• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Trampın elçilərinin Moskva və Kiyevə səfəri – davam edən müharibə - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 19:00

Trampın elçilərinin Moskva və Kiyevə səfəri – davam edən müharibə - ŞƏRH

ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Rusiya və Ukraynaya səfəri başa çatıb. Onlar sentyabrın 5-6-da bu ölkələrin rəsmilərilə görüşüblər.

Trampın elçilərinin Moskva və Kiyevə səfərləri münaqişənin həlli üzrə birbaşa danışıqları yenidən başlatmaq, atəşkəslə bağlı Ağ Evin təkliflərini müzakirə etmək məqsədi daşıyıb. Bu səfəri ABŞ Prezidentinin tərəflər arasında növbəti sülh yaratmaq təşəbbüsü adlandırırlar.

Məlumatlara əsasən, nümayəndələr Moskva və Kiyevdə müharibəni dayandırmaqla bağlı təklifləri müzakirə ediblər. Ehtimal edilir ki, razılıq əldə ediləcəyi halda ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyaları yumşaldacağını boyun olub.

Trampın nümayəndələrinin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmələri Moskva və Kiyevin təkliflərə münasibətinin göstəricisi olsa da, müsbət nəticənin olacağı ehtimalı azdır.

ABŞ lideri nümayəndələrinin səfərindən öncə bildirmişdi ki, Uitkoff və Kuşner Ukraynada müharibəyə son qoymaq təklifi ilə Moskva və Kiyevə yollanırlar: "Onlar özləri ilə müharibəni dayandırma təklifi aparırlar. Biz onları ora nəyə isə nail olmaq üçün göndərdik. Uğur əldə etmək üçün yaxşı şanslarımız var".

Bu səfər tərəflər arasında sabitləşməyə doğru addım sayılır. Hesab edilir ki, bununla tərəflər arasında gərginliyin azaldılmasına, habelə ABŞ, Ukrayna və Rusiya arasında kommunikasiya kanallarının qurulmasına cəhd edilir.


Vladimir Putinlə Uitkoff və Kuşner arasında görüşün təxminən 3 saat davam etdiyi bildirilib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşün məzmunlu, konstruktiv və səmimi keçdiyini qeyd edərək, Moskvanın döyüş meydanındakı vəziyyətə "aydın və əhatəli qiymətlər" verdiyini, müharibənin bütün əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Köməkçinin sözlərinə görə, ABŞ nümayəndələri nizamlamanın mümkün yolları barədə bir sıra mülahizələr irəli sürüblər.

Amerikalı nümayəndələrin Moskvaya səfəri zamanı Ukrayna Rusiyanın hava limanlarına atəş açmayıb. Ancaq onların Kiyevə səfəri ərəfəsində sentyabrın 5-də Rusiya Ukraynanın Julian və Borispol beynəlxalq hava limanlarına zərbə endirib. Volodimir Zelenski bunu ABŞ elçilərinin səfəri öncəsi hücuma hazırlıq kimi qiymətləndirib.

Bundan başqa, Rusiya ordusu sentyabrın 5-nə keçən gecə Ukraynaya zərbələr endirməyə davam edib. RF Müdafiə Nazirliyindən bildirilib ki, Dnepropetrovsk vilayətindəki iki metallurgiya müəssisəsinə, Nikolayev və Odessa vilayətlərində isə logistik mərkəzlərə zərbələr endiriblər.


Rusiya Ukraynanın "İzmail" limanını da vurub. Eləcə də "Çornomorsk" limanında hərbi əmlak daşıyan yük gəmisi, Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinin patrul katerinə zərbə endirilib. RF Müdafiə Nazirliyi Donetsk vilayətindəki Kurtovka kəndini nəzarət altına aldıqlarını da görüş ərəfəsində bəyan edib.

Məlum səfər ərəfəsində Rusiya hərbi qüvvələrinin Kiyevin mərkəzində Ukrayna Təhlükəsizlik Xidməti rəisinin kabinetinə də zərbə endiriblər.

Əsas sual budur: Donald Trampın elçilərinin səfərindən sonra Rusiya və Ukrayna arasında atəşkəs olacaqmı?


Ötən illərlə müqayisədə 2026-cı ildə tərəflər arasında, xüsusən Rusiyanın hücumunun azaldığı müşahidə olunur. Ukraynanın sərhəd rayonlarında və şərqində kiçik yaşayış məntəqələrinin mütəmadi olaraq əldən-ələ keçməsinə dair tərəflər açıqlama verir. Məsələn, RF rəsmiləri Ukraynanın Konstantinovka yaşayış məntəqəsini ələ keçirdiklərini bildirsələr də, qarşı tərəf bunun əksini təsdiqləyən fakt irəli sürür.

Qeyd edək ki, Ukraynanın ərazisinin təxminən 19,25%-i (təqribən 116 165 kvadrat kilometr) RF-nin işğalı altındadır. 2025-ci il ərzində RF-nin tutduğu ərazinin artımı təxminən 0,72% (təqribən 4300–5000 kv. km) təşkil edib.


Ukrayna isə qarşı tərəfin neft emalı, neft bazaları və yanacaqdoldurma məntəqələrini vurmaqla Federasiya ərazisində yanacaq qıtlığının, böhranın yaranmasına nail olub.

Görüş ərəfəsində baş vermiş hadisələr Moskvanın qonaqların ictimaiyyət üçün məlum olmayan təkliflərinə cavab da sayıla bilər. Çünki Moskva dünyanın aparıcı güclərindən olduğunu nümayiş etdirmək üçün zəif görünmək istəmir. Son zamanlar Rusiyada səfərbərliyə dair neqativ məlumatlar yayılır.

Federasiyada raket və dron çatışmazlığının mövcudluğu da vurğulanır. Bildirilir ki, Şimali Koreya ilk dəfə Rusiyaya "Hwasong-11C ("Yanar ulduz" -KN-30)" ağır ballistik raket verib. Buna qədər RF bu ölkədən "KN-23" və "KN-24" raketləri alıb. Onlara xidmət etmək üçün 90 şimali koreyalı Rusiyanın Voronej vilayətinə ezam olunub.

Rusiyanın hərbi qüdrətinin zəifləməsi ilə bağlı yayılan xəbərləri ört-basdır etmək məqsədilə amerikalıların görüşü ərəfəsində belə Ukrayna ərazilərinə hücumları davam etdirib. Belə görünür ki, Moskva Trampın sülh təkliflərini qəbul etməkdə maraqlı görünmür. RF işğal etdiyi Krım, Donetsk və Luqanskın onun ərazisi olaraq tanınmasını, qismən işğal etdiyi Xerson və Zaporojye vilayətlərinin də ona verilməsini istəyir.

Başqa sözlə, Moskvanın "3+2" formulunun reallaşması qarşılığında sülhə razılıq verəcəyi görünür, o bunu gizlətmir. Rəsmi Kiyev isə Moskvanın bu iddiasının təmin olunması ilə razılaşmır. Ona görə də Kreml rəsmiləri Ukrayna ilə danışıqlar prosesinin, faktiki olaraq, dondurulduğunu, yeni heç bir ideyanın olmadığını vurğulayırlar.

Bişkekdəki Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində mətbuat konfransında Vladimir Putin Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqların faktiki olaraq dondurulduğunu vurğulayaraq Uitkoff və Kuşnerin "Moskva üçün həmişə arzuolunan qonaqlar" olduğunu qeyd edib. Bu da Trampın elçilərinin cəhdlərinin uğursuz olacağını ehtimal etməyə əsas verən amillərdən sayıla bilər.


Daha bir məqama diqqət edək. Avqustun sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya gizli səfər etdi. Bildirildi ki, səfər işgüzar xarakter daşıyıb. Direktorun keçirdiyi görüşlərdə beynəlxalq təhlükəsizlik məsələləri, sülh danışıqlarına çağırışlar və münaqişələrin kəskinləşməsi ilə bağlı xəbərdarlıqlar müzakirə olunub. O da qeyd edilib ki, Rusiya rəsmi şəxsləri ilə bir sıra təmaslar planlaşdırılıbmış. Ancaq görüşlərin bir hissəsi proses zamanı dəyişikliyə məruz qalıb.

Uitkoff və Kuşner birlikdə iki dəfə 2025-ci ilin dekabr ayının əvvəlində və 2026-cı ilin yanvar ayının sonunda Moskvada səfərdə olublar. Kiyevi isə onlar birlikdə ilk dəfə ziyarət ediblər. Bəzi mənbələr bu səfərdən öncə bildirmişdilər ki, Moskva Uitkoff və Kuşnerin Kiyevə səfərinə qarşı çıxıb. Məlumata görə, Rusiya onların Ukraynaya ziyarət etmələrini istəməyib və planlarını dəyişdirməyə məcbur etməyə çalışıblar. Ancaq buna nail olmayıblar.

Belə ehtimal etmək olar ki, Moskva bununla RF-Ukrayna müharibəsində əsas söz sahibi olduğunu, danışıqların onunla aparılmasını, razılıqların da onunla əldə edilməsini istəyib. Ancaq səfərin marşrutu dəyişdirilmədi. Vaşinqton bununla Moskvaya qlobal miqyasda tutduğu mövqeyi göstərib.

Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə görüşün yaxın zamanlarda elan olunması mümkündür. Çıxışlar, açıqlamalar bu səfərin də Ukraynaya sülh gətirməyəcəyi qənaətinə gəlməyə əsas verir. Çünki Rusiya postsovet məkanını hələ özünün nüfuz dairəsi sayır...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

13-05-2025, 14:37

Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH

Gündəm / Siyasət

25-04-2025, 15:17

Ukraynada yubanan atəşkəs – torpaqlardan çıxmayan Rusiya - ŞƏRH

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 19:00
    Trampın elçilərinin Moskva və Kiyevə səfəri – davam edən müharibə - ŞƏRH
  • Bu gün, 18:31
    Uitkoff Ukrayna üzrə danışıqlar prosesində əhəmiyyətli irəliləyişin olduğunu bildirib
  • Bu gün, 18:08
    Kanada hökumətinin ikili oyunu: Alberta referendumu nəyi ifşa edir? - ŞƏRH
  • Bu gün, 17:30
    Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur
  • Bu gün, 16:39
    Kliçko: Kiyevdə komendant saatının müddəti qısaldılacaq
  • Bu gün, 16:14
    “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
  • Bu gün, 15:30
    Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib
  • Bu gün, 14:58
    Zelenski Ukrayna ordusunun Rusiyada neft emalı müəssisələrini vurduğunu bildirib
  • Bu gün, 14:42
    Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
  • Bu gün, 14:19
    İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
  • Bu gün, 13:50
    Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
  • Bu gün, 13:27
    Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
  • Bu gün, 12:48
    İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
  • Bu gün, 11:49
    Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək
  • Bu gün, 11:15
    Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib
  • Dünən, 14:00
    Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər
  • Dünən, 13:00
    Çində palçıq və lil axını nəticəsində iki nəfər ölüb, 10 nəfər itkin düşüb
  • Dünən, 12:30
    Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub
  • Dünən, 12:30
    Pulunuzu göyə sovuracaq 5 işlənmiş maşın
  • Dünən, 12:00
    Günün qoroskopu: Maliyyə məsələlərini bu gün bir kənara qoyun
  • Dünən, 11:00
    ABŞ Ekvador narkokartelinin maraqları naminə istifadə olunan gəmiləri batırıb
  • Dünən, 10:30
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Dünən, 10:00
    Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
  • 5-09-2026, 16:20
    Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
  • 5-09-2026, 15:29
    Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
  • 5-09-2026, 14:49
    Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
  • 5-09-2026, 13:30
    SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
  • 5-09-2026, 12:44
    Bazar günü yağış yağacaq - PROQNOZ
  • 5-09-2026, 11:50
    Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir
  • 5-09-2026, 09:22
    Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
  • 4-09-2026, 18:34
    Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
  • 4-09-2026, 18:06
    Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
  • 4-09-2026, 17:34
    Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb
  • 4-09-2026, 16:58
    Marko Rubio Latın Amerikasının üç ölkəsinə səfər edəcək
  • 4-09-2026, 16:28
    Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə