• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

ABŞ-nin yenidən işə düşən rüsum siyasəti – güclər arasında növbəti gərginliyin anonsu

Gündəm / Dünya

Bu gün, 17:16

ABŞ-nin yenidən işə düşən rüsum siyasəti – güclər arasında növbəti gərginliyin anonsu

Ötən gün ABŞ-nin yeni gömrük rüsumunun tətbiqi haqqında qərarı açıqlanıb. Qərara əsasən, reni rüsumlar idxalat üzrə Çin, Avropa İttifaqı, Sinqapur, İsveçrə, Yaponiya, Cənubi Koreya, İndoneziya, Malayziya, Kamboca, Tailand, Vyetnam, Hindistan, Banqladeş, Tayvan da daxil olmaqla ABŞ-nin böyük ticarət tərəfdaşlarına tətbiq ediləcək.

Bu qərarın elan edilməsinə səbəb olaraq Prezident Donald Trampın ötən il elan etdiyi "Azadlıq günü" rüsumunun 2026-cı ilin martında Ali Məhkəmə tərəfindən qanunsuz sayılması göstərilir. Məhkəmə bu qərarı elan etdikdən sonra Ağ Ev araşdırma aparıb və məhkəmə qərarını əsassız sayıb. Nəticədə Çinə tətbiq edilən rüsum 40 faiz artırılıb. Bu, ən yüksək rüsum dərəcəsi sayılır. Vyetnam bu göstəriciyə görə 35 faizlə ikinci yerdədir. ABŞ-nin digər 12 ticarət tərəfdaşına tətbiq edilən rüsumlar isə 20-25 faiz artırılıb.

Yeni gömrük rüsumlarının 2027-ci ilin yanvarından tez olmayaraq tətbiq edilməsi gözlənilir.

ABŞ-nin Ticarət Nümayəndəsi İdarəsinin rəhbəri Ceymison Qrir yeni rüsumları şərh edərkən bildirib ki, bu, amerikalı işçilər üçün bərabər şərait yaradacaq, dünya iqtisadiyyatında yeni, daha davamlı kurs müəyyən edəcək.

Belə mülahizə etmək olar ki, ABŞ bu yolla ölkədə əməkhaqqının artmasını, işsizliyin aradan qaldırılmasını hədəfləyir. Çünki həmin ölkələrin istehsal etdikləri məhsullar Ştatlarda yerli mallarla müqayisədə iş adamlarına ucuz başa gəlir. Ona görə də bir sıra müəssisələr bağlanır ki, bu da işsizlərin sayının artmasına, yerli məhsul istehsalının azalmasına səbəb olur. Bu vəziyyət ABŞ-də yeni texnologiyaların inkişafına da mənfi təsir göstərir. Ştatlarda hesab edirlər ki, bu şərait tərəfdaşların ticarət balansını öz xeyirlərinə dəyişməsinə imkan yaradır.

İqtisadçıların qənaətincə, Donald Trampın yeni rüsum siyasəti ölkədə inflyasiyanın yüksəlməsinə, qiymətlərin atrtmasına, habelə qlobal miqyasda ticarət dövriyyəsinin ləngiməsinə səbəb olar.

Ötən ilin aprelində də Donald Tramp Çin və Avropa İttifaqı başda olmaqla bir sıra ölkələrə gömrük rüsumunu artırmışdı. Onda qarşı tərəflər uyğun addım atmışdılar. Bundan sonra ABŞ tətbiq etdiyi yeni rüsumu azaltmışdı.

Onu da qeyd etmək lazımdır ki, yeni tariflər Donald Tramp ötən həftə ÇXR sədri Si Cinpinlə görüşündən sonra tətbiq olunur. Rəsmi Pekin atacağı addımla bağlı açıqlama verməyib. Bununla belə, mütəxəssislərin qənaətincə, Çin 20 faizi aşmamaq şərtilə barışmağa hazır görünür.

Vyetnamın baş nazirinin müavini Buy Thanh Son isə yeni rüsumların iki ölkə arasındakı ikitərəfli iqtisadi-ticarət əməkdaşlığın reallığına uyğun gəlmədiyini bildirib. Yaponiya hökuməti ABŞ-nin bu addımını təəssüfedici adlandırıb. Sinqapur da Ağ Evin qərarı ilə razılaşmadığını bildirərək, rüsumların azaldılması yollarını araşdırmaq üçün ABŞ Ticarət Nümayəndəsi ilə danışıqlar aparır. Rəsmi Seul isə Cənubi Koreyaya təklif olunan 15 faizlik rüsumun "olduqca layiqli nəticə" verəcəyini qeyd edib: "Bu, Vaşinqtonla əvvəllər razılaşdırılmış limitə uyğun gələcək".

Yeni rüsum yalnız sosial-iqtisadi deyil, həm də siyasi məsələdir. Onun ABŞ və Çin kimi dünyanın iqtisadi, hərbi cəhətdən iki ən böyük nəhəngi arasında gərginliyin artmasına səbəb ola biləcəyini ehtimal etmək olar.

Belə qənaətə gəlmək olar ki, bu qərar yalnız Ştatlarda iqtisadiyyatın inkişafına, daxili istehsalın qorunmasına və yuxarıda qeyd etdiyimiz başqa faydalı cəhətlərə xidmət etmir. Yeni rüsum siyasəti Ağ Evin qarşı tərəfə həm də siyasi təzyiq alətidir.

Yeri gəlmişkən, Ştatlar yarandığı tarixdən gömrük tariflərindən iqtisadi və siyasi təzyiq vasitəsi kimi praktik olaraq istifadə edib. İlk dəfə 1789-cu ildə Corc Vaşinqton tərəfindən təsdiqlənən rüsum Amerika sənayesini Böyük Britaniya başda olmaqla Avropa ölkələrinin rəqabətindən qorumaq məqsədilə tətbiq olunub.

Yarımkeçiricilərlə bağlı müqaviləyə əməl etmədiyinə görə 1987-ci ildə Ronald Reyqan administrasiyası Yaponiya istehsalı olan elektronika, kompüterlər, elektrik alətlərinə 100% tarif tətbiq etmişdi. Bundan sonra rəsmi Tokio avtomobil ixracı da daxil olmaqla güzəştlər etməyə məcbur olmuşdu.

Çinlə ən böyük qarşıduma 2018-ci ildən davam edir. Onda ABŞ yüz milyardlarla dollar dəyərində Çin mallarına kütləvi tariflər tətbiq edərək Pekindən əqli mülkiyyətin qorunması və sənaye subsidiyaları siyasətini dəyişdirməsini tələb etmişdi. Keçmiş Prezident Cozef Bayden administrasiyası da elektrikli nəqliyyat vasitələri, batareyalar və günəş panellərinə dair rüsumları artırdı.

Deməli, məsələ yalnız iqtisadiyyatın inkişafı və daxili bazarın qorunmasında deyil. ABŞ-nin, Donald Trampın Yaxın Şərq siyasətinə ən böyük maneə, regionda təhlükəsizliyini və maraqlarını təmin etməkdə ən böyük əngəl ÇXR sayılır.

Məlumatlara əsasən, Pekində Tramp, Putin və Cinpin arasında keçirilmiş işgüzar sammitdə yekun sənəd qəbul edilməmiş, habelə Yaxın Şərqdəki vəziyyətin müzakirəsinə dair ictimaiyyət məlumatlandırılmamışdı. Həmin görüşdə əsasən nüvə silahının tətbiq edilmədiyinə dair razılaşma əldə olunduğu bildirilirdi. Donald Tramp açqılamasında İranla bağlı məsələlərdə Çindən xahiş etmədiyini də vurğulamışdı. Odur ki, yeni tarif siyasətini Ağ Evin Pekinə törətdiyi maneələrlə bağlı ismarışı da saymaq olar. Çünki ÇXR ABŞ-nin bütün istiqamətlərdə rəqibidir. Tərəflər bir-birini zəiflətməyə səy göstərirlər.

Avropa İttifaqına təzyiqlərin isə Ukraynaya görə siyasi təzyiq aləti olaraq tətbiq edildiyini ehtimal etmək olar. RF-nin bu siyahıda olmamasını mal idxalı ilə əsaslandırmaq olar. 2026-cı ildə ABŞ-nin RF-yə ixracı 450,7 milyon dollar, idxalı isə 2,41 milyard dollar səviyyəsində qeydə alınıb. Ştatlar Rusiyadan əsasən, azot və kalium gübrələrini, platin və başqa qiymətli metallar, radioaktiv qeyri-üzvi kimyəvi maddələr və bəzi xüsusi materiallar idxal, o, qarşı tərəfə dərman preparatları və peyvəndlər, tibbi və elmi-nəzarət cihazları, eləcə də məhdud həcmdə ərzaq məhsulları ixrac edir.

Digər tərəfdən isə son zamanlar Donald Tramp Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq üçün cəhdlər göstərir. Ona görə də ehtimal etmək olar ki, yüksək rüsum tətbiqi, hazırda aparılan danışıqlar prosesinə və nəticəyə nail olmağa problem yaradar.

Beləliklə, ABŞ Prezidentinin yeni tarif siyasətinin corğrafiyasından göründüyü kimi, hədəfdə daha çox Asiya ölkələridir. Onu da ehtimal etmək olar ki, yeni tarif tətbiq olunan ölkələrdən Hindistan, Kamboca və Tailand Rusiya ilə hərbi sahədə əməkdaşlıq etdikləri üçün bu siyahıya düşüblər.

Tariflər tətbiq ediləcək ölkələr ehtimal olunan istiqamətlərdə geri addımlar atarlarsa, yeni rüsum siyasətini uğurlu saymaq olar. Bu tətbiqat yeni ildə güclər arasında münasibətlərin gərgin olacağının anonsu da sayıla bilər.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

12-02-2025, 10:25

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 17:16
    ABŞ-nin yenidən işə düşən rüsum siyasəti – güclər arasında növbəti gərginliyin anonsu
  • Bu gün, 16:46
    Dərsliklərdə səhvlərin səbəblərinə aydınlıq gətirilib
  • Bu gün, 15:19
    UEFA Çempionlar Liqası: "Sabah" – "Barselona" oyunu azarkeş sayına görə ilk üçlükdə qərarlaşıb
  • Bu gün, 14:45
    Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib
  • Bu gün, 12:55
    Bakıda 15, rayonlarda 16 dərəcə isti olacaq
  • Bu gün, 12:20
    XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
  • Bu gün, 11:47
    BŞİH: Səbaildəki tarixi binanın qanunsuz dəyişdirilən giriş qapısı bərpa edilib
  • Bu gün, 10:56
    Bakı-Qazax yolunda qəzada iki nəfər ölüb
  • Bu gün, 10:14
    UEFA Konfrans Liqasında IV turun oyunları keçiriləcək
  • Bu gün, 09:47
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
  • Bu gün, 09:15
    Tramp və Rütte Ukrayna və İranı müzakirə ediblər
  • Dünən, 18:38
    Ərdoğan Xəlifə Həftərlə görüşüb
  • Dünən, 18:13
    Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib
  • Dünən, 17:48
    Zəfərdən sonra Azərbaycanla Türkiyə əlaqələri - yeni dövrə töhfə verən müttəfiqlik
  • Dünən, 17:15
    Lavrov: Rusiya Gürcüstanla münasibətlərin normallaşmasında maraqlıdır
  • Dünən, 16:38
    Kərim Vəliyev Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb
  • Dünən, 15:49
    Ölkədə cari ilin on ayı ərzində məişət zorakılığı ilə bağlı 499 müraciət qeydə alınıb
  • Dünən, 15:21
    İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib
  • Dünən, 12:12
    Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq
  • Dünən, 11:43
    Özbəkistan parlamentinin sədri Azərbaycana səfərə gəlib
  • Dünən, 11:07
    Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
  • Dünən, 10:44
    Bu gün Kəlbəcər Şəhəri Günüdür
  • Dünən, 10:05
    Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • Dünən, 09:38
    Məhkəmə “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktorunu həbs edib
  • Dünən, 09:14
    "Sabah" komandası bu gün "Barselona" ilə üz-üzə gələcək
  • Dünən, 08:43
    Bakıda doqquz istiqamətdə tıxac yaranıb
  • 24-11-2026, 19:00
    Nazir: Azərbaycan və Gürcüstan şirkətlərinin iştirakı ilə regiona təsir edən layihələr var
  • 24-11-2026, 18:39
    Valdas Dambrauskas: "Barselona" ilə oyundan zövq almalıyıq"
  • 24-11-2026, 18:18
    Maka Boçorişvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
  • 24-11-2026, 17:37
    Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə olunacaq - Yenilənib
  • 24-11-2026, 17:18
    İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
  • 24-11-2026, 16:52
    Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq
  • 24-11-2026, 16:28
    Azərbaycanda aviasiya hadisələrinin araşdırılması qaydasında dəyişiklik edilib
  • 24-11-2026, 15:32
    Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
  • 24-11-2026, 15:05
    Madyar və Orban Zelenski ilə danışıqlar üçün Ukraynaya səfər edəcəklər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə