• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 16:58

Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH


Zəngəzur Mis-Molibden Kombinatı Ermənistan iqtisadiyyatının əsaslarındandır. Bu müəssisənin ətraf mühitə vurduğu ziyan haqqında çoxsaylı hesabatlar yazılıb. Ancaq indiyədək bu məsələ diqqətdən kənarda qalıb.

Bu günlərdə Ermənistanın Təbiətin və Yerin təkinin mühafizəsi üzrə təftiş orqanı Zəngəzur vilayətinin Qafan şəhərində sarı-narıncı rəngli yağış suyunun axması ilə bağlı mümkün cinayət barədə ölkənin Baş Prokurorluğuna müraciət edib.

Qurum bölgədə torpaq və yağış suyu nümunələrinin tədqiqindən sonra cinayətin mümkün əlamətlərini aşkar edib. Təşkilatın məlumatına görə, 2026-cı il iyunun 14-də vilayətdə yağan güclü yağışlardan sonra inzibati icraata başlanılıb.

Sarı-narıncı mayenin Qafan şəhərində evlərin yaxınlığındakı yamacda yerləşən istismar olunmayan yatağın ərazisindən axdığı müəyyən edilib. Məlumata görə, icraat çərçivəsində mütəxəssislər ərazini araşdırıb, o cümlədən havadan müşahidə, həmçinin torpaq və yağış suyu nümunələrinin laboratoriya tədqiqatlarını aparıblar. Müəyyən edilib ki, faktiki məlumatlar və mümkün cinayətin aşkar edilmiş əlamətlərini nəzərə alaraq inspeksiya orqanı icraat materiallarını Ermənistan Baş Prokurorluğuna göndərib.

Sarı-narıncı tullantılar əmələgəlmə kontekstindən asılı olaraq bir neçə növ kimyəvi maddələrə aid ola bilər. Parlaq sarı-narıncı rəngə sintetik boya metil narıncı, həmçinin dəmir, mis və ya xrom duzlarının (məsələn, kalium dixromat) işlənmiş məhlulları malikdir. Qaydalara əsasən, sarı paket və konteynerlərə B sinfinə aid təhlükəli tibbi tullantılar (qanlı alətlər, infeksion şöbələrdən üzvi tullantılar), narıncı olanlara isə son dərəcə təhlükəli tullantılar yığılır. Borularda və ya axıntılarda sarı-narıncı çöküntü çox vaxt dəmir hidroksidi (pas), kükürd birləşmələri və ya sulfidlər tərəfindən yaranır. Qalvanik emalatxanaların tullantıları və ya zəhərli qruntlar arsenin, xromun və ya kadmiumun birləşmələrini ehtiva edə bilər.

Bunlar sarı-narıncı rəngli tullantının təhlükə dərəcəsini göstərir.

Bu təhlükə regionu da əhatə edir. Məlumatlara əsasən, bu yolla transsərhəd su ehtiyatları çirklənir. Ekoloji təşkilatlar, həmçinin qonşu dövlətlərin mütəxəssisləri Ermənistan ərazisindən keçən transsərhəd çayların, xüsusən Oxçuçay (Arazın qolu), Dəbədə və Araz çaylarının ciddi şəkildə çirklənməsinə diqqət çəkirlər.

Yeri gəlmişkən, Zəngəzur mis-molibden kombinatı Ermənistanın ən böyük mədən müəssisəsidir. Qacaran yatağında filiz çıxarır və zənginləşdirir. Müəssisə gecə-gündüz işləyir, investisiya proqramlarını həyata keçirir.

Zəngəzur mis-molibden kombinatı uzun illərdir ki, təkcə ən böyük sənaye müəssisəsi deyil, həm də Ermənistanın ən böyük vergi ödəyicisi olaraq qalır. 2024-cü ilin yekunlarına görə, şirkət 256 milyon dollardan çox vergi ödəyib.

Ötən illərdə Qacaran sakinləri kombinatın binası qarşısında etiraz aksiyası keçirmişdilər. Aksiya iştirtakçıları kombinatın fəaliyyəti səbəbindən sağlamlığına ziyan dəyənlərə kompensasiya ödənilməsi tələbini irəli sürürdülər. Onlar müəssisə administrasiyasından sosial tələblərinin həllini istəyiblər.

Kombinatın işçiləri də etiraz aksiyası keçirərək iş şəraitinin və başqa sosial problemlərin həllini tələb etmişdilər.

Məlumata görə, Cənubi Qafqazda ətraf mühiti çirkləndirən, eləcə də vilayətdə sakinlərin sağlamlığına zərbə vuran müəssisənin həmkarlar təşkilatı bu kimi ekoloji fəlakət törətməklə bağlı əməllərini gözdən salmaq, belə əməllərinə don geyindirmək üçün genişmiqyaslı sosial layihələr çərçivəsində uşaq bağçalarını, idman dərnəklərini, tibb müəssisələrini, mədəniyyət evini və bir sıra sosial layihəni maliyyələşdirdiklərinə dair açıqlama yayır.

Zəngəzur mis-molibden kombinatına nəzarət paketinin aksiyaları "GeoProMining" şirkətlər qrupuna məxsusdur. İkinci böyük səhmdar - Ermənistan Respublikası hökumətidir. Ona ümumilikdə təxminən 21,8% pay məxsusdur.

"GeoProMining" şirkətlər qrupu sürmə, qızıl, gümüş, sink, qurğuşun, mis və molibdenin kəşfiyyatı, hasilatı və emalı üzrə ixtisaslaşmış beynəlxalq diversifikasiya edilmiş dağ-metallurgiya holdinqidir. 2001-ci ildə təsis edilib. Şirkətin əsas istehsal aktivləri Rusiya və Ermənistanda cəmləşir.

Şirkətin Rusiyanın Saxa Respublikasında "Sarılax" və "Sentaçan" yataqları, "Zvezda" Səhmdar Cəmiyyəti (qızıl və sürmə hasilatı) törəmə strukturları var.

Bildirilib ki, "GeoProMining" geoloji kəşfiyyata strateji investisiyalar çərçivəsində resurs bazasını hər il genişləndirərək aparıcı dağ-mədən müəssisələri sırasında sabit yer tutur.

Təkcə mis-molibden kombinatı deyil, Ermənistan atom elektrik stansiyasının (AES) fəaliyyəti də regionun ətraf mühiti üçün başlıca təhlükə mənbəyidir. Ona qarşı da əhali narahatlığını gizlətməyib. Ötən illərdə vətəndaşlar stansiyanın fəaliyyətinin təcili dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara şikayət məktubu ünvanlayıblar.

AES-in yaratdığı kimyəvi tullantılar Zəngəzur vilayətini yararsız əraziyə çevirir. Bildirilib ki, tullantıların yığıldığı gölməçələrdən xeyli aralıdakı kəndlərdə ermənilərin əkdiyi ərzaq məhsullarında, xüsusilə kartofda insan sağlamlığı üçün təhlükəli sayılan kimyəvi maddələr aşkarlanıb.

Cənubi Qafqazda bu iki müəssisə ekologiya üçün təhdid mənbəyidir. Kombinat və AES-lə bağlı problemlər yeni deyil. Onlardan siyasi məqsəd üçün istifadə edilib. Ermənistanın elektrik şəbəkəsi Rusiyanın nəzarəti altında olduğundan RF onu işlərini aktiv şəkildə dəstəkləyir. Federasiyanın "Rosatom" dövlət korporasiyası modernizasiya üzrə podratçı və nüvə yanacağı təchizatçısı kimi çıxış edir.

Rəsmi İrəvan buna alternativ olaraq atom energetikasının şaxələnməsi və yeni güc qurğularının tikintisi üçün Qərb tərəfdaşları, xüsusilə ABŞ-nin cəlb edilməsi imkanlarını da nəzərdən keçirir.

Zəngəzur mis-molibden kombinatının Rusiyaya bağlı şəxslərin nəzarətində olması da hadisələrə siyasi baxımdan yanaşmağa şərait yaradır. Bu müəssisə dünyada molibdenin ən böyük 10 istehsalçısı sırasına daxildir. O, 1952-ci ildə fəaliyyətə başlayıb. 74 il ərzində şirkətin ölkə və regionun ətraf mühitinə vurduğu ziyan qapalı, aşkar şəkildə dəfələrlə gündəliyə gəlib. Ancaq problemin həlli ilə bağlı əməli tədbir görülməyib.

AES ilə Kombinat birbaşa və dolayı şəkildə Rusiyanın nəzarəti altında olduğundan rəsmi İrəvan Moskva ilə münasibətlərində onlardan alət kimi istifadə edə bilər. Nəticədə bu, Ermənistan-Rusiya siyasi atmosferinə, Cənubi Qafqazın ətrafı mühitinə təsir göstərər. Ona görə də stansiya və şirkəti indiki şəraitdə iki ölkə münasibətlərinin barometri də saymaq olar.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

24-02-2026, 13:11

"Yerin təki haqqında" qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

30-06-2025, 14:50

Ermənistanın məsuliyyətsizliyi regionda yeni Çernobıl faciəsinə yol aça bilər - ŞƏRH

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:58
    Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH
  • Bu gün, 14:40
    Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
  • Bu gün, 14:11
    Şah İsmayıl Xətai haqqında bədii filmlər çəkilməlidir
  • Bu gün, 13:11
    Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq
  • Bu gün, 12:32
    Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb
  • Bu gün, 12:09
    Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • Bu gün, 11:32
    İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib
  • Bu gün, 10:38
    "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır
  • Bu gün, 10:04
    Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır
  • Bu gün, 09:39
    Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • Dünən, 18:00
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb
  • Dünən, 17:24
    Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
  • Dünən, 15:29
    Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub
  • Dünən, 14:56
    Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
  • Dünən, 14:31
    Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib
  • Dünən, 14:00
    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
  • Dünən, 13:17
    Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
  • Dünən, 12:53
    Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
  • Dünən, 11:58
    Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb
  • Dünən, 11:33
    Hindistan Rusiya diplomatını XİN-ə çağırıb
  • Dünən, 10:18
    İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
  • Dünən, 10:00
    "Axios": Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif edib
  • Dünən, 09:30
    Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq
  • Dünən, 09:00
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə edilir
  • 20-07-2026, 17:20
    Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib
  • 20-07-2026, 12:42
    Sabah 39 dərəcə isti olacaq
  • 20-07-2026, 11:06
    Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
  • 20-07-2026, 10:31
    Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb
  • 20-07-2026, 09:39
    Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
  • 20-07-2026, 09:07
    Tramp: İranın hələ də raket və dron ehtiyatı var
  • 19-07-2026, 16:00
    İAET ABŞ-nin "Darkhovin" AES-ə hücumunu pisləyib
  • 19-07-2026, 15:30
    2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
  • 19-07-2026, 15:00
    Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var
  • 19-07-2026, 14:50
    "Cənnətdəki 4 ağac" tamaşasına baxış oldu
  • 19-07-2026, 12:00
    Rusiyada helikopter qəzaya uğradı - pilot öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə