• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Tofiq Hüseynov kimi oğullar ürəklərdə yaşayır!

Gündəm / Qarabağ

22-04-2024, 18:01


Aprelin 19-u Azərbaycanın Milli Qəhrəmanı, şəhid Tofiq Mirsiyab oğlu Hüseynovun doğum günü idi. Yaşasaydı, həmin gün 70 illik yubileyi qeyd olunacaqdı Tofiq müəllimin. Tofiq Hüseynov 1954-cü il aprelin 19-da Xocalıda doğulub, orta ixtisas təhsilli idi. O, uzun müddət idi ki, Xocalı şəhərindəki 1 nömrəli tam orta məktəbdə şagirdlərə İbtidai hərbi hazırlıq fənnini tədris edirdi.

Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar Ölkəmizin düşmənlə həmsərhəd bölgələrində ərazi özünümüdafiə taborları yaradılırdı. Belə taborlardan da biri Xocalıda yaradıldı. Xocalının sabiq İcra Başçısı Elman Məmmədovun təqdimatı əsasında və Müdafiə Naziri Valeh Bərşadlının əmrinə əsasən Tofiq Hüseynov Xocalı Ərazi Özünümüdafiə Taborununun komandiri təyin edildi.Tabora üzv yazılan ilk sakin 2 azyaşlı uşağın atası Vasif Salman oğlu Məmmədov idi(Vasif bəy Xocalı soyqırımı zamanı şəhid olub). T.Hüseynov Taborun maddi-texniki bazasını qurmaq üçün əllərindən gələni əsirgəmədi. O, mütəmadi olaraq yenicə bərpa edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əlaqə saxlayırdı. 1991-ci ilin oktyabr ayında bərpa edilən müstəqil Azərbaycan Respublikasının büdcəsi demək olar ki yox idi. T.Hüseynov nəyin bahasına olursa-olsun Xocalının və ətrafdakı azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsini təşkil etməyə çalışırdı.

1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələri Xankəndidə yerləşən və Rusiyaya məxsus 366-cı Motoatıcı Alayının dəstəyi ilə Xocalı şəhərini işğal etdilər. İlkin məlumatlara görə 613 nəfər öldürüldü,1275 nəfər girov və ya əsir götürüldü. Həmin gün Xocalının müdafiəçilərindən olan Tofiq Hüseynovun ata-anası, qardaş – bacısı, Tofiq müəllimin ömür-gün yoldaşı və özü şəhid oldu. Onun nəşini çox böyük çətinliklə çıxarmaq mümkün oldu. Tofiq müəllimin nəşinin düşmən nəzarətində olan ərazidən çıxarılmasında Ağdam rayonundakı 845 saylı Taborun komandiri Allahverdi Bağırovun, həmçinin Taborun döyüşçüsü, “Saqqal Fidel” adı ilə tanınan Zahid Qarayevin, Xocalı sakini Məhər Əzizovun, Ağdam rayon sakini Yusif bəyin (şəhid Bakir Hüseynovun qaynı), xüsusən də, Şəhid Milli Qəhrəman Tofiq Hüseynovun qardaşı Akif müəllimin, Ağcabədi rayonu Hindarx kənd sakinləri-Tahir, Şahin və Vladim qardaşlarının müstəsna xidmətləri var. Dildə demək asandır, düşmən tərəflə aparılan danışıqlardan sonra və 20 gün ərzində Tofiq müəllimin nəşi ön xətdən çıxarıldı. T.Hüseynov Bakıda-Şəhidlər xiyabanında torpağa tapşırıldı. Təəssüflər olsun Tofiq müəllimin valideynlərinin, həmçinin, ömür-gün yoldaşının nəşi tapılmadı. Qardaşı, Xocalı Ərazi Özünümüdafiə Taborun döyüşçüsü Bakir Hüseynov hələ də itkin hesab edilir.

Aprelin 20-də şəhid Milli Qəhrəman Tofiq Mirsiyab oğlu Hüseynovun xatirəsinə həsr edilən tədbir keçirildi. Tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı açdı. Azərbaycanın Dövlət Himni səsləndi, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Birliyin sədri, şəhid xanımı Ceyran Əzizova qonaqları salamladı. Ceyran xanım qeyd etdi ki, Xocalı şəhidlərinin tanıdılması ilə əlaqədar silsilə tədbirlər keçirilir və bu tədbir də onlardan biridir. Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasının Professoru, Tibb elmləri doktoru Mübariz Allahverdiyev Tofiq Hüseynov və onun doğmaları ilə bağlı xatirəsini bölüşdü. Dedi ki, biz Xocalıda Tofiq müəllimin valideynləri ilə çəpər qonşusu olmuşuq. Həmişə bir-birimizə qarşı hörmət nümayiş etdirmişik. Mübariz müəllim Tofiq müəllimin insani keyfiyyətlərindən söhbət açdı, dedi ki, Mirsiyab əminin ocağında böyüyən uşaqlar el-obaya gərəkli övlad kimi böyüməliydi və elə də oldu.

Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova dedi:”Tofiq müəllim mənə ibtidai hərbi hazırlıq fənnindən dərs deyib.O, bizə silahla necə davranmaq lazımdır, onu başa salırdı. Fiqurə xanım qeyd etdi ki, Tofiq müəllim hər bir şagirdə qarşı diqqət və qayğı göstərirdi.

Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına Fondun sədri, qazi Ədalət Məhərrəmov, qazi Zahid Qarayev, Respublika Müharibə Veteranları Qadınlarına Dəstək ictimai birliyinin sədri, müharibə veteranı Radə Abbas, MİR Tele-Radio Şirkətinin Azərbaycan Bürosunun əməkdaşı Mübariz Hacılı, Xocalı rayon sakini, şəhid xanımı Vəsilə Məmmədova, Xocalı şəhər sakini, şəhid övladı Mürvət Məmmədov, tanınmış jurnalist, müharibə veteranı Şamil Sabiroğlu və başqaları Tofiq Hüseynov kimi ər oğulların tanıdılması istiqamətində zəruri işlərin davamlı olmasını arzu etdilər.

Tofiq Hüseynovun qızı-Əfsanə Ələkbərova atası ilə qürur duyduğunu qeyd etdi və tədbirə toplaşanların hər birinə təşəkkür etdi.

Tədbir iştirakçıları Tofiq Hüseynovun məzarını ziyarət etdilər.Daha sonra şəhidin xatirəsinə ehsan süfrəsi açıldı.

Mövsümağa Abasov,
Şamilə Şamil qızı.
20.04.2024.



Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-04-2024, 09:23

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Qarabağ

18-04-2024, 10:30

Şəhid atası Məhəmməd Alqayevin doğum günüdür!

Gündəm / Cəmiyyət

6-04-2024, 12:22

Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları bu gün dəfn ediləcək

Gündəm / Cəmiyyət

5-04-2024, 12:28

Bakı, Gəncə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunub

Gündəm / Hadisə

1-04-2024, 18:19

Qanla suvarılan torpağı ziyarət etdik!

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 16:45
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • Dünən, 16:01
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • Dünən, 15:33
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • Dünən, 14:45
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • Dünən, 14:24
    Şagirdlərinin Uğurunda Çiçəklənən Ömür
  • Dünən, 13:45
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • Dünən, 13:17
    Sabah da Bakıya yağış yağacaq
  • Dünən, 12:34
    Uğur Sizinlə olsun, qardaşım!
  • Dünən, 12:19
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • Dünən, 11:12
    TFF Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu həbs edilib
  • Dünən, 10:46
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • Dünən, 10:16
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • Dünən, 09:44
    "Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • 2-10-2026, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • 2-10-2026, 18:14
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • 2-10-2026, 17:31
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • 2-10-2026, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • 2-10-2026, 16:11
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • 2-10-2026, 15:38
    Lukaşenko Ermənistanı "arabanı atın qabağına qoşmamağa" çağırıb
  • 2-10-2026, 14:39
    Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT - YENİLƏNİB
  • 2-10-2026, 14:08
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • 2-10-2026, 12:52
    Şənbə günü Azərbaycanda güclü yağış yağacaq
  • 2-10-2026, 12:31
    Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır
  • 2-10-2026, 11:48
    İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
  • 2-10-2026, 11:12
    Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
  • 2-10-2026, 10:46
    İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • 2-10-2026, 10:07
    Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb
  • 2-10-2026, 09:53
    YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
  • 2-10-2026, 09:15
    FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • 2-10-2026, 08:54
    Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
  • 1-10-2026, 18:08
    ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
  • 1-10-2026, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 1-10-2026, 16:58
    Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • 1-10-2026, 16:29
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • 1-10-2026, 15:51
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə