• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Vətənə qələbə əzmini gətirən Əlibala Əsədov

Cəmiyyət

5-04-2026, 18:30


Şəhidlərimizin, qazilərimizin böyük qəhrəmanlığı, şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancı oldu. Qarabağ savaşının əfsanəvi döyüşçülərinin həyat yoluna və döyüş anlarına nəzər salmaq, qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür. Belə müqəddəs missiyanı yerinə yetirmək ilahi həqiqətə inamdan, milli dəyərlərimizə sadiqlikdən irəli gəlir.

Vətənə qələbə əzmini gətirən Əlibala Əsədovun həyat yoluna nəzər salaq.

Hərbi xidmətini başa vurub evə gəlməyinə sayılı günlər qalmışdı. Həmin vaxtda torpaqlarımızı işğaldan azad etmək məqsədilə antiterror əməliyyatı keçirildi.

Şəhidimizin atası Əli kişi söhbətə bu cümlələrlə başlayır. O, övladı ilə bağlı xatırələrinə nəzər salır:

—Əlibala uşaqlıqdan fəal olub. Orta məktəbi yaxşı oxuyub. Amma 9-cu sinifdən sonra ailəmizə kömək etmək məqsədilə işləməyə başladı. Usta kimi çalışdı. Zəhmətə bağlı olan Əlibala idmanı çox sevirdi, mütəmadi olaraq üzərində çalışırdı. Əlibalanın digər bir xüsusiyyəti var idi ki, o, ibadət əhli olaraq avazla quran oxumağı bacarırdı. O, çox istedadlı uşaq idi. Sonradan elə gətirdi ki, Əlibala hərbi xidmətə yollandı. Orada hamının etimadını qazanmışdı. Mən onun hərbçi yoldaşları ilə söhbət etmişəm. Onların hər biri, hətta komandirləri Əlbalanın yüksək döyüş bacarığından danışırlar”.

Şəhidimizin anası Cahan xanım söhbətə qoşulur: “Əlibalanın uşaqlıq, yeniyetməlik dövrü haqqında yalnız yaxşı fikirlərim, xatirələrim var. O, hər kəsə, böyüyə də, kiçiyə də hörmətlə yanaşırdı. Əlibala evin tək oğlu idi. O, 2010-cu ildə 185 nömrəli məktəbə gedib. 2019-cu cu ildə həmin məktəbin məzunu olub. Onun Vətəninə, ailəsinə, dininə xüsusi sevgisi vardı. O, həmişə deyirdi: “Mən şəhid olacağam”. Döyüşlərə qatılmaq, torpaqları azad etmək və şəhid olmaq onun arzusu idi. Elə oldu ki, o, 2 aprel 2022 ci ildə həqiqi hərbi xidmətə getdi. Orada xüsusi təyinatlı qüvvələrə yazılıb və döyüş hazırlıqlarını layiqincə yerinə yetirərək əsas heyətə qatılıb. Komandiri və əsgər yoldaşlarının sevimlisi olub. Müxtəlif vaxtlarda döyüşlərdə iştirak edib. Nəhayət, mənim övladım 2023-cü ilin 19-20 sentyabr tarixində baş verən antiterror əməliyyatı zamanı qəhrəmancasına döyüşüb. Elə həmin döyüşlərdə Əlibala şəhid olub. Bakı şəhəri Xəzər rayonunun Qala qəsəbəsində böyük izdihamla dəfn olundu”.

Qeyd edək ki, Əsədov Əlibala Əli oğlu 2004-cü il aprel ayının 2-də Xəzər rayonu Qala kəndində anadan olub. O, orta təhsilini 185 saylı tam orta məktəbdə alıb. Əlibala Əsədov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əlibala Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bütün şəhidlərimizin məkanı cənnət olsun. Müqəddəs kitabımız olan “Qurani-Kərim” də şəhidlərin ölmədiyi, diri qaldıqları buyurulur. Şəhidin ilk qan damlası yerə düşməzdən əvvəl bütün günahları bağışlanar, ölüm ona çox rahat gələr, misilsiz bir xoşbəxtlik hissi keçirər: “Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmağın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar”.

Şəhidlərin həyatı və döyüş yolları da möcüzələrlə dolu oldu. Onlar cəmiyyətimizə yeni nəfəs verdilər, ruhumuzu dirçəltdilər. Qələbə əzmini cəmiyyətə yaşatmaq üçün o qəhrəman insanların geniş auditoriyaya tanıdılması bizim vəfa borcumuzdur. Bu missiyanı yerinə yetirmək məsuliyyətli davranışa çevrilməlidir.

Mənbə:
Əkrəm Bəydəmirlinin “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

24-12-2025, 19:14

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:00
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb
  • Dünən, 17:24
    Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
  • Dünən, 15:29
    Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub
  • Dünən, 14:56
    Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
  • Dünən, 14:31
    Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib
  • Dünən, 14:00
    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
  • Dünən, 13:17
    Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
  • Dünən, 12:53
    Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
  • Dünən, 11:58
    Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb
  • Dünən, 11:33
    Hindistan Rusiya diplomatını XİN-ə çağırıb
  • Dünən, 10:18
    İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
  • Dünən, 10:00
    "Axios": Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif edib
  • Dünən, 09:30
    Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq
  • Dünən, 09:00
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə edilir
  • 20-07-2026, 17:20
    Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib
  • 20-07-2026, 12:42
    Sabah 39 dərəcə isti olacaq
  • 20-07-2026, 11:06
    Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
  • 20-07-2026, 10:31
    Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb
  • 20-07-2026, 09:39
    Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
  • 20-07-2026, 09:07
    Tramp: İranın hələ də raket və dron ehtiyatı var
  • 19-07-2026, 16:00
    İAET ABŞ-nin "Darkhovin" AES-ə hücumunu pisləyib
  • 19-07-2026, 15:30
    2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
  • 19-07-2026, 15:00
    Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var
  • 19-07-2026, 14:50
    "Cənnətdəki 4 ağac" tamaşasına baxış oldu
  • 19-07-2026, 12:00
    Rusiyada helikopter qəzaya uğradı - pilot öldü
  • 19-07-2026, 11:00
    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 19-07-2026, 10:30
    Rusiyanın Kiyevə zərbələri nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
  • 19-07-2026, 10:00
    DÇ-2026: Dünya çempionatının qalibi müəyyənləşir
  • 18-07-2026, 16:26
    FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
  • 18-07-2026, 15:42
    İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib
  • 18-07-2026, 13:15
    ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
  • 18-07-2026, 12:54
    Bazar günü Bakıda 33 dərəcə isti olacaq
  • 18-07-2026, 12:16
    Allahşükür Paşazadə: Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik
  • 18-07-2026, 11:48
    Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib
  • 18-07-2026, 10:59
    HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə