
Macarıstanın Baş naziri Peter Madyar noyabrın 24-də Zakarpatyaya (Ukrayna) yola düşəcək və burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.
Bu barədə Madyar "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
O, xarici işlər naziri Anita Orbanla birlikdə regiondakı bir neçə Macarıstan müəssisəsinə baş çəkəcək. Madyar, həmçinin Zakarpatyanın macar icmasının nümayəndələri ilə görüşəcək.
"Bu, Macarıstan Baş nazirinin 2015-ci ildən bəri Ukraynaya ilk səfəridir", - Madyar qeyd edib.