• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Şəhid Samir Mustafayev - Vətən sevgisindən şəhadət zirvəsinə ucalan ömür

Gündəm / Cəmiyyət

Bu gün, 14:23


Bəzən elə insanlar dünyaya gəlirlər ki, onların ömrü yaşadıqları illərin sayı ilə deyil, Vətənə, xalqa və tarixə bəxş etdikləri dəyərlərlə ölçülür. Onlar həyatları ilə örnəyə, qəhrəmanlıqları ilə məktəbə, şəhadətləri ilə isə bir millətin qürur və iftixar mənbəyinə çevrilirlər. Belə igid Azərbaycan oğullarından biri də Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Samir Elşən oğlu Mustafayevdir.

Samir Mustafayev 15 mart 1995-ci ildə Salyan rayonunun Qarabağlı kəndində dünyaya göz açmışdır. Onun doğumu Novruz bayramı ərəfəsinə, təbiətin qış yuxusundan ayıldığı, həyatın yenidən canlandığı günlərə təsadüf etmişdi. Uzun illər oğul həsrəti çəkən Mustafayevlər ailəsi üçün bu sevinc ikiqat bayrama çevrilmişdi. Ata Elşən müəllim və ana Elmira xanım ömürlərinin ən xoş gününü yaşayırdılar. Dünyaya gələn ilk oğul övladının şərəfinə qurbanlar kəsilmiş, ehsan süfrələri açılmışdı. El-obanın insanları sevincə şərik olmaq üçün evlərinə gəlir, ailəni təbrik edir, “Gözünüz aydın olsun!” deyirdilər.

Həmin gün heç kimin ağlına gəlmirdi ki, bu körpə bir gün Azərbaycanın qəhrəmanlıq tarixində özünəməxsus yer tutacaq, Vətən yolunda canını fəda edərək ölməzlik zirvəsinə yüksələcək.

Samir uşaqlıq illərindən davranışı, tərbiyəsi və daxili aləmi ilə yaşıdlarından seçilirdi. Onun gözlərində qəribə bir işıq vardı. Sanki qəlbində yaşatdığı Vətən sevgisi hələ uşaqlıq illərindən çöhrəsinə hopmuşdu. O, Qarabağı heç görmədən sevən nəslin övladı idi. İşğal altında qalan torpaqlar haqqında eşitdikcə ürəyi sızlayır, azad günlərin xəyalını qururdu. Taleyin özü sanki onu gələcək qəhrəmanlıq yoluna hazırlayırdı.

Həm məktəbdə, həm də yaşadığı kənddə böyük hörmət və rəğbət qazanmışdı. Böyüklərə ehtiram göstərir, kiçiklərə qayğı və sevgi ilə yanaşırdı. Valideynləri onun hər bir addımında gələcəyin ləyaqətli Azərbaycan oğlunun formalaşdığını görürdülər.

Samir ailənin yeganə oğul övladı idi. Onun özündən kiçik Simarə və Kəmalə adlı iki bacısı vardı. Bacıları üçün Samir sadəcə qardaş deyil, həm də arxa-dayaq, güvənc yeri idi. O, bacılarını sonsuz məhəbbətlə sevir, daim onların qayğısına qalırdı. Simarə və Kəmalə üçün Samir hər zaman dağ kimi möhkəm bir qardaş olmuşdur.

2001-ci ildə Salyan rayonu Qarabağlı kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olan Samir 2012-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Məktəb illərində onun ən sevimli fənni hərbi hazırlıq olmuşdur. O, hərb sənəti, silahlar, döyüş taktikaları və qəhrəmanlıq tariximizlə daim maraqlanırdı. Şəhidlərimizin həyat yolu onun üçün xüsusi maraq kəsb edir, onların qəhrəmanlığı qəlbində vətənpərvərlik hisslərini daha da gücləndirirdi.

Kiçik yaşlarından Vətən sevgisi Samirin ruhuna hakim olmuşdu. O, Azərbaycanın işğal altında qalan torpaqlarını düşünür, şəhidlərimizin adlarını böyük qürurla çəkir, onların qisasının alınacağı günü səbirsizliklə gözləyirdi. Dostları ilə söhbətlərində tez-tez şəhidlərimizin qanının yerdə qalmayacağını deyir və buna bütün qəlbi ilə inanırdı.

Samir son dərəcə dəqiq, məsuliyyətli və səliqəli insan idi. Hansı işi görürdüsə, onu vicdanla və böyük məsuliyyətlə yerinə yetirirdi. Onun xarakterindəki bu xüsusiyyətlər sonralar hərbçi kimi formalaşmasında mühüm rol oynadı.

Samirin həyatında xüsusi yeri olan insanlardan biri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov idi. O, Mübariz İbrahimovun qəhrəmanlığını özünə örnək sayır, onun haqqında danışmaqdan qürur duyurdu. Hətta böyük məhəbbətlə öz əlləri ilə Mübariz İbrahimovun portretini çəkmişdi. Bu rəsmi hər kəsdən gizlətsə də, bir gün bacısı təsadüfən onu görmüş və qardaşının qəhrəmanlara olan sevgisinin nə qədər dərin olduğunu hiss etmişdi.

Hər qəhrəmanın öz qəhrəmanı olur. Samirin qəhrəmanı da Mübariz İbrahimov idi. Çəkdiyi portret sadəcə bir rəsm əsəri deyildi. Bu, onun qəlbində yaşatdığı idealın, gələcək həyat yolunun görünməz xəritəsi idi. Taleyin hökmü ilə illər sonra Samir də həmin qəhrəmanlar karvanına qoşulacaqdı.

2013-2014-cü illərdə Samir həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdə olarkən onun hərb sənətinə olan marağı daha da artmışdı. Vətənə sonsuz sevgisi onu ailəsindən xəbərsiz şəkildə xüsusi təyinatlı qüvvələrə qoşulmağa sövq etmişdi. Lakin ailənin yeganə oğul övladı olduğu üçün anasının xahişi və təkidi ilə bu qərarından geri çəkilməyə məcbur olmuşdu.
Ancaq bu, onun qəlbindəki Vətən sevgisini əsla zəiflətmədi.

2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, onların keçdiyi döyüş yolunu diqqətlə izləyirdi. 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olması xəbəri isə onu dərindən sarsıtdı. O, yaxınlarına bu qəhrəman oğulların qanının yerdə qalmayacağını deyirdi.

Nəhayət, 2020-ci ildə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başladığı zaman Samir tərəddüd etmədən öz qərarını verdi. Heç kimə xəbər vermədən könüllü şəkildə hərbi komissarlığa müraciət etdi və Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə yollandı.

2020-ci ilin payızı minlərlə Azərbaycan oğlunu Vətən yoluna səslədi. O çağırış hər kəsin qulağına gəlsə də, yalnız seçilmiş insanların qəlbində əbədi səda verdi. Samir də həmin müqəddəs səsi eşidənlərdən idi. O, evdən ayrılarkən sadəcə döyüşə yollanmırdı. Ömrünün ən böyük və ən şərəfli yoluna çıxırdı.

28 sentyabr 2020-ci ildə döyüşlərə qatılan Samir Mustafayev Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən ağır döyüşlərdə iştirak etmişdir. O, hər qarış torpaq uğrunda qorxmadan savaşmış, Vətən qarşısındakı müqəddəs borcunu şərəflə yerinə yetirmişdir.Samirin ən böyük arzusu Qarabağın azadlığını görmək idi.

O, həmin arzunun həyata keçməsinə öz qanı və canı ilə imza atdı.
2020-ci il noyabrın 7-də Şuşa uğrunda gedən ağır döyüşlərdə Samir Mustafayev qəhrəmancasına şəhid oldu.

Şuşa uğrunda döyüşlərdə onun ürəyi son dəfə Vətən adı ilə döyündü. Bəzən bir insanın son nəfəsi bütöv xalqın gələcəyinə çevrilir. Samirin şəhadəti də belə oldu. O, ömrünü başa vurdu, lakin Azərbaycanın Zəfər salnaməsində əbədi yaşayan qəhrəmanlardan birinə çevrildi.
Beləliklə, doğulduğu gündən qəlbində yaşatdığı Vətən sevgisi onu şəhadət zirvəsinə yüksəltdi. Samir Mustafayev Vətən uğrunda canından keçərək Azərbaycanın ölməz qəhrəmanları sırasında öz yerini aldı.

Şəhid Samir Mustafayev doğulub boya-başa çatdığı Salyan rayonunun Qarabağlı kəndində, Şəhidlər xiyabanında böyük izdihamla torpağa tapşırılmışdır.

Dövlətimiz onun qəhrəmanlığını yüksək qiymətləndirərək ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalları və “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə təltif etmişdir.

Şəhidimizin əziz xatirəsini yaşatmaq məqsədilə ailəsi tərəfindən onun təhsil aldığı Qarabağlı kənd 2 saylı tam orta məktəbin qarşısında abidə kompleksi ucaldılmışdır. Bu abidə yalnız bir şəhidin xatirəsini deyil, həm də Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunu, xalqımızın qəhrəman oğullarına olan sevgisini və ehtiramını özündə yaşadır.

Bu gün onun şəkillərinə baxanlar gülərüz bir gəncin çöhrəsini görürlər. Lakin həmin baxışların dərinliyində yarımçıq qalan arzular, gerçəkləşən ideallar və Vətənə verilmiş müqəddəs söz dayanır. Ev muzeyində qorunan hər bir əşya onun nəfəsini, xatirəsini və Vətənə olan sonsuz sevgisini yaşadır.

Bu gün Samirin adı təkcə ailəsinin və kəndinin deyil, bütün Azərbaycanın qürur mənbəyidir. Hər il anım günündə ölkənin müxtəlif bölgələrindən insanlar Qarabağlı kəndinə gəlir, onun məzarını ziyarət edir, ev muzeyində əziz xatirəsini ehtiramla yad edirlər. Çünki qəhrəmanlar unudulmurlar, onlar xalqın yaddaşında və qəlbində əbədi yaşayırlar.

Şəhid Samir Mustafayevin xatirəsi bu gün də gələcək nəsillərə örnək olaraq yaşadılır. Aşıq Pənah adına 1 saylı humanitar fənlər təmayüllü liseyin Şəhid Samir Mustafayevin adını daşıyan 11 “D” sinfi onun adını qürurla daşıyır. Sinif rəhbəri Flora Məmmədovanın, təlim-tərbiyə işləri üzrə direktor müavini Mirzeynab Miriyevanın və müəllim Məftun Yolçuyevin rəhbərliyi ilə 11 “D” sinfinin şagirdləri şəhidimizin ev muzeyini ziyarət etmiş, ailə üzvləri ilə görüşərək onun keçdiyi şərəfli ömür yolu, vətən sevgisi, döyüş fəaliyyəti və qəhrəmanlıq salnaməsi ilə yaxından tanış olmuşlar.

Bu görüş şagirdlərin qəlbində Vətən sevgisini, şəhidlərimizə ehtiramı və milli-mənəvi dəyərlərimizə bağlılığı daha da gücləndirmişdir.

Flora müəllimə vətənpərvər ruhlu pedaqoqlardandır. O, şagirdlərinə Vətəni sevməyi, şəhidlərimizin əziz xatirəsini yaşatmağı, qazilərimizə hörmət etməyi və şəhid ailələrinə qayğı göstərməyi aşılayır. Çünki bugünkü gənclər sabahkı Azərbaycanın mənəvi varisləridir.

Şəhidlik zirvəsi hər kəsə nəsib olmayan ilahi məqamdır. Bu zirvəyə yalnız Vətən sevgisini öz canından üstün tutan insanlar yüksələ bilirlər. Samir Mustafayev də məhz belə insanlardan idi. O, ömrünü sadəcə yaşamaq üçün deyil, mənalandırmaq üçün gəlmişdi. Buna görə də ölüm onu susdura bilmədi. Bu gün onun adı yaşayır, əqidəsi yaşayır, amalı yaşayır.

Bəzi insanlar uzun ömür yaşayırlar, lakin zaman onları unudur. Bəzi insanlar isə qısa ömür sürsələr də, əbədiyyət qazanırlar. Samir Mustafayev də məhz belə insanlardan biri idi.

O, Novruz nəfəsi ilə gələn bir bahar günündə ailəsinə sevinc bəxş edərək dünyaya gəldi, Şuşa uğrunda döyüşərək isə bir millətin qüruruna çevrildi. Ata ocağının tək oğlu kimi böyüdü, amma şəhadəti ilə bütöv Azərbaycanın oğlu oldu. Onun ömrü cəmi iyirmi beş il sürdü. Lakin bu qısa ömürdə əsrlərə sığacaq qədər qəhrəmanlıq, mərdlik və Vətən sevgisi yaşadı.

Bu gün azad Qarabağın dağlarında əsən küləklər, Şuşanın vüqarlı qayaları, qürurla dalğalanan üçrəngli bayrağımız bizə Samir və onun kimi minlərlə qəhrəman oğullarımızı xatırladır. Onların qanı torpağa sadəcə axmadı, Azərbaycanın Zəfər salnaməsinə çevrildi.

Samir Mustafayev torpağa tapşırılsa da, yaddaşlardan silinmədi. Çünki şəhidlər ölmürlər. Onlar anaların dualarında, ataların qürurunda, bacıların nisgilində, gənclərin arzularında və xalqın vicdanında yaşayırlar.

Hər il bahar gələndə sanki təbiət Samirin doğum gününü xatırlayır. Novruz tonqallarının alovunda onun uşaqlıq illərinin işığı görünür, Qarabağ dağlarına düşən səhər şəfəqlərində isə şəhid ruhunun nəfəsi duyulur. O, baharla birlikdə dünyaya gəlmişdi, illər sonra isə Azərbaycan torpaqlarına Zəfər baharı gətirən qəhrəmanlardan birinə çevrildi.

Bu sətirləri qələmə alarkən Şəhid Samir Mustafayevin qəhrəmanlıq salnaməsini bir daha vərəqlədim, onun keçdiyi şərəfli ömür yoluna yenidən nəzər saldım. Hər fakt, hər xatirə və hər qəhrəmanlıq nümunəsi qəlbimdə sonsuz qürur hissi oyatdı. Elə buna görə də Samir kimi Vətən oğlunun həyat yolunu qələmə almağı özümə mənəvi borc bildim.

Bu hissləri daha dərindən yaşamağımın bir səbəbi də var. Çünki Samirin doğulub boya-başa çatdığı Salyan rayonu mənim də doğma yurdum, qürur mənbəyimdir. Mən də bu müqəddəs torpaqda dünyaya göz açmış bir insan kimi Salyanın yetişdirdiyi belə igid oğullarla fəxr edirəm. Bu torpağın yetirdiyi qəhrəmanlar təkcə ailələrinin deyil, bütöv Azərbaycanın qürurudur.

Samir Mustafayev kimi qəhrəmanlar yalnız bir ailənin övladı, bir kəndin sakini deyillər. Onlar millətin mənəvi sərvətinə çevrilirlər. Belə qəhrəmanları tanımaq qürurdursa, onların adlarını yaşatmaq və gələcək nəsillərə çatdırmaq müqəddəs vətəndaşlıq borcudur. Mən də bu yazıda təkcə bir şəhidin həyat hekayəsini deyil, Vətən sevgisinin, fədakarlığın və əbədiyyətə qovuşan qəhrəmanlığın dastanını qələmə almağa çalışdım.

İnanıram ki, nə qədər Azərbaycan var, nə qədər üçrəngli bayrağımız azad səmalarda dalğalanır, nə qədər Qarabağda Zəfər nəğməsi səslənir, Samir Mustafayev kimi qəhrəmanların adları da yaşayacaq. Çünki qəhrəmanlar unudulmurlar. Onlar zaman keçdikcə daha da ucalır, daha da müqəddəsləşirlər.

Salyanın igid oğlu Samir Mustafayev də həmin ölməzlik zirvəsinə yüksələn qəhrəmanlarımızdandır. Bu gün onun adı ehtiramla çəkilir, xatirəsi sevgi ilə anılır, qəhrəmanlığı isə gənc nəsillərə örnək göstərilir. Sabah da belə olacaq, yüz illər sonra da...Çünki Vətən uğrunda canından keçənlər zamana məğlub olmurlar.

Onlar tarixə çevrilirlər...
Ruhun şad olsun, qəhrəman Azərbaycan oğlu!
Ruhun şad olsun, Salyanın qeyrətli övladı!
Ruhun şad olsun, Şuşaya gedən və Şuşada əbədiyyət qazanan igid şəhid Samir Mustafayev!
Sən torpağa deyil, millətin qəlbinə köçdün. Adın tarixdə, xatirən yaddaşlarda, ruhun isə azad Qarabağın səmasında əbədi yaşayacaq!

Mövsümağa Ədalətoğlu

44GUNSAVASH.az saytının Baş redaktoru

Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Yazıçı-publisist


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

7-11-2025, 16:33

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

25-05-2024, 19:06

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 15:39
    İzmirdə fabrikdə partlayış, ölənlər və yaralananlar var
  • Bu gün, 14:58
    Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
  • Bu gün, 14:23
    Şəhid Samir Mustafayev - Vətən sevgisindən şəhadət zirvəsinə ucalan ömür
  • Bu gün, 12:43
    Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib
  • Bu gün, 12:19
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Bu gün, 11:43
    DYP sürücülərə xəbərdarlıq edib
  • Bu gün, 10:34
    Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
  • Bu gün, 10:15
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:39
    Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
  • Bu gün, 09:16
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Dünən, 15:00
    Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 14:30
    Xankəndidə Zəfər Muzeyi olacaq
  • Dünən, 14:00
    Rusiya Ukraynada elektrik yarımstansiyasını tamamilə məhv edib
  • Dünən, 13:08
    “Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb VİDEO
  • Dünən, 13:00
    Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL
  • Dünən, 12:30
    Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib
  • Dünən, 12:26
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib
  • Dünən, 11:10
    Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
  • Dünən, 10:55
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • Dünən, 10:30
    8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
  • Dünən, 10:00
    Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 00:36
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • 7-11-2026, 16:30
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • 7-11-2026, 15:55
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • 7-11-2026, 15:15
    "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından
  • 7-11-2026, 15:13
    44GUNSAVASH.az Saytının Kollektivi Adından
  • 7-11-2026, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • 7-11-2026, 14:43
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 14:27
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • 7-11-2026, 12:44
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • 7-11-2026, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • 7-11-2026, 12:11
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • 7-11-2026, 11:38
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • 7-11-2026, 10:33
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə