• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

"Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb

Gündəm / Cəmiyyət

9-10-2024, 15:04

"Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb



Oktyabrın 9-da "Global Media Group"un İdarə Heyətinin sədri Elnur Abdullayev və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən müvafiq qurumlar dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcəklər.

Bir müddət öncə Qlobal Sazişə üzv kimi qoşulan "Global Media Group" ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahələrində məsuliyyətli biznes prinsiplərinin təşviqi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) sadiqliyini nümayiş etdirib.

"Global Media Group"un Korporativ Sosial Məsuliyyət strategiyası da dayanıqlı inkişaf dəyərlərinə və məsuliyyətli biznes təcrübələrinə əsaslanır. Bu strategiya çərçivəsində şirkətlər qrupu bir sıra təşəbbüsləri reallaşdırmağa davam edir. Enerji səmərəliliyinin artırılması, proseslərin avtomatlaşdırılması, tullantıların azaldılması və onların emalı üçün aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, sənədlərin rəqəmsallaşdırılması nəticəsində kağız sənədlərin istifadəsinin minimuma endirilməsi, ədalətli iş mühitinin təmin edilməsi, sosial mühitə töhfələr verilməsi, işçiləri təkmilləşdirməklə sıx əməkdaşlığa təşviq edilməsi və s. istiqamətlərdə öz töhfələrini verməyə davam edir.

"Dayanıqlılıq bugünkü qlobal iş dünyasında əvəzolunmaz prioritetə ​​çevrilib. "Global Media Group" olaraq biz də missiyamızı davamlılıq prinsipləri üzərində qurmağı öz öhdəliyimizə götürmüşük. "Global Media Group"un tərkibinə daxil olan "Global Management", "Report" İnformasiya Agentliyi, Baku TV və Oxu.Az şirkətlərinin hər biri keyfiyyətin idarə edilməsindən ətraf mühitin mühafizəsinə, əməyin mühafizəsindən təhlükəsizliyinə qədər ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq sertifikatlarına sahibdir.

BMT-nin Qlobal Sazişində iştirakımız bizə ekoloji məsuliyyətdə irəliyə doğru hərəkət etməyə, bu istiqamətdə əmin addımlar atmağa imkan verir. Biz holdinqin və tərkibində olan şirkətlərin strategiyasına, əməliyyatlarına və mədəniyyətinə dayanıqlılıq prinsiplərini inteqrasiya etdirməyi, prosesləri daha şəffaf şəkildə idarə etməyi hədəfləyirik. Bütün bu addımlar şirkətin davamlılıq sahəsində aktiv və məsuliyyətli rol oynamasına kömək edir və nəticə olaraq, sosial, ekoloji və iqtisadi baxımdan da müsbət təsir yaradır. Belə ki, "Global Media Group" bu memoranduma əsasən Qlobal Sazişə yalnız üzv olmaqla kifayətlənməyərək, daha böyük layihələrdə birgə əməkdaşlıq etməyi planlaşdırır“, - "Global Media Group"un İdarə Heyətinin sədri Elnur Abdullayev bildirib.

"Bu gün media maarifləndirməni artırmaq, ictimai rəyi formalaşdırmaq və ekoloji, sosial və iqtisadi məsələlərdə hesabatlılığı təşviq etməklə dayanıqlı inkişafda mühüm rol oynayır və bununla da, daha davamlı gələcəyə doğru kollektiv fəaliyyətə təkan verir. "Global Media Group"un BMT-nin Qlobal Sazişinə sadiqliyi və tərəfdaşlığı təkcə şirkət və onun tərkibindəki qurumların özlərinin dayanıqlı olması üçün deyil, eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən özəl sektorların təmin etməyi hədəflədiyimiz qlobal gələcəyi üçün onları səfərbər etmək adına da mühüm bir dönüş nöqtəsidir” , - BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov bildirib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bu ilin ölkəmiz üçün mühüm il olacağını göstərir. Davamlılıq sahəsində beynəlxalq platformalarda daha böyük töhfələr vermək istəyən "Global Media Group" iş dünyasında davamlılığı təşviq etməyə və “yaşıl” bir dünya üçün bu istiqamətdə səy göstərməyə davam edəcək.

"Global Media Group" haqqında

Azərbaycanın ən böyük media-holdinqlərindən biri olan "Global Media Group" 2017-ci ildən fəaliyyətə başlayıb. "Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn) müraciət edə bilərsiniz.

BMT-in Qlobal Sazişi haqqında

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 15 mindən artıq biznes və 3800 qeyri-biznes tərəfdaşlarını bir araya gətirən korporativ dayanıqlılıq təşəbbüsüdür. Azərbaycandan SOCAR, AzInTelecom, Azerbaijan Airlines, PASHA Technology , Azercell, Neqsol Holding, Pasha Bank və digər qabaqcıl şirkət artıq bu təşəbbüsə qoşulub.

Qlobal Saziş haqqında daha ətraflı məlumat əldə etmək üçün https://unglobalcompact.org saytına keçid edə bilərsiniz.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

8-10-2024, 16:24

Təhsilin İnkişafı Forumu çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb

Gündəm / Siyasət

22-07-2024, 14:48

II Şuşa Qlobal Media Forumu başa çatdı

Siyasət

21-07-2024, 10:08

Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başlayıb

Gündəm / Siyasət

8-06-2024, 14:23

Azərbaycanla Misir arasında yeddi sənəd imzalanıb

Gündəm / Siyasət

7-05-2024, 10:42

Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir

Araşdırma
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 11:30
    Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi işdən çıxarılıb
  • Bu gün, 10:23
    Milli Məclisin yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək
  • Bu gün, 09:57
    MEDİA-nın yaradılmasından 5 il ötür
  • Bu gün, 09:29
    Dünya bazarlarında neftin qiyməti artlr
  • Bu gün, 08:35
    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • Bu gün, 08:02
    Şamaxıda zəlzələ olub
  • Bu gün, 07:41
    Tramp İran nümayəndələri ilə görüşə bilər
  • Dünən, 20:58
    Qanla Yazılan Tarix və Vətən Sevgisi ilə Böyüyən Nəsil
  • 10-01-2026, 15:33
    İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək
  • 10-01-2026, 14:48
    FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 10-01-2026, 13:38
    İran şahının oğlu etirazçılara səsləndi: şəhər mərkəzlərini tutun!
  • 10-01-2026, 12:42
    Yol polisindən sürücülərə çağırış
  • 10-01-2026, 12:14
    Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
  • 10-01-2026, 11:38
    Arzu Əliyeva və Alena Əliyeva Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər
  • 10-01-2026, 11:16
    Azərbaycan nefti bahalaşdı
  • 10-01-2026, 10:08
    Xocalı Soyqırımı Memorial Kompleksinin inşası başa çatır
  • 10-01-2026, 09:44
    İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
  • 9-01-2026, 20:34
    Qorxaraq Sevmək, Sevərkən Qorxmaq
  • 9-01-2026, 17:54
    ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir
  • 9-01-2026, 17:33
    "Qalatasaray" - "Fənərbağça" oyununun başlama saatı dəyişdirilib
  • 9-01-2026, 17:05
    BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır
  • 9-01-2026, 16:44
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 9-01-2026, 16:14
    Anar İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib
  • 9-01-2026, 15:52
    Son iki gündə Türkiyədə fırtına səbəbindən beş nəfər ölüb
  • 9-01-2026, 15:08
    Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar
  • 9-01-2026, 14:34
    Sumqayıtda 700 abonentin qazı kəsiləcək
  • 9-01-2026, 12:11
    "Üzeyir Hacıbəyli Mükafatı"nı 19 müəllim qazanıb
  • 9-01-2026, 11:37
    "Qarabağ" azarkeşləri üçün "Enfild"də ayrılan yerlərin sayı bəlli olub
  • 9-01-2026, 10:55
    Rusiya Kiyevə hücum edib, 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb
  • 9-01-2026, 10:20
    Üçüncü oxunuşda qəbulu yaz sessiyasına qalan QANUN LAYİHƏLƏRİ
  • 9-01-2026, 09:51
    BİZİM TƏQVİM:Yanvarın 9-da baş vermiş tarixi hadisələr
  • 8-01-2026, 18:03
    Fərid Qayıbov: "Güləş Azərbaycan üçün vacib idman növüdür"
  • 8-01-2026, 17:12
    Rayonlarda yağıntı intensivləşəcək, yollar buz bağlayacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 8-01-2026, 16:24
    Azərbaycanda ötən il 2 tona yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb
  • 8-01-2026, 15:53
    Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə