• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Kallasın İrəvan səfərinin pərdəarxası - Aİ Ermənistanı Kremlin orbitindən çıxarır - ŞƏRH

Gündəm / Siyasət

2-07-2025, 13:47

Kallasın İrəvan səfərinin pərdəarxası - Aİ Ermənistanı Kremlin orbitindən çıxarır - ŞƏRH

 
Ermənistan hökumətinin Rusiyanın boyunduruğundan qurtulmaq, Qərblə yaxınlaşmaq, boynuna Aİ xaltası keçirmək arzusu bitib-tükənmək bilmir. Bu məqsədinə nail olmaq üçün baş nazir Nikol Paşinyan bütün yollara baş vurur, bir sıra addımlar atır.

Elə son günlər İrəvanı çalxalayan apostol kilsəsinə qarşı “səlib yürüşü”, rusiyalı iş adamı Samvel Karapetyanın həbsi də bunun bariz nümunəsidir. Kilsənin və Karapetyanın Kremlin nəzarətində olduğu sirr deyil. Eyni zamanda Samvelin rəhbərlik etdiyi, əslində Rusiyaya məxsus “Ermənistan Elektrik Şəbəkəsi”nin də milliləşdirilməsi prosesinə start verilməsi, İrəvanın Moskvanın təsir rıçaqlarını azaltmaq istəyindən xəbər verir.

Təsadüfi deyil ki, baş nazir Nikol Paşinyan bu gün çıxışında şirkətin əməkdaşlarını siyasi intriqalarda ittiham edərək, onların işdən qovulacağına eyham vurub. Şübhəsiz ki, söhbət Kallasın səfəri zamanı Nikola təqdim edilən və Rusiyanın adamları olduğu ehtimal edilən şəxslərin siyahısından gedir.

Eyni zamanda Ermənistan XİN-in Makron və Lavrovun çıxışına göstərdiyi münasibət də bundan xəbər verir. Lavrovu Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edən Ararat Mirzoyan KTMT tədbirində iştirakdan da imtina edib. Proseslərin bu məcrada davam etməsi fonunda Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın İrəvana iki günlük səfəri də diqqətdən kənar qala bilməzdi. Ermənistanı mühüm tərəfdaş adlandıran xanım Kallasın “Ermənistanla Avropa İttifaqı arasında münasibətlər heç vaxt indiki qədər yaxşı olmayıb” bəyanatı da boş yerə səsləndirilməyib. Çünki ortada Gürcüstan təcrübəsi var və rəsmi Tbilisinin Aİ ilə “vidalaşması”, Rusiya ilə iqtisadi sahədə yaxınlaşma barədə qərar qəbul etməsi Brüsseldə heç də xoş qarşılanmayıb. Buna görə də əsas diqqət Ermənistana yönəlib.

Müəyyən yollarla İrəvanı Kremlin orbitindən uzaqlaşdırmaq, Aİ-nin əsas hədəfidir. Bunun üçün hətta maliyyə yardımı da göstərilə bilər.

Maraqlıdır ki, paralel olaraq, paytaxt İrəvanda Aİ ilə yaxınlaşma əleyhinə etiraz aksiyaları keçirilir. Təbii ki, bu aksiyaların başında Kremlin əlaltısı olan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan dayanır. 2026-cı il seçkilər ərəfəsində Moskvaya yalmanaraq, canla-başla xidmət etdiyini sübuta yetirmək istəyən Köçəryan dəstəsi, yenidən hakimiyyətə qayıtmaq kimi absurd bir xəyala da qapılıb. Bu aksiya, Kallasın səfəri, Mirzoyanın bəyanatları, kilsəyə qarşı hücumlar göstərir ki, artıq Ermənistan Rusiya və Qərbin toqquşma məkanına çevrilib.

Avropa rəsmisinin İrəvana səfərini Paşinyan və hakim partiyaya yaxın media böyük uğur, Aİ-yə üzvlüklə bağlı atılan iri addım kimi qiymətləndirir. Bu, seçki ərəfəsində başa düşüləndir. Çünki Nikol Paşinyanın seçkidə istifadə edəcəyi əsas şüarlardan biri də Avropaya yaxınlaşma olacağı şübhəsizdir. Amma işin maraqlı tərəfi odur ki, hər zaman olduğu kimi, Aİ rəsmisinin bəyanatları, imzalanan sənədlər ciddi əhəmiyyət kəsb etmir. Məsələn, yekun mətbuat konfransında hər iki tərəf Tərəfdaşlıq Gündəliyi sənədi üzərində işin başa çatdığını elan edərək, əvvəlki məqamlarda göstərilən yanaşmanı bir daha təsdiqləyib.

Baş nazir Nikol Paşinyan isə bu sənədi Avropa İttifaqı ilə yeni, tarixi sənədin imzalanması kimi təqdim etməyə çalışır. Əslində isə bu sənəd yeni CEPA və ya ona bərabər bir sənəd deyil. CEPA-dan irəli gələn bir sənəddir ki, ən azı kağız üzərində CEPA-nın icrasının effektivliyini artırmağa imkan verəcək. Başqa sözlə, imzalanacaq sənəd sırf işlək xarakter daşıyır. CEPA kimi qanunvericilik qüvvəsinə malik deyil. Ölkələrin parlamentləri və Avropa parlamenti tərəfindən ratifikasiya olunmayıb. Adi, əlamətdar bir sənəddir.

Tərəflər bununla yanaşı Avropa İttifaqının may ayında qəbul etdiyi Qara Dəniz Strategiyasına Ermənistanın da qoşulma niyyətini müzakirə ediblər. Sənəd əslində sırf anti-Rusiya sənədidir. Logistika, dənizçilik, energetika və digər sahələrdə Rusiyadan yan keçmək, Rusiyanın Ukrayna ilə müharibəsində Qara dəniz uğurlarını puça çıxarmaq cəhdidir. İrəvanın bu sənədə qoşulması bir tərəfdən anti-Rusiya geosiyasi koalisiyasına qoşulması, digər tərəfdən isə enerji, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlıq etmək iqtidarında olmadığını sübuta yetirməsi deməkdir.

Bundan əlavə, Ermənistan XİN başçısı Ararat Mirzoyan Avropa ittifaqı ilə təhlükəsizlik və müdafiə dialoqunun da başladığını açıqlayıb. Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti mütəmadi olaraq yenilənən sənəddir ki, bu da həm Avropanın öz maraqlarına, həm də son illərin geosiyasi mübarizəsində Rusiya ilə qarşıdurma siyasətinə əsaslanır. Bu dialoq isə Ermənistanın Rusiyadan hərbi texnika və silah-sursatın alışında asılılığını tamamilə ləğv etmək məqsədi güdür. Hələ 2024-cü ilin rəqəmlərinə baxsaq, Ermənistanın digər ölkələrlə hərbi-texniki əməkdaşlığında Rusiyanın payının son 3-4 ildə 96 faizdən 10 faizə qədər azaldığını görərik.

Ehtimal etmək olar ki, Aİ bu 10 faizlik payı da ləğv etmək niyyətini güdür. Bundan əlavə, seçkilərdən sonra Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası ilə bağlı məsələ də gündəmə gələ bilər. Çünki erməni cəmiyyətində artıq bunun cücərtiləri görünür. Rusiya sərhədçilərinin bir sıra ərazilərdən yığışdırılması, “Zvarnots” hava limanında vəzifələrini erməni hərbçilərə təhvil verməsi bu silsilənin ilk halqası hesab edilə bilər. Güman edilir ki, 102-ci hərbi bazanın ləğvi bu məsələnin kulminasiya nöqtəsi olacaq.

Kallasın səfəri zamanı viza liberallaşdırılması dialoqu da baş tutub. Bir müddət əvvəl belə bir müzakirənin başlaması, Ermənistanda hakim komandanın mediası tərəfindən böyük uğur kimi təqdim edilsə də, paralel olaraq, sıravi ermənilərin Avropa ölkələrinə viza əldə etmək məsələsində ciddi çətinliklərlə üzləşdikləri ortaya çıxmışdı. Əslində bu məsələ 2017-ci ildən gündəmdədir. Avropa tərəfi bu yaxınlarda Ermənistana viza liberallaşdırılması məsələsini həll etməmişdən əvvəl İrəvanın Avropa standartlarına yaxınlaşmalı və onlara əməl etməli olduğu yol xəritəsini verib.

Avropa bürokratiyasını başa düşmək və bütün sahələrdə yüksək Avropa standartlarını, xüsusilə Aİ-nin tərəfdaş ölkələri üçün viza liberallaşdırılması prosedurlarını çətinləşdirən miqrasiya ilə bağlı gücləndirilmiş milli və ümumavropa siyasətini dərk edərək, Ermənistandakı mövcud rejimin funksional səriştəsizliyi, institusional iqtidarsızlığı ilə bu proqramı vaxtında həyata keçirə bilməyəcəyi aydındır.

Bu sadalananlar isə sübut edir ki, Kallasla aparılan danışıqlar, edilən müzakirələr, imzalanan adi sənədlər sırf seçkilərlə və Rusiya ilə münasibətlərlə bağlıdır. Çünki Ermənistan hakimiyyətinin CEPA-da nəzərdə tutulan instutisonal islahatlara hazır olduğunu və ya bunu həyata keçirməyə resurs və gücünün olduğunu söyləmək mümkün deyil. Burada məsələ sırf Avropanın geosiyasi maraqlarının təmin edilməsidir ki, Nikol Paşinyan da buna tam razılıq verib.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

1-07-2025, 14:32

Paşinyan II Qareginin istefasını tələb edib

Gündəm / Siyasət

22-05-2025, 16:59

Lavrovun Ermənistana səfərinin məqsədi nə idi? - ŞƏRH

Gündəm / Dünya

5-02-2025, 11:13

Paşinyan: Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi aktiv dialoqda olmayıb

Gündəm / Dünya

18-09-2024, 11:34

Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

Gündəm / Dünya

27-06-2024, 08:53

O, yalan deyir: Nikol bizi Qarabağda pis duruma saldı

Araşdırma
Keçmiş deputat HƏBS EDİLDİ
Kəskin hava şəraiti ilə bağlı çağırış edildi
Bakıda Formula-2 yarışında sərbəst yürüş başa çatdı
48 məşhur çimərlik “qara bayraq” aldı: Turistlərin getməməli olduğu yerlər
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • 26-06-2025, 07:56
    Milli hərb tariximiz milli yaddaşımızdır
  • Dünən, 19:48
    Əziz Dayımın Əbədi Xatirəsinə
  • Dünən, 19:30
    Flora Müəllimə — Zəka ilə Qəlbin, Elm ilə İnsaniyyətin Birləşdiyi Zirvə
  • Dünən, 16:30
    Dəyərli Bacım, Parta Yoldaşım — Ayna Xanım
  • Dünən, 11:00
    Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
  • Dünən, 10:00
    Alimlər alzheymer xəstəliyinin inkişafında ehtimal olunan mərhələlərin adını açıqlayıblar
  • Dünən, 09:00
    Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur
  • 7-07-2025, 14:30
    Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
  • 7-07-2025, 14:16
    Qardaş — Atanın Yadigarı, Ruhun Dayandığı Divar
  • 7-07-2025, 14:01
    Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA
  • 7-07-2025, 13:52
    Taksi sürücülərinin imtahanı keçiriləcək - DİM qeydiyyata başladı
  • 7-07-2025, 13:02
    “The Gulf Observer”: Ermənilərin Azərbaycanın mədəni irsini məhv etməsi bütün bəşəriyyətə qarşı vandalizmdir
  • 7-07-2025, 12:34
    Rusiyanın Odessa və Sumı vilayətinə hücumu nəticəsində 3 nəfər ölüb, Xarkovda 27 nəfər yaralanıb
  • 7-07-2025, 11:55
    Son dövrlərdə körpələrə qoyulan qəribə adlar - Əsğər, Dua, Koroğlu, Nənəş, Binəli, Dağlar.....
  • 7-07-2025, 11:50
    İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • 7-07-2025, 10:44
    Qida və infrastruktur üzrə 900 bağçada monitorinqlər keçirilib
  • 7-07-2025, 10:34
    Baş prokuror Bakıda vətəndaşları qəbul edəcək
  • 7-07-2025, 10:08
    Sabah 4 fənn üzrə MİQ imtahanları keçiriləcək
  • 7-07-2025, 09:59
    Neft “OPEC+” səkkizliyinin hasilatla bağlı qərarından sonra ucuzlaşıb
  • 7-07-2025, 09:27
    Xaricdəki diplomatlarımız Bakıya ÇAĞIRILDI
  • 7-07-2025, 09:17
    "Qarabağ" Avstriyada bu gün ilk yoxlama matçına çıxacaq
  • 7-07-2025, 09:01
    İraqın şimalında əməliyyat zamanı şəhid olan türk hərbçilərin sayı 8-ə çatıb - YENİLƏNİB
  • 7-07-2025, 08:53
    XİN rəhbərliyi Fəxri xiyabanı ziyarət edib
  • 6-07-2025, 17:00
    İsrail Ordusu Qəzzada 130-a yaxın hədəfə hücum edib
  • 6-07-2025, 16:00
    Xankəndidə inşa edilən Zəfər Tağının hündürlüyü Vətən müharibəsinin şərəfinə 44 metr olacaq
  • 6-07-2025, 15:30
    Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
  • 6-07-2025, 15:02
    Zamanın İçində Səssizcə Yanan Ömür
  • 6-07-2025, 15:00
    Berezinadakı partlayışlarda "SOCAR Energy Ukraine" şirkətinin YDM-ləri ciddi zərər görüb - VİDEO
  • 6-07-2025, 12:00
    KİV: İsrailin Qəzzaya endirdiyi hava hücumlarında 24 saat ərzində 78 nəfər ölüb
  • 6-07-2025, 11:00
    Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
  • 6-07-2025, 10:30
    Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB
  • 6-07-2025, 10:00
    İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
  • 5-07-2025, 17:32
    Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
  • 5-07-2025, 17:16
    Paşinyan: Ermənistana yeni konstitusiya lazımdır
  • 5-07-2025, 16:48
    Mingəçevirdə çayda iki kater toqquşub, xəsarət alanlar var
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə