• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

ABŞ ilə İran arasında atəşkəs – "ölüm" şüarı, sanksiyaların ləğvinin başlanğıcı - ŞƏRH

Gündəm / Siyasət

8-04-2026, 15:54

ABŞ ilə İran arasında atəşkəs – "ölüm" şüarı, sanksiyaların ləğvinin başlanğıcı - ŞƏRH


İran və ABŞ-İsrail arasında ikihəftəlik atəşkəs elan olunub. Bu rejim Pakistanın Baş naziri Şahbaz Şərifin çağırışı və vasitəçiliyi ilə reallaşır. O, aprelin 10-da tərəflər arasında danışıqların İslamabadda keçirilməsini də təklif edib.

Görüşdə ABŞ-nin 15, İranın 10 maddəlik təkliflərinin müzakirə olunacağı gözlənilir.

Ağ Evin İslam Respublikasından tələbləri təxminən aşağıdakılar sayılır:

-Nüvə proqramının tam və qəti şəkildə ləğvi;

-Nüvə silahının işlənib hazırlanmasından və ona sahib olmaqdan hüquqi cəhətdən təsbit olunmuş imtina;

-Ölkə ərazisində uranın zənginləşdirilməsinə tam qadağa;

- 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarının (təxminən 450 kq) AEBA-ya təhvil verilməsi;

-Nətənz, İsfahan və Fordodakı nüvə mərkəzlərinin ləğvi;

-AEBA-nın müfəttişlərinin maneəsiz girişinin və nəzarətinin təmin edilməsi;

-Proksi qruplardan istifadə siyasətinə və onların maliyyələşdirilməsinə son qoyulması;

-Regiondakı müttəfiq qruplaşmaların idarə edilməsindən və silahlandırılmasından tam imtina;

-Hörmüz boğazında sərbəst gəmiçiliyin və daimi açıqlığın təmin edilməsi;

-Raket proqramının sayı və mənzili üzrə ciddi məhdudlaşdırma;

-Qalan raket arsenalının yalnız müdafiə məqsədləri üçün istifadəsi.

İranın xarici işlər naziri Abbas Əraqçi isə "X"dəki səhifəsində 10 maddəlik siyahını dərc edib:

- hücum etməmək öhdəliyi;

- İranın Hörmüz boğazı üzərində nəzarətinin saxlanması;

- uranın zənginləşdirilməsinə razılıq;

- bütün ilkin sanksiyaların ləğvi;

- bütün ikinci sanksiyaların ləğvi;

- BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin ləğvi;

- AEBA Rəhbərlər Şurasının bütün qətnamələrinin ləğvi;

- İrana kompensasiyanın ödənilməsi;

- ABŞ qoşunlarının regiondan çıxarılması;

- Livanda "Hizbullah"a qarşı müharibə daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması.

Tərəflərin irəli sürdüyü təkliflərə əsasən, demək olar ki, ABŞ üçün prioritet məsələ İranının nüvə və raket proqramları, Tehran üçün isə sanksiyaların ləğvidir. İranın təkliflərində yenilik, demək olar ki, yoxdur. Çünki bu istəklərini o, əvvəllər də irəli sürmüşdü. Digər tələb və ya təkliflər isə daha çox bu məsələlərin qəbul edilməsi üçün nəzərdə tutulan yardımçı, yaxud güzəştlər üçün nəzərdə tutulan iddialardır.

Məsələn, ABŞ-nin qoşunlarını Yaxın Şərqdən çıxarması ilə bağlı tələbin həyata keçməsi indiki şərait üçün real görünmür. Yaxud İranın nüvə proqramından birdəfəlik imtinası da mümkün sayılmır. Bu baxımdan, Vaşinqton və Tehranın ortaq mövqeyə gələcəkləri ehtimalı azdır.

Atəşkəs yaranmış daxili, regional və qlobal şərtlərin nəticəsidir.

ABŞ-də, dünyanın müxtəlif ölkələrində müharibə əleyhinə etiraz aksiyaları keçirildi. Ştatlarda qanunverici orqanda müxalifətdə olan Demokratlar Partiyası müharibə əleyhinə davamlı çıxış etməklə yanaşı, Prezident Donald Trampı sərt tənqid edirdilər. Yeri gəlmişkən, 40 günlük bu hərbi əməliyyatın Ağ Evə 40 milyard dollara başa gəldiyinə dair məlumatlar yayılıb.

Vyetnam və Əfqanıstandakı səhvlərin təkrarlanmaması da razılaşmaya təsir göstərən amillərdəndir.

Neftin qiymətinin qalxması, qlobal səviyyədə iqtisadiyyata dəyən ziyana görə də ABŞ ittiham olunurdu. Onun bölgədəki strateji tərəfdaşları – Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Çinin müharibəyə qarşı olması ilə yanaşı, tərəflərin müharibəni dayandırmağa təşviq etməsinin də ABŞ və İranın bu qərarı qəbul etməsinə təsir göstərib.

Bu, həm də regional və qlobal güclərin müharibələri, münaqişələri dayandırmaq imkanlarını göstərdi.

İran qapalı ölkə olsa da, onun hakimiyyəti daxilində də müharibəyə qarşı yetərincə çıxışlar edilib.

Bəzi mənbələrə görə, İran Prezidenti Məsud Pezeşkianla müharibə tərəfdarları arasında mübahisələr də olub. O, savaşa üstünlük verənləri "özbaşınalıq"da ittiham etmiş, regional ölkələrin infrastrukturuna hücumları gücləndirmək siyasətinin atəşkəsə nail olmaq üçün bütün imkanları məhv etdiyini, onların bu davranışının İslam Respublikasını birbaşa böyük bir fəlakətə doğru apardığını bildirmişdi. Məsud Pezeşkian ölkəsinin mövcud vəziyyətindən bəhs edərək onu da bildirmişdi ki, dəqiq qiymətləndirmələrə əsasən, İran iqtisadiyyatı dağıdıcı müharibənin təzyiqi altında uzun müddət davam gətirməyəcək və tam iqtisadi çöküş qaçılmazdır.

Yeri gəlmişkən, atəşkəs qərarından öncə Donald Tramp İran hakimiyyəti daxilində sülh istəyən, danışıqlar tərəfdarı olan yüksək vəzifəlinin olduğunu vurğulamışdı. Bundan başqa, regional güclər müharibənin davam etdirilməsinin faydasız olduğunu Tehranın diqqətinə çatdırırdı. Çünki müharibənin davam etməsi vəziyyətin dalana dirənəcəyi ehtimalını artırırdı.

Hərbi əməliyyatlar zamanı mülki obyektlərə də hücum olunurdu. Bununla da tərəflər silahlı münaqişənin forma və məzmunundan kənara çıxmağa başlamışdılar. Atəşkəslə bu kimi hadisələrin törədilməsinin dayandırılmasına da nail olunub. Odur ki, yuxarıda da qeyd etdiyimiz kimi, atəşkəs daxili, regional və qlobal sifariş də sayıla bilər.

Atəşkəs rejimi İrana yeni fürsətlər aça bilər. Bu, 2015-ci ilin yayında İranın nüvə proqramı üzrə ABŞ və Avropa İttifaqı da daxil "altılıq"la Tehran arasında imzalanmış Əhatəli Razılaşma Müqaviləsi ovqatı yaradır. Onda da İran hakimiyyətinə tətbiq edilən çoxsaylı sanksiyaların nüvə proqramı ilə bağlı qisminin ləğvi nəzərdə tutulurdu. O zaman İranın xarici işlər naziri olmuş Məhəmməd Cavad Zərif bildirmişdi: "Biz heç kəsin maraqlarına cavab verməyən, yayılmamaq maraqlarına uyğun olmayan tsikli qırdıq. Ümid edirəm ki, bu proses başa çatdıqdan sonra biz hamımız həqiqi dialoq və qarşılıqlı əlaqələr problemləri həll etmək, yeni üfüqlər açmaq və irəliləmək üçün imkanları nümayiş etdirə bilərik".

Ovaxtkı ABŞ prezidenti Barak Obama İranla əldə edilən qarşılıqlı anlaşmanı tarixi adlandıraraq vurğulamışdı ki, İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi nöqtəbənöqtə yoxlanılacaq: "İran cığallıq və hiyləgərlik etsə, dünya bunu biləcək".

Bütün bu proses Donald Trampın o vaxt prezident seçilməsi ilə dayandı.

Tramp isə aprelin 8-də qəbul edilən atəşkəs rejimini yüksək qiymətləndirib: "Dünya sülhü üçün vacib gün! İran bunun baş verməsini istəyir - onlar artıq bezib! Eyni şeyi bütün digərləri haqqında da demək olar! ABŞ Hörmüz boğazında nəqliyyat axınının tənzimlənməsinə kömək edəcək".

O, mühüm addımlar atılacağını, böyük pulların qazanılacağını, İranın bərpa prosesinə başlayacağını vurğulayıb: "Biz hər cür yüklərlə yüklənəcəyik və hər şeyin yaxşı getdiyinə əmin olmaq üçün sadəcə yaxınlıqda "dolanacağıq". Əminəm ki, belə olacaq. ABŞ-də olduğu kimi, bu da Yaxın Şərqin "Qızıl Əsri" ola bilər".

Atəşkəs sanki hamının arzuladığı, ancaq dilə gətirməyə, bu yöndə addım atmağa çətinlik çəkdiyi bir hadisədir.

Bu rejimlə bağlı qərar bütün qüvvələrə rahat bir nəfəs almağa yardım edir. 40 günlük müharibə bitdi. Qalib var? Bu qarşıdurmada üstün olan tərəf var. O da ABŞ-dir. İran isə hakimiyyəti qoruyub saxlamaqla öz üstünlüyünü qələbə kimi göstərməyə çalışır.

Bu hadisədə qələbə şərtlərin qəbul edilməsindən daha çox asılıdır. Ona görə üstünlük az itki verən tərəfdədir. Tərəflərin təkliflər və tələblər əsasında razılaşması İran İslam Respublikasının aqibətində təyinedici rol ola bilər. ABŞ ilə İranın danışıqlar masası arxasında oturması, müsbət nəticələrin əldə edilməsi Yaxın Şərqi əsaslı şəkildə dəyişər. Odur ki, ikihəftəlik atəşkəs sabit, təhlükəsiz bölgənin qurulmasının başlanğıcı olar.

47 illik "ölüm" şüarları, sanksiyalar dövrü ömrünü atəşkəsin başlaması ilə bitirə bilər. Hələ ki tərəflər, onların təəssübkeşləri arasında eyforiya yaşanır. Belə emosional vəziyyət isə təxribatlara, təhriklərə yol açar.

Bu gün ABŞ-nin hərbi əməliyyatları nəticəsində öldürülən İranın keçmiş ali rəhbəri Seyid Əli Xameneinin 40 mərasimi günüdür. Atəşkəs rejimi bu mərasimin təşkili üçün də şərait yaradar...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

20-02-2026, 16:50

Vaşinqton və Tehran savaşla saziş astanasında – iki həftəliyə təxirə salınan müharibə - ŞƏRH

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:00
    NYT: ABŞ ilə memorandum 25 milyard dollarlıq İran aktivlərinin sərbəst buraxılmasını nəzərdə tutur
  • Bu gün, 15:00
    Pakistan XİN başçısı: ABŞ-İran münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunub
  • Bu gün, 14:30
    "Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
  • Bu gün, 14:00
    Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib
  • Bu gün, 13:18
    Azərbaycanın İgid Oğlu
  • Bu gün, 13:00
    Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
  • Bu gün, 12:30
    Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
  • Bu gün, 12:00
    Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb
  • Bu gün, 11:00
    Cəlilabadda 3,2 maqnitudalı zəlzələ baş verib
  • Bu gün, 10:30
    Filippində binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb
  • Bu gün, 10:00
    Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümü bu gün başa çatır
  • Dünən, 16:47
    Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb
  • Dünən, 15:55
    WUF13 - Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal həmrəyliyə növbəti tarixi töhfəsi - ŞƏRH
  • Dünən, 14:49
    Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində islahatlar müzakirə edilib
  • Dünən, 13:27
    İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib
  • Dünən, 11:25
    Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ - FOTO
  • Dünən, 10:13
    Çində kömür mədənində ölənlərin sayı 80 nəfəri ötüb - YENİLƏNİB
  • Dünən, 09:37
    BİZİM TƏQVİM:23 mayda baş vermiş tarixi hadisələr
  • 22-05-2026, 18:33
    Nəqvi və Əraqçi Yaxın Şərqdə münaqişənin nizamlanmasına dair təklifləri müzakirə ediblər
  • 22-05-2026, 18:08
    Niderland Kralı İlham Əliyevi təbrik edib
  • 22-05-2026, 17:26
    Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürüb
  • 22-05-2026, 16:47
    Baş katib: "Şəhərlərin qurucuları icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiyanı verir"
  • 22-05-2026, 16:10
    Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb
  • 22-05-2026, 15:30
    WUF13-ün bağlanış mərasimi keçirilir - CANLI
  • 22-05-2026, 14:43
    Quterreşin müavini: BMT Azərbaycana minatəmizləmə işlərinə dəstəyini davam etdirir
  • 22-05-2026, 13:33
    ABDULLA ORİPOV - 85
  • 22-05-2026, 13:27
    Sabah 28 dərəcə isti olacaq
  • 22-05-2026, 12:46
    WUF13-də gələcəyin şəhərlərinin inşası üçün birləşməyə çağırış edilib
  • 22-05-2026, 12:00
    Parlamentin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
  • 22-05-2026, 11:42
    Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
  • 22-05-2026, 10:59
    Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü
  • 22-05-2026, 10:30
    Sabiq deputat Türkiyədə vəfat etdi
  • 22-05-2026, 09:43
    Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək
  • 22-05-2026, 09:01
    Azərbaycan nefti bahalaşıb
  • 21-05-2026, 19:01
    Azərbaycan–Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə