada ilə əlaqələri birbaşa, quru yolla təmin etmək məqsədilə inşa edilib. 19 kilometr uzunluğundadır, iki paralel hissə, 4 zolaqlı avtomobil yolu və ikixətli dəmir yolundan ibarətdir. Körpünün tikintisinə 2015-ci ildə başlanılıb. 2019-cu ildə isə bu infrastruktur istismara verilib.




Ukrayna Silahlı Qüvvələri bu körpüyə dəfələrlə hücum edib. Körpü ilə mülki maşınların hərəkəti davam etsə də, hərbçilərin və hərbi yüklərin daşınmasında intensivliyin azaldığı deyilir.


Şimali Koreya ilə Rusiya arasında istifadəyə verilən məlum quru körpü gələcəkdə Krım körpüsünün taleyini də yaşaya bilər. Bu isə RF-nin Uzaq Şərqdəki mövqeyinin hədəfə alınmasına səbəb olar.


Bir maraqlı məqam da odur ki, Moskva ilə Pxenyan öz aralarında əməkdaşlığı genişləndirmək məqsədilə körpü açdıqları gün Cənubi Koreya, ABŞ və Yaponiya genişmiqyaslı birgə hərbi təlimlərə başlayıb. Bu hərbi tədbir beş gün davam edəcək. Təlimlər Şərqi Asiyadakı gərginlik fonunda keçirilir. İştirakçı dövlətlərin hərbçiləri dəniz və hava əməliyyatları da daxil olmaqla bir neçə sahədə qarşılıqlı təlim keçirlər. Manevrlər keçirməkdə məqsəd müttəfiqlərin regiondakı potensial təhdidlərə birgə cavab vermə qabiliyyətini artırmaqdır.


İddia olunur ki, ABŞ-nin regionda keçirdiyi hərbi manevr Çinin də qonşu dövlətlərə təzyiqinin artması ilə müşayiət edilə bilər.


Üç dövlətin hərbi manevri ərəfəsində Kim Çen In ikinci esminesi istismara verdiklərini bildirib. O daha etibarlı çəkindirici nüvə potensialının yaradılmasına çağırış edib. Kim Çen In sözügedən hərbi manevri ölkəsinin təhlükəsizliyinin təhdidi kimi qəbul etdiyini də vurğulayıb.


İddia olunur ki, Koreya lideri bu kimi təzyiqlərlə ABŞ-dən daha böyük güzəştlər əldə etmək istəyir.

ABŞ, Yaponiya, Cənubi Koreyanın beşgünlük birgə təlimi Rusiya, Çin, Şimali Koreyanın regional və qlobal miqyasda yaratdıqları, yarada biləcəkləri gərginliyə qarşı güc nümayişidir. Vaşinqton bununla qarşı tərəfə yalnız İran və Yaxın Şərq məsələləri ilə məşğul olmadığı siqnalını, ismarışını verir. Bu manevrlər Şimali Koreyanın regionda yaratdığı, yarada biləcəyi narahatlıqlara qarşı çağırış da sayıla bilər.


Beləliklə, Rusiya-Şimali Koreya körpüsü Uzaq Şərqdə gərginliyin artması üçün amil ola bilər. Üçlərin manevr keçirməsi ilə onun açılışının eyni vaxta düşməsi də təsadüfi deyil. Ona görə də Uzaq Şərqdə hərə öz tədbirini görür.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 19:00
    Uzaq Şərqdə artan gərginlik - Körpü açan Rusiya, təlim keçirən ABŞ - ŞƏRH
  • Bu gün, 18:33
    Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək
  • Bu gün, 17:59
    Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib
  • Bu gün, 17:13
    Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır
  • Bu gün, 16:43
    Nazir müavini: Azərbaycan qlobal şəhər-iqlim sinergiyasına töhfə verməyə hazırdır
  • Bu gün, 16:05
    Daşlara qədər çatan işğal - Qarabağın məhv edilən mədəni irsi - ŞƏRH
  • Bu gün, 15:20
    Ali Məhkəmə: Onlayn kreditlər zamanı dələduzluq faktı kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir
  • Bu gün, 14:46
    TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
  • Bu gün, 14:32
    Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
  • Bu gün, 13:06
    Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
  • Bu gün, 12:32
    "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq
  • Bu gün, 12:14
    İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
  • Bu gün, 11:40
    ANAMA sədri: Qarabağ və Şərqi Zəngəzur 1 milyondan çox mina ilə çirkləndirilib
  • Bu gün, 10:39
    Tanınmış generala ağır itki
  • Bu gün, 10:18
    İki kollecdə yeni - Təyinat
  • Bu gün, 10:00
    UEFA Çempionlar Liqasında əsas mərhələ bu gün start götürür
  • Bu gün, 09:14
    Azərbaycan neftinin qiyməti 107 dolları keçib
  • Bu gün, 08:49
    Bakıda yağışlı havada tıxac olan yollar açıqlanıb
  • Dünən, 19:00
    Trampın elçilərinin Moskva və Kiyevə səfəri – davam edən müharibə - ŞƏRH
  • Dünən, 18:31
    Uitkoff Ukrayna üzrə danışıqlar prosesində əhəmiyyətli irəliləyişin olduğunu bildirib
  • Dünən, 18:08
    Kanada hökumətinin ikili oyunu: Alberta referendumu nəyi ifşa edir? - ŞƏRH
  • Dünən, 17:30
    Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur
  • Dünən, 16:39
    Kliçko: Kiyevdə komendant saatının müddəti qısaldılacaq
  • Dünən, 16:14
    “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
  • Dünən, 15:30
    Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib
  • Dünən, 14:58
    Zelenski Ukrayna ordusunun Rusiyada neft emalı müəssisələrini vurduğunu bildirib
  • Dünən, 14:42
    Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
  • Dünən, 14:19
    İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
  • Dünən, 13:50
    Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
  • Dünən, 13:27
    Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
  • Dünən, 12:48
    İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
  • Dünən, 11:49
    Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
  • Dünən, 11:15
    Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib
  • 6-09-2026, 14:00
    Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər
  • 6-09-2026, 13:00
    Çində palçıq və lil axını nəticəsində iki nəfər ölüb, 10 nəfər itkin düşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə