• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Azərbaycan Aİ-ni regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinməyə çağırıb

Gündəm / Cəmiyyət

21-06-2024, 12:59

Azərbaycan Aİ-ni regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinməyə çağırıb


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqını regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinməyə çağırıb.

Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Avropa Parlamenti üzvlərinin suallarına cavabında “erməni məhbusların” azad olunması və Qarabağ bölgəsini tərk etmiş ermənilərin hüquqları, o cümlədən öz evlərinə qayıtmaq hüququnun təmin olunması istiqamətində Azərbaycana çağırış etməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, bu cavab Aİ-nin ali nümayəndəsinin erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək üçün göstərilən növbəti cəhdidir:

"Biz bu yalan və təhrikedici iddiaları rədd edirik. Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun şəkildə rəftar edilib, onlar işgəncələrə, təhqirlərə və qeyri-insani rəftara məruz qalmayıblar. Onların hər birinə həbsdə olarkən tibbi xidmət göstərilib, müayinələrdən keçiblər, BQXK həmin şəxslərlə müntəzəm görüşlər keçirib və ailələri ilə təmasları qurulub. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər".

XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir:

"Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər. Aİ tərəfinin öz diqqətini Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır. İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri (71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla) isə mülki şəxslərdir".

"Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı şərhlərə gəldikdə isə xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər. Təəssüf ki, evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ tərəfindən 30 ilə yaxın müddət ərzində heç bir narahatlıq və ya çağırışın şahidi olmamışıq. Azərbaycan bu həlledici məqamda Aİ tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir", - deyə məlumatda qeyd olunub.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

13-06-2024, 12:10

Ombudsman beynəlxalq təşkilatları Fransanın jurnalistlə bağlı hərəkətini pisləməyə çağırıb

Gündəm / Siyasət

30-05-2024, 16:45

Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH

Gündəm / Siyasət

30-05-2024, 12:02

Kəşmir məsələsində Azərbaycanın mövqeyi dəyişməzdir - Nazir

Gündəm / Dünya

13-05-2024, 15:15

Borreldən Gürcüstandakı vəziyyətlə bağlı bəyanat vermək istənilib

Gündəm / Dünya

17-04-2024, 18:20

Avropa İttifaqından Gürcüstana "xarici agentlər" qanunu barədə 4-cü ÇAĞIRIŞ

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 13:13
    "SƏNİ NECƏ TANIDIM"
  • Bu gün, 13:04
    Lixaçov və Qrossi Antalyada Zaporojye AES-in vəziyyətini müzakirə edəcək
  • Bu gün, 12:38
    Sabah rayonlarda yağış yağacaq
  • Bu gün, 11:55
    Yol polisindən sürücülərə müraciət
  • Bu gün, 10:52
    Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
  • Bu gün, 09:57
    Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
  • Bu gün, 09:08
    Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
  • Dünən, 18:51
    Saatlıda Yeni Azərbaycan Partiyasının VIII Qurultayına həsr olunmuş tədbir keçirilib.
  • Dünən, 17:00
    Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:30
    "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
  • Dünən, 16:00
    Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
  • Dünən, 14:40
    Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
  • Dünən, 14:24
    Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib
  • Dünən, 13:08
    Sabah rayonlara yağış yağacaq
  • Dünən, 12:40
    Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar?
  • Dünən, 12:15
    Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir
  • Dünən, 11:32
    Azərbaycanda "Elektron ticarət haqqında" qanunun əhatə dairəsi genişləndirilir
  • Dünən, 11:16
    Sumqayıt Muğam Mərkəzində “Səni necə tanıdım” kitabının təqdimat mərasimi keçirildi
  • Dünən, 11:15
    Ayətxan Ziyad-75
  • Dünən, 11:13
    ZƏNGİLANIN GƏLƏCƏYƏ UZANAN İNKİŞAF YOLU
  • Dünən, 10:50
    Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək
  • Dünən, 09:57
    Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
  • Dünən, 09:32
    Zəngilanın azad edilməsindən 6 il ötür
  • Dünən, 09:04
    Bakının Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • 19-10-2026, 18:14
    Leyla Əliyeva Türkmənistanda səfərdədir
  • 19-10-2026, 17:56
    NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
  • 19-10-2026, 17:32
    Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
  • 19-10-2026, 16:04
    Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub
  • 19-10-2026, 15:36
    Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
  • 19-10-2026, 15:02
    Azərbaycanın Malayziyadakı səfiri etimadnaməsini Krala təqdim edib
  • 19-10-2026, 14:34
    Bir qrup energetik təltif edilib - Sərəncam
  • 19-10-2026, 14:00
    Deputat Azər Allahverənov Leadership Force Academy-nin direktoru Nurettin Ağdaşanı qəbul edib
  • 19-10-2026, 13:06
    Sabah rayonlara yağış yağacaq
  • 19-10-2026, 12:26
    Xəzər dənizində zəlzələ olub
  • 19-10-2026, 12:00
    Anar Bayramov səhiyyə naziri təyin edilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə