Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu və Birliyin fəalları - Cavanşir Rzazadə, Mövsümağa Abasov və Əziz İsmayılovla görüşüb.
Milli QHT Forumunun ofisində keçirilən görüş zamanı Azər Allahverənov qonaqları salamladı. O, Dövlətimizin yaratdığı imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərinin tanıdılmasına öz töhfələrini verən "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəallarına öz təşəkkürünü bildirdi. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu və digər qonaqlar maraqlı təkliflər irəli sürdülər.
Azər müəllim həm Baş katib, həm də Milli Məclisin deputatı olaraq qeyd olunan təkliflərə həssaslıqla yanaşdı. O, hər bir təklifin xüsusi qaydada araşdırılacağını bildirdi.
Ş.Sabiroğlu, C. Rzazadə, M.Abasov və Ə.İsmayılov qəbula görə Azər Allahverənov və köməkçisi Ülvi Məmmədəliyevə öz minnətdarlıqlarını bildirdilər.
Mövsümağa Ədalətoğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Mətbuat Xidmətinin rəhbəri, 44gunsavash.az saytının baş redaktoru.
Bakı, 10.03.2026.