• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 16:55

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH


ABŞ və İran qarşılıqlı olaraq bir-birinin hərbi obyektlərinə zərbələr endirdiklərinə dair açıqlamalar yayır. Məlumatlara əsasən, tərəflər arasında iyunda imzalanmış Qarşılıqlı Anlaşma Memorandumunun müddəaları 42 dəfə pozulub.

Bununla belə, Vaşinqton və Tehran bu razılaşmadan tamamilə imtina etdikərini bildirmir. Əksinə, İranın nüvə proqramına dair texniki danışıqların davam etdiyi vurğulanır. Odur ki, ölkələr arasında hadisələrin perspektivinə dair müxtəlif ehtimallar, proqnozlar irəli sürülür. Habelə, ABŞ-nin İran hakimiyyəti ilə bağlı əsl hədəfinə dair müxtəlif mülahizələr yürüdülür.

Ötən gün ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evin bu kimi məsələlərlə bağlı mövqeyinə müəyyən mənada aydınlıq gətirib. Onun sözlərinə görə, Ştatlar İranda hakimiyyət dəyişikliyini həyata keçirmək üçün 150 minlik quru qoşunlarını göndərmək niyyətində deyil, çünki hesab edir ki, bu işi İran xalqının özü yerinə yetirməlidir. Vitse-prezident onu da vurğulayıb ki, İrana əsgər göndərməyi təklif edənlər İran xalqının görməli olduğu işi ABŞ Silahlı Qüvvələrinin görməsini istəyirlər: "Biz artıq bununla məşğul olmuruq".

Cey Di Vens bununla son zamanların ən aktual - "ABŞ İranda hakimiyyəti dəyişmək istəyir?" - sualına, ritorikasına indiki şərait üçün cavab verib. O, Tehrana da bu istiqamətdə açıq ismarış verib. Yəni indiki əməliyyatların hədəfi İslam Respublikasında hakimiyyət dəyişikliyi deyil.

Lakin baş verənlərə əsasən, hakimiyyət dəyişikliyi barədə İranın narahatlıq keçirməsi də təsadüfi deyil. Çünki İraq, Misir, Liviya, Suriyada etiraz aksiyaları və hərbi müdaxilə nəticəsində hakimiyyət dəyişiklikləri baş verib. Odur ki, həmin hadisələr Tehran hakimiyyətinin aqibətinin də belə nəticələnə biləcəyi ehtimalını artırır.


Vensin sözlərinə görə, ABŞ-nin indiki şəraitdə İrana yönəlik mövcud hədəfləri neft və təbii qazın təhlükəsiz və fasiləsiz nəqlini təmin etmək, İranın nüvə silahına sahib olmasının qarşısını almaq, münaqişələrin diplomatiya yolu ilə həll edilməsinə nail olmaqdan ibarətdir.

Vitse-prezident bütün bunlarla yanaşı, hadisələrin necə inkişaf edəcəyini dəqiq proqnozlaşdıra bilmədiyini etiraf edərək ABŞ-nin düzgün istiqamətdə irəlilədiyini düşündüyünü də vurğulayıb. Onun qənaətinə əsasən, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi problemini yalnız hərbi üsullarla həll etmək mümkün deyil, ona görə də mövcud bütün vasitələrdən istifadə edilməlidir. Vitse-prezident qeyd edib ki, bunun üçün silahlı qüvvələr bir, diplomatiya isə başqa vasitədir.

O, ABŞ-də və başqa ölkələrdə İran hakimiyyəti ilə danışıqlara qarşı olanların davranışından məyusluğunu gizlətməyib: "Bəs sizin təklifiniz nədir? Hörmüz boğazında gəmilərə atəş açılmasını dayandırmaq üçün nə etmək lazımdır? Onlara zərbələr endirmək, radarlarını məhv etmək, bəzi pilotsuz uçuş aparatlarını və raketləri vurmaq olar. Gəmilərə hücum etmək də çox asandır. Odur ki, dialoqa hazır olduğunuzu göstərmək və problemi həll etməyə çalışmaq lazımdır".

Bununla belə, İranda da ABŞ-nin körfəz ölkələrindəki hərbi bazalarına qurudan və havadan əməliyyat keçirərək əsgərlərini ələ keçirilməsi təklifi ilə çıxış edənlər də var. İslam Respublikasının keçmiş xarici işlər naziri, deputat Mənuçehr Müttəqiki ABŞ-nin regiondakı hərbi bazalarına vertolyot dessant əməliyyatları keçirmək, onun İranın Xark adasını ələ keçirmək cəhdlərinə cavab olaraq yüzlərlə amerikalı əsgəri əsir götürməklə hədələyəci çıxış edib. O, Yaxın Şərqdəki Amerika bazalarına birbaşa quru hücumu keçirməyi, əsgərləri ələ keçirib, onları Tehrana gətirmək təklifini irəli sürüb.


Deputat bu ilin martında da oxşar təkliflə çıxış etmişdi.

Yeri gəlmişkən, Mənuçehr Müttəki də Qərblə danışıqların "qurbanlarındandır". 2010-cu ilin dekabrında Seneqalda səfərdə olarkən keçmiş nazir tutduğu vəzifədən azad edilmişdi. Ovaxtkı prezident Mahmud Əhmədinejadın bu qərarı ilə bağlı konkret səbəb açıqlanmadı. Ancaq Müttəki də uzun müddət Qərblə İranın nüvə proqramı ilə bağlı danışıqlarda əsas fiqurlardan olub. Onun danışıqlarda fəal olması bəzi dairələri narahat edirdi. Keçmiş nazir uranın zənginləşdirilməsi proqramını dayandırmaq məqsədilə beynəlxalq təzyiqlərə zəif müqavimət göstərməkdə ittiham olunurdu.

Müttəki bir müddət qərbyönlü siyasətçi sayılıb. Hətta 2007-ci ilin mayında Misirdə, Şarm əş-Şeyxdə keçirilən beynəlxalq konfrans çərçivəsində ABŞ dövlət katibi Kondoliza Rays və İranın xarici işlər naziri Manuçehr Müttəki eyni otaqda olmuşdu. Onların kulis arxasında danışdığına dair xəbər də yayılmışdı. Düzdür, onda Tehran bunu təkzib etsə də, 2008-ci ilin iyul ayında ABŞ və İranın rəsmi nümayəndə heyətləri Cenevrədə görüş keçirmişdilər.

ABŞ və İran tərəfdə danışıqları dayandırıb birbaşa quru əməliyyatı keçirilməsini təklif edənlər olsa da, Vaşinqton və Tehranda vəziyyətin hələ o yerə çatmadığını düşünənlər də az deyil. Ona görə də hər iki tərəfin bir əlinin tətikdə, o birinin isə danışıqlar masasında olduğu istisna edilmir.

ABŞ və İslam Respublikası arasında danışıqlar aparmaq üçün müxtəlif vaxtlarda cəhdlər olub. 2007-ci ilin aprelində Ştatların ozamankı Prezidenti Corc Buş dövlət katibi Kondoliza Raysa İslam Respublikası ilə birbaşa danışıqlara icazə vermişdi. Onda İraqdakı vəziyyət müzakirə olunsa da, bütün hallarda bu, iki ölkə arasında təmas idi və münasibətlərin yumşalması üçün yaranan şərait sayılırdı.

Bu həm də onu göstərir ki, rəsmi Vaşinqton regional məsələlərdə İran hakimiyyətinin də mövqeyini birbaşa öyrənib.

Tehran hakimiyyəti 47 il boyunca ABŞ-nin onu devirəcəyi məsələsini həmişə gündəlikdə saxlayıb. O bunu müxtəlif şəkildə ictimaiyyətə sızdırıb. Ancaq Ağ Ev belə bir planının olmadığını da dəfələrlə vurğulayıb.

Kondoliza Rays bəyan edirdi ki, Corc Buşun administrasiyası İranda "rejimin dəyişdirilməsinə" nail olmağa çalışmır. Onun sözlərinə görə, Ağ Evin hədəfi İranda hakimiyyətin dəyişməsi deyil, onun davranışını dəyişdirməsindən ibarətdir.


Dövlət katibi bildirirdi ki, Tehrаnа təklif edilən iqtisadi təkliflər paketinə (İranın nüvə proqramı ətrafında böhranın həlli məqsədilə) iqtisadi və siyasi dialoqu mümkün şəkildə qurulması üçün bəzi tədbirlər daxildir: "Biz Ümumdünya Ticarət Təşkilatı ilə bağlı etirazlarımızı aradan qaldırdıq ki, İran bu təşkilata üzvlük üçün müraciət edə bilsin. Düşünürəm ki, Amerikanın mövqeyi tamamilə aydındır".

Bu kimi çıxışlardan məlum olur ki, ABŞ-İran savaşının əsas hədəfi hələ ki hakimiyyət dəyişikliyi deyil. Çünki son 20 ildə Vaşinqtonun bunu reallaşdırmaq üçün imkanı olub. ABŞ hakimiyyət dəyişikliyinə niyə önəm vermir? Belə ehtimal etmək olar ki, İslam Respublikası özünü müdafiə etmək üçün hələ gücə malikdir. Ona görə, düşünmək olar ki, Vaşinqton, ilk növbədə, bu maneəni aradan qaldırmağı hədəfləyir. Bu səbəbdən İranın öncə hərbi bazalarını, aparıcı sahələrini sıradan çıxarmağı planlaşdırır.

Belə qənaətə gəlmək olar ki, hakimiyyət dəyişikliyi məsələsi ABŞ-nin əlində İslam Respublikası rəhbərliyinə qarşı çəkindiricilik alətidir. Ona görə də bu mövzu zaman-zaman tərəflərin münasibətlərində gündəliyə gəlir. Rəsmi Vaşinqton belə xəbərləri vaxtilə Kondoliza Raysın, bu günlərdə isə Cey Di Vensin açıqlaması ilə təkzib edir.

İranı dəstəkləyənlərin istəyi ABŞ-ni İslam Respublikasında silahlı qarşıdurmaya cəlb edib, ona Vyetnamdakı, yaxud Əfqanıstandakı vəziyyəti yaşatmaqdır. Onlar iddia edirlər ki, bununla da ABŞ-nin beynəlxalq nüfuzunu sarsıda bilərlər. Tehranda bəzən bunu Səddam Hüseynin İrana hücumu ilə müqayisə edirlər. Ancaq belə zənn edənlər ABŞ-nin İraqdan neçə dəfə güclü olduğunu nəzərdən qaçırmasınlar. Bütün hallarda onlara görə, ABŞ İranı işğal edərsə, İranda əhali hakimiyyətin müdafiəsinə qalxacaq.

ABŞ-nin qüdrətli olduğuna inanlar onun İslam Respublikası ərazisində quru əməliyyatı keçirməsini, bununla ölkənin strateji obyektlərinə nəzarət etməsini düşünürlər. Ancaq tarixi hadisələr ABŞ-yə bu aksiyanın uğurlu olmayacağını da ehtimal etməyə əsas verir. Düzdür, Vyetnamda ABŞ-yə qarşı onillərlə mübarizə aparıb, təkcə torpaqlarını deyil, həm də sol düşüncə sistemini müdafiə etməyə nail olsalar da, ancaq son illərdə rəsmi Hanoy Vaşinqtonla münasibətləri inkişaf etdirməyi hədəfləyir.

Ştatların İrana hücumuna çalışanlar, onu təşviq edənlər onun siyasi bataqlığa da düşəcəyini, təəssüf ki, nəzərə almırlar.

ABŞ İrana qarşı ənənəvi əməliyyat keçirib, ərazini tutub, hakimiyyət başçılarını həbs edib, tələblərini qeyd-şərtsiz qəbul etdirmək planı üzrə hərəkət etmir. Çünki ali rəhbər Seyid Əli Xameneinin, bir sıra hərbi və siyasi liderlərin öldürülməsi ilə buna nail ola bilmədi. Deməli, ABŞ-ni İrana qarşı açıq, quru əməliyyatı keçirmək planından imtina etdirən bu amillərdən sayıla bilər.

Liderin və aparıcı fiqurların sıradan çıxarılması İran hakimiyyətini müəyyən qədər zəiflədə bilib. Elə bəlkə ona görə İranda hələ də ictimaiyyət arasında görünməyən yeni ali rəhbər Müctəba Xameneinin yerinə alternativ axtarışına səbəb yaranıb. Belə ehtimal edilir ki, Ruhullah Xomeyninin nəvəsi, islahatçı sayılan Həsən Xomeyni 2025–2026-cı illərdə Müctəba Xameneiyə əsas rəqiblərdən olub.

Bu baxımdan, İranda hakimiyyətdaxili xətlərin mübarizəsi davam edir. Belə bir şəraitdə ABŞ-nin hakimiyyəti dəyişmək cəhdi bu istiqamətdə davam edən prosesə mane ola bilər. Odur ki, Vaşinqtonun Tehranda rəhbərliyi dəyişəcəyi ideyası hələ ki aktual sayılmır.

Deməli, ABŞ-nin İrana qarşı quru əməliyyatları, Tehranda hakimiyyət dəyişikliyi hələ ki təxirə salınır. Çünki İslam Respublikası hələ Venesuela deyil...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:55
    İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
  • Bu gün, 16:27
    Pakistan ABŞ və İranı silahları yerə qoymağa və danışıqlara çağırıb
  • Bu gün, 15:43
    Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
  • Bu gün, 15:08
    Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək
  • Bu gün, 14:50
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Bu gün, 12:50
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
  • Bu gün, 12:13
    Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik
  • Bu gün, 11:39
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • Bu gün, 10:57
    Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
  • Bu gün, 10:06
    Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
  • Bu gün, 09:46
    Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
  • Bu gün, 09:26
    "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
  • Dünən, 18:30
    Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • Dünən, 18:00
    Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
  • Dünən, 18:00
    Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Dünən, 17:29
    "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
  • Dünən, 16:56
    Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir
  • Dünən, 16:20
    Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
  • Dünən, 15:58
    Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:14
    Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH
  • Dünən, 14:45
    "Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir
  • Dünən, 13:11
    Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
  • Dünən, 12:37
    Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
  • Dünən, 11:22
    Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • Dünən, 11:11
    İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb
  • Dünən, 10:44
    Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Dünən, 10:27
    Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
  • Dünən, 09:53
    Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
  • Dünən, 09:35
    Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
  • Dünən, 09:10
    Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb
  • 14-07-2026, 19:00
    İsrail Livanda iki "pilot zonadan" qoşunlarının çıxarılmasını nəzərdən keçirməyə hazırdır
  • 14-07-2026, 18:30
    Sibiqa: Türkiyə XİN başçısı sabah Ukraynaya səfər edəcək
  • 14-07-2026, 17:50
    Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
  • 14-07-2026, 17:23
    Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
  • 14-07-2026, 17:04
    Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə