• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

11 sentyabr - 25 il ərzində dəyişən dünya və güc balansı – ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 15:28

11 sentyabr - 25 il ərzində dəyişən dünya və güc balansı – ŞƏRH


2001-ci ilin 11 sentyabr tarixində ABŞ-də Ümumdünya Ticarət Mərkəzinin binalarına qarşı törədilən terror aktı dünya tarixinin və geosiyasətin böyük dönüş nöqtələrindən birinə çevrildi.

Törədilən terror aktı təkcə minlərlə insanın ölümü, böyük dağıntı ilə yadda qalmadı. Bu, eyni zamanda beynəlxalq münasibətlərə də ciddi təsir etdi. Məhz 11 sentyabrdan sonra Ağ Evin xarici siyasətində yeni mərhələ başladı, təhlükəsizlik anlayışı dəyişdi. Eyni zamanda Yaxın Şərqdə geosiyasi mühit dəyişdi, bir sıra ölkələrin sonrakı siyasəti bu hadisənin təsiri altında formalaşdı. Aradan 25 il keçdikdən sonra atılan addımların dünyada nizamın dəyişməsinə, yeni proseslərin başlamasına, güc balansının yenidən formalaşmasına və bugünkü geosiyasi mənzərənin yaranmasına təsir etdiyi daha aydın görünür.

Ağ Evin dəyişən xarici siyasəti

1947-1991-ci illərdə sosialist düşərgəsi ölkələri və Qərb bloku ölkələri arasında qlobal səviyyədə geosiyasi, iqtisadi və ideoloji mübarizədə ABŞ təkqütblü dünya sisteminin əsas gücü idi. Amma 11 sentyabr hadisələri Ağ Evin xarici siyasətini dəyişdirdi. Vaşinqton artıq diqqətini terror təhlükəsinə qarşı mübarizəyə ayırdı. 2001-ci ildən başlayaraq, ABŞ hərbi, maliyyə və siyasi resurslarının böyük hissəsini Əfqanıstan, sonra isə İraq, Yaxın Şərq istiqamətində xərcləməyə başladı. Xüsusilə İraq müharibəsi əslində 11 sentyabr hücumları ilə birbaşa əlaqəli olmasa da, Ağ Ev üçün əla fürsətə çevrildi və ABŞ-nin sonrakı strategiyasının mühüm hissəsinə çevrildi. Amma diqqət yetiriləsi məqam odur ki, müharibələr ABŞ-nin hərbi gücünü göstərsə də, nəticələr istədiyi kimi olmadı. Əfqanıstanda "Taliban"ın yenidən hakimiyyətə qayıtması, İraqda bu günə qədər də qeyri-sabitliyin hökm sürməsi bir sıra suallara səbəb olur. Yəni, 25 il sonra ortaya belə bir mənzərə çıxır: 11 sentyabrdan sonra baş verənlər ABŞ-nin xarici siyasətini dəyişdirdi, onun qlobal üstünlüyünü sual altına qoydu.

Çin və Rusiya faktoru

Paralel olaraq qeyd etmək yerinə düşər ki, 11 sentyabr hadisələri ABŞ-nin strateji diqqətinin də dəyişməsinə səbəb oldu. Terrorla mübarizəyə üstünlük verildiyi üçün xarici siyasətin də böyük hissəsi bu istiqamətə yönəldilib. Bu isə həmin dövrlərdə dünya iqtisadiyyatında baş verən ciddi dəyişikliklərə diqqətin az yönəldilməsi ilə nəticələndi. Çin 2001-ci ilin dekabrında Ümumdünya Ticarət Təşkilatına qoşularaq böyük güclər arasında ciddi dəyişikliyin təməlini qoydu. Çünki bu quruma qoşulan Çin qlobal iqtisadi sistemə çox sürətlə inteqrasiya olundu. Qısa dövr sonra isə bu ölkənin iqtisadi gücü hərbi və siyasi üstünlük və imkanlara çevrilməyə başladı. Təbii ki, Rusiyanın da xarici siyasətində dəyişiklik başladı. Kreml Qərblə münasibətlərdə sərt xətt tutaraq, özünün böyük güc statusunu bərpa etmək siyasətini yürütməyə başladı. Rusiya bu məsələdə enerji resurslarından əldə etdiyi gəlirlərdən fəal şəkildə istifadə etməyə başladı. Bu da dünya siyasətinin yalnız bir mərkəzin təyin etdiyi gündəmdən uzaqlaşması ilə nəticələndi. Qısa müddət sonra isə Çin və Rusiya sıx əməkdaşlığa başladı, BRİCS kimi platformalar quruldu. Bu da sonrakı illərdə dünya geosiyasətinin dəyişməsi, müxtəlif güc mərkəzlərinin təsir imkanlarının formalaşdığı bir düzənlə nəticələndi.

Vaşinqton isə bu dəyişikliklərə tam diqqət ayıra bilmirdi. Nəticədə yeni mənzərə ortaya çıxdı: ABŞ dünyada ən güclü dövlət olsa da, onun rəqibləri iqtisadi və siyasi imkanlarını genişləndirirdi. Bu səbəbdən də növbəti illərdə ABŞ-Çin rəqabəti və Rusiya ilə qarşıdurma beynəlxalq siyasətin əsas xəttinə çevrildi.

Yaxın Şərq və qüvvələr nisbətinin dəyişməsi

11 sentyabr hadisələrindən sonra ABŞ-nin Yaxın Şərqə hərbi müdaxiləsi əvvəlki qüvvələr nisbətinin dəyişməsi ilə nəticələndi. Vaşinqtonun 2001-ci ildə Əfqanıstana, 2003-cü ildə İraqa hərbi müdaxiləsi regionun siyasi xəritəsini dəyişdirdi. Uzun illər İranla rəqabət aparan İraq Səddam Hüseyn rejiminin devrilməsi ilə zəiflədi. Bu isə Tehrana bölgədə təsir imkanlarını genişləndirmək üçün şərait yaratdı. Paralel olaraq, Ağ Evin hərbi müdaxiləsindən sonra uzun illər İraqda siyasi və təhlükəsizlik məsələsindəki qeyri-sabitlik İranla əlaqəli siyasi və silahlı qruplaşmalara da mövqelərini gücləndirməyə şərait yaratdı. Qısacası, İraq müharibəsi İrana regional təsirini artırmağa ciddi imkan yaratdı. Həm də İraqdakı qeyri-sabitlik regionda məzhəb qarşıdurmaları, silahlı qrupların və yeni təhlükəsizlik problemlərinin yaranması ilə nəticələndi. Bunun nəticəsində İŞİD qruplaşması fəallaşdı, Suriyadakı müharibə dərinləşdi. Bu isə Yaxın Şərqdə təhlükəsizlik mənzərəsini daha da mürəkkəbləşdirdi.

NATO-nun 5-ci maddəsi və BMT

11 sentyabr hadisələri həm də beynəlxalq təhlükəsizlik sistemində də yeni mərhələnin başlanğıcı oldu. Terror aktından sonra NATO tarixində ilk dəfə olaraq, müqavilənin 5-ci maddəsinə müraciət edildi. Bu maddəyə əsasən, Alyansın üzv dövlətlərindən birinə qarşı silahlı hücum bütün üzv ölkələrə qarşı hücum kimi qiymətləndirilir və müttəfiqlər kollektiv müdafiə çərçivəsində hərəkətə keçə bilirlər. Yəni, 11 sentyabr təkcə Vaşinqtona yox, NATO-ya üzv dövlətlərin təhlükəsizliyinə ciddi təhdid kimi qəbul edildi. Bu da özlüyündə terrorun ayrı-ayrı dövlətlərin daxili təhlükəsizlik problemi yox, beynəlxalq münasibətlər və kollektiv müdafiə sisteminin əsas məsələlərindən birinə çevirdi.

