• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

İndiki nəslin aqressiyasının səbəbi nədir? - AÇIQLAMA

Cəmiyyət

31-08-2024, 17:30

Nəsillər “böyük nəsil” (1910-1924-cü illər), “səssiz nəsil” (1925-1945-ci illər), “körpə bumer nəsli” (1946-1960-cı illər), “X nəsli” (1961-1980-ci illər), “Y nəsli” (1981-1995-ci illər), “Z nəsli”(1996-2012-ci illər) və Alfa nəsli (2013-cü ildən etibarən)olaraq təsnif olunurlar.
Onların içərisində xüsusilə indiki dövrün gəncləri olan “Z nəsli” olaraq adlandırılan insanlar daha çox müzakirələrə səbəb olur.
Onlar dinamik, özlərini ifadə edə bilən,əyləncəli,ağıllı və qıvraq zəkaya malik insanlar kimi xarakterizə olunsalar da, onlar arasında diqqətsiz,aqressiv,əsəbi və azadlıqlarına düşkün olanlar da var.
Son dövrlər baş verən cinayət hadisələrində “Z nəslinin” nümayəndələrinin iştirakına daha çox rast gəlinir.

Bəs görəsən bu nəslin cinayətə yönəlməsinin səbəbi nədir?

İndiki gəncliyin aqressiyası nədən doğur və irəli gəlir?

“Valideynlər uşaqları ilə dost münasibəti qurmağa çalışmalıdır ki, övladlar sıxıntılarını, başlarına gələn çətinliyi öz valideynləri ilə çəkinmədən, qorxmadan bölüşüb onlardan yardım ala bilsin. Valideyn-övlad münasibəti yaxşı olanda uşaq başına gələn hər hansı çətinliyi aradan qaldırmaq üçün çıxış yolu kimi sosial şəbəkələrə və ya hansısa dostuna müraciət etmir, bu çətinliyi valideynləri ilə bölüşməyi seçir”- bunu Narınc Psixologiya Mərkəzinin təsisçi-rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova “Unikal”-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, nəsillər arasındakı fərqi göstərmək üçün adətən sosial, siyasi və iqtisadi faktorlara diqqət edirlər. Ancaq bunlardan biri də psixoloji faktorlar, yəni nəsillərarası düşüncələrdəki fərq, bu fərqi yaradan səbəblər və insanların psixologiyasıdır. Son vaxtlar bununla bağlı, yəni Z nəsli, yeni dövr uşaqları ilə bağlı bu kimi suallar alırıq: “Son dövrlər baş verən cinayət hadisələrində Z nəslinin nümayəndələrinin iştirakına daha çox rast gəlinir. Bəs bunun səbəbi nədir? İndiki gəncliyin aqressiyası nədən doğur və irəli gəlir? Bu nəslin cinayətə yönəlməsinin səbəbi nədir?”
N. Rüstəmova qeyd edib ki, bugünün uşaqları bir çox cəhətdən əvvəlki nəslin uşaqlarından fərqlənir: "Z nəslindəki bu fərqliliklər də istər valideyn-övlad, istərsə də nəsillərarsı münasibətlərdə anlaşılmazlığa gətirib çıxara bilir. Təbiidir ki, bu problemlərin kökündəki məsələlərdə nəsillərarası yaşanmanın fərqliyi dayanır.
Ümumiyyətlə, 9 yaşdan sonra cinsi yetişkənlik yaşı başlayır və istər hormonların, istərsə də yeniyetməlik dönəminin verdiyi təsirlər sayəsində onlar kiçik bir şeydən belə qıcıqlana və aqressiv reaksiya göstərə bilərlər. Bu dönəmlərdə çevrəsinə, ailəsinə qarşı etiraz etmə, qarşı çıxma, onların fikrinə əks getmə kimi davranışlar da sərgiləməyə başlayırlar. Belə halda isə valideynlər səbirli davranıb, müəyyən mənada güzəştə gedə bilər. 14-16 yaş yeniyetməlikdə “böhran dönəmi” hesab olunur. Belə ki, cinayət hadisələri, özünəqəsd halları bu dönəmdə daha çox olur. Ona görə də psixoprofilaktik tədbirlərin görülməsi, xüsusilə məktəbdə müəllim-şadird-valideyn üçbucağının yaradılması vacibdir. Çox təəssüf ki, uşaq ibtidai sinifdə oxuyarkən məktəbdə keçirilən valideyn iclasında daha çox valideyn iştirak edirsə bu zaman keçdikcə valideynlərin sayının azalması ilə müşahidə olunur. Yəni artıq övladları böyüdükcə, yuxarı siniflərə keçdikcə valideynlərin iclaslarda iştirakı azalmağa başlayır.
Məktəb dönəmində yeniyetmələrin həmyaşıdları ilə mübahisəsi, davamlı anlaşılmazlıqlar, fiziki güc nümayiş etdirmə, özündən zəif gördüyünə şiddət göstərmə, əks cinsə marağın yaranması və buna görə də xüsusilə oğlan yeniyetmələr arasında davaların,münaqişələrin yaranması çox müşahidə edilən hallar sırasındadır.
Valideynlər uşaqları ilə dost münasibəti qurmağa çalışmalıdır ki, övladlar sıxıntılarını, başlarına gələn çətinliyi öz valideynləri ilə çəkinmədən, qorxmadan bölüşüb onlardan yardım ala bilsin. Valideyn-övlad münasibəti yaxşı olanda uşaq başına gələn hər hansı çətinliyi aradan qaldırmaq üçün çıxış yolu kimi sosial şəbəkələrə və ya hansısa dostuna müraciət etmir, bu çətinliyi valideynləri ilə bölüşməyi seçir.
Həmçinin bildirmək lazımdır ki, yeniyetməlik dönəmi şagirdin həyatının ən vacib və xüsusi diqqət edilməsi gərəkən məqamlarından biri olduğu üçün valideynlər məktəb rəhbərliyi, müəllimlərlə daha çox əlaqədə olmalı və valideyn iclasında iştirak etməlidirlər. Hətta təklif edərdim ki, məktəb rəhbərliyi tərəfindən müəyyən zaman aralığında məktəb psixoloqunun da iştirakı ilə fərdi şəkildə valideynlərlə görüş təşkil olunması problemin həlli yolunda və məktəb-valideyn-uşaq-psixoloq münasibətinin inkişafında gözəl addımlardan biri olar”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

12-07-2024, 09:03

“Onu görəndə “Multan” adlandırırlar” - Prezident

Gündəm / Cəmiyyət

14-06-2024, 15:05

“Son zəng”: Azərbaycan adına böyük işlərə çağırış - TƏHLİL

Gündəm / Cəmiyyət

24-05-2024, 17:55

Gənclər arasındakı aqressivlik nədən QAYNAQLANIR?

Gündəm / Cəmiyyət

22-05-2024, 17:40

“Hər 3 əlildən biri qohum nikahlarından doğulur” – Həkimdən SENSASİON AÇIQLAMA

Cəmiyyət

21-05-2024, 12:54

Kişiləri insan alveri qurbanına çevirən səbəblər hansılardır? – AÇIQLAMA

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:46
    Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib
  • Dünən, 18:18
    Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var
  • Dünən, 17:48
    Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib
  • Dünən, 16:52
    ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
  • Dünən, 15:57
    Türkiyədən mühüm addım - 3 ölkə ilə ittifaq yaradılır
  • Dünən, 15:47
    Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi
  • Dünən, 15:27
    Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
  • Dünən, 15:21
    Livan Prezidenti İsraillə birbaşa danışıqlar üçün ilkin şərtini açıqlayıb
  • Dünən, 15:05
    Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
  • Dünən, 14:44
    Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
  • Dünən, 12:20
    Qərbi Azərbaycana həsr olunan dəyərli nəşr
  • 15-04-2026, 17:45
    Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
  • 15-04-2026, 17:44
    Qarabağ Zəfərinin Ədəbiyyatdakı Salnaməsi
  • 15-04-2026, 14:14
    Azərbaycan ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası üzrə Çexiya təcrübəsini öyrənir
  • 15-04-2026, 13:26
    Bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir - PROQNOZ
  • 15-04-2026, 12:32
    Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - Video
  • 15-04-2026, 11:47
    KİV: Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq
  • 15-04-2026, 11:22
    Azərbaycanda 100 manatlıq əskinazlar yenilənir
  • 15-04-2026, 10:39
    UNEC-in qazi tələbəsi vəfat etdi
  • 15-04-2026, 10:18
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
  • 15-04-2026, 09:58
    Azərbaycan nefti 7 dollardan çox ucuzlaşıb
  • 15-04-2026, 09:14
    Çempionlar Liqasının yarımfinalına son iki vəsiqə bu gün sahibini tapacaq
  • 15-04-2026, 08:51
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 14-04-2026, 18:39
    Bəqai: İranlılar Azərbaycanın dəstəyini xatırlayacaq
  • 14-04-2026, 18:17
    Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
  • 14-04-2026, 17:36
    Sahibə Qafarova Türkiyəyə səfər edib, PAİ Assambleyasında iştirak edəcək
  • 14-04-2026, 17:00
    Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, axtarışa helikopter cəlb olunub - VİDEO
  • 14-04-2026, 16:22
    Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib
  • 14-04-2026, 15:50
    Zelenski: Kiyev Berlinə müdafiə sahəsində bir sıra layihələr təklif edib
  • 14-04-2026, 14:59
    Bakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənilib
  • 14-04-2026, 14:09
    Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
  • 14-04-2026, 13:08
    Sabah yağış yağacaq
  • 14-04-2026, 12:22
    Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır
  • 14-04-2026, 11:37
    Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin edilib
  • 14-04-2026, 10:59
    Məcnun Məmmədovun Zəngilandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə