• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Gündəm / Siyasət

29-07-2026, 17:21

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH


2017-ci ildə Fransa prezidenti seçilən Emmanuel Makron vəd etdiyi sağ və sol qütbləri birləşdirən mərkəzçi idarəetmə sistemini reallaşdıra bilmədi. Siyasətçinin atdığı səhv addımlar, verdiyi qərarlar nəticəsində Fransa bu gün dərin siyasi və institusional böhran məngənəsində boğulur. Makron hökuməti zamanı ölkəni bürüyən etiraz dalğaları səngimək bilmir, parlament iflic vəziyyətinə düşür və ölkə ağır büdcə bataqlığına düşüb. Hələ bu da azmış kimi, Afrikada başlayan etirazlar da Fransanın kolonialist siyasətinə ciddi zərbə vurub. Eyni zamanda Cənubi Qafqazda da Ermənistanı özünə dayaq kimi seçən Yelisey sarayının xarici siyasəti fiaskoya uğrayıb.

Fransada Makron hökumətinin yarıtmaz siyasəti nəticəsində ortaya çıxan idarəetmə uğursuzluğu və daxili böhranın nəticələri son meşə yanğınlarında özünü daha qabarıq şəkildə büruzə verdi. Hər il yay aylarında Fransanın "ağ ciyərləri"ni bürüyən və qarşısı çətinliklə alınan, külli miqdarda ziyanlara səbəb olan meşə yanğınları ilə mübarizədə uğursuzluq əslində Makron hökumətinin davam edən sərt maliyyə qənaəti siyasətinin və kağız üzərində qalan inzibati qərarlarının nəticəsi sayılmalıdır. Bir sıra beynəlxalq sammitlərdə Fransanı ətraf mühitin qorunmasında lider ölkə elan edən Makron və onun hökuməti meşə yanğınları qarşısında çarəsiz qalıb. Çünki dövlət bu məsələdə əsas resurslardan məhrum vəziyyətdədir. Yəni, yanğınsöndürmə təyyarələri çatışmır, ixtisaslaşmış texnika və avadanlıqlar köhnəlib və yenilənmir. Bu gün fransız hökuməti yanğınla mübarizədə əsasən könüllülərdən istifadə edir. Görünən odur ki, yüksək kürsülərdən səslənən bəyanatla ölkədəki real vəziyyət arasında ciddi uçurum var və bu, Makron hökumətinin gerçək üzünü ortaya çıxarır.

Reallıq isə ondan ibarətdir ki, dövlətin bütün imkanlarını iflic edən bu böhranın kökündə 2017-ci ildə cəmiyyətə yeni xilaskar kimi təqdim edilən Makronun siyasi illüziyaları dayanır. Hakimiyyətə başlayanda sağ görüşlə sol görüş arasındakı ziddiyyətə son qoyacağını, donmuş iqtisadiyyatı dirçəldəcəyini, ölkəni qlobal ekoloji liderə çevirəcəyini vəd vermişdi. Amma bir neçə il sonra ortaya çıxan mənzərə acınacaqlı idi: siyasi böhran, sosial böhran və idarəetmə durğunluğu. Vətəndaş tələbini gözardı edən, islahatları ucuz PR kampaniyaları ilə aparan, cəmiyyətlə dialoqu kəsən bir dövlət başçısı bu vəziyyətlə qarşılaşmaq məcburiyyətində idi. Ucuz PR kampaniyaları ölkənin siyasi arxitekturasına ciddi zərbə vurdu. Verdiyi vədə uyğun olaraq, sağ və sol arasındakı ziddiyyəti aradan qaldırmaq əvəzinə Makron sağ görüşlü respublikaçılar və sol görüşlü sosialistləri səhnədən sildi. Yerində qurduğu mərkəzçi sistem isə zəif, təməli olmayan, siyasi avantüradan başqa bir şey deyildi. Sistem o qədər zəif idi ki, 2022-ci ildə ilk dərin çatlar yarandı. Bu ildə Fransada keçirilən parlament seçkilərində Makron komandası fiasko ilə üzləşdi. Bu, əslində bir siqnal idi. Amma bu siqnaldan sonra digər partiyalarla koalisiya qurmaq, danışıqlar aparmaq əvəzinə Emmanuel səhv bir yol seçdi. O, Konstitusiyanın 49.3-cü maddəsindən dəfələrlə və dalbadal istifadə etməyə başladı. Bu maddə prezidentə imkan verir ki, deputatların səsverməsi olmadan istədiyi qanunu təsdiqləsin. Dalbadal atılan bu addım isə həm Milli Assambleyanı, həm də sadə xalqın qəzəbinə səbəb oldu. Çünki artıq parlament qərar qəbulunda heç bir şey edə bilmirdi. Haqlı olaraq da xalq prezidentin qərarlarını qanuni saymırdı. Nəticədə parlament faktiki olaraq işləməz vəziyyətə gəldi, cəmiyyətdə isə dövlətə və qanunlara olan inam tamamilə sarsıldı.

Amma maraqlıdır ki, Makron səhv addımlar atmaqda davam edirdi. 2024-cü il iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilər Fransa Prezidenti Emmanuel Makronun siyasi karyerasını ciddi təhlükə altında qoydu. Seçkilərin nəticələrinə görə, Fransa seçiciləri Avropa Parlamentində Makronun partiyasının yerinə ifrat sağçıları görmək istədilər. Nəticələr məlum olduqdan dərhal sonra Makron xalqa müraciətində Fransa parlamentinin aşağı palatasının – Milli Assambleyanın buraxdığını və yeni seçkilərin təyin edildiyini bildirdi. Bu isə əslində cəmiyyəti qorxutmaq manevri idi. Makronun bu səhv addımı Beşinci Respublika tarixinin ən dərin konstitusiya böhranı sayılmalıdır. Hətta Qərb mediası belə, bu addımı "Makron fransız demokratiyası ilə qumar oynayır" və "rus ruleti" adlandırdı. Digər prizmadan baxanda da bu addım Makronun şəxsi zəifliyinin açıq etirafı kimi qiymətləndirilməlidir. Bu səhv addım nəticəsində parlamentdə radikal soçlular və ifrat sağçılar əsas söz sahibinə çevrildilər. Qısası, prezidentin parlamenti özünə tabe etdirmək arzusu əks-effekt verərək, ölkədə ardıcıl hökumət böhranlarına səbəb oldu. 2026-cı ilə qədər davam edən hökumət istefaları və daimi siyasi xaos Fransanın daha da zəifləməsi ilə nəticələnib. Hökumətlərin növbəti büdcə paketlərini və iqtisadi reformaları qanunverici orqandan keçirə bilməməsi, parlamenti tez-tez etimadsızlıq votumları ilə üz-üzə qoydu. Faktiki olaraq prezident Makron prezidentlik müddətinin son dövrlərinə manevr imkanlarını tamamilə itirib.


Qeyd edək ki, Makron hökumətinin uğursuzluğunun ən ağır zərbəsi ölkə iqtisadiyyatına və sosial sabitliyə dəyib. Bu gün Fransa faktiki olaraq dərin büdcə bataqlığında çabalayır. Makron dövründə Fransanın dövlət borcu ÜDM-nin 115 faizini artıq geridə qoyub. Büdcə kəsiri isə Aİ-nin müəyyən etdiyi 3 faizlik kritik həddi iki dəfə üstələyib. Hətta Qərb mediası belə, Fransadakı maliyyə böhranını Aİ-nin ikinci ən böyük iqtisadiyyatı üçün "təhlükəli saatlı bomba" adlandırıb. Hətta iş o həddə çatıb ki, beynəlxalq reytinq agentlikləri ölkənin kredit reytinqini aşağı salıb. Bu, əslində Yelisey sarayının iqtisadi iflası deməkdir. Bu maliyyə problemindən qurtulmaq üçün iqtisadiyyatı dirçəltmək, problemi həll etmək əvəzinə Makron hökuməti yenə yanlış addım ataraq, sosial xərcləri azaltmaq, pensiya yaşını artırmaq qərarına gəldi. Bu isə geniş etirazlara səbəb oldu. "Sarı jiletlər" hərəkatı ilə başlayan sosial narazılıq dalğası həmkarlar ittifaqlarının kütləvi tətilləri və sənayenin iflic olması ilə nəticələndi. Makron hökuməti nümayişçilərin tələblərini dinləmək və sağlam sosial dialoq qurmaq əvəzinə, polis zorakılığını artırmaq və etirazları polis gücü ilə batırmaq yolunu seçdi. Bu addım da əks təsir verərək, xalqın qəzəbini daha da alovlandırdı və hakimiyyətlə arasındakı uçurumu dərinləşdirdi.

Təbii ki, bu siyasi və iqtisadi uğursuzluqlar ölkənin xarici siyasətinə də ciddi təsir göstərib. Makronun neokolonialist idarəetmə təfəkkürü Fransanın tarixi təsir zonası sayılan Afrikada tam bir geosiyasi fəlakətlə nəticələndi. Başqa ölkələrə demokratiya dərsi keçən rəsmi Parisin Afrikadakı müstəmləkə siyasəti tamamilə fiaskoya uğramaqdadır və Yelisey sarayı regiondakı hərbi və siyasi varlığını tamamilə itirir. Eyni uğursuz ssenari Cənubi Qafqaz regionunda da təkrarlandı. Geosiyasi reallıqları düzgün qiymətləndirmək bacarığından çox uzaq olan Emmanuel Makron bu regionda da birtərəfli və qərəzli mövqe tutaraq, Ermənistanı özünə dayaq nöqtəsi seçdi. Regiondakı geosiyasi dəyişiklikləri düzgün təhlil etmək, Bakı ilə İrəvan arasındakı sülh prosesinə töhfə vermək əvəzinə İrəvanı silahlandırmaq və Azərbaycana qarşı qərəzli mövqe tutmaq kimi səhv addıma imza atan Makron hökuməti Cənubi Qafqazda oyunçu olmaq şansını itirməklə yanaşı, rəsmi Bakı ilə də münasibətlərini korladı.

Yekun olaraq deyə bilərik ki, 2017-ci ildə böyük vədlərlə hakimiyyətə gələn Emmanuel Makron parlamentin zəifləməsinə, xalqla hökumət arasında etimad böhranının dərinləşməsinə, sosial narazılıqların artmasına, büdcə problemlərinə, Fransanın xarici siyasətinin fiaskosuna, təsir dairələrində mövqelərinin zəifləməsinə səbəb oldu. Bu uğursuzluqlar seriyasının əsas səbəbi isə Makronun idarəetmə fəlsəfəsidir...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:25
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Bu gün, 18:00
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Bu gün, 17:26
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Bu gün, 17:01
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Bu gün, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Bu gün, 15:31
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
  • Bu gün, 14:42
    İsrail ordusunun Baş Qərargah rəisi yüksək döyüş hazırlığı səbəbilə ABŞ səfərini ləğv edib
  • Bu gün, 14:16
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
  • Bu gün, 12:42
    Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur
  • Bu gün, 12:05
    Milli Məclisin komitələrinin səlahiyyətlərinin artırılması təklif olunur
  • Bu gün, 11:02
    Zakir Həsənov: Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur
  • Bu gün, 10:23
    Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
  • Bu gün, 09:50
    İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 08:54
    Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • Dünən, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • Dünən, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
  • Dünən, 17:19
    Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
  • Dünən, 16:44
    Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub
  • Dünən, 16:02
    Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır
  • Dünən, 15:17
    Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
  • Dünən, 14:44
    Sabah rayonlara yağış yağacaq
  • Dünən, 12:52
    İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
  • Dünən, 12:26
    KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH
  • Dünən, 11:14
    Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək
  • Dünən, 10:29
    Ailə başçısını itirməyə görə 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib
  • Dünən, 09:27
    Millətlər Liqasında daha 10 matç – SİYAHI
  • Dünən, 09:01
    Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq
  • 28-09-2026, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • 28-09-2026, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • 28-09-2026, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • 28-09-2026, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • 28-09-2026, 16:58
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • 28-09-2026, 16:30
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 28-09-2026, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə