• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH

Siyasət

2-10-2026, 17:05

Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH


Ermənistanda hökumət-ümumerməni kilsəsi qarşıdurması davam edir. Ölkənin Baş naziri Nikol Paşinyan katolikos II Qareginin Erməni Həvari (Apostol) Kilsəsini (EHK) "işğal etdiyin" bildirib. O, kilsənin idarə edilməsində qanunvericilikdə dəyişikliklərin zəruriliyini də vurğulayıb.

Nikol Paşinyan ötən gün keçirdiyi brifinqdə kilsə ilə bağlı çıxışını davam etdirərək deyib ki, kilsə katolikos və ya yepiskopların deyil, o, mömin xalqındır: "Mömin xalq kilsənin idarə edilməsindən kənarlaşdırılıb".

Baş nazir kilsə ilə hökumət arasında mövcud böhrandan bəhs edərək bu barədə medianın yazdığını qeyd edib. Onun sözlərinə görə, bəziləri göstərmək istəyirlər ki, bu böhranı hökumət yaradıb: "Bu böhran bizdən asılı olmayaraq mövcuddur".

Paşinyan administrasiyasının İctimai əlaqələr və informasiya mərkəzinin dərc etdiyi "EHK-da böhran və onun həlli yolları" haqqında məruzədə kanonlaşdırma ilə bağlı bütün faktların qarşılıqlı əlaqəsi, onların kanonlardan uzaqlaşmasını göstərilib və "EHK-nın müəyyən orqanlarının qeyri-legitimliyini" üzə çıxarıb.

Nikol Paşinyan həmin məruzəyə istinadən kiləsinin "işğal edildiyini" deyib.

Belə çıxır ki, II Qareginin katolikos olmasına kanonlar icazə vermir. O, uzun illər qanunsuz olaraq ermənilərin ən müqəddəs saydıqları məbədə başçılıq, hətta dəfələrlə erməni cəmiyyətini qonşu ərazilərin işğalı üçün çağırıb və ya buna təşviq edib.


Baş nazir kilsəyə aid məsələləri Ktriç Nersesiyanın (II Qaregin mülki adı) həll etmək səlahiyyətinin olmadığını deyib. O, II Qaregini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin agenti adlandıraraq məsələni daha sərt şəkildə ifadə edib: "Kilsə məsələləri "KQB agentləri" vasitəsilə həll edilməməlidir".

Baş nazir dövlətlə kilsə münasibətlərinin konstitusiya əsasında, qanunlarla tənzimləndiyini vurğulayıb. Onun sözlərinə görə, kilsənin hesabına daxil olan ianələrdən icma xəbərdar olmalıdır.

Qeyd edək ki, Ermənistanda EHK ilə dövlət arasındakı qarşılıqlı münasibətlər Ermənistan Respublikasının Konstitusiyası ilə tənzimlənir. Ölkənin əsas qanunu ona erməni xalqının milli kilsəsi statusunu və mənəvi həyatda onun müstəsna missiyasını tanımaqla yanaşı, həm də dini birliklərin dövlətdən ayrılığını elan edir.

Paşinyan vurğulayıb ki, Ktriç Nersisyan getməlidir, başqa variant yoxdur. O bunun üçün dövlətin bütün rıçaqlardan istifadə edəcəyini də vurğulayıb: "O kimdir ki, bizim ən müqəddəs məkanımızda otursun. O heç kimdir".

Burada bir sıra mətləblər aydınlaşır. Hökumət, daha doğrusu, Paşinyanla Nersisya (II Qaregin) arasında münaqişənin başlıca səbəbi ermənilərin baş keşişinin "KQB" agenti olması imiş.

Bu yerdə yada 1988-89-cu illərdə Azərbaycanda erməni kilsəsinin oynadığı rol yada düşür. Bakıda, Gəncədə erməni kilsələri yerli hakimiyyət orqanlarından gizli fəaliyyət göstəriblər. Onlar o vaxt Azərbaycan SSR-in tərkibində sanki əlahiddə statusa malik idilər. Hətta milli azadlıq hərəkatında fəal gənclər oğurlanaraq kilsəyə aparılır, orada işgəncəyə məruz qalırdılar.


Çünki KQB ermənilər vasitəsilə Azərbaycandakı milli azadlıq hərəkatına problemlər yaradırdı. O vaxtlar erməni kilsələrinə I Vazgen (dünyəvi adı Levon -Karapet Abramoviç Palçyan, yaxud Levon Abraami Balcyan olub) başçılıq edirdi. O, 1955-1994-cü illərdə bu vəzifəni tutub.

Həmin illərdə ermənilərin yerlərdə və dünyada törətdikləri cinayətləri, terrorları yada salsaq, Nikol Paşinyanın II Qaregini "KQB agenti" adlandırması Vazgeninin fəaliyyətində də özünü təsdiqləyər. Çünki həmin illərdə bu qurum dini müəssisələrin istisnasız olaraq hamısına müdaxilə edir, onların idarə olunmasına təsir göstərirdilər.

Ona görə də kilsəyə, daha dəqiqi, indiki katolikos adlanan keşişə Paşinyanın münasibəti daha anlaşılandır. O və komandası ölkəsində xüsusən kilsədə "KQB agentinin" söz sahibi olmasını istəmir.

Ermənilər uzun illərdir, din adı altında bu casusun xütbələrini dinləyib, onun çağırışı ilə Azərbaycan torpaqlarının işğalında iştirak ediblər. Deməli, EHK Cənubi Qafqazda fəaliyyət göstərdiyi illərdə birmənalı olaraq çar Rusiyası, sovet Rusiyası və SSRİ-nin xəfiyyə orqanlarına, təhlükəsizlik qurumlarının əində alət olub.

Nikol Paşinyan 2018-ci ildə dövlət və kilsənin sərhədləri bəlli olduğu üçün onun işlərinə müdaxilə etmək istəmədiklərini bildirib. Onun sözlərinə görə, bu sərhədi, pərdəni kilsədəkilər açıb: "Biz də onların açıq qapısından daxil olduq. Bu qapıdan sona qədər gedəcəyik. Biz çox yavaş, sistemli şəkildə, millimetr-millimetr, əziyyət verərək sona qədər gedəcəyik".

Üçkilsə isə Baş nazirin açıqlamasını təkzib edərək onu antikonstitusion, qanunsuz və kilsə kanonlarına zidd adlandırıb. Sözügedən məruzəni isə "siyasi qisas, intiqam və kilsənin daxili həyatına qınanılan müdaxilənin təzahürüdür" kimi qiymətləndirib.


Kilsə daxilində, onun xaricdəki qurumlarında maliyyə fırıldaqlarına aid çoxsaylı faktlar, xəbərlər yayılıb. Tərəflər arasında ziddiyyət isə 2024-cü ildə arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi "hərəkatdan" sonra daha da kəskinləşib. O, əvvəlcə Ermənistanın "ərazi bütövlüyü" tələbi ilə fəaliyyətə başladı. Yürüşlər keçirdi. Özünə tərəfdarlar toplayandan sonra Nikol Paşinyan və komandasının istefasını tələb etməyə başladı. Bu tələb əsasında fasiləsiz etiraz aksiyası keçirdi. Ona Rusiyayönlü müxalif qüvvələr, o cümlədən Robert Koçaryan və Serj Sarqsyanın tərəfdarları da qoşulmuşdu.

Ermənistanda bu məsələ günü-gündən dərinləşən böhrana çevrilir. Hazırda münasibətlər kəskin böhran, birbaşa qarşıdurma mərhələsinə keçid dövründədir.

Düzdür, bu il sentyabrın 24-də hökumət kilsə rəhbərliyinin tənqidi və böhranın aradan qaldırılması üçün "5 addımlıq" yol xəritəsi olan xüsusi hesabat dərc edib. Bu sənəddə islahatların yenidən nəzərdən keçirilməsi, II Qareginin vəzifədən kənarlaşdırılması, vahid kilsə nizamnaməsinin qəbul edilməsi və Milli Kilsə Məclisinin çağırılması nəzərdə tutulub.


Hadisələrə əsasən, belə qənaətə gəlmək olar ki, bir zamanlar ermənilərin xilaskarı rolunda görünən kilsə sovetlərin agentura şəbəkəsi, başçısı isə "KQB agenti", bəlkə də "rezidenti" imiş. Dini müqəddəs sayanlar həyalarına bürünüb, din və mənəviyyat xatirinə üzüsulu kənara çəkilə bilərdilər. Bütün həya pərdəsini, hicabı aradan qaldıraraq hökumətlə qarşıdurmaya yalnız siyasiləşənlər, din adı altında hakimiyyət savaşı aparan kəsim gedə bilər.

