• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 18:00

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH


Fransa Prezidenti Emmanuel Makronun reytinqi tarixi minimuma düşərək 18 % təşkil edib. BFMTV-nin Odoxa-Mascaret sorğusunun nəticələrinə görə, göstərici əvvəlki sorğu ilə müqayisədə daha 7 % bəndi azalıb.

Fransızlar yanacaq qiymətlərinin artımının qarşısının alınması istiqamətində hökumətin atdığı addımlardan narahatdırlar. Beləliklə, respondentlərin 82 %-nin prezidentə etimad göstərməməsi Makronun Fransa cəmiyyətində ciddi etimad problemi ilə üzləşdiyini ortaya çıxarır. Makronla yanaşı, onun hökumətinin də ictimai dəstəyi ciddi şəkildə zəifləyib. Baş nazir Sebastyan Lekornyunun da reytinqi 8 % azalaraq, 24 %-ə enib. Bütün bunlar ölkədə son dövrlər dərinləşən sosial və iqtisadi problemlərin fonunda baş verir. Bu isə göstərir ki, Makron hakimiyyətinin yürütdüyü siyasət fiaskoya uğrayıb və fransızlar ondan üz döndərirlər.

Əslində, Makronun və hökumətin reytinqinin bu dərəcədə minimuma enməsi bir problemin və ya bir neçə ayın nəticəsi deyil. Burada sistemli problemlər və hökumətin yarıtmaz siyasəti əsas məsələdir. Fransızlar hökumətin iqtisadi, siyasi, sosial sahələrdəki siyasətindən ciddi narazılıq edirlər və siyasi kursun dəyişdirilməsini tələb edirlər. Eyni zamanda Makronun idarəçilik üslubu və hakimiyyətin həddən artıq mərkəzləşməsi də ən çox tənqid olunan məsələlərdən biridir. 2024-cü ildə keçirilən parlament seçkilərindən sonra yaranmış siyasi parçalanma da əslində Makronun idarəçilik kursu ilə əlaqəlidir və aradan 2 il keçsə də, hökumət hələ də bu siyasi parçalanmanın öhdəsindən gələ bilmir.

Yanacaq böhranı və hökumətin yarıtmaz siyasəti

Yaxın Şərqdə və Hörmüz boğazı ətrafında baş verən hadisələr səbəbindən dünyada neft təchizatında problemlər və qiymət artımı müşahidə olunur. Bu isə bir sıra ölkələrdə yanacaq qiymətlərinin bahalaşmasına səbəb olub. Bu artımın yükünü gündəlik həyatlarında hiss edən fransızlar hökumətdən ciddi və təsirli tədbirlər gözləsələr də, ortaya çıxan mənzərə Yelisey sarayının bu problem qarşısında aciz qaldığını göstərir. Rəsmi rəqəmlərə görə, əhalinin 48 %-i yanacağın bahalaşmasının ailə büdcəsinə ciddi təsir etdiyini bildirir. Hökumətin yardım paketləri də problemləri həll edə bilmir və narazılıqlar getdikcə artır. Hökumət aşağı gəlirli ailələrə yardım etsə də (son olaraq 5.5 milyon nəfərə çatdırılıb) Odoxa-nın son sorğusu fərqli rəqəmlər ortaya çıxarır. Fransızların 75 %-i bu yardımı yetərsiz hesab edir. Bu da sübut edir ki, hökumət böhranın nəticələrini vətəndaşların hiss etdiyi səviyyədə kompensasiya edə bilmir.

Dövlət xidmətlərinin böhranı

Fransada dövlət xidmətlərinin bərbad vəziyyəti də ciddi narazılıqlara səbəb olur. Təhsil sahəsində və məktəblərdə kadr çatışmazlığı xüsusi diqqət çəkir. Sentyabr ayında Fransa mediası yazırdı ki, ölkədə dövlət məktəblərinin yarıdan çoxunda dərs ilinin ilk həftəsində ən azı bir müəllim çatışmayıb. Problem bununla bitmir, əlavə olaraq, işçi çatışmazlığı, binaların vəziyyəti, bir sinifdə həddən artıq şagird çoxluğu da narazılıqlardandır. 29 sentyabrda ölkə üzrə 330-dan çox liseydə müxtəlif formada tədris pozuntuları qeydə alınıb. Araşdırmalar göstərir ki, 20 mindən çox dövlət qulluqçusu öz vəzifələrini lazımi səviyyədə yerinə yetirmək üçün kifayət qədər imkanlarının olmadığını bildiriblər.

Hökumətin ciddi maliyyə problemi və artan narazılıqlar

Yanacaq böhranı üçün vətəndaşlara 450 milyon ayrılsa da, ölkənin maliyyə imkanları getdikcə daraldığı üçün bu, hökumətin qarşısında ciddi problemə çevrilir. Hökumətin etiraf etdiyinə görə, Fransada büdcə kəsiri cari ildə ÜDM-in 5.4 %-nə çatacaq. Bu da o deməkdir ki, Fransa Avrozonada ən böyük büdcə kəsirinə malik olan ölkədir. Yəni, Makron hökumətinin "uğurlu siyasəti" nəticəsində ölkə ciddi maliyyə problemləri ilə üzləşir. Hökumət proqramına görə, 2027-c il büdcəsində 54 milyard avro qənaət etməklə, vəziyyəti düzəltmək hədəflənir. Bu da özlüyündə o deməkdir ki, Fransada növbəti il böhran daha da dərinləşəcək və hökumət sosial layihələrə dəstəyini azaldacaq.

Qısacası, hökumətin qənaət tədbirləri artıq sosial narazılığın əsas mənbələrindən birinə çevrilib. Çünki ortada olan proqrama əsasən, 2 milyard avro qənaət etmək üçün 2027-ci ildə dövlət qulluqçularının maaşlarının dondurulması nəzərdə tutulub. Bu da öz növbəsində dövlət işçilərinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərəcək. Artıq 29 sentyabr tarixindən başlayaraq, bir sıra şəhərlərdə dövlət qulluqçuları, müəllimlər, səhiyyə işçiləri və yanğınsöndürənlər etiraz aksiyalarına çıxıblar. Buna görə də əminliklə söyləmək olar ki, yaxın vaxtlarda Fransada çox ciddi etiraz aksiyaları keçirilə bilər. Hökumətin büdcəyə qənaət etmək üçün atdığı addımlar onsuz da yaşayış xərcləri hər gün artan sadə fransızların gəlirlərini azaldır və sosial narazılığı ciddi şəkildə genişləndirir.Nəzərə almaq lazımdır ki, 2027-ci ildə Fransanın dövlət borcunun ÜDM-nin 120 %-ni keçəcəyi də gözlənilir. Bu da öz növbəsində vəziyyəti daha da ağırlaşdıracaq.

Siyasi idarəetmə böhranı

Bu gün Fransada baş verən narazılıqların miqyası, prezident və Baş nazirin reytinqinin dibə vurması göstərir ki, siyasi qərarların qəbulu və hökumətin parlamentdə dayanıqlı dəstək toplaması da ciddi çətinliklərlə üzləşir. Yuxarıda da qeyd etdiyimiz kimi, 2024-cü ildə parlament seçkilərindən sonra yaranan siyasi parçalanma səbəbindən Milli Assambleyada heç bir siyasi qüvvə səs çoxluğuna sahib deyil. Sözügedən tarixdə Makron parlamentdə səs çoxluğu əldə etmək üçün Milli Assambleyanı buraxdı və yeni seçkilər təyin etdi. Nəticə isə fiasko oldu və ciddi siyasi parçalanma ortaya çıxdı. Bu isə Emmanuelin siyasət və idarəçilik barədə necə "dərin biliklərə" sahib olduğunu, siyasi analitika qabiliyyətinin hansı səviyyədə olduğunu üzə çıxarır. Parlamentdə yaranan siyasi böhran bir sıra qanunların qəbulunda çatlara səbəb olur. Nəticədə Makronun siyasi qərarları parlament, hökumət və cəmiyyət arasında lazımi razılaşmanı təmin edə bilmir. Dövlət və xalq üçün vacib olan qərarların qəbulu bu gün Fransa parlamentində siyasi çəkişmələrin təsiri altına düşür. Bu da məntiqi olaraq, hakimiyyətə olan etimadı daha da zəiflədir.

Hökumətə etimadsızlıq o həddə çatıb ki, respondentlərin (ipsos sorğusu) 71 %-i növbəti il keçiriləcək prezident seçkilərinin ölkəyə real siyasi və sosial dəyişiklik gətirməsini gözləyir. 2021-ci ildə isə bu göstərici 51 % idi. Bundan əlavə, sorğuda iştirak edənlərin 78 %-i Makron və hökumətin ölkəni iflasa sürüklədiyini, 77 %-i isə xalqın parlamentdə lazımi səviyyədə təmsil olunmadığını bildirib. Bu rəqəmlər fransızların Yelisey sarayına və prezidentə göstərdiyi etimadın sübutudur. Üstəlik, respondentlərin 74 %-nin ölkədə vəziyyətin daha da pisləşəcəyinə əmin olduğunu bildirməsi vəziyyətin hansı dərəcədə mürəkkəb olduğunu üzə çıxarır. Qısacası, 2027-ci ildə keçiriləcək prezident seçkisi Fransa üçün ciddi sınağa çevriləcək...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

29-07-2026, 17:21

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:25
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Bu gün, 18:00
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Bu gün, 17:26
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Bu gün, 17:01
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Bu gün, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Bu gün, 15:31
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
  • Bu gün, 14:42
    İsrail ordusunun Baş Qərargah rəisi yüksək döyüş hazırlığı səbəbilə ABŞ səfərini ləğv edib
  • Bu gün, 14:16
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
  • Bu gün, 12:42
    Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur
  • Bu gün, 12:05
    Milli Məclisin komitələrinin səlahiyyətlərinin artırılması təklif olunur
  • Bu gün, 11:02
    Zakir Həsənov: Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur
  • Bu gün, 10:23
    Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
  • Bu gün, 09:50
    İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 08:54
    Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • Dünən, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • Dünən, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
  • Dünən, 17:19
    Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
  • Dünən, 16:44
    Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub
  • Dünən, 16:02
    Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır
  • Dünən, 15:17
    Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
  • Dünən, 14:44
    Sabah rayonlara yağış yağacaq
  • Dünən, 12:52
    İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
  • Dünən, 12:26
    KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH
  • Dünən, 11:14
    Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək
  • Dünən, 10:29
    Ailə başçısını itirməyə görə 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib
  • Dünən, 09:27
    Millətlər Liqasında daha 10 matç – SİYAHI
  • Dünən, 09:01
    Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq
  • 28-09-2026, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • 28-09-2026, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • 28-09-2026, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • 28-09-2026, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • 28-09-2026, 16:58
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • 28-09-2026, 16:30
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 28-09-2026, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə