İnsanın başında daşıdığı fikirlər bəzən görünməz, amma ən ağır yükə çevrilir. Bu yük nə çiyindədir, nə əllərdə — o, insanın içində, beynin dərin qatlarında səssizcə yığılır. Hər düşüncə bir siqnaldır, hər siqnal bir enerji, hər enerji bir hissdir. Beyin bu hissləri daşıyır, işləyir, yönləndirir — dayanmadan, fasiləsiz.
İnsan beyni milyardlarla neyronun bir-biri ilə əlaqə qurduğu bir kainatdır. Bu kainatda hər fikir bir ulduz kimi doğulur, parlayır, bəzən sönür, bəzən iz qoyur. Beyin bu ulduzların hərəkətini idarə edir, amma bu idarəçilik bəzən yorucu, bəzən dağıdıcı olur. İnsan heç nə etmədən yorula bilər — çünki düşünmək özü bir işdir, özü bir yükdür.
Bəzən insanın içindəki səs onu gecə yatmağa qoymaz. Bəzən gündüz sakit oturarkən belə, beyin içində mübahisələr aparar. “Niyə belə oldu?”, “Kaş ki başqa cür davranaydım”, “Gələcəkdə nə olacaq?” — bu sualların cavabını bəzən heç kim bilmir, amma beyin onları dayanmadan soruşur. Bu, görünməz bir mübarizədir. Başqaları görməz, amma sən daşıyırsan.
Fikirlərin yükü insanı təkcə ruhən deyil, fiziki olaraq da yorur. Stress, gərginlik, narahatlıq — hamısı beyindəki siqnalların nəticəsidir. İnsan bəzən öz düşüncələrinin əsirinə çevrilir. Bu əsarət səssizdir, amma güclüdür. İnsan gülür, danışır, işləyir — amma içində bir savaş gedir.
Bu yükü yüngülləşdirmək üçün insan öz fikirləri ilə üz-üzə qalmalıdır. Hansı düşüncələr faydalıdır, hansılar sadəcə narahatlıq yaradır — bunu ayırmaq cəsarət tələb edir. Daxili sakitlik, zehni təmizlik, düşüncələrin düzənə salınması — bunlar insanın ruhunu azad edir.
Çünki ən ağır yük — görünməz olandır. Və insanın beyni bu yükü daşımaqla daim işləyir. Özünü tanımaq, fikirlərini dinləmək və onları yönləndirmək — bu, insanın özünə verdiyi ən böyük dəyərdir.
Mövsümağa Ədalətoğlu
Yazıçı-publisist.