• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 17:06

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH


ABŞ-nin Kubaya təzyiqləri davam edir. Ötən gün Ağ Ev Kubada ÜDM-in 40 faizinə nəzarət edən dövlətin beş şirkətinə yeni sanksiya tətbiq edib.

"Azadlıq adası"nın Xarici İşlər Nazirliyi yeni yasaqları "amansız təcavüz" adlandırıb.

Sanksiyaya məruz qalan Kubanın beş dövlət şirkətindən üçü İnqilabi Silahlı Qüvvələri tərəfindən idarə olunan "Grupo de Administración Empresarial S.A." (GAESA) biznes-konqlomeratına bağlıdır.

Təhlillərə əsasən, GAESA Kubanın ÜDM-nin təxminən 40%-nə nəzarət etməklə yanaşı, 2024-cü il hesabatına görə 14,5 milyard dollar həcmində likvid ehtiyatlara (istənilən aktivin, əmlakın və ya kapitalın dəyər itkisinə məruz qalmadan, qısa müddətdə nağd pula çevrilmə, yaxud öhdəlikləri ödəmə qabiliyyəti) malikdir.

Bu dövlət şirkətlərinə malların ixracı və idxalına, xarici investisiyalar, maliyyə əməliyyatları, eləcə də emal olunmamış polad istehsalı ilə bağlı məhdudiyyətlər tətbiq olunub. Kuba Milli Təhlükəsizlik Şurasının rəhbəri, keçmiş prezident Raul Kastronun oğlu Alexandro Kastronunun həyat yoldaşı Annali Lilliam Rueda Kardero da sanksiyaya məruz qalıb. O, Milli Təhlükəsizlik (Müdafiə) Şurasının strukturlarında dövlət vəzifəsi tutmur, hökumət məmuru deyil. Annali Kardero jurnalistdir. O, "Cuba en Resumen" kimi beynəlxalq nəşrlər üçün materialların müəllifi kimi çıxış edir.

Onun əri Alexandro Kastro da daxil olmaqla ailənin başqa üzvlərinə qarşı da sanksiya tətbiq edilib.

2018-ci ildən Milli Müdafiə Şurasının sədri, Kubanın Prezidenti Migel Dias-Kaneldir.

ABŞ-nin dövlət katibi Marko Rubio deyib ki, Kubanın hakim rejim ailə üzvlərinin varlanması, habelə repressiyaların, casusluğun və anti-Amerika fəaliyyətinin maliyyələşdirilməsi üçün GAESA-dan istifadə edir.

Kubanın xarici işlər naziri Bruno Rodriges yeni sanksiyaları "kollektiv cəzanın" davamı, Marko Rubioni isə "vicdansız və yalançı" adlandırıb.

Bu günlərdə Ali Məhkəmə ABŞ şirkətlərinin Fidel Kastro hakimiyyəti tərəfindən əmlakının milliləşdirilməsi ilə bağlı kompensasiya iddiası qaldırmaq hüququnu təsdiqləyib. Həmin qərar "Exxon" neft emalı zavoduna neft terminalları və 100-dən çox yanacaqdoldurma məntəqəsindən istifadə edən Kuba şirkətlərinə qarşı iddia qaldırmaq hüququ verir. 1960-cı ildə rəsmi Havana konsernin əmlakını müsadirə edərək onu dövlət mülkiyyəti elan etmişdi. Məlumatlara əsasən, şirkətin tələb edəcəyi kompensasiyanın məbləği təxminən bir milyard dollar ola bilər.

Ali Məhkəmənin qərarı ABŞ Prezidenti Donald Trampın mövqeyini gücləndirə, Havanaya təzyiqləri artırmaq üçün əsasları artıra bilər.

İqtisadi və hüquqi sanksiya ABŞ-nin Kuba hakimiyyətinə qarşı başqa tədbirlər həyata keçirməyi də planlaşdırdığını gizlətmir.

Ştatların hərb naziri Pit Heqsetin sözlərinə görə, ABŞ Kuba prezidenti Dias-Kanelin həm oğurlanmasını, həm də öldürülməsini nəzərdən keçirir: "Bütün bu variantlar masadadır". Onun fikrincə, ABŞ müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Hərb naziri qeyd edib ki, ələkeçirmə və zərərsizləşdirmə variantları qalır.

P.Heqset əlavə edib ki, Havana ABŞ-nin təhdidləri ilə oynamamalıdır. O, Havananı hədələyərək bunun sonunun yaxşı olmayacağını da vurğulayıb, həmçinin Kuba rejiminə qarşı ciddi qərarların qəbul ediləcəyinin gözlənildiyini deyib.

Bir müddət əvvəl isə Donald Tramp Dias-Kanelə qarşı sanksiyalar tətbiq etmişdi.

Fidel Kastro Rus hakimiyyəti qardaşı Raul Kastroya ötürdü. Raulun ABŞ ilə münasibətləri normallaşdırması üçün onda müəyyən şərait yaranmışdı. Ancaq sovetlərdənqalma siyasi-ideoloji və geopolitik maraqlar Havananın xarici siyasətdə islahat aparmasını ənəgəlləmişdi. Raul 2018-ci ildə varis kimi Migel Dias-Kanelə prezidentliyi həvalə etdi. Onda da xarici siyasi kursa, xüsusən ABŞ ilə əlaqələrin qurulmasına yenidən baxılacağına ümid edilirdi. Ancaq o da ənənəvi kursu davam etdirdi.

Yeri gəlmişkən, qeyd edək ki, oxşar hadisələr qlobal miqyasda başqa ölkələrdə də müşahidə edilmişdi. Vaxtilə Suriyada atası Hafiz Əsədi əvəzləmiş Bəşşar Əsəd islahat aparmaq, Rusiya və İrandan uzaqlaşmaq, habelə xarici siyasi kursda dəyişiklik etmək kimi Ştatların, Türkiyənin tövsiyələrinə məhəl qoymadı. Bu səbəbdən də həyatının qalan hissəsini qaçaq kimi Rusiyada keçirməklə razılaşdı.

Yaxud ABŞ-nin beynəlxalq cinayətlərdə ittiham edərək həbs etdiyi Venesuela Prezidenti Nikolas Maduro da islahatlar aparmadığı, Uqo Çavesdən qalmış siyasi fəaliyyəti davam etdirdiyi üçün oxşar siyasi taleyi yaşadı. Bəşşar Əsəddən fərqli olaraq onu ABŞ-yə apardılar.

N.Maduro və həyat yoldaşı Siliya Flores ABŞ-nin "Mütləq Qətiyyət" əməliyyatı çərçivəsində 2026-cı il yanvarın 3-də tutulub. Ər-arvad "narkoterrorizm", narkotik qaçaqmalçılığı və qanunsuz silah saxlama kimi maddələr üzrə ittiham olunub.

Suriya və Venesuelada prezidentlər devirildiyi zaman onların hakimiyyəti uğurunda müqavimət göstərənlər də elə çox olmadı. Ona görə də azsaylı bu dirənişi müqavimətsiz təhvil-təslim də saymaq olar.

Kastroların 1959-1960-cı ildən davam edən 66 illik hakimiyyətinin Kubada canfəşanlıqla müdafiə olunacağı ehtimalı da azdır. Çünki insanları yürüdülən siyasətin nəticəsi maraqlandırır. Nəticə onların güzəranına müsbət təsir göstərməyəndə hakimiyyətlə aralarında uçurum yaranır. Odur ki, hakimiyyətlərin dəyişməsində apolitik sayılan bu sosial təbəqə bir dəfə iştirak edir. Bu baxımdan, Suriya və Venesuelada onların susqunluğu vəziyyətin dəyişməsi ilə yekunlaşmışdı.

Kubada da mənzərədə bənzərlik var. 66 illik kastrolar rejimi Kuba cəmiyyətinin sosial, siyasi, iqtisadi, mədəni inkişafını "tormozlayıb". "Azadlıq adası" ötən əsrin 80-90-cı illərini aşmaqda çətinlik çəkir.

Bir örnək göstərək. Ötən ay adada mazut və dizel yanacağı tükəndiyinə dair məlumatlar yayılmışdı. Kubanın Energetika Nazirliyindən bildirilmişdi ki, bu səbəbdən elektrik enerjisinin verilməsində fasiələlər artıb. Mart ayında Rusiyanın bu ölkəyə tədarük etdiyi 100 min ton neft uzun müddətə kifayət etməyib.

Onda Donald Tramp bəyan etmişdi ki, adaya istənilən ölkədən, o cümlədən Rusiyadan yanacaq tədarükünə etirazı yoxdur.

Kubanın energetika naziri Visente de la O Levi Mesa yancaq sahəsində vəziyyətin faciəli olduğunu bildirib: "Bizdə mazut, dizel yanacağı, ehtiyat tamamilə yoxdur".

Onun sözlərinə görə, Havananın bir çox rayonlarında elektrik enerjisi sutkada 22 saat verilmir. Ölkə paytaxtında vəziyyət belədirsə, əyalətlərdə onun daha ağır olduğu istisna edilmir.

Havanada bu problemə etiraz olaraq "İşığı yandırın!", "Birləşən xalq heç vaxt məğlub olmayacaq!" şüarları səslənib.

Vəziyyətin ağırlığını Prezident Migel Dias-Kanel də etiraf edib.

Kubada yaranmış vəziyyət ölkənin təhlükəsizliyini də təhdid edir. Bu isə kastroların və onların mal-mülkünü, hökmranlığını dəstəkləyənlərin, o cümlədən Prezident Migel Dias-Kanelin hakimiyyətinin Maduro aqibətini yaşayacığını tezləşdirir.

Kubada dəyişiklik ABŞ-nin Meksika boğazı və Karib dənizi hövzəsinə tam nəzarət etmək imkanını artırır. Bütün bunlar ölkədə Venesuela variantına hazırlığın görüldüyünü ehtimal etməyə əsas verir. Ona görə də "Azadlıq adası"nın düşdüyü vəziyyətə görə "halına yana gərək"...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

17-03-2026, 15:45

Kubada mümkün hakimiyyət dəyişikliyi – adanın ABŞ-yə geridönüşü - ŞƏRH

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

3-02-2026, 17:21

Klassik "neft silahı" meydanda - SSRİ üzərindəki uğur təkrarlana bilər - ŞƏRH

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:14
    Əli Əsədov Numan Kurtulmuşla görüşüb
  • Bu gün, 17:41
    "Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
  • Bu gün, 17:06
    Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH
  • Bu gün, 16:35
    Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb
  • Bu gün, 16:09
    Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
  • Bu gün, 15:26
    Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək
  • Bu gün, 14:56
    Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq
  • Bu gün, 13:23
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Bu gün, 13:01
    Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq
  • Bu gün, 12:29
    Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək
  • Bu gün, 11:50
    MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir
  • Bu gün, 11:20
    İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir
  • Bu gün, 10:24
    Dövlət qulluqçularının peşə bayramı - dövlətçiliyə sədaqətin və məsuliyyətin təntənəsi
  • Bu gün, 10:22
    Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq
  • Bu gün, 09:48
    Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb
  • Bu gün, 09:19
    Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib
  • Bu gün, 08:45
    Bakıda yalnız 3 istiqamətdə tıxac var
  • Dünən, 18:59
    Autizm və daun sindromlu uşaqlar üçün "Lavi" Akademiyası istifadəyə verildi!
  • Dünən, 17:37
    İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
  • Dünən, 16:55
    Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:15
    Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub
  • Dünən, 15:41
    DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub
  • Dünən, 15:27
    Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
  • Dünən, 15:03
    Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir
  • Dünən, 14:30
    Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
  • Dünən, 14:11
    Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
  • Dünən, 12:26
    Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
  • Dünən, 11:18
    İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib
  • Dünən, 10:35
    Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək
  • Dünən, 10:00
    Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib
  • Dünən, 09:16
    XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
  • Dünən, 08:45
    Bakıda 6 istiqamətdə tıxac müşahidə olunur
  • 22-06-2026, 18:45
    Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək
  • 22-06-2026, 18:20
    Hindistanda baş verən yanğın nəticəsində 15 nəfər ölüb
  • 22-06-2026, 17:51
    Bu gündən qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə