Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.
Səfər çərçivəsində qonağın Kamran Əliyevlə təkbətək görüşməsi nəzərdə tutulub.
Həmçinin iki ölkənin prokurorluq orqanları arasında Əməkdaşlıq Proqramı imzalanması gözlənilir.