• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

"Ləğv edilən" PKK regional və qlobal təhlükə mənbəyi olaraq qalır - ŞƏRH

Siyasət

Bu gün, 18:48

"Ləğv edilən" PKK regional və qlobal təhlükə mənbəyi olaraq qalır - ŞƏRH

PKK terror təşkilatı Türkiyədə özünü buraxdığını elan etməsindən bir ildən artıq vaxt keçib. Keçmiş qruplaşmanın lideri Abdullah Öcalanla İmralı həbsxanasında görüşən rəsmi olmayan heyət də formalaşıb. Ötən gün heyət üzvləri Pervin Buldan və Mithat Sancar, "Terrorsuz Türkiyə" çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasənın (AK Partiya) sədrinin müavini Efkan Ala və Ak Partiyanın parlamentdəki fraksiyasının sədri Abdullah Güler ilə bir araya gəlib. Heyət iyulun 16-da Milliyyətçi Hərəkat Partitasının lideri Dövlət Bahçeli ilə də görüş keçirib.

İmralı heyəti bir qayda olaraq, sabiq PKK lideri ilə görüşdən əvvəl və sonra Türkiyə rəsmiləri ilə görüşür, müzakirə aparır. Onlar bu dəfə Öcalanın iş şəraiti və İmralı görüşlərinin sayının artırılması ilə bağlı tələblər irəli sürüblər.

Türkiyə mediasının qənaətincə, keçmiş terror qruplaşması ilə bağlı hüquqi tənzimləmə üçün iki əsas tələb ən vacibdir:

- Qanunvericilikdə cinayətlərdə iştirak edənlərlə etməyənlər arasında ayrı-seçkilik qoyulmamalıdr;

- PKK rəhbərliyi onun tətbiq dairəsindən kənarlaşdırılmamalıdır.

Birinci yanaşma təzadlı görünür. Çünki dinc insanların qətlində, ictimai binaların dağıdılmasında iştirak, yaxud onu təşkil etmiş, bu kimi müxtəlif terror əməlləri törətmişlə belə hadisələrin heç birinə əli bulaşmayan qrup üzvünün eyni səviyyədə tutulmasında ziddiyyət var. Bu həm də terror cinayətləri törətmişlərin əməllərinə görə cəzasız qalması anlamına gələr. Odur ki, belələrinin bütün hallarda cəzalanması daha ədalətli olardı. Terror cinayətlərinə qatılmayanların da bu mənada diqqətdənkənar qalmaması vacibdir. Onlar üçün də ədalət məhkəməsi uyğun qərar çıxara bilər.

Məlumatlara əsasən, silahlı hücumlarda iştirak etməyənlər 3 və ya 5 il müddətinə şərti azadlıqda olacaqlar. Təşkilatın 70%-nin bu kateqoriyaya aid olduğu təxmin edilir. Hər iki qisim qərarların qəbul edilməsi, yaxud hökmün çıxarılması kimi məsələdə bərabər tutula bilər.

İmralı heyəti, keçmiş qruplaşma liderləri, habelə onların havadarları PKK rəhbərliyinə də fərq qoyulmamasına dair qərarın tətbiqini istəyirlər. Əslində, bu ideyanın daşıyıcılarının əsas hədəfi Abdullah Öcalanın sərbəst buraxılmasına nail olmaqdır. Ona görə də terrorla birbaşa əlaqəsi olan və olmayanların eyni tutulmamasını təklif olaraq irəli sürürlər.

Bu düşüncə sahibləri iddia edirlər ki, keçmiş terror başçısı PKK-nın buraxılmasına çağırış edib. Bu addımı üzrə o, sərbəst buraxılmaqla mükafatlandırılmalıdır. Onların iddiasına əsasən, Abdullah buraxıldıqdan sonra vətəndaş hüquqlarının hamısı bərpa olunmaqla Türkiyənin siyasi həyatında iştirak edə bilər. Bəziləri onun hətta prezident seçkilərində namizəd olaraq qatılması ideyasını müdafiə edirlər.

Bütün bu kimi təkliflər 2025-ci il mayın 12-dən sonra irəli sürülməyə başlayıb. Həmin tarixdə terror qruplaşması silahlı mübarizəyə son verərək özünü buraxmaq haqqında qərarını elan etmişdi. Bununla da qruplaşma Abdullah Öcalan tərəfindən "idarə olunmaq və həyata keçirilmək üzrə" təşkilati strukturunu buraxır, silahlı mübarizə üsulunu və PKK adı ilə aparılan fəaliyyətləri dayandırdığını elan etmiş olur.

Qeyd edək ki, ötən il qəbul olunmuş bu sənəddə qruplaşma manevr etmək, fəaliyyətini bərpa etmək üçün özünə yer də qoyub. Təşkilat silahla mübarizədən imtina məsələsini vurğulamaqla perspektivdə siyasi fəaliyyətini davam etdirmək hüququnu özündə saxlayıb. Elə bu kimi səbəbdən onlar liderləri də daxil olmaqla qruplaşmanın həbsdə olan, yaxud sərbəst qalmış üzvlərinin siyasətlə məşğul olmalarına hazırlıq işlər görürlər.

Ancaq PKK üzvləri və başçıları ilə bağlı bir neçə məsələ hələ də həllini tapmayıb.

PKK ilə əlaqədar siyasi təşkilat və liderlərin aqibəti necə olacaq? Məsələn, Səlahəddin Dəmirtaş sərbəst buraxılacaq, yəni əfv ediləcək? Çünki cinayətlərdə birbaşa iştirak etməyənlər qisminə o da daxildir. Başqa sözlə, ehtimal etmək olar ki, Abdullah Öcalanla hazırda həbsdə olan məhkum Səlahəddin Dəmirtaşın Türkiyənin siyasi həyatına qayıtması üçün çabalar göstərilir. Çünki PKK ləğv edildikdən sonra əsas mövzulardan biri uzun illər bu terror qruplaşmasına başçılıq etmiş, qanlı terror hadisələrini törədilməsində bu və ya başqa şəkildə qatılmış rəhbərlərin taleyi ilə bağlıdır.

Törətdiyi cinayət əməllərinə baxmayaraq, həmin başçılar gələcək həyatları üçün təminat almaq istəyirlər. Ancaq rəsmi Ankara onlara istədikləri güzəşti getmək fikrində deyil.

Hesab edilir ki, prosesin qanunvericiliklə nizamlanmasında çətinliklər də buarda başlayır. Türkiyə mediasının yazdığına əsasən, İmralı heyəti, onun müdafiəçiləri təşkilat liderlərinin və qruplaşmaya qoşulanların məsələlərinin eyni qanunvericilik tənzimləməsindən yararlanmasını istəyirlər.

Rəsmi Ankara isə onların bu istəyinə adekvat cavab vermir.

Odur ki, PKK-nın rəhbər heyətinin Murat Karayılan, Cəmil Bayık, Duran Kalkan, Bese Hozat da daxil olmaqla 30 nəfərdən ibarət olduğu deyilir. Onların heç bir şəkildə Türkiyəyə gəlməsi məsələnin mövzusu deyil.

Belə bir şəraitdə "PKK qruplaşmasının üzvləri və silahları haradadır" kimi sual da yaranır. Müxtəlif mənbələrin məlumatlarına əsasən, onlar əsasən İraqın şimalındakı kənd və dağlıq bölgələrdə, xüsusilə Qəndil, Zap, Hakurk, Metina və Garada yerləşir.

Bundan əlavə, təşkilat üzvləri Suriyanın şimalında PKK-nın yerli qolu olan YPG/PKK-nın nəzarətindəki Qamışlı, Həsəkə, Ayn əl-Ərəb və Tel Abyad bölgələrində cəmləşiblər. Onlar Türkiyə sərhədləri daxilindəki kəndlərdə, İranla sərhəd xəttindəki dağlıq bölgələrdə, Zaqros dağlarında fəaliyyət göstərən kiçik qruplar halında mövcuddurlar.

(Keçmiş) qruplaşmanın maliyyələşdirmə, təbliğat və logistika fəaliyyətləri üçün Almaniya, Fransa və Belçika kimi ölkələrdə strukturları mövcuddur.

Suriya hakimiyyəti YPG və PYD-nin formalaşdırdığı "Demokratik Suriya Gücləri"nə inteqrasiya haqqında təkliflər təqdim edib. Bunu Suriyanın şimalındakı həmin qüvvə imzalayıb. Ancaq indiyədək ona əməl edilməyib. Bu bölgədəki silahlı qruplaşma beynəlxalq ictimaiyyətin tanıyıb, qəbul etdiyi rəsmi hakimiyyətə itaətsizlik göstərir. Bu baxımdan, Türkiyədən çıxdığı ehtimal edilən keçmiş PKK-çıların Suriyanın şimalında fəaliyyət göstərməsi üçün "SDG" münbit şərait yaradıb.


Belə ehtimal etmək olar ki, PKK terror qruplaşması özünü buraxdığını sadəcə elan edib. Onun üzvlərinin əhəmiyyətli bir qismi vətəndaşı olduqları ölkələrə təslim olmayıblar. Həmin üzvlər perspektivdə Yaxın Şərqdə istənilən ölkə üçün təhlükə mənbəyi olaraq qalır. qruplaşma üzvləri özəlliklə Avropa ölkələrində, ABŞ-də müxtəlif ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər. Təcrübəyə malik olduqlarından onlar yerləşdikləri ölkələrdə müxtəlif terror aktları törədə bilər.

Onların bir zamanlar İŞİD terror qruplaşması ilə əlaqəsi olduğuna dair məlumatlar var. Türkiyədə media və müxtəlif qurumlar bildirirdi ki, PKK və YPG-nin müəyyən dövrlərdə bölgədəki maraqları istiqamətində İŞİD ilə taktiki təmaslarda olub. Qeyd edilirdi ki, bu iki terror qruplaşması silah və ya kəşfiyyat mübadiləsi, ortaq düşmənlərinə (xüsusən Türkiyəyə) qarşı strateji əməkdaşlıq ediblər. Hətta "SDG"nin İŞİD-lə gizli əsir mübadiləsi razılaşmaları bağladığına dair məlumatlar beynəlxalq mətbuata və hesabatlara yansıyıb.

Bu isə özünü buraxdığını elan etmiş PKK-nın hələ də regional və qlobal təhlükə, təhdid mənbəyi olduğunu ehtimal etməyə əsas verir.

Bir zamanlar yerləşdiyi ölkələr qruplaşmadan Türkiyəyə qarşı istifadə edirdi. İndi onları vətəndaş cəmiyyəti çətiri altında qoruyub saxlayırlar. Həmin qruplaşmadan yenidən cümhuriyyətə qarşı istifadə edilələcəyi istisna olunmur.

Odur ki, PKK özünü buraxdığını elan etsə də, vətəndaş olduqları ölkələrin cəmiyyətlərinə hələ inteqrasiya olunmayıblar. Qruplaşma başqaları üçün alət olaraq qalır. Çünki o bu məqsəd üçün qurulub...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

12-05-2025, 15:40

Reallaşan "terrorsuz Türkiyə" çağırışı – özünü buraxıb təslim olan PKK - ŞƏRH

Gündəm / Siyasət

28-02-2025, 17:23

Regional reallıq – faydasız terror, PKK tarixin küncünə - ŞƏRH

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:48
    "Ləğv edilən" PKK regional və qlobal təhlükə mənbəyi olaraq qalır - ŞƏRH
  • Bu gün, 17:35
    Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb
  • Bu gün, 15:00
    Ombudsman bu ilin birinci yarısında 13 mindən çox zəng olunub
  • Bu gün, 14:01
    Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
  • Bu gün, 13:27
    Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib
  • Bu gün, 13:14
    Tovuz döyüşlərinin qəhrəmanlarına həsr edilən tədbir keçirilib
  • Bu gün, 12:59
    Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
  • Bu gün, 12:38
    İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Bu gün, 11:52
    İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Bu gün, 11:32
    Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir
  • Bu gün, 09:25
    DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb
  • Bu gün, 09:11
    Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib
  • Bu gün, 08:50
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dünən, 16:55
    İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
  • Dünən, 16:27
    Pakistan ABŞ və İranı silahları yerə qoymağa və danışıqlara çağırıb
  • Dünən, 15:43
    Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
  • Dünən, 15:08
    Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək
  • Dünən, 14:50
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dünən, 12:50
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
  • Dünən, 12:13
    Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik
  • Dünən, 11:39
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • Dünən, 10:57
    Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
  • Dünən, 10:06
    Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
  • Dünən, 09:46
    Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
  • Dünən, 09:26
    "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
  • 15-07-2026, 18:30
    Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • 15-07-2026, 18:00
    Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
  • 15-07-2026, 18:00
    Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • 15-07-2026, 17:29
    "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
  • 15-07-2026, 16:56
    Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir
  • 15-07-2026, 16:20
    Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
  • 15-07-2026, 15:58
    Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • 15-07-2026, 15:14
    Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH
  • 15-07-2026, 14:45
    "Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir
  • 15-07-2026, 13:11
    Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə