Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər.
Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsinin rəhbəri Ərəfat Camal deyib.
“İran və Pakistan hakimiyyəti Əfqanıstan vətəndaşları ilə bağlı qaydaları sərtləşdirib. O cümlədən Tehran ölkədə sənədsiz olan 4 milyon əfqanın iyulun 6-dək İranı tərk etməsini tələb edib”, - o bildirib.
Onun sözlərinə görə, BMT QAK geri qaytarılma prosesinin miqyası, intensivliyi və şərtlərindən narahatdır.