• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Kubada mümkün hakimiyyət dəyişikliyi – adanın ABŞ-yə geridönüşü - ŞƏRH

Gündəm / Siyasət

17-03-2026, 15:45

Kubada mümkün hakimiyyət dəyişikliyi – adanın ABŞ-yə geridönüşü - ŞƏRH


Yaxın Şərqdəki hadisələr ABŞ-nin Kuba ilə bağlı hədəflərini gerçəkləşdirmək istəyindən yayındırmayıb. Ötən gün Prezident Donald Tramp Ağ Evdə jurnalistlərə müsahibəsində bildirib ki, Kubanı "götürmək şərəfdir". Ağ Evin indiki rəhbəri vurğulayıb ki, "azadlıq adasını götürüb", "onunla istədiyini edə bilər".

Tramp ötən həftə razılaşma bağlamaqdan imtina edəcəyi təqdirdə Kubanı "dostcasına olmayan" üsulla da ələ keçirməklə hədələmişdi: "Mən onu azad edə və ya ələ keçirə bilərəm".

Hələ bu il martın 7-də ABŞ lideri söz verib ki, İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kubanı böyük dəyişikliklər gözləyir: "Bunlar Kubanın əvvəlki həyatının son anlarıdır. Onun gözəl yeni həyatı olacaq... Hələlik İran diqqətimizin mərkəzindədir, ancaq biz orada işimizi bitirəcəyik".

Venesuelada Nikols Maduronu həbs etdikdən sonra hədəfdə Kubanın olacağı gözlənilirdi. Ancaq Ağ Ev Latın Amerikasından Yaxın Şərqə keçməklə qitələrarası manevr müəyyən mənada gözlənilməz də sayılır. Çünki ABŞ-nin hədəfində Karib körfəzində, Latın Amerikasında ABŞ-nin milli maraqlarına qarşı olan hakimiyyətlərin dəyişdirilməsi durur.

Donald Tramp hesab edirdi ki, Venesuela, Kuba və başqaları Ştatlara dost olmayanların cəmləndiyi ölkələrdir. ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaqda onlara Çin, Rusiya kimi dövlətlər yardım edirlər. Bu azmış kimi, onlar neft qaçaqmalçılığı, qanunsuz narkotik dövriyyəsi ilə məşğul olur, kölgə donanması saxlayırlar. Ağ Ev hesab edir ki, Latın Amerikasında bu ölkələr sadalanan qanun pozuntularının qarşısını almaqda acizdir.

Hələ 2025-ci ilin avqustunda Ştatlar Karib hövzəsində hərbi mövcudluğunu artırmağa, sentyabrdan isə narkotik qaçaqmalçılığı ilə əlaqəli hesab etdiyi gəmilərə hücum etməyə başlamışdı.

2026-cı ilin əvvəlində isə ABŞ Venesuelada hərbi əməliyyat keçirdi. Ölkənin Prezidenti Nikolas Maduro yanvarın 3-də Ştatların xüsusi təyinatlıları tərəfindən tutularaq ABŞ-yə aparılıb. Bundan sonra dövlət başçısının vəzifələrini əvvəllər vitse-prezident postunu tutan Delsi Rodriges icra etməyə başlamışdı. O, faydalı qazıntılar haqqında qanunları dəyişdirərək Venesuelanın neft sektorunu xarici investisiyalara açdı. Donald Tramp fevralın 24-də "yeni dostu və tərəfdaşı" elan etdiyi Venesueladan təxminən 89 milyon barel neft aldığını bildirdi.

ABŞ Prezidenti martın 7-də Floridada Latın Amerikası ölkələrinin liderləri ilə sammitdə bəyan etdi ki, Venesuela hökumətini rəsmi olaraq tanıdığından məmnundur. Həmin gün iki ölkə arasında saziş də imzalanıb: "Bu saziş ölkələrimizə Venesuela qızılının və başqa faydalı qazıntıların satışına kömək etmək məqsədilə əməkdaşlığa imkan verir. Onların böyük qızıl ehtiyatları var. Onların yaxşı torpaqları var".

Bununla da Venesuela ABŞ-nin nüfuz dairəsinə keçmiş oldu. Başqa sözlə, bu Latın Amerika ölkəsi Çin-Rusiya düşərgəsindən Qərb tərəfə yerdəyişmə etmiş oldu.

ABŞ administrasiyası hesab edir ki, Venesuela əməliyyatı ilə qanunsuz halların və cinayətlərin qarşısını alıb.

Donald Tramp 2026-cı il yanvarın sonunda Kubanın ABŞ-nin milli təhlükəsizliyinə təhdidi ilə bağlı fövqəladə vəziyyət elan etdi. ABŞ-nin adaya yanacaq tədarükünü blok etməsi nəticəsində Kuba onilliklər ərzində ilk dəfə xarici enerji subsidiyalarından məhrum oldu. Habelə, Venesueladan güzəştli neft tədarükü dayandırıldı. Meksika da oxşar addım atdı.

Hadisələr Kubada vəziyyətin yaxın zamanlarda dəyişəcəyini ehtimal etməyə əsas verir. Donald Tramp "azadlıq adasının" çox ağır humanitar vəziyyətə düşdüyünü dəfələrlə bildirərək deyib ki, onların nə enerjisi, nə də pulu var. O vurğulayıb ki, Ştatlar üçün Kuba məsələsinin həlli vaxta bağlıdır: "Kuba hökuməti tezliklə devriləcək".

Donald Trampın belə çıxışlarına cavab olaraq, Kuba Prezidenti Miqel Dias-Kanel isə müdafiəyə hazır olduqları barədə xəbərdarlıq edib: "Bizi qorxutmağa ehtiyac yoxdur, sizin indiki hədələriniz bizə rəhbərliyində "qızılquşlar"ın olduğu ABŞ-nin, demək olar ki, bütün əvvəlki administrasiyalarının bizi hədələdiyi hər şeyi xatırladır".

Ötən gecə isə Kubada elektrik enerjisi tamamilə kəsilib. Kuba hakimiyyəti fevralın 9-da tezliklə aviasiya yanacağının çatışmazlığı barədə məlumat vermişdi. Martın 11-də isə Kubanın doqquz beynəlxalq hava limanında "Jet A-1" aviasiya yanacağı olmayacaq.

Elektrik enerjisinin verilməsində fasilələrin yaranması, yanacaqla təchizatda problemlər Kubada sosial vəziyyətin ağırlaşacağından xəbər verir. Çünki Meksika və Venesuela ABŞ ilə birgə fəaliyyət göstərir. Bu isə perspektivdə artıq bəzi turistlərin "bədbəxtlik adası" adlandırdıqları Kubada hakimiyyət dəyişikliyi üçün zəminin hazırlanmasıdır.

Bu ölkədə hakimiyyət dəyişikliyi kubalılar üçün 67 illik anti-ABŞ ideologiya, siyasət və təbliğat və çoxsaylı sanksiyalardan xilas olmaqdır.

1960-cı ildə Kuba ABŞ vətəndaşlarına və şirkətlərinə məxsus mülkiyyəti müsadirə etmişdi. Ağ Ev buna qarşı iqtisadi sanksiya tətbiq etmişdi. 1962-ci ildə tətbiq edilən sanksiyalar Kubaya embarqoları sərtləşdirmişdi. Bu qadağalar hərtərəflidir və Kuba iqtisadiyyatının bütün sektorlarına təsir göstərir. Bu, müasir tarixdə ən uzunmüddətli ticarət embarqosu sayılır.

ABŞ Kuba hakimiyyətindən demokratikləşməni təmin, insan hüquqlarına hörmət etməyi, habelə başqa ölkələrlə (Çin, RF, əvvəllər SSRİ) hərbi əməkdaşlığına son qoymasını tələb edirdi. Bu kimi şərtlərin təmin olunacağı halda sanksiyaların götürüləcəyini vəd edirdi. Ancaq Fidel Kastro Rusdan başlayan anti-Amerika siyasi, ideoloji, iqtisadi və hərbi ritorika, siyasət günümüzədək davam etdiyindən Kuba hakimiyyəti "azadlıq uğrunda mübarizə aparacağıq" kimi mücərrəd ideyalarla vətəndaşlarda ruh yüksəkliyi yaratmağa çalışır.

Ancaq hadisələr fərqli mənzərələr yaradıb. İraq, Liviya, Misir, Suriya, İran, Yəmən, Qəzza zolağı, Tunisdə son bir neçə ildə baş verən dəyişikliklər Kuba Prezidenti Miqel Dias-Kanelə çıxış yolu üçün fürsətləri göstərir: Venesuelanın keçmiş prezidenti Nikolas Maduro kimi tutularaq Ştatlara aparılmaq; Meksika Birləşmiş Ştatlarının dövlət başçısı Klaudiya Şeynbaum kimi Ağ Evlə əməkdaşlıq etmək; İranın keçmiş ali rəhbəri Xamenei, İraqın keçmiş prezidenti Səddam Hüseyn və başqaları kimi müqavimət, ölkəni dağıtmaq, fani olmaq.

Kuba bu ölkələrdən bütün istiqamətlərdə zəifdir. Ona görə də razılaşma Kubanı yenidən "Azadlıq adası" edə bilər. 1959-cu ildəki inqilabla onlar imperializmə qarşı mübarizə aparırdılar. ABŞ-ni Kubadan çıxarmaqla buna nail olduqlarını düşünürdülər. Ona görə də ölkə "Azadlıq adası" adlanırdı. İndi isə proseslərin əksinə getməsi ehtimalı günü-gündən artır. Ovaxtkı imperializm bugünkü Kubaya yardım, əməkdaşlıq əlini uzadır. Donald Trampın xəbərdarlığından da görünür ki, Miqel Dias-Kanelin geri dönməyə elə çox zamanı qalmayıb...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

23-02-2026, 17:14

Trampın Latın Amerikası əməliyyatı: Venesuela, Meksikadan sonra Kuba və Kolumbiyadır? - ŞƏRH

Gündəm / Siyasət

24-09-2025, 16:31

Trampın BMT sessiyasında çıxışı – dünyanın problemlərinə Ağ Evin baxışı - ŞƏRH

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:06
    Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
  • Bu gün, 17:52
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • Bu gün, 17:32
    Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 16:43
    Azərbaycan əhalisinin yanacaq xərcləri 4 %-dən çox artıb
  • Bu gün, 16:09
    Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
  • Bu gün, 15:28
    11 sentyabr - 25 il ərzində dəyişən dünya və güc balansı – ŞƏRH
  • Bu gün, 14:49
    Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
  • Bu gün, 13:15
    Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
  • Bu gün, 12:39
    Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
  • Bu gün, 12:05
    Qərbi Azərbaycana həsr olunan verilişdə Azərbaycan gəncliyinin baxışı və digər mövzularla bağlı təhlillər aparıldı
  • Bu gün, 11:54
    Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər
  • Bu gün, 10:53
    Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
  • Bu gün, 10:44
    ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ
  • Bu gün, 10:19
    Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır
  • Bu gün, 09:46
    Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək
  • Bu gün, 09:07
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 17:25
    Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
  • Dünən, 17:00
    Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
  • Dünən, 16:28
    Nazir özünə yeni müşavir təyin etdi
  • Dünən, 15:50
    Paşinyanın Fransa səfəri - Paris Moskvanın İrəvana təsirini neytrallaşdıra biləcəkmi? - ŞƏRH
  • Dünən, 15:07
    İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
  • Dünən, 14:40
    Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
  • Dünən, 12:40
    Sabah Bakıda 28 dərəcə isti olacaq
  • Dünən, 12:17
    İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • Dünən, 11:32
    Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda tədarük edilib
  • Dünən, 11:16
    Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb
  • Dünən, 10:15
    Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
  • Dünən, 09:39
    "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
  • Dünən, 09:06
    Bakının Yasamal, habelə Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində işıq olmayacaq
  • Dünən, 08:40
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 9-09-2026, 18:10
    Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib
  • 9-09-2026, 17:44
    Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
  • 9-09-2026, 17:19
    Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
  • 9-09-2026, 16:46
    Aİ məhkəməsinin ad qadağası – radikalların antimiqrant planı - ŞƏRH
  • 9-09-2026, 16:11
    Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə