• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Söz və Mətbuat Azadlığı günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Gündəm / Cəmiyyət

4-05-2024, 12:22



Hər il mayın 3-ü dünyanın əksər ölkələrində Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd olunur. Mayın 3-ü Bakıda “Royal Hotel” in akt zalında bu münasibətlə dəyirmi masa təşkil edildi. Dəyirmi masanı Bakının Xətai rayonundakı 264 nömrəli məktəb - liseyin müəllimi Əsmər Mehrəliyeva açıq elan etdi. Dahi şəxsiyyət Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olanların əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi. Əsmər xanım Beynəlxalq Söz və Mətbuat Azadlığı gününə həsr edilən tədbirin ictimai əhəmiyyəti barədə məlumat verdi. Eyni zamanda, qeyd etdi ki, bu günkü tədbirin təşkilatçısı “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi sədrinin müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İctimai xadim Elnur Abasovdur. Mayın 3-ü həm də Elnur bəyin doğum günüdür. Əsmər xanım tədbir iştirakçıları adından Elnur Abasovu təbrik etdi və gələcək işlərində yeni-yeni uğurlar arzuladı. Daha sonra söz 44gunsavash.az saytının baş redaktoru, jurnalist Şamil Sabiroğluya verildi.Şamil müəllim yenicə fəaliyyətə başlayan 44gunsavash.az saytının qarşısında duran mühüm vəzifələrdən danışdı. O, qeyd etdi ki, tədbir Beynəlxalq Söz və Mətbuat Azadlığı gününə həsr olunub. Çıxış edənlər Azərbaycanda söz və mətbuat azadlığı barədə öz fikirlərini söyləyə bilərlər. Şamil müəllim qeyd etdi ki, mayın 3-ü Ölkəmizdə həm türkçülük günü kimi qeyd olunur, həm də dostumuz Elnur Abasovun doğum günüdür. Şamil Sabiroğlu tədbirdə iştirak edən qonaqlar adından Elnur bəyi təbrik etdi və sonra sözü Elnur Abasova verdi. Elnur bəy 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən savaşın Azərbaycan xalqının qələbəsi ilə başa çatması üçün qardaşı Mövsümağa Abasovla birgə əllərindən gələn yardımı göstərdiklərini qeyd etdi. O, düşmən üzərində qazanılan qələbədə zəhməti olan hər bir şəxsi salamladı, Ali Baş Komandan cənab İlham Əliyevi XXI Əsrin Qəhrəmanı adlandırdı. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Ceyran Əzizova düşmən üzərində qazanılan tarixi qələbəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin, Silahlı Qüvvələrimizin şəxsi heyətinə təşəkkür etdi. Ceyran xanım Elnur Abasovun ictimai fəallığını yüksək qiymətləndirdi. Jurnalist Ekspert Mərkəzinin sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu Ölkəmizdə söz və mətbuat azadlığı üçün yaradılan şəraitdən bəhs etdi. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 44gunsavash.az saytının qurucusu və direktoru Mövsümağa Abasov Beynəlxalq Söz və Mətbuat Azadlığı günü ilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarını təbrik etdi. Dedi ki, Azərbaycan həqiqətlərinin tanıdılmasında jurnalistlərin müstəsna xidmətləri var. Azərbaycan Respublikası Sosial Rifah və Tədqiqatlar ictimai birliyinin sədri, fact-info.az saytının baş redaktoru Əkrəm Bəydəmirli,”Bizim yol” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bahəddin Həziyev, Əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonaq, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, “Ədalət” qəzetinin xüsusi müxbiri Əntiqə Rəşid, “Mir” Dövlətlərarası TeleRadio Şirkətinin Azərbaycan Milli nümayəndəliyinin baş prodüseri Mübariz Hacılı və başqaları da Azərbaycanda fəaliyyət göstərən KİV əməkdaşlarını Beynəlxalq Söz və Mətbuat Azadlığı günü ilə əlaqədar təbrik etdilər. Elnur Abasov tədbirdə iştirak edən jurnalistlərə qiymətli hədiyyələri təqdim etdi. Daha sonra tədbir çay süfrəsi arxasında davam etdirildi.
Şamilə Ələkbərli.
04.05.2024.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Qarabağ

22-04-2024, 18:01

Tofiq Hüseynov kimi oğullar ürəklərdə yaşayır!

Gündəm / Siyasət

19-04-2024, 19:20

Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Gündəm / Cəmiyyət

18-04-2024, 13:00

Sabunçu rayonunda “Heydər Əliyev -Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirildi.

Cəmiyyət

13-04-2024, 13:32

Qönçə Mehdiyevanın doğum günüdür!

Gündəm / Hadisə

1-04-2024, 18:19

Qanla suvarılan torpağı ziyarət etdik!

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 19:06
    Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var
  • Bu gün, 18:30
    Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək
  • Bu gün, 18:00
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 17:37
    Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
  • Bu gün, 16:18
    Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • Bu gün, 15:45
    Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
  • Bu gün, 15:18
    Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Bu gün, 14:47
    Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
  • Bu gün, 14:26
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • Bu gün, 12:05
    Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar
  • Bu gün, 11:38
    Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
  • Bu gün, 11:22
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Bu gün, 10:42
    Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"
  • Bu gün, 09:44
    BƏƏ Prezidentinin müşaviri Körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb
  • Bu gün, 09:05
    Biləsuvarda toyda bıçaqlanma olub
  • Bu gün, 08:37
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 18:59
    Aysel İsayeva R.Məmmədov adına Döyüş Şöhrəti Muzeyini ziyarət edib!
  • Dünən, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • Dünən, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • Dünən, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
  • Dünən, 13:30
    NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
  • Dünən, 13:00
    Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
  • Dünən, 12:00
    Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq
  • Dünən, 11:00
    "Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
  • Dünən, 10:30
    Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
  • Dünən, 10:00
    Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
  • 10-10-2026, 16:29
    Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
  • 10-10-2026, 14:20
    III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
  • 10-10-2026, 13:49
    Şəhid Nicat Əhmədovun xatirəsi yad olunub
  • 10-10-2026, 13:16
    Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
  • 10-10-2026, 12:35
    ISW: Rusiya dizel razılaşması müqabilində ABŞ-yə Ukrayna ilə bağlı güzəştlər təklif etməyib
  • 10-10-2026, 11:43
    Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
  • 10-10-2026, 11:12
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
  • 10-10-2026, 10:27
    Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib
  • 10-10-2026, 09:39
    Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə