• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH

Siyasət

Bu gün, 17:11

23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH


2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Ordusu Qarabağ bölgəsində ildırım sürətli lokal xarakterli antiterror tədbirləri keçirib. Cəmi 23 saat 43 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, bölgədəki separatçı rejimin və qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu. Bununla da Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərən separatçı xunta rejiminin hərbi və siyasi dayaqları aradan qaldırıldı. 19 sentyabr əməliyyatı əslində Cənubi Qafqazda geosiyasi reallıqların dəyişməsi, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanması demək idi.

2020-ci il Vətən müharibəsində Ermənistanın biabırçı məğlubiyyətindən və Şanlı Zəfərdən sonra Azərbaycan Xankəndi və digər ərazilərlə bağlı məsələni hərbi yox, siyasi yolla, qan tökülmədən həllini üstün tutduğunu göstərdi. Rəsmi Bakının haqlı tələbi qanunsuz silahlı birləşmələrin ərazidən çıxarılması, 10 noyabr tarixli bəyannamənin tələblərinin yerinə yetirilməsi idi.


Amma bu dövrdə Ermənistan silahlı qüvvələrinin qalıqlarını ərazidən çıxarmır, separatçı rejim isə dəfələrlə atəşkəsi pozur, terror aktları törədirdi. 2023-cü ilin 19 sentyabr tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunda AAYDA əməkdaşlarının minaya düşməsi, Daxili Qoşunların hərbi qulluqçularının da minaya düşərək həlak olmaları Azərbaycanın səbr kasasını daşırdı. Bu, açıq-aşkar terror təxribatı idi və Azərbaycan buna göz yummayacağını ildırım sürətli əməliyyatla göstərdi və qarşı tərəfi ağ bayraq qaldırmağa məcbur edən antiterror əməliyyatı Azərbaycan Ordusunun müasir döyüş imkanlarını, peşəkarlıq səviyyəsini bir daha sübut etdi.

Azərbaycan hər zaman humanizm prinsipini rəhbər tutaraq, 2020-ci il müharibəsində olduğu kimi, mülki əhali və mülki infrastrukturu hədəf almadı, zərbələri legitim hərbi hədəflərə yönəltdi. Paralel olaraq isə həmin bölgədə qeyri-qanuni məskunlaşan mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün humanitar dəhlizlər açıldı, ərazini könüllü tərk edən insanlara təxliyə şəraiti yaradıldı, ərzaq, tibbi yardım kimi ehtiyacları qarşılandı. Bu isə sübut edir ki, Azərbaycan hər zaman beynəlxalq humanitar hüququn prinsiplərinə sadiqdir.


Həm də nəzərə almaq lazımdır ki, 19-20 sentyabr tədbirlərinin hərbi əhəmiyyəti yalnız ərazi və ya taktiki nəticələrlə məhdudlaşmır. Əməliyyat Azərbaycan Ordusunun hədəfi dəqiq müəyyənləşdirə, müasir texnologiyalardan səmərəli istifadə edə, müxtəlif hərbi imkanları vahid plan çərçivəsində birləşdirə və qarşıya qoyulmuş vəzifələri qısa zaman ərzində icra edə bildiyini nümayiş etdirdi. Məhz bu xüsusiyyətlər antiterror tədbirlərini Azərbaycan hərb tarixinin mühüm əməliyyatlarından birinə çevirən əsas amillər sırasında yer alır.

Antiterror əməliyyatının nəticələrindən biri də Qarabağda uzun müddət qeyri-qanuni fəaliyyət göstərən hərbi strukturun qısa zamanda tərksilah edilməsidir. 20 sentyabr razılaşmasına görə, Ermənistan silahlı qüvvələrinin qalıqları və separatçı rejimin qeyri-qanuni dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən çıxmalı idilər. Bu isə Qarabağdakı qanunsuz hərbi qüvvənin mövcudluğunun sonu idi. Eyni zamanda müxtəlif hərbi texnika və silahlar müsadirə edildi ki, bu da onların sonrakı dövrdə hərbi müqavimət göstərmək imkanlarını da aradan qaldırdı.

Bu prosesin məntiqi davamı kimi, Qarabağdakı separatçı rejimin "siyasi dayaqları" da faktiki olaraq ləğv edildi. 28 sentyabr tarixində separatçı rejimin "rəhbəri" Samvel Şahramanyan fərman imzalayaraq, bütün qurum və təşkilatların ləğv edildiyini bildirdi. Bununla da Azərbaycan ərazisində uzun illər qeyri-qanuni fəaliyyət göstərən separatçı rejim iddiası tarixə qovuşdu. Bu proses Azərbaycanın ərazi bütövlüyünün faktiki təmin olunması ilə yanaşı, suveren dövlət hakimiyyətinin bütün ərazi üzərində bərpası üçün əsas siyasi zəmini yaratdı.


Artıq Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində faktiki olaraq təmin edildi, dövlət hakimiyyətinin vahidliyi və idarəetmənin bütövlüyü bərpa olundu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Sonrakı aylarda isə yaşayış məntəqələrinin qurulması, infrastrukturun yaradılması, əhalinin qayıdışı üçün şəraitin hazırlanması, separatçı qurumun fəaliyyətini simvolizə edən binaların sökülməsinə start verildi.

23 saat 43 dəqiqəlik əməliyyat rəsmi İrəvanın da siyasi ritorikasının və xarici siyasətinin, xüsusən də Azərbaycanla aparılan danışıqların xəttinin dəyişməsi ilə nəticələndi. Əgər bu əməliyyata qədər, Paşinyan və komandası Qarabağın statusundan danışırdılarsa, 20 sentyabrdan sonra, yəni başlarına dəmir yumruq yenidən dəydikdən sonra, verilən bəyanatlarda Azərbaycanla münasibətlərin qurulması, qarşılıqlı ərazi bütövlüyünün tanınması, sülh sazişinin hazırlanması əsas xətt götürüldü.

Bu əməliyyata qədər, Ermənistan hakimiyyəti, Qarabağda hərbi xuntanın tör-töküntüləri havadarlarına arxayın olaraq, yeni hərbi kommunikasiyaların yaradılmasına, silah-sursatla təmin olunmasına, Azərbaycanın legitim hakimiyyət nümayəndələrinə hədə-qorxu gələcəklərini düşünürdülərsə, 2023-cü il sentyabrın 19-20-də bunun nə qədər səhv siyasət olduğunu anladılar. Onlar başa düşdülər ki, İlham Əliyev müharibədən qalib çıxan ölkənin prezidenti kimi sülh əlini uzadırsa bu, onun zəifliyinin göstəricisi deyil, əksinə humanizm prinsiplərindən çıxış edib, artıq qanın tökülməsinin əleyhinə olmasının nümayişdir.

Sülh təklifini səhv anlayanları isə Ali Baş Komandanın əmri ilə hərbi yolla bir sutka ərzində elə başa saldılar ki, bu dərs nəinki onların, sonradan gələcək nəsilləri üçün də kifayət edər.

Bu, Ermənistan hakimiyyətinin Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik və hərbi strategiyasının təntənəsini qəbul etməsi demək idi. Ermənistan rəhbərliyi anladı ki, əvvəlki münaqişə modelini davam etdirmək bundan sonra ölkənin mövcudluğunu sual altına qoya bilər.

Eyni zamanda 19-20 sentyabr hadisələri Cənubi Qafqazda da əvvəlki status-kvonun faktiki olaraq sona çatdığını göstərdi. Artıq Cənubi Qafqazın gündəmini rəsmi Bakı diktə edirdi və bu gündəm sülh sazişi, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması idi.

Yekun olaraq, 2023-cü ilin 19-20 sentyabr tarixlərini əhatə edən antiterror tədbirləri əslində Prezident, Ali Baş Komandan İlham Əliyevin diplomatik və hərbi strategiyasının təntənəsi kimi tarixə düşdü. Məhz onun yürütdüyü siyasət nəticəsində diplomatik imkanlar səfərbər edildi, Azərbaycanın suverenliyi məsələsində prinsipial mövqe qorundu, dövlət sərhədinə nəzarət gücləndirildi, Azərbaycan Ordusunun müasirləşdirilməsi və yeni hərbi texnika və avadanlıqlarla təchiz edilməsi sürətlə davam etdi. Bunun da məntiqi davamı kimi, Qarabağda separatçı rejimin fəaliyyətinə son qoyuldu, separatçıların hərbi-siyasi rəhbərliyi həbs edilərək, Bakıda məhkəmə qarşısına çıxarıldı. Qısacası, 19-20 sentyabr əməliyyatı və sonrakı hadisələrin inkişafı İlham Əliyevin qarşıya qoyduğu strateji məqsədlərin reallaşması ilə nəticələndi...

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

4-09-2024, 10:54

Tarixi qələbələr ayı - lokal əməliyyatın total nəticəsi - ŞƏRH

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 17:11
    23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH
  • Bu gün, 15:37
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • Bu gün, 14:35
    İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
  • Bu gün, 13:47
    20 SENTYABR AZƏRBAYCANIN GÜC VƏ SUVERENLİK TARİXİNİN RƏMZİDİR
  • Bu gün, 12:44
    Bazar günü arabir yağış yağacaq
  • Bu gün, 11:51
    XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 10:18
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • Bu gün, 09:20
    Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
  • Bu gün, 08:46
    WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
  • Dünən, 17:49
    Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
  • Dünən, 17:44
    Xalqın Duası, Vətənin Gücü
  • Dünən, 17:26
    Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:30
    Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH
  • Dünən, 15:51
    Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib
  • Dünən, 15:36
    Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib
  • Dünən, 14:23
    Pakistanda məscid yaxınlığında partlayış olub, 15 nəfər ölüb, onlarla insan xəsarət alıb
  • Dünən, 13:21
    Sabah rayonlarda arabir yağış yağacaq
  • Dünən, 12:20
    Azərbaycan millisinin heyəti açıqlanıb
  • Dünən, 12:12
    Adam elə darıxır hərdən…
  • Dünən, 11:38
    Milli Məclisin Aqrar siyasət komitəsi ötən sessiyada 15 məsələyə baxıb
  • Dünən, 10:47
    DTX 5 ölkədə antiterror əməliyyatı keçirib, 11 nəfər tutulub
  • Dünən, 09:57
    Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • Dünən, 09:17
    Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
  • Dünən, 09:05
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:45
    İrəvan ilə Vaşinqton hərbi kadrların hazırlığını və təlimlərin keçirilməsini müzakirə edib
  • 17-09-2026, 18:16
    Səudiyyə Ərəbistanında PUA qalıqlarının düşməsi nəticəsində ölən və xəsarət alanlar var
  • 17-09-2026, 17:15
    Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib
  • 17-09-2026, 16:15
    Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
  • 17-09-2026, 15:27
    Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
  • 17-09-2026, 13:44
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • 17-09-2026, 13:08
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • 17-09-2026, 12:48
    Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
  • 17-09-2026, 12:24
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • 17-09-2026, 11:54
    Tarixi irsdən beynəlxalq həmrəyliyə - Azərbaycanın İslam dünyasındakı yeri - ŞƏRH
  • 17-09-2026, 10:56
    Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə