Qazaxıstan “OPEC+” sazişindən çıxmaq variantını nəzərdən keçirmir.
Bu barədə bu gün Astanada keçirilən mətbuat konfransında Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib.
"Dəqiqləşdirmək istəyirəm ki, Qazaxıstan OPEC-in üzvü deyil, “OPEC+” sazişinin iştirakçısıdır. “OPEC+” çərçivəsində Qazaxıstan öhdəliklərini maksimum yerinə yetirməyə çalışır. Lakin hazırkı dövrdə bu, hasilatın pay bölgüsü (PSA) sazişində nəzərdə tutulmuş “Tengiz” yatağında gələcək genişləndirmə layihəsinin həyata keçirilməsi səbəbindən həmişə mümkün olmur. Buna görə də biz “OPEC+” üzrə həmkarlarımızı hər görüşdə əvvəlcədən xəbərdar edirdik ki, bu il hasilat həcmini aşacağıq, çünki PSA sazişinə uyğun olaraq “Tengiz” yatağının işlənməsi layihəsi üzrə tərəfdaşlarımıza məhdudiyyətlər qoya bilmərik", - O.Bektenov qeyd edib.
Hökumət başçısı qeyd edib ki, Qazaxıstan “OPEC+” sazişindən çıxmaq variantını nəzərdən keçirmir, çünki “OPEC+” neft bazarında sabitliyə kömək edir".