Vaxtilə Ukraynada da oxşar hadisə baş vermişdi. 2018-ci ildə Kiyevdə keçirilən Birləşmə Məclisində Ukrayna pravoslav kilsəsi yaradılıb. Bununla da onlar Rusiya pravoslav kiləsi və Moskva Patriarxlığından ayrılmış oldular. Ukrayna hakimiyyəti 2024-cü ildə Rusiya ilə əlaqədar olan, yaxud Moskva Patriarxlığına bağlı kilsə icmalarının fəaliyyətini məhdudlaşdıran, qadağan edən qanun qəbul etdi. Belə qənaətə gəlmək olar ki, Kiyev kilsə vasitəsilə Ukraynadakı proseslərə kənar təsirin qarşısını alıb, yaxud bunu məhdudlaşdırmağa nail olub.

Odur ki, Ermənistanın da müstəqilliyinin vacib şərti asılılıq bağının aradan qalxmasıdır. İndiki şəraitdə bağ rolunda "KQB agenti" və ya "agentlər"dir. Ona görə indi onların tabe olduqları idarənin adının dəyişdiyini də ehtimal etmək olar.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

3-11-2025, 17:38

Paşinyan iki qüvvəni zəiflədir – II Qareginin yaya çıxması çətinləşir - ŞƏRH

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

30-05-2025, 15:58

Paşinyanın allahsız keşişlərlə davam edən mübarizəsi – kilsəyə gözlənilən hücum - ŞƏRH

Gündəm / Cəmiyyət

8-10-2024, 15:06

Parlamentin işçi qruplarına yeni rəhbərlər seçildi - Siyahı

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 17:33
    Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib
  • Bu gün, 17:14
    Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • Bu gün, 16:31
    Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB
  • Bu gün, 15:18
    Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yolun bir hissəsi təmir olunacaq
  • Bu gün, 14:51
    Putin: Rusiya 2030-cu ilədək Xəzər dənizinin öyrənilməsi proqramını hazırlayacaq
  • Bu gün, 12:58
    Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
  • Bu gün, 12:28
    Husilərin Ər-Riyad aeroportuna hücumlarında 3 nəfər ölüb
  • Bu gün, 11:43
    Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
  • Bu gün, 10:40
    İlham Əliyev: Laçında keçirilən tədbirlər bu diyarın zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan yaradıb
  • Bu gün, 10:11
    Sərdar Berdiməhəmmədov: MDB formatı aktual məsələlər üzrə məsləhətləşmələr üçün cəlbedici platformadır
  • Bu gün, 09:23
    İlham Əliyev Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün "Avaza" Kompleksinə gəlib
  • Bu gün, 08:53
    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • Dünən, 18:24
    Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 17:48
    Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
  • Dünən, 16:52
    Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
  • Dünən, 16:19
    Zelenski: Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-a gedəcək
  • Dünən, 15:58
    Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
  • Dünən, 15:09
    Rusiya ordusu Ukraynada sərnişin avtobusuna zərbə endirib, 30 nəfər ölüb
  • Dünən, 14:31
    Türkmənbaşıda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
  • Dünən, 13:05
    Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
  • Dünən, 12:29
    Paşinyan: "Rusiya Dəmir Yolları"nın rəhbərinin ölkəmizə səfəri zamanı konsessiya məsələsi müzakirə olunacaq
  • Dünən, 12:17
    Deputat Azər Allahverənov Nardaran qəsəbəsində “Azərxalça” filialında səyyar qəbul keçirib
  • Dünən, 12:07
    Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb
  • Dünən, 11:33
    İlham Əliyev: Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir
  • Dünən, 11:16
    Berdiməhəmmədov: Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır
  • Dünən, 10:47
    İlham Əliyev "Avaza" Kompleksinə gəlib
  • Dünən, 09:59
    Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
  • Dünən, 09:38
    İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • Dünən, 09:12
    Paytaxtın Nizami rayonunun dörd küçəsində qaz olmayacaq
  • 7-10-2026, 18:39
    Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib
  • 7-10-2026, 18:03
    Sabah Masallının 5 kəndində qaz olmayacaq
  • 7-10-2026, 17:24
    Naxçıvanda oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb
  • 7-10-2026, 16:55
    HƏMAS-ın məğlubiyyəti – yeni Fələstinin, Yaxın Şərqin qurulması - ŞƏRH
  • 7-10-2026, 16:27
    İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
  • 7-10-2026, 15:29
    Azərbaycanda ötən ay avtobuslardan istifadə edən sərnişinlərin sayı 16 %-dən çox artıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə