Son sutka ərzində Hörmüz boğazından 24 gəmi keçib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir.
"Son 24 saat ərzində 24 gəmi SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizliyi təmin etməsi ilə icazə alaraq Hörmüz boğazından keçib", - məlumatda bildirilib.