• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Qanla suvarılan torpağı ziyarət etdik!

Gündəm / Hadisə

1-04-2024, 18:19





Şamil Sabiroğlu, 44gunsavash.az saytının baş redaktoru



Qanla suvarılan torpağı ziyarət etdik!



Azərbaycanda elə bir insan yoxdu ki, Xocalı soyqırımı barədə məlumatı olmasın. XX əsrdə 3 dəfə yandırılan, yerlə yeksan edilən Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror əməliyyatları zamanı düşmən tapdağından azad edilib. Hazırda işğaldan azad edilən ərazilərdə, həmçinin, Xocalı şəhərində quruculuq-bərpa işləri aparılır. Qazıntı işləri aparılan zaman 1992-ci il fevralın 26-da və sonrakı dönəmdə vəhşicəsinə qətlə yetirilən və ya diri-diri basdırılan şəxslərin meyitləri aşkar edilib. Onların şəxsiyyəti dəqiqləşdirildikdən sonra dəfn edilmələri üçün ailələrinə təhvil verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən Xocalıda Şəhidlər xiyabanı salınıb. 32 il bundan öncə və sonralar şəhid olmuş xocalıların həmin Xiyabanda dəfni nəzərdə tutulur. Martın 31-i Dünya azərbaycanlılarının soyqırımı günü 32 il öncə şəhid olan 7 nəfər sakinin dəfn mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşları, ziyalılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edirdilər. Mərasimi Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov açdı. Elçin müəllim, Dövlət Başçısı adından tədbir iştirakçılarını salamladı, tədbirin ictimai-siyasi əhəmiyyətindən danışdı.Natiq qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 2020-ci il sentyabrın 27-də başlanan savaşda qazandığı tarixi qələbə, həmçinin, 2023-cü il sentyabrın 19-20-də aparılan lokal antiterror əməliyyatları nəticəsində azad olunan digər ərazilər zamanın Ölkəmizin xeyrinə işləməsindən xəbər verir. Xocalı şəhərində aparılan qazıntılar zamanı tapılan insan cəsədləri Ermənistanın iç üzünü açıb göstərir. Biz, Xocalı soyqırımı zamanı və ondan sonra işgəncə ilə qətlə yetirilən soydaşlarımızın nəşinin elə Xocalıda dəfn olunmaları barədə qərar verdik. Yeni salınan Şəhidlər xiyabanı həm də düşmənlərimizə bir mesajdır.



Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupun Rəhbərinin müavini Eldar Səmədov, sabiq döyüşçü Hüseyn Qasımov, şəhid Ağəli Əliyevin qardaşı Arif bəy və başqaları çıxış edərək Dünya azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar Xalqımıza başsağlığı verdilər.Çıxış edənlər xüsusi olaraq vurğuladılar ki, işğaldan azad edilən ərazilərdə quruculuq işləri geniş vüsət alıb. Buna görə də hamılıqla Dövlət Başçısı cənab İlham Əliyevə təşəkkür edirik.



Mərasimdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşı Elnur Bağırlı, “Azərbaycan Vətən Müharibəsi Veteranları” ictimai birliyinin sədri Füzuli Rzaquliyev, Respublika Şəhid Ailələrinə “Qayğı” ictimai birliyinin sədri Müşfiq Əliyev, “Erməni Təcavüzünün Tanıdılması” ictimai birliyinin sədri Səriyyə Müslümqızı, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Ceyran Əzizova, 44gunsavash.az və sabiroghlu.az saytlarının baş redaktoru Şamil Sabiroğlu, “Azərbaycanda Minadan Zərər Çəkənlərin Assosiasiyası” ictimai birliyinin sədri, qaziler.az saytının baş redaktoru, qazi Rey Kərimoğlu, həmçinin, Kütləvi İnformasiya vasitələrinin əməkdaşları iştirak edirdi.



Daha sonra şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq ehsan süfrəsi açıldı.



Fotolar “Xocalının səsi” qəzetinın baş redaktoru Qalib Bəyməmmədoğluya məxsusdur.




Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm

31-03-2024, 19:03

31 Mart Soyqırımı Günü

Dünya

31-03-2024, 10:57

767-ci gün: Rusiyanın itkiləri yeniləndi

Dünya

31-03-2024, 10:37

Rusiyada qar əridi, 100-dən çox evi su basdı

Gündəm / Dünya

31-03-2024, 08:52

Ərdoğan 5 il öncə itirdiyi İstanbulu bu gün qaytarsa...

Cəmiyyət

31-03-2024, 00:06

Bu gün azərbaycanlıların soyqırımı günüdür

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:54
    Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
  • Dünən, 18:01
    Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:35
    Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib
  • Dünən, 17:03
    Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb
  • Dünən, 16:12
    Yuri Qusev: Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur
  • Dünən, 15:20
    Türkiyə Prezidenti COP31 Liderlər Sammitində iqlim dəyişikliyi ilə bağlı çağırış edib
  • Dünən, 14:14
    Tehran zənginləşdirilmiş uranın ölkədə saxlanılması barədə qərarını Moskvaya çatdırıb
  • Dünən, 13:27
    UEFA Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb
  • Dünən, 13:18
    Əmanətə xəyanət etməyək!
  • Dünən, 13:17
    Deputat vətəndaş qəbulu keçirib
  • Dünən, 12:40
    İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • Dünən, 10:35
    Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb
  • Dünən, 09:47
    "TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
  • 10-11-2026, 22:30
    Əxlaqın Ağırlığı
  • 10-11-2026, 17:18
    Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
  • 10-11-2026, 16:46
    SEPAH: Hörmüz boğazında iki tankerdə partlayış və yanğınlar baş verib
  • 10-11-2026, 15:51
    İzmirdə zavodda baş verən partlayışla bağlı 11 nəfər saxlanılıb
  • 10-11-2026, 14:47
    COP21 – COP30 prezidentləri COP31-ə dəstək olaraq birgə bəyanat qəbul ediblər
  • 10-11-2026, 13:55
    Serbiya səfirinə "Dostluq" ordeni təqdim olunub
  • 10-11-2026, 13:26
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • 10-11-2026, 12:23
    İlham Əliyev Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 11:52
    Bayrağımız daim zirvələrdə dalğalansın!
  • 10-11-2026, 11:01
    Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb
  • 10-11-2026, 10:22
    Qubada avtomobil aşıb, ölən və yaralılar var - Yenilənib
  • 10-11-2026, 09:44
    Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib
  • 9-11-2026, 21:30
    Zəfərin İşığında Ucalan Ömür
  • 9-11-2026, 17:48
    COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur
  • 9-11-2026, 16:47
    Paşinyan və Purməhəmmədi regional kommunikasiyaların açılması məsələsini müzakirə edib
  • 9-11-2026, 16:21
    Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb
  • 9-11-2026, 15:39
    İzmirdə fabrikdə partlayış, ölənlər və yaralananlar var
  • 9-11-2026, 14:58
    Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
  • 9-11-2026, 14:23
    Şəhid Samir Mustafayev - Vətən sevgisindən şəhadət zirvəsinə ucalan ömür
  • 9-11-2026, 12:43
    Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib
  • 9-11-2026, 12:19
    Sabah Bakıda hava yağmursuz olacaq
  • 9-11-2026, 11:43
    DYP sürücülərə xəbərdarlıq edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə