• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Qafqazı müharibə ilə hədələyən Sepah - qvardiyanın yetişən çıxdaş dövrü - ŞƏRH

Gündəm / Siyasət

11-02-2026, 16:35

Qafqazı müharibə ilə hədələyən Sepah - qvardiyanın yetişən çıxdaş dövrü - ŞƏRH


İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) dövlətlərarası münasibətlərə yenə etimadsızlıq toxumu səpib. Ötən gün bir çox dövlətlər tərəfindən terrorçu təşkilat elan olunan bu silahlı birləşməyə aid informasiya mənbələri ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İrəvana və Bakıya rəsmi səfəri, imzalanmış sənədlərdən narahatlığını gizlətməyib.

Sepah ABŞ ilə əməkdaşlığa münasibət bildirərək Qafqazda böyük müharibənin təməli qoyulduğunu iddia edərək, Azərbaycanı təhdid edib:

"Qurbanlar artıq seçilib. İran öz təhlükəsizliyindən söhbət gedəndə heç kimlə zarafat etmir".

O bununla məsələyə Rusiyanı da cəlb etməklə perspektivdə ABŞ-nin RF ilə Qafqazda toqquşacağını arzulayır.

Sepahın İranda ictimai-siyasi, sosial, mədəni və başqa sahələrdə oynadığı pozucu, ölkəni nüfuzdan salan rolu ilə bərabər onun informasiya vasitəsi Qafqazı deyib, əsasən, Azərbaycanla Ermənistanı qaralayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Ceyms Vensin səfiri ilə bağlı müsahibəsində bildirib ki, Rusiyanın maraqlarına zərər vurmamaq Ermənistanın gündəliyində olmayıb və onlar bunu bütün tərəfdaşlarına çatdırıblar:

"Bütün tərəfdaşlarımıza həmişə çatdırmışıq ki, Rusiyanın maraqlarına zərər vurmaq bizim gündəliyimizdə olmayıb, yoxdur və heç vaxt olmayacaq, bu istisna edilir. Heç kim bizi anti-Rusiya əməlləri məntiqinə cəlb edə bilməyəcək, belə cəhdlər də heç vaxt olmayıb..."

Ermənistanla İran hakimiyyətinin ənənəvi yüksək səviyyədə mövcud olan münasibətlərini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Sepah İslam Respublikasının regionda dost-qardaş, bir sıra hallarda panfarsçı düşüncədən çıxış edərək soydaş saydığı Ermənistanı qaralayır. Onu böyük güclərin Qafqazda mümkün qarşıdurmasının "qurbanı" sayır. Belə nəticə çıxır ki, Tehran hakimiyyəti dost-qardaş dediyi dövlətin Paşinyanın sadaladığı prinsiplərinə qarşıdır və bu istiqamətdə pozuculuq fəaliyyəti göstərir.

Sepahın Azərbaycana qarşı çıxışları yeni deyil. İkinci Qarabağ Müharibəsi bitəndən, torpaqlar Ermənistan işğalından azad olunandan dərhal sonra terrorçu kimi tanınan bu təşkilat Azərbaycanla sərhədyanı bölgədə hərbi təlimlər keçirərək rəsmi Bakını hədələməyə səy göstərmişdi.

Vensin səfəri ilə əlaqədar Azərbaycanın adını çəkmədən onu "qurban" adlandırmaq üçün sanki bu silahlı birləşmənin əlinə fürsət düşüb.

İranda Sepah kimi düşünənlərin boyuna "xain xoflu olar" ifadəsi biçilib. Hələ 2025-ci ilin iyununda 12 günlük müharibə zamanı belələri guya Azərbaycan ərazisindən İranın, xüsusilə, Güney Azərbaycan torpaqlarının, yaşayış məntəqələrinin vurulduğu ilə bağlı qarayaxma kampaniyası apardı. Məqsədi güneyli-quzeyli azərbaycanlıları bir-birinə qarşı qoymaq idi. Çünki Sepah islam, din, təriqət pərdəsi altında panfarsçı ideologiyaya xidmət edir. Bu ideologiya ərəbləri, türkləri özünə düşmən bilir və onları sevmir.

Lakin rəsmi Bakı Azərbaycandan İran ərazilərinə təhlükə olmayacağını dəfələrlə bəyan edib. Prezident İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib: "Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq".

Fevralın 10-da Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ikitərəfli əməkdaşlığın beş əsas məqsədini müəyyənləşdirib.

Prezident İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanmış sənəddə suverenlik, müstəqillik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı dəstəklənir, qarşılıqlı maraq və ümumi fayda verən sahələrdə, o cümlədən regional bağlılıq, iqtisadi investisiyalar və təhlükəsizlik əməkdaşlığı sahələrində strateji tərəfdaşlığın vacibliyinin təsdiqlənir, diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri möhkəmləndirmək istəyi vurğulanır, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqların əhəmiyyəti təsdiqlənir, diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlər vurğulanır, strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyəti təsdiqlənir.

Xaritiyada Bakı və Vaşinqton Orta Dəhlizin inkişafına diqqət yetirməklə iqtisadi artıma və regional bağlılığa kömək etmək məqsədilə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını da vurğulayırlar.

"Təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə - Cənubi Qafqazda sülh hər iki ölkənin ümumi maraqlarına cavab verir, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də beynəlxalq və regional təhlükəsizliyin möhkəmlənməsinə kömək edir", - deyə sənəddə təsbit edilib.

Xartiyada Sepahı və onunla həmfikir olanları qane etməyən, regional və qlobal səviyyədə problem yarada biləcək bir söz belə yoxdur. Sənəddə üçüncü tərəfə aid işarə də mövcud deyil. Əksinə, təhlükəsizliyin möhkəmlənməsi, ərazi bütövlüyü, suverenlik, iqtisadi-ticarət əlaqələri və s. var.

Bunlar Azərbaycan-ABŞ əməkdaşlığını inkişaf etdirmək, əlaqələri gücləndirmək, dərinləşdirməklə yanaşı, regional və qlobal baxımdan da faydalıdır. ABŞ-Azərbaycan əməkdaşlığının perspektivdə İranın da xeyrinə olacağı istisna deyil.

Tehran hakimiyyəti bir müddət əvvəl Azərbaycan hakimiyyəti də daxil olmaqla bir sıra ölkələrdən İrana hücum etməmək üçün ABŞ-yə təsir göstərməyi istəmişdi.

Fevralın 11-də İran Prezidenti Məsud Pezeşkian inqilabın 47-ci illiyi tədbirindəki çıxışında bildirib ki, Azərbaycan da daxil olmaqla regional ölkələr bir-bir telefon danışıqlarında narahatlıqlarını və mövqelərini onlarla bölüşüblər. O çıxışında həmin ölkələrin rəsmi şəxslərinə, prezidentlərinə və əmirlərinə təşəkkür edib.

Həmin dövlətlərin rəsmiləri ABŞ-İran münasibətlərindəki gərginliyin dinc və diplomatik yolla həllinə tərəfdar olublar.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi, Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

Heç şübhəsiz, fevralın 6-da Tehran-Vaşinqton görüşünün gerçəkləşməsində bu dəstəklərin mühüm rolu olub.

Məsud Pezeşkian İran–ABŞ arasında aparılan danışıqlarla bağlı "X" səhifəsindəki paylaşımında danışıqları müsbət qiymətləndirib: "İran–ABŞ danışıqları irəliyə doğru atılmış addımdır". O qeyd edib ki, regiondakı dost dövlətlərin iştirakı və vasitəçiliyi ilə keçirilən danışıqları irəliyə doğru atılmış bir addım olub.

Fevralın 10-da İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İslam Respublikası və ABŞ diplomatik prosesin davam etdirilməsi barədə konsensusa nail olub.

Belə bir şəraitdə Sepah Azərbaycanın ABŞ ilə strateji tərəfdaşı olmasına qarşı çıxaraq Qafqaz regionunu şantaj edir. Bu vəziyyətdə qvardiyaçılar, doğrudan da, gülünc vəziyyətə düşürlər. Tehran rəsmiləri ABŞ-ni danışıqlara razı salmaq üçün bir aydan artıqdır, region dövlətlərinə, o cümlədən Türkiyə və Azərbaycana səfərlər edirlər. Açıqlanmasa da, dövlətlərin öz nüfuzlarından yararlanaraq ABŞ-yə diplomatik yolla təsir etmələrini istəyirlər.

Belə qənaətə gəlmək olar ki, Sepah regionda ABŞ ilə danışıqlara əlaqələndirici olmaq istəyir. Düzdür, gülüncdür. Ancaq qvardiyaçıların davranışından belə çıxır. Onlar ABŞ-ni regional dövlətlərə, o cümlədən Azərbaycana qısqanırlar.

Sepah mövcudluğu, pozuculuq fəaliyyəti ilə İran İslam Respublikasının ziyanına işləyir. Onu müharibəyə sövq etməyə çalışır. Çünki bu silahlı təşkilat bütün dövlətləri İrana düşmən görür, hər birindən şübhələnərək paranoik kimi davranır. Bu hal psixologiyada şəxsiyyət pozuntusu adlanır. Onlar adətən qapalı, qeyri-səmimi həmişə özündən razı şəxs kimi tanınırlar. Eqoistlik və başqalarının fikri ilə razılaşmamaq meyli də onların əsas xüsusiyyətlərinə aiddir. Belə diaqnoz Sepaha çox uyğun gəlir.

Pozucu, terror fəaliyyətinə görə bu yaxınlarda Avropa İttifaqı da onu terrorçu təşkilatlar siyahısına daxil edib. Onunla yanaşı, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn, Kanada, Belçika, İsveç, Litva, Belçika, Ukrayna Sepahı terrorçu olaraq tanıyır.

Bu silahlı təşkilat Yaxın Şərqdə və ondan kənardakı müsəlman dövlətlər üçün "Hizbullah" tipli silahlı qruplaşmalar yaradır, onlar vasitəsilə bölgəni ələ keçirməyi hədəfləyir. Ancaq onun çöküşü Qəzza zolağından başlayıb, Livanda, Suriyada, İraqda belə davam edib.

Sepahın Qüds qoşunlarının İraqda hazırladığı "Həşdi əl-Şəbi" silahlı qruplaşması İslam Respublikası ilə ABŞ arasında müharibə olacağı halda İranı müdafiə etməyəcəyini bildirib. Silahlı qruplaşmanın qərargah rəisinin müavini Yasir əl-İssavi bəyan edib ki, İran və ABŞ arasında heç bir müharibədə iştirak etməyəcəklər. Bu da Sepahın iflasının başlamasının əlamətlərindəndir.

Qvardiya İslam Respublikasının müdafiəsi, qorunması üçün yaradılmış silahlı birləşmədir. O, ölkə həyatının bütün sahələrinə müdaxilə etdiyi üçün hakimiyyət içində hakimiyyətə, başqa sözlə, indiki şəraitdə başlıca maneəyə çevrilib. Qruplaşmanın Yaxın Şərq bölgəsindən qovulması onun mövqeyini laxladıb. O, belə davranış və şantajları ilə Tehran hakimiyyətinin yolunu Qafqaza, xüsusən Cənubi Qafqaza da bağlayır.

Sepah bəsici qüvvələri ilə birgə 2025-ci il dekabrın 28-dən bu il yanvarın ortalarınadək davam edən etiraz aksiyalarını yatırmaqla hakimiyyətə nəzarət nüfuzunu qoruya bilib. Ancaq zaman onun da süqutunun fərmanını verib. Belə görünür ki, Sepah İranın inkişafını, dünya dövlətləri ilə əlaqələrini istəmir. Deməli, terror təşkilatı olaraq tanınan bu qruplaşma nə mövcud hökumətə, nə də İslam Respublikasına fayda verir. Odur ki, qvardiyanın çıxdaş edilməsi dövrü çatır.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

8-04-2024, 16:33

İranın vəziyyətinin göstəricisi - Sepahın dezinformasiyası - ŞƏRH

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:31
    Marko Rubio: ABŞ dünyanın ən aparıcı girov götürən İran rejiminə qarşı əməliyyatda iştirak edir
  • Dünən, 17:44
    Azərbaycan Prezidenti İranın yeni Ali Rəhbəri Müctəba Xameneiyə təbrik ünvanlayıb
  • Dünən, 17:31
    Məlikov Vüqar Telman oğlu
  • Dünən, 16:28
    Ceyhun Bayramov somalili həmkarı ilə İrandan Azərbaycana edilmiş dron hücumu ilə bağlı müzakirə aparıb
  • Dünən, 15:03
    Putin Müctəba Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik edib
  • Dünən, 13:27
    Sahibə Qafarova pakistanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib
  • Dünən, 11:48
    Torpağın Son Dərsi
  • Dünən, 11:35
    Sumqayıtda sexdə partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb
  • Dünən, 10:10
    Premyer Liqa: Bu gün "Zirə" "Kəpəz"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcək
  • 8-03-2026, 17:00
    "Axios": ABŞ Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlıları cəlb edə bilər
  • 8-03-2026, 16:00
    ABŞ və İsrail İsfahana zərbə endirib, 11 nəfər həlak olub
  • 8-03-2026, 14:00
    2030-cu ildə Ramazanda 36 gün oruc tutulacaq
  • 8-03-2026, 13:00
    “İranın xəritəsi dəyişə bilər”
  • 8-03-2026, 12:00
    “Müharibəni 6 ay davam etdirə bilərik” - İran
  • 8-03-2026, 11:30
    “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
  • 8-03-2026, 11:24
    Qırğızıstanda mədəndə qaz sızması - Ölənlər var
  • 8-03-2026, 11:00
    Mehriban Əliyevadan 8 Mart paylaşımı - Foto
  • 8-03-2026, 10:30
    Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
  • 7-03-2026, 18:00
    İran BƏƏ-dəki ABŞ bazasına hücum etdi
  • 7-03-2026, 17:30
    Təmizlik maşınının vurduğu 26 yaşlı qız öldü
  • 7-03-2026, 17:00
    “Qarabağ”dan xanım azarkeşlərə jest - Giriş pulsuzdur
  • 7-03-2026, 16:13
    İsrailin müdafiə nazirindən Hizbullaha görə Livana sərt ultimatum: Bədəlini ödəyəcəksiniz
  • 7-03-2026, 15:50
    Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib
  • 7-03-2026, 15:21
    İsrail 40 il əvvəl itkin düşmüş Ron Aradın qalıqlarını tapmaq üçün Livanda əməliyyat keçirib
  • 7-03-2026, 14:48
    İranın "boğaz ağrı"sı: Hörmüzün bloklanmasının qlobal fəsadları - TƏHLİL
  • 7-03-2026, 14:11
    Allahşükür Paşazadə Romaya səfər edəcək
  • 7-03-2026, 13:26
    Zelenski: Rusiya Ukraynaya 29 raket və 480 dronla hücum edib
  • 7-03-2026, 13:09
    Sabah hava yağıntılı olacaq - PROQNOZ
  • 7-03-2026, 11:30
    Ceyhun Bayramov Türkiyəyə gedib
  • 7-03-2026, 11:00
    46 yaşlı qadın bıçaqlandı - Oğlu şübhəli bilinir
  • 7-03-2026, 10:30
    Turistlər ianə ümidinə qalıblar - Yaxın Şərqdə xaos
  • 7-03-2026, 10:00
    Fahrettin Altun səfir təyin edildi
  • 7-03-2026, 08:31
    KƏŞ-in baş katibi: İran Bəhreyndə Dəniz Əməliyyatları Mərkəzinin binasına hücum edib
  • 7-03-2026, 08:00
    Sevdiyiniz yemək xarakterinizdən xəbər verir
  • 7-03-2026, 07:36
    SEPAH İsrailə qarşı əməliyyatın 24-cü mərhələsinin başladığını elan edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə