• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

BİZİM TƏQVİM: Aprelin 23-də baş vermiş tarixi hadisələr

Cəmiyyət

23-04-2025, 08:21

BİZİM TƏQVİM: Aprelin 23-də baş vermiş tarixi hadisələr


23 aprel 1918-ci ildə ermənilər Qubada müsəlman əhaliyə qarşı növbəti terror hadisəsi törətdilər. 10 gün davam edən vəhşiliklər nəticəsində 3 mindən çox dinc sakin qətlə yetirildi, 100-ə qədər ev yandırıldı, 125 kənd yerlə-yeksan edildi.

Bəs aprelin 23-də dünyada daha hansı hadisələr baş verib?

1. 23 aprel 1827-ci ildə Rusiyanın Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri Eçmiədzinə daxil oldu və aprelin 23-də İrəvan üzərinə hərəkət etdi, səhəri gün isə İrəvan qalasına yaxınlaşaraq, onu mühasirəyə aldı. Mühasirə iki ay davam etdi. Bu müddət ərzində düşmən bir neçə dəfə həmlə etdi, lakin hər dəfə canlı qüvvə və silah itirərək məğlub oldu. Ən böyük həmlə mayın 8-də baş verdi. O, qanlı döyüşlə qurtardı. Düşmən geri çəkilməyə məcbur oldu. Lakin rus qoşunu sayının azlığı ucbatından (8600 adam) İrəvanda müvəffəqiyyət qazana bilmədiyindən, rus komandanlığı qalanın mühasirəsinə vaxt itirməməyi qərara aldı və qoşununu Naxçıvan üzərinə yeritdi.

2. 23 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin bütün ərazisini işğal etmək 490 saylı direktivə əlavə olaraq, XI orduya son vəzifə kimi tapşırıldı.

3. 1920-ci ilin bu günündə Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü elan edilib. Bayram Türkiyə Böyük Millət Məclisinin 1920-ci il aprelin 23-də keçirilmiş ilk iclasından sonra ənənəvi olaraq qeyd edilməyə başlanıb. Vaxtilə “Bu günün balacaları sabahın böyükləridir”, - deyən Mustafa Kamal Atatürk bu bayrama müstəsna əhəmiyyət verib. 1979-cu ildən isə bu bayram BMT tərəfindən tanınıb.

4. 23 aprel 1933-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Şurası MTS və sovxozlarda müstəqil və səyyar kitabxanaların yaradılması haqqında xüsusi qərar qəbul etdi.

5. 23 aprel 1992-ci ildə elmi və elmi pedaqoji kadrlar hazırlanması işini nizama salmaq üçün Azərbaycan Ali Attestasiya Komissiyası (1994-cü ildən Azərbaycan Prezidenti yanında Azərbaycan Ali Attestasiya Komissiyası) təşkil edildi. Bu komissiya Ali Attestasiyalar Komissiyaları Beynəlxalq Assosiasiyasına üzv qəbul edildi. Respublikanın elm və təhsil müəssisələrində 140-a yaxın ixtisas üzrə hər il 70-dək doktorluq və namizədlik dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Şura fəaliyyət göstərirdi. Bakı ilə yanaşı Naxçıvan, Gəncə, Lənkəran kimi şəhərlərin ali təhsil müəssisələrində də belə şuralar yaradılırdı.

6. 23 aprel 1994-cü ildə Ağdam rayonunun Nəmirli, Şotlanlı, Umudlu, Şurabad kəndləri Ermənistan ordusu tərəfindən işğal olundu.

7. 23 aprel 1996-cı ildə Prezident Heydər Əliyev Brüsseldə Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması barədə təqdimat sənədini imzalayıb.

8. 23 aprel 2002-ci ildə Türkmənistanın paytaxtı Aşqabadda Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı sahilyanı dövlət başçılarının ilk sammiti işə başlayıb. Türkmənistan, Azərbaycan, Qazaxıstan, İran və Rusiya prezidentlərinin görüşündə Xəzərin hüquqi statusunun hazırlanması geniş müzakirə edilsə də, işçi qrupu tərəfindən hazırlanan yekun Bəyannamə layihəsi dövlət başçıları tərəfindən bitkin sayılmadığından imzalanmayıb.



9. 23 aprel 2007-ci ildə Azərbaycan XİN ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatında Qarabağa dair bölmənin təftiş edilməsinə etiraz olaraq bəyanat verib. Hesabatın ilkin variantındakı "erməni qüvvələri Dağlıq Qarabağ və Azərbaycanın daha yeddi rayonunu işğal altında saxlayır" ifadəsi sonradan ermənilərin səyi ilə dəyişdirilmişdi. Azərbaycanın etirazından sonra Dövlət Departamenti sənəddə əvvəlki mətni bərpa etdi və ikitərəfli münasibətlər normal məcraya düşdü.



10. 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilib. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 Aprel Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.

11. 23 Aprel Milli Suverenlik və Uşaq Bayramıdır. Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılış günü daha sonra Milli Suverenlik və Uşaq Bayramı olaraq qeyd olunmağa başladı. Bu gün Səltənətin ləğv edilərək Milli Suverenliyin bir millət kimi istifadə edilməsi və Qurtuluş müharibəsində atası şəhid olan uşaqların sevinci üçün düşünülən uşaq bayramının birləşməsilə yaranıb.

12. 23 aprel 1918-ci ildə ermənilər Qubada müsəlman əhaliyə qarşı növbəti terror hadisəsi törətdilər. 10 gün davam edən vəhşiliklər nəticəsində 3 mindən çox dinc sakin qətlə yetirildi, 100-ə qədər ev yandırıldı, 125 kənd yerlə-yeksan edildi.

13. 23 aprel 2002-ci ildə Miniatür Kitab Muzeyi açılıb. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılıb.

23 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. 23 aprel 1865-ci ildə görkəmli hərbi xadim, artilleriyanın “Allahı” hesab edilən Əliağa Şıxlinski anadan olub(1865-1943). O, Çar Rusiya ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının hərbi nazirinin müavini olub. Ə.Şıxlinski Hərbi Akademiyanı oxumadan, Çar Rusiyası ordusunda ali rütbəli zabit heyətinə daxil edilib. Topçuluğa dair yazdığı əsərlər, özünün şəxsən işləyib hazırladığı "Şıxlinski üçbucağı" qaydası bu gün də dünya artilleriyasının köməyinə gəlməkdədir. O, 1942-ci ildə “Xatirələrim” kimi qiymətli hərbi memuarını diktə edib yazdırıb. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. Şıxlinski bədii yaradıcılıqla da məşğul olub, hərbi-puplisistik yazılar yazıb.2. 23 aprel 1902-ci ildə İsland yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı və ümumdünya sülh şurası ədəbiyyat mükafatı laureatı Halldor Kilyan Laksnessin doğum günü (1902-1998). "Təbiətin övladı" adlı ilk povesti çap ediləndə Laksnessin 17 yaşı olub. O, "Müqəddəs dağın ətəyində", "Kəşmirli böyük toхucu", "Salka Valka", "İmkanlı adamlar", "Dünyanın işığı", "İsland zəngi" və digər əsərlərin müəllifidir.

3. 23 aprel 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri, prezident təqaüdçüsü Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938-2008) ürək çatımazlığından vəfat edib.(Bizim.Media)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-04-2025, 08:18

BİZİM TƏQVİM: 22 apreldə baş vermiş tarixi hadisələr

Gündəm / Siyasət

2-04-2025, 08:47

Azərbaycan Ordusunun Aprel qələbəsindən 9 il ötür

Gündəm / Cəmiyyət

29-10-2024, 09:37

Zəfər xronikası - Düşmən dinc sakinləri atəşə tutmaqda davam edib

Gündəm / Cəmiyyət

30-05-2024, 08:50

BİZİM TƏQVİM: 30 mayda baş vermiş tarixi hadisələr

Cəmiyyət

31-03-2024, 00:06

Bu gün azərbaycanlıların soyqırımı günüdür

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 19:30
    Paşinyan: Cənubi Qafqaz ölkələri öz təhlükəsizliklərinin qeydinə özləri qalmalıdır
  • Dünən, 18:43
    Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək
  • Dünən, 18:03
    Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və oradan əldə ediləcək məlumatların dairəsi təsdiqlənib
  • Dünən, 17:32
    Müharibənin nəticələrini izləməklə bərabər, adekvat planlarımızın olması zəruridir
  • Dünən, 17:28
    İlham Əliyev: Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır
  • Dünən, 17:07
    Rəqəmsal "yaddaş aclığı": Mümkün ssenarilər və Azərbaycana təsiri - TƏHLİL
  • Dünən, 17:01
    Masallı rayonunda Novruz festivalı keçiriləcək!
  • Dünən, 16:10
    Ölkə üzrə pensiyalar tam ödənilib
  • Dünən, 14:43
    KİV: Baltik və Şimal ölkələri Ukraynanı dəstəkləməyə hazırdır
  • Dünən, 13:18
    Xalqla Birgə Addımlayan Millət Vəkili
  • Dünən, 13:14
    Qubanın üç kəndinin adının dəyişdirilməsi təklifi bəyənilib
  • Dünən, 12:45
    Emin Əmrullayev Şuşada tədris prosesini izləyib
  • Dünən, 12:19
    Şeydayev Roman Səfalı oğlu
  • Dünən, 12:09
    Sudan lideri Prezident İlham Əliyevə məktub ünvanlayıb
  • Dünən, 11:27
    KİV: İrana qarşı istifadə olunmuş “Patriot”ların sayı onun illik istehsalından 2 dəfə çoxdur
  • Dünən, 09:59
    Adil Kərimlinin Hacıqabulda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • Dünən, 09:31
    Cəlilabad və Biləsuvarın bəzi ərazilərində iki saat işıq olmayacaq
  • 10-03-2026, 22:35
    Mərhəmətin İşığında
  • 10-03-2026, 16:14
    Baş katib Azər Allahverənovla görüş keçirilib
  • 10-03-2026, 15:41
    İsrail ordusu Tehrandakı yeraltı ballistik raket sınaq obyektini vurub
  • 10-03-2026, 15:09
    Təxliyə olunan: "Proses yüksək səviyyədə həyata keçirildi"
  • 10-03-2026, 14:37
    Fidanla Əraqçi yenidən Türkiyə hava məkanının pozulmasını müzakirə ediblər
  • 10-03-2026, 14:13
    Sabah ölkə üzrə pensiyalar ödəniləcək
  • 10-03-2026, 13:12
    Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
  • 10-03-2026, 12:54
    Tarix yazan Nurlan və İntiqam Əsgərli qardaşlarının həyat hekayəti
  • 10-03-2026, 12:11
    Dövlət Baxçalı: Türkiyə və ya Azərbaycan hava məkanında yolunu itirmiş raket görmək istəmirik
  • 10-03-2026, 11:37
    SEPAH: ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək
  • 10-03-2026, 10:53
    Azərbaycan neftinin qiyməti 103 dolları keçib
  • 10-03-2026, 09:48
    Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb
  • 10-03-2026, 09:32
    Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir
  • 9-03-2026, 18:31
    Marko Rubio: ABŞ dünyanın ən aparıcı girov götürən İran rejiminə qarşı əməliyyatda iştirak edir
  • 9-03-2026, 17:44
    Azərbaycan Prezidenti İranın yeni Ali Rəhbəri Müctəba Xameneiyə təbrik ünvanlayıb
  • 9-03-2026, 17:31
    Məlikov Vüqar Telman oğlu
  • 9-03-2026, 16:28
    Ceyhun Bayramov somalili həmkarı ilə İrandan Azərbaycana edilmiş dron hücumu ilə bağlı müzakirə aparıb
  • 9-03-2026, 15:03
    Putin Müctəba Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə