Bu ilin I yarısında Azərbaycanda 7 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevrilib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.
Bidirilir ki, 6 200-dən artıq istifadəçinin hakerlərin qurbanına çevrildiyi müəyyən olunub.
XRİTDX dövlət qurumlarını mövcud və yarana biləcək təhlükələrdən qorumaq məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqləri davam etdirir.