Paralel olaraq da, BMT-nin Təhlükəsizlik Şurası 1373 saylı qətnamə qəbul etdi. Bu, terrorizmlə mübarizənin hüquqi və təşkilati mexanizmlərlə genişləndirməyə imkan verdi. Sənədlə dövlətlərdən terror aktlarının maliyyələşdirilməsinin qarşısını almaq, terrorçuların və terror fəaliyyətinə dəstək verən şəxslərin maliyyə vəsaitlərini dondurmaq, terrorçulara sığınacaq verilməsinin qarşısını almaq və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək tələb edildi.

11 Sentyabrdan sonra dəyişən digər mühüm istiqamət təhlükəsizlik anlayışının rəqəmsal müstəviyə keçməsi oldu. ABŞ-də 2001-ci ilin oktyabrında imzalanan "PATRİOT Act" dövlətin terror təhlükəsini müəyyənləşdirmək və qarşısını almaq üçün kəşfiyyat və müşahidə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi. Sonrakı illərdə rəqəmsal texnologiyaların sürətli inkişafı, Böyük Data imkanlarının genişlənməsi və qlobal məlumat şəbəkələrinin formalaşması dövlətlərin böyük həcmdə informasiyanı toplaması və təhlil etməsi üçün yeni imkanlar yaratdı. Beləliklə, terrorla mübarizə adı altında formalaşan təhlükəsizlik mexanizmləri zamanla yalnız fiziki təhlükələrin qarşısının alınmasına deyil, rəqəmsal məlumatların monitorinqinə və müxtəlif məlumat bazalarının təhlilinə də əsaslanmağa başladı. Bununla yanaşı, bu proses şəxsi məlumatların qorunması, şəxsi həyatın toxunulmazlığı və dövlətin müşahidə səlahiyyətlərinin sərhədləri ilə bağlı ciddi müzakirələr yaratdı. Başqa sözlə, 11 Sentyabr təhlükəsizliyi yalnız hərbi və siyasi məsələ olmaqdan çıxarıb rəqəmsal nəzarət və informasiya təhlükəsizliyi ilə də sıx əlaqələndirdi...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:09
    Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
  • Bu gün, 15:28
    11 sentyabr - 25 il ərzində dəyişən dünya və güc balansı – ŞƏRH
  • Bu gün, 14:49
    Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
  • Bu gün, 13:15
    Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
  • Bu gün, 12:39
    Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
  • Bu gün, 12:05
    Qərbi Azərbaycana həsr olunan verilişdə Azərbaycan gəncliyinin baxışı və digər mövzularla bağlı təhlillər aparıldı
  • Bu gün, 11:54
    Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər
  • Bu gün, 10:53
    Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
  • Bu gün, 10:44
    ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ
  • Bu gün, 10:19
    Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır
  • Bu gün, 09:46
    Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək
  • Bu gün, 09:07
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 17:25
    Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
  • Dünən, 17:00
    Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
  • Dünən, 16:28
    Nazir özünə yeni müşavir təyin etdi
  • Dünən, 15:50
    Paşinyanın Fransa səfəri - Paris Moskvanın İrəvana təsirini neytrallaşdıra biləcəkmi? - ŞƏRH
  • Dünən, 15:07
    İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
  • Dünən, 14:40
    Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
  • Dünən, 12:40
    Sabah Bakıda 28 dərəcə isti olacaq
  • Dünən, 12:17
    İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • Dünən, 11:32
    Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda tədarük edilib
  • Dünən, 11:16
    Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb
  • Dünən, 10:15
    Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
  • Dünən, 09:39
    "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
  • Dünən, 09:06
    Bakının Yasamal, habelə Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində işıq olmayacaq
  • Dünən, 08:40
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 9-09-2026, 18:10
    Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib
  • 9-09-2026, 17:44
    Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
  • 9-09-2026, 17:19
    Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
  • 9-09-2026, 16:46
    Aİ məhkəməsinin ad qadağası – radikalların antimiqrant planı - ŞƏRH
  • 9-09-2026, 16:11
    Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
  • 9-09-2026, 15:36
    İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • 9-09-2026, 15:02
    Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər
  • 9-09-2026, 13:00
    Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
  • 9-09-2026, 12:12
    Sınanmış Etibarın Dərsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə