• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

İranın "boğaz ağrı"sı: Hörmüzün bloklanmasının qlobal fəsadları - TƏHLİL

Gündəm / Siyasət

7-03-2026, 14:48

İranın "boğaz ağrı"sı: Hörmüzün bloklanmasının qlobal fəsadları - TƏHLİL

ABŞ, İsrail və İran arasında davam edən hərbi qarşıdurma son onilliklərdə Yaxın Şərq regionunda müşahidə olunan ən ciddi geosiyasi böhranlardan biri kimi qiymətləndirilir. Münaqişənin getdikcə dərinləşməsi dünya iqtisadiyyatına, əsasən enerji bazarlarına və beynəlxalq dəniz nəqliyyatına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir.

Böhranın əsas mərkəzi Fars körfəzini Hind okeanı ilə əlaqələndirən və strateji baxımdan son dərəcə mühüm nəqliyyat dəhlizi sayılan Hörmüz boğazıdır. Bu boğaz planetin strateji cəhətdən ən əhəmiyyətli dəniz marşrutlarından biri hesab olunur. Dar su yolu vasitəsilə qlobal neft tədarükünün təqribən beşdə biri, eləcə də böyük həcmdə təbii qaz nəql edilir. Məhz bu səbəbdən həmin marşrutun fəaliyyətində yaranan istənilən fasilə dərhal dünya enerji bazarlarında özünü hiss etdirir.

Ərazisinə endiriən hərbi zərbələrə reaksiya olaraq İran Hörmüz boğazının bağlandığını elan edib və oradan keçməyə cəhd göstərən hər hansı gəminin hədəfə alınacağını bildirib. Bu bəyanatdan sonra regiondakı ən azı beş tanker atəşə məruz qalıb və pilotsuz uçuş aparatları ilə hücumlara hədəf olub.

Nəticədə boğaz üzrə gəmi hərəkəti faktiki olaraq tamamilə dayanıb. Təxminən 150 gəmi boğaz ərazisində gözləmək məcburiyyətində qalıb. Son 24 saat ərzində boğazdan yalnız iki kommersiya gəmisinin keçməsinə imkan verilib. Halbuki hərbi əməliyyatlardan əvvəl Hörmüz boğazından gün ərzində 200 gəmi tranzit edirdi.

Dünya iqtisadiyyatın "şah damarı"

Hörmüz boğazı dünya iqtisadiyyatı baxımından son dərəcə mühüm strateji rol oynayır. Belə ki, qlobal neft istehlakının təqribən 20 %-i, Fars Körfəzi dövlətlərindən mayeləşdirilmiş təbii qaz (LNG) ixracatının 30 %-i, Avropa qitəsinin aviasiya yanacağı idxalatının yaxınlaşıq 40 %-i, dizel yanacağının isə 10 %-dən artıq hissəsi, Asiyanın gündəlik neft idxalatının 2 milyon bareli məhz bu boğazdan keçir. İraqın ümumi neft ixracatının 97 %-i, Səudiyyə Ərəbistanının 89 %-i, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 66 %-i, eləcə də İran, Küveyt və Qətərin qlobal bazarlara yönəldilən bütün nefti bu boğaz vasitəsilə nəql olunur. Yaxın Şərq regionundan neft ixracatı əsasən bu dəniz keçidindən həyata keçirildiyinə görə, ixracın alternativ istiqamətlərə yönləndirilməsi imkanları olduqca məhduddur. Səudiyyə Ərəbistanı və BƏƏ müəyyən məhdud həcmləri şərq-qərb boru kəməri, həmçinin Əbu-Dabi boru kəmərləri vasitəsilə başqa marşrutlara yönləndirə bilər, ancaq bu alternativ yollar adi axınların yalnız kiçik bir hissəsini əvəz edə bilir. Nəticədə sutkada faktiki olaraq 8-10 milyon barel xam neft bazardan kənarlaşır.

Dəniz daşımalarına yönəlmiş təhdidlərin kritik səviyyəyə yüksəlməsi ilə bağlı aparıcı beynəlxalq sığorta şirkətləri bölgədə gəmilərin hərbi risklərdən sığortalanmasını dayandırmağa başlayıb. Nəzərə almaq lazımdır ki, hərbi risklərdən sığorta beynəlxalq dəniz ticarətinin son dərəcə əhəmiyyətli tərkib hissəsidir.

Liman idarəetmələri, maliyyə qurumları və yükgöndərənlər məcburi sığorta örtüyü tələb etdikləri üçün bu cür polislərin ləğvi əslində təhlükəli zonalardan keçən daşımaları praktik olaraq qeyri-mümkün hala gətirir. Yaranmış böhrana reaksiya olaraq ABŞ hökuməti dəniz ticarəti üçün siyasi risklərdən əlavə sığorta təminatı verməyə və zərurət yarandığı halda tankerlərin Hörmüz boğazından keçidini hərbi dəniz qüvvələri ilə müşayiət etməyə hazır olduğunu bəyan edib. Bununla belə, hazırda boğazın İranın tam nəzarəti altında qalması tankerlərin hərəkətini iflic vəziyyətinə salaraq riskləri kəskin şəkildə artırıb. Bu vəziyyət öz növbəsində sığorta mükafatlarının da yüksəlməsinə səbəb olub.

Əgər əvvəlki dövrdə gəminin hərbi risklərdən sığortası onun dəyərinin təxminən 0,2-0,25 %-ni təşkil edirdisə, indi bu göstəricinin 1 %-ə çatacağı proqnozlaşdırılır. Bu da öz növbəsində neft və qazın nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə artacağı mənasına gəlir. Bölgədəki gərginlik fonunda "Brent" markalı neftin qiyməti bir həftə ərzində 18 %-dən çox yüksəlib.

Qlobal inflyasiyanın astanasında

Yaxın Şərqdəki gərginliyin təbii qaz bazarına təsiri neft bazarı ilə müqayisədə daha kəskin olub. Bu prosesdə İranın əks tədbirlər çərçivəsində ABŞ-nin regiondakı müttəfiqlərinə qarşı hərəkətə keçməsi mühüm amil kimi önə çıxıb. Dünya LNG tədarükünün 20 %-ini təşkil edən "Qatar Energy" dövlət enerji şirkəti istehsal müəssisələrinə edilən hücumların ardından fəaliyyətini tam olaraq dayandırıb. İxrac terminalının gözlənilmədən bağlanması nəticəsində Avropada təbii qaz qiymətləri 50 % sıçrayaraq 2023-cü ildən bəri müşahidə olunan ən yüksək göstəriciyə çatıb.

Azərbaycanın cari il üzrə dövlət büdcəsində neftin baza qiyməti hər barel üçün 65 dollar olaraq müəyyən edilib. Bu günə olan məlumatlara əsasən, beynəlxalq bazarda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 94,62 ABŞ dolları səviyyəsində qeydə alınıb. Cari həftə ərzində Azərbaycan neftinin dəyəri 21,9 ABŞ dolları, yəni 30 % artıb.

Niderlandın ən böyük bank qrupu olan "ING Group"un təhlillərinə əsasən, neft qiymətlərinin hər barel üçün 10 ABŞ dolları həcmində davamlı artımı Azərbaycanın illik ixrac gəlirlərini təqribən 3 milyard ABŞ dolları, enerji sahəsindən əldə edilən büdcə daxilolmalarını isə təqribən 1,5 milyard ABŞ dolları (bu rəqəm ÜDM-in müvafiq olaraq 2 %-i və 4 %-inə bərabərdir) miqdarında əlavə gəlir ilə təmin edir.

"ING Group"un qənaətinə görə, belə bir meyl praktiki baxımdan 2026-cı ildə Azərbaycanın xarici ticarət balansında kəsir yaranması ehtimalını minimuma endirir və milli valyuta olan manatın məzənnə sabitliyini daha da gücləndirir.

Maliyyə qurumu hesab edir ki, Azərbaycanın idxal tədarükünün təxminən 45 %-i inkişaf etmiş ölkələrin və hazırkı münaqişə bölgəsinə bilavasitə yaxın olan dövlətlərin üzərinə düşdüyündən, bu ölkələrin hamısının enerji resurslarının qiymət bahalaşmasından mənfi təsirlənəcəyi və bunun nəticəsində idxal inflyasiyasının sürətlənəcəyi gözlənilmir.

Yüksək neft qiymətləri iqtisadi artımı sürətləndirəcək

"Report"un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, neft və qaz qiymətlərində davamlı yüksəliş tendensiyası müşahidə edilərsə, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya artımı baş verə bilər.

Bununla yanaşı tənzimləyici qurum Yaxın Şərq bölgəsində son dövrdə cərəyan edən hadisələrin fonunda dollar indeksinin güclənməsini və bu vəziyyətdə manatın nominal effektiv məzənnəsinin bahalaşmasının ticarət tərəfdaşlarındakı inflyasiyanı neytrallaşdırma potensialının olduğunu vurğulayıb.

AMB-nin Azərbaycan neftinin qiymətinə dair proqnozlarında hər hansı düzəliş edib-etməyəcəyi məsələsinə gəlincə, tənzimləyici müvafiq proseslərin qlobal dəyər zəncirinə təsirlərinin qalıcı, yoxsa keçici xarakter daşıdığını müəyyənləşdirmək üçün müəyyən vaxt və əlavə analitik işlərin tələb olunduğunu qeyd edib.

Qurum Yaxın Şərq bölgəsindəki son proseslərin neft və qaz qiymətlərinə artım istiqamətində təsir göstərəcəyini söyləmək üçün qiymətləndirmə işlərinin davam etdirilməsinin zəruri olduğunu bəyan edib.

Bildirilib ki, neft və qaz qiymətləri yüksələrsə, valyuta bazarında sabitliyin başlıca amili kimi çıxış edən cari əməliyyatlar balansının (CƏB) profisitinin genişlənmə ehtimalı yüksək olaraq dəyərləndirilir.

Tənzimləyici orqan neft qiymətlərinin yüksək həddə qalmasının valyuta ehtiyatlarının idarəetmə strategiyasına müsbət təsir göstərəcəyini ehtimal edir.

AMB son hadisələrin ölkədə makroiqtisadi sabitlik və maliyyə sabitliyi baxımından hər hansı ciddi risk yaradacağını gözləmir. Belə bir vəziyyət yaranacağı təqdirdə isə əvvəlki illərin təcrübəsinə əsaslanaraq hökumətlə birgə təhdidlərə qarşı effektiv və qabaqlayıcı reaksiya göstərəcəkləri vurğulanıb.

Hazırkı vəziyyətdə aydın görünən odur ki, İran ətrafındakı gərginliyin qalıcı olması halında neft və qaz qiymətlərinin daha da yüksəlməsinə stimul verəcək. Enerji bazarındakı qıtlıq ixracatçı ölkələrə əlavə gəlir gətirəcək. Azərbaycan da bu baxımdan istisna təşkil etmir. Yəni OPEC-in mövcud kvotaları çərçivəsində hasilatı artırmadan daha yüksək gəlirlilik əldə etməklə büdcəyə daxilolmaları artırmaq mümkün olacaq. Digər tərəfdən isə yüksək neft-qaz qiymətləri bu resurslardan asılılığı olan ölkələrdə inflyasiyanı sürətləndirən əsas faktorlardan birinə çevrilə bilər.

AMB-nin açıqlaması onu deməyə əsas verir ki, Azərbaycan hökuməti qiymətləri hədəf diapazonu (4±2 %) daxilində saxlaya bilir və inflyasiya ilə bağlı proqnozlar beynəlxalq təşkilatların ölkə üzrə gözləntilərinə yaxın olmaqla ümumilikdə nikbin görünür.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

21-05-2025, 18:37

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:03
    Hörmüz boğazının açılmasından sonra "Brent" markalı neft ucuzlaşıb
  • Dünən, 17:34
    Sükuta dalmış həqiqət işığında Mirzə Bala Məmmədzadə ömrü
  • Dünən, 17:30
    Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
  • Dünən, 16:32
    Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident tədbirdə iştirak edir
  • Dünən, 15:35
    XİN rəhbəri: Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır
  • Dünən, 15:11
    Sabahdan Külək güclənəcək - XƏBƏRDARLIQ
  • Dünən, 14:30
    Simonyan və Sahibə Qafarova münasibətlərin normallaşmasından məmnunluqlarını bildirib
  • Dünən, 13:45
    Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər
  • Dünən, 12:44
    Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı baş sağlığı verib
  • Dünən, 12:12
    Pərviz Şahbazov: "Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir"
  • Dünən, 11:54
    Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
  • Dünən, 11:00
    Livan ordusu İsrailin atəşkəsi pozduğunu bildirib
  • Dünən, 10:00
    UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
  • Dünən, 09:30
    Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
  • Dünən, 09:00
    Sahibə Qafarova: Milli Məclis TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək
  • 16-04-2026, 18:46
    Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib
  • 16-04-2026, 18:18
    Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var
  • 16-04-2026, 17:48
    Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib
  • 16-04-2026, 16:52
    ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
  • 16-04-2026, 15:57
    Türkiyədən mühüm addım - 3 ölkə ilə ittifaq yaradılır
  • 16-04-2026, 15:47
    Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi
  • 16-04-2026, 15:27
    Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
  • 16-04-2026, 15:21
    Livan Prezidenti İsraillə birbaşa danışıqlar üçün ilkin şərtini açıqlayıb
  • 16-04-2026, 15:05
    Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
  • 16-04-2026, 14:44
    Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
  • 16-04-2026, 12:20
    Qərbi Azərbaycana həsr olunan dəyərli nəşr
  • 15-04-2026, 17:45
    Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
  • 15-04-2026, 17:44
    Qarabağ Zəfərinin Ədəbiyyatdakı Salnaməsi
  • 15-04-2026, 14:14
    Azərbaycan ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası üzrə Çexiya təcrübəsini öyrənir
  • 15-04-2026, 13:26
    Bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir - PROQNOZ
  • 15-04-2026, 12:32
    Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - Video
  • 15-04-2026, 11:47
    KİV: Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq
  • 15-04-2026, 11:22
    Azərbaycanda 100 manatlıq əskinazlar yenilənir
  • 15-04-2026, 10:39
    UNEC-in qazi tələbəsi vəfat etdi
  • 15-04-2026, 10:18
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə