• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Tarixi irsdən beynəlxalq həmrəyliyə - Azərbaycanın İslam dünyasındakı yeri - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 11:54

Tarixi irsdən beynəlxalq həmrəyliyə - Azərbaycanın İslam dünyasındakı yeri - ŞƏRH


İslam dini yayılmağa başladıqdan qısa müddət sonra, yəni 639-cu ildən başlayaraq Azərbaycan ərazisində də yerli xalqların müsəlmanlığı qəbul etmə prosesi başladı. İslam dininin qəbulu ölkə ərazisində sadəcə dini dəyişiklik demək deyildi.

Bu, şəhər mədəniyyətindən tutmuş, memarlıq ənənələrinə qədər, dövlətçilikdən tutmuş adi həyata qədər bütün sahələrə ciddi təsir göstərdi. Bir sıra şəhər və yaşayış məntəqələrində qısa müddət ərzində məscidlər, türbələr, mədrəsələr və digər dini-memarlıq nümunələri inşa edildi. Məsələn, Şamaxı Cümə məscidi, Dərbənd Cümə məscidi, Şirvanşahlar saray kompleksi, Gəncə İmamzadə Kompleksi, Mömünə Xatun Türbəsi, Şeyx Cüneyd türbəsi və yüzlərlə memarlıq nümunələrinin adını çəkmək olar. Bu tarixi abidələr İslam memarlıq irsini yaşatmaqla yanaşı üzərlərindəki naxışlar, xəttatlar tərəfindən həkk olunmuş ayələr və digər məlumatlarla da misilsiz incilərə çevrilir. Bu isə İslam irsinin Azərbaycanın tarixi və mədəni yaddaşının əsas elementlərindən birinə çevrilməsi deməkdir. Məhz buna görə həmin irsin qorunması və gələcək nəsillərə çatdırılması müasir dövrdə də Azərbaycanın diqqət yetirdiyi əsas istiqamətlərdən biri kimi çıxış edir.

Bundan əlavə, orta əsrlərdə Azərbaycanın bir sıra şəhərləri mühüm elm və təhsil mərkəzləri kimi də fəaliyyət göstərərək, İslam elmi mühitinin formalaşmasına xidmət edib. Məhz İslamın qızıl dövrü, İslam Renesansı (8-13-cü əsrlər) dövründə Əbülhəsən Bəhmənyar Azərbaycani, Xətib Təbrizi, Nəsrəddin Tusi kimi dahilər də məhz Azərbaycanın İslam dünyasına töhfəsi sayılır. Bu alimlərlə yanaşı, Əhməd ibn Harun əl-Bərdici, Əbu Səid əl-Bərdəi, Əbülqasım əz-Zəncani kimi dini alimlər, Şihabəddin Sührəvərdi, Şeyx Nizami Gəncəvi kimi mütəfəkkirlərin də İslamın elmi fəlsəfi və mədəni irsinə töhfələri kifayət qədər böyükdür.

Məhz bu tarixi və dini və mədəni irsi qorumaq, onu gələcək nəsillərə ötürmək üçün Azərbaycan həm mövcud abidələri qoruyur, həm də işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminə məruz qalmış məscid, türbə və digər abidələrin bərpasını həyata keçirir. Məsələn, Şuşada Gövhər Ağa məscidləri (Yuxarı və Aşağı), Saatlı və Mamayı məscidləri, Ağdamda Cümə məscidi, Zəngilanda şəhər məscidi, Qiyaslı kənd məscidi kimi nümunələri göstərmək olar. Göründüyü kimi, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra həm bərpa-quruculuq işlərini aparır, həm də tarixi, dini, mədəni irsi bərpa etmək üçün gücünü ortaya qoyur. Dini abidələrlə bağlı diqqət ediləcək məqam odur ki, bərpa zamanı dini abidə və ya məscidin ilkin memarlıq xüsusiyyətlərinin qorunması əsas prioritetlərdən sayılır.

Azərbaycanın İslam irsinə töhfələri sadəcə tarixi və dini abidələr, mütəfəkkir və alimlər yetişdirməklə məhdudlaşmır. Müstəqilliyini qazandıqdan sonra rəsmi Bakının xarici siyasət kursunun əsas prioritetlərindən biri də məhz İslam dünyası ilə əlaqələr qurmaq, münasibətləri möhkəmləndirmək olub. Bu gün də Azərbaycan İslam dünyası ilə aktiv əməkdaşlıq edir, bir sıra iqtisadi, mədəni, humanitar layihələr icra edir. İslam Əməkdaşlıq Təşkilatı, İCESCO çərçivəsində fəaliyyət, bir sıra tədbirlərə ev sahibliyi etmək, İslam dünyasının müxtəlif ölkələrini bir araya gətirən platformaya çevrilmək və bu tip platformaları dəstəkləmək də bunun bariz nümunəsidir.

Təsadüfi deyil ki, rəsmi Bakı 1991-ci ilin dekabr ayında İƏT (İslam Əməkdaşlıq Təşkilatı) üzvü oldu və bu, ölkənin daxil olduğu ilk təşkilat idi. Əvvəlcə İKT, yəni, İslam Konfransı təşkilatı adlandırılan bu qurum 2011-ci ildən İƏT adlandırılır. Azərbaycan isə Dakarda təşkilatın 5-ci konfransında tamhüquqlu üzv kimi bu quruma daxil olmaqla, keçmiş SSRİ respublikaları arasında bu mühüm platformaya qoşulan ilk ölkə oldu. Bu dövrdə Azərbaycanın belə təşkilata üzvlüyü vacib idi. Çünki erməni işğalı və təcavüzü ilə üzləşən, beynəlxalq informasiya məkanlarına çıxışı olmayan Azərbaycan üçün İƏT mövqeyini çatdırmaq üçün bir platforma idi. Sonrakı illərdə düzgün qurulan əlaqələr və diplomatik gedişlər sayəsində İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələri, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü və tarixi-dini irsinin qorunmasını dəstəkləyən sənədlər qəbul etdi.

Rəsmi Bakı isə İƏT daxilində əməkdaşlığı gücləndirməyə davam edirdi. Aradan keçən dövr ərzində Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlığı Gənclər Forumu, onun Avrasiya Regional Mərkəzi və İƏT Əmək Mərkəzi kimi strukturların yaradılması, eləcə də Bakının İƏT-in müxtəlif səviyyəli tədbirlərinə ev sahibliyi etməsi ölkənin təşkilat daxilində fəallığının miqyasını göstərir. 2013-cü ildə rəsmi Bakının təşəbbüsü ilə BMT tarixində ilk dəfə olaraq BMT- İƏT tərəfdaşlığının gücləndirilməsinə həsr edilmiş iclas keçirildi.

Şübhəsiz ki, elm, mədəniyyət və təhsil istiqaməti də Azərbaycanın İslam dünyasına inteqrasiyasının vacib istiqamətlərindən biridir. Bu baxımdan 1991-ci ildən İSESKO-nun (İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) üzvü olan Azərbaycan üçün bu xüsusi əhəmiyyət daşıyır. Bakıda 2007-2011-ci illərdə gənclər, təhsil, mədəniyyət, qadınların mədəniyyətlərarası dialoqda rolu və dünya dini liderlərinin görüşləri ilə bağlı beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın İslam dünyasında yalnız iştirakçı deyil, həm də ortaq gündəmin formalaşdırılmasına töhfə verən ölkələrdən biri kimi çıxış etdiyini göstərib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə ölkənin qurumla münasibətləri uğurlu inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanın birinci xanımı bu ada təhsilin və sivilizasiyalar arasında dialoqun inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb. 2009-cu ildə "Bakı - İslam mədəniyyətinin paytaxtı" layihəsinin reallaşdırılması da Azərbaycanın milli mədəni irsini daha geniş İslam coğrafiyasına təqdim etmək baxımından mühüm platformaya çevrilib.
İSESKO ilə əməkdaşlığın yeni mərhələsində əsas diqqət mədəni irsin qorunması və onun İslam dünyasının ümumi irs sistemi daxilində tanıdılmasına yönəldilib. Məhz bu səbəbdən 2024-cü ildə Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. Bu çərçivədə isə İslam Dünyası İrs Komitəsinin 12-ci toplantısı Şuşa şəhərində keçirildi. Tədbir zamanı İslam dünyasının müxtəlif nümayəndələri Şuşaya səfər etdi, bir sıra müzakirələr apardı və İƏT üzvü olan ölkələrin ərazisindəki 91 tarixi məkan və mədəni elementin irs siyahısına daxil edilməsinə qərar verdi. Bu isə o deməkdir ki, Azərbaycan nəinki öz irsini beynəlxalq səviyyədə tanıdır, həm də İslam dünyasının mədəni irsinin qorunmasına öz töhfəsini verir.

Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələrin ən genişmiqyaslı nümunələrindən biri 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları oldu. Təsadüfi deyil ki, 2017-ci il Azərbaycanda İslam Həmrəyliyi ili elan edilmişdi. Bu tədbir isə müxtəlif coğrafiyalardan və mədəni mühitdən olan idmançıları eyni platformada bir araya gətirdi. 12-22 may tarixləri arasında keçirilən yarışlarda 54 ölkədən 3 mindən çox idmançı, 2 minədək komanda rəsmisi və texniki heyət iştirak etdi. Bu tədbir eyni zamanda İslam dünyası arasında əlaqələrin möhkəmlənməsinə də xidmət etdi. Bakıya səfər edən minlərlə idmançı, məşqçi, media nümayəndəsi Azərbaycanın tarixi, mədəniyyəti ilə yaxından tanış oldu. Beləliklə, Azərbaycan təkcə böyük idman yarışına ev sahibliyi etmədi, həm də idmanı İslam dünyasında gənclərarası əlaqələrin, qarşılıqlı etimadın və mədəni dialoqun inkişafı üçün praktik əməkdaşlıq alətinə çevirdi.

Bütün bu faktlar sübut edir ki, Azərbaycanın İslam dünyası ilə münasibətləri sadəcə tarixi keçmişə bağlı deyil. Bu gün Azərbaycanın İslam dünyası ilə əlaqələri bir çox sahələrdə inkişaf edərək, mühüm prosesə çevrilib. Azərbaycan həm İslam dünyası irsinin tanıdılmasına, həm də İslam dünyası ölkələrinin bir platformada bir araya gəlməsinə ciddi töhfələr verir. Qarşıdakı illərdə bu əməkdaşlığın və verilən töhfələrin daha da inkişaf edəcəyini əminliklə söyləmək olar.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 13:08
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • Bu gün, 12:48
    Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
  • Bu gün, 12:24
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Bu gün, 11:54
    Tarixi irsdən beynəlxalq həmrəyliyə - Azərbaycanın İslam dünyasındakı yeri - ŞƏRH
  • Bu gün, 10:56
    Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu
  • Bu gün, 09:47
    Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
  • Bu gün, 09:12
    Rusiyanın Yaroslavl vilayətində dron hücumundan sonra NEZ-də yanğın baş verib
  • Dünən, 21:13
    Azərbaycan islam həmrəyliyinə və Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə hər zaman öz töhfəsini verib.
  • Dünən, 16:31
    Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
  • Dünən, 15:58
    Qarayazı Dövlət Təbiət Qoruğunu dövlət mühafizə edəcək
  • Dünən, 15:41
    Qarabağın Dirçəlişi və Dövlətin Gücü
  • Dünən, 15:17
    Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib
  • Dünən, 14:25
    Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
  • Dünən, 13:47
    2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
  • Dünən, 12:57
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • Dünən, 12:39
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Dünən, 12:11
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Dünən, 11:30
    Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir
  • Dünən, 10:40
    Şahbaz Şərif husilərin Məkkəyə hücumunu pisləyib
  • Dünən, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dolları keçib
  • Dünən, 09:17
    UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
  • Dünən, 08:51
    Bakıda 10 istiqamətdə tıxac yaranıb
  • 15-09-2026, 18:13
    Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
  • 15-09-2026, 18:09
    Deputat Azər Allahverənov türk QHT nümayəndələri ilə görüşüb
  • 15-09-2026, 17:11
    İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
  • 15-09-2026, 16:05
    Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • 15-09-2026, 14:58
    Hakan Fidan Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə gəmilərə hücumları pisləyib
  • 15-09-2026, 14:17
    Hakim tərəfindən təkbaşına baxılacaq apellyasiya şikayətləri müəyyənləşir
  • 15-09-2026, 13:48
    Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
  • 15-09-2026, 12:39
    Azərbaycanda sabah 35 dərəcə isti olacaq
  • 15-09-2026, 12:11
    Ukrayna və Azərbaycan Orta Dəhlizin imkanlarının genişləndirilməsini müzakirə ediblər
  • 15-09-2026, 11:20
    Astaranın üç kəndinin qaz təchizatı dayandırılıb
  • 15-09-2026, 10:41
    Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır
  • 15-09-2026, 10:12
    XİN: Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu
  • 15-09-2026, 09:44
    Emin Əmrullayev: Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə