• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

İrandan Rusiyaya şok: Qərbin qabağında biz dayandıq...

Gündəm / Dünya

4-09-2024, 18:16


 
Rusiya Prezidenti Vladimir Putin və ölkənin xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi, Ermənistanın bu dəhlizin açılmasına maneələr törətməsi barədə açıqlamaları İran tərəfinin qəzəbinə yol açıb.

Bununla bağlı “Tasnim” xəbər agentliyi geniş məqalə dərc edərək Moskvanı ittiham edib.

Məqalədə Rusiya xarici işlər naziri Sergey Lavrovun “Təəssüf ki, Ermənistanın Zəngəzur bölgəsindən kommunikasiya ilə bağlı Baş nazir Paşinyanın imzaladığı müqaviləyə əngəl törədən İrəvan hökumətidir” fikirləri tənqid olunub.

Məqalədə “Rusiya rəsmilərinə bir neçə əhəmiyyətli tövsiyə” adı altında İranın Zəngəzur dəhlizi və Moskvanın mövqeyi ilə bağlı 7 hissədən ibarət “məsləhət”lər dərc olunub.

Bildirilib ki, İranın yüksək rütbəli rəsmiləri Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə rəsmiləri ilə müxtəlif görüşlərdə Tehranın sərhədlərdə və regionda geosiyasi dəyişikliklər gətirəcək bu dəhlizə açıq şəkildə qarşı olduğunu dəfələrlə bəyan ediblər.

“Məsləhət”lərdə Tehranın rəsmi Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən dərin narahatlıq keçirdiyi hiss olunur:

“Birincisi, Rusiya Xarici İşlər Nazirliyi İranın gözləntilərinə zidd açıqlamalar verdi; İran İslam Respublikası Naxçıvanı Azərbaycanla birləşdirən Zəngəzur da daxil olmaqla istənilən dəhliz növünə qarşıdır. Ona görə də Rusiyanın bu mövqeyi təəccüblüdür!

İkincisi, Moskva hakimiyyəti yaxşı bilir ki, İran İslam Respublikası müstəqil ölkə kimi regionda, xüsusilə də Cənubi Qafqazda baş verən ən xırda hadisələrlə bağlı dəqiq və aydın mövqelərə malikdir.

Tehran hökuməti həmişə ABŞ-a, Qərbə və dünyada hökmranlıq istəyənlərin hamısına qarşı dayanıb. İran İslam İnqilabından sonra baş verən tarixi hadisələr Tehranın qlobal zorakılıqlara qarşı dayanmaq kimi əsas strategiyasını təsdiqləyir.

Üçüncüsü, İran İslam Respublikası öz sərhədində və ölkənin təhlükəsizlik sərhədlərində hər hansı bir dəyişikliyi qəbul etmir.

Dördüncüsü, Cənubi Qafqaz ölkələrinin hər hansı birinin təhlükəsizliyi və geosiyasi mövqeyi heç bir qanunla digərlərindən üstün deyil. Bəs niyə bizim rus dostlarımız Ermənistanla problemlərini həll etmək üçün Zəngəzur dəhlizindən istifadə etməli olduqlarını düşünürlər?

Beşincisi, Rusiya Ukrayna ilə müharibənin qızğın çağında olanda amerikalılar Cənubi Qafqazda NATO dərisinə bürünmüş ilan kimi yol açmaq istəyirdilər. Amma İran İslam Respublikası bütün gücü ilə NATO və ABŞ-ın qarşısında təkbaşına dayandı. Belə ki, Bayden hökuməti İranın Zəngəzur dəhlizinin açılmasına yeganə maneə olduğunu etiraf etdi.

Rusiya onu da diqqətdə saxlamalıdır ki, son iki ildə başı Ukrayna məsələsinə qarışarkən, Zəngəzur dəhlizi məsələsində İran və şəxsən ali rəhbər mənfəətpərəst tərəflərin, xüsusən də qərblilərin israfçılığının qarşında dayanıb, onların təcavüzlərinə imkan vermirdi.

İranın öz mövqeyini açıq-aşkar bəyan etdiyi, mövqeyinin də hamı tərəfindən etiraf olunduğu, dünyada təyinedici bir məsələyə çevrildiyi bir vaxtda Rusiyanın bu açıqlaması təəccüblüdür!

Altıncı məqam ondan ibarətdir ki, iki ölkənin hakimiyyət orqanları strateji əlaqələr qurmağa hazırlaşır. Bu, İran İslam Respublikasının hansısa strateji əlaqələr qurmaq iradəsinə işarədir. Rusiyanın yüksək rütbəli rəsmiləri, xüsusən də bu ölkənin Prezidenti Vladimir Putin də bu məsələdə təkid edib.

Cənab Putinin İran İslam Respublikasının yüksək rütbəli rəsmiləri ilə əldə etdiyi çox mühüm və aydın razılaşmaları, iki ölkənin strateji əlaqələrin möhkəmləndirilməsində hədəflərini nəzərə alsaq, Rusiya Xarici İşlər Nazirliyinin bu mövqeyi təəccüblüdür! Görünür ki, Rusiya Xarici İşlər Nazirliyi üçün “strateji münasibətlər”in praktiki mənası yenidən müəyyən edilməlidir.

Yeddinci görünən odur ki, Rusiya Xarici İşlər Nazirliyi aldanıb və İranın müxalifəti ilə qətiyyən yaradılmayacaq xəyali Zəngəzur dəhlizindən istifadə edib, Ermənistanla problemlərini həll etmək niyyətindədir.

Xatırlatmaq yerinə düşər ki, Zəngəzur dəhlizinin açılması İranın Avropaya açılan qapılarından birinin bağlanması və İran İslam Respublikasının qonşularının sayının 15-dən 14-ə endirilməsi deməkdir.

İran və Rusiyanın axtardığı “strateji əlaqələr” konsepsiyasına görə, bu cür taktiki addımların atılması strateji münasibətlərin əsasları ilə ziddiyyət təşkil edir.

Yekun: Çox güman ki, Zəngəzurda dəhliz deyilən bir şey açmaq istəsələr, qərblilər buna mütləq müqavimət göstərəcəklər. Sonra bu münaqişə İranın şimal-qərbinin çox həssas sərhədlərinin düz yanında yeni alovlanma mərkəzi yaradacaq. Əgər hər hansı bir ölkə öz sərhədlərindən kənarda başqalarının hesabına yeni alovlanma və qarşıdurma cəbhəsi açmaqla öz problemlərini həll edə biləcəyini düşünürsə, o zaman dünyanın heç bir yeri təhlükəsiz olmayacaq, dünyada daimi xaos hökm sürəcək”.

Qeyd edək ki, “Təsnim” xəbər agentliyi İran İslam İnqilabı Keşikçilərinin və ölkə rəhbəri Əli Xameneinin fikir və mövqelərini əks etdirən media qurumudur. Bundan əvvəl də Zəngəzur dəhlizinin açılması barəsində gedən müzakirələrlə bağlı Əli Xamenei oxşar fikirlər səsləndirib, ölkənin başqa yüksək rütbəli rəsmiləri isə bunu İranın “qırmızı xətti” adlandırıblar. Ancaq Qərblə düşmən münasibətində olan İran Ermənistanın Amerika və Avropa ilə yaxınlaşmasına, bölgəyə hərbi qüvvə yerləşdirilməsinə daha soyuqqanlı yanaşır, “Ermənistanın kiminlə dostluq edib, etməyəcəyi İrəvanın öz işidir” - deyir.

Görünən odur ki, İran Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmaması, Azərbaycan Respublikasının sülh sazişində əks olunan tələblərinin yerinə yetirilməməsi üçün öz sərhədində Amerika hərbçilərinin belə olmasına razıdır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

3-09-2024, 16:08

İranın Zəngəzur yolu iddiası – Tehran Moskvaya qarşı - ŞƏRH

Siyasət

1-08-2024, 16:00

Meğri dəmir yolu bu şərtlə açılır: Dəhlizə nəzarət edəcək ölkə bilindi – Vacib gəlişmə

Dünya

27-07-2024, 19:30

"Rusiya təslim olmayacaq" - Lavrov

Gündəm / Dünya

26-07-2024, 09:00

Rusiyaya Zəngəzur dəhlizi lazımdırmı? - Qabrielyan

Gündəm / Dünya

25-04-2024, 09:11

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 12:50
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
  • Bu gün, 12:13
    Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik
  • Bu gün, 11:39
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • Bu gün, 10:57
    Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
  • Bu gün, 10:06
    Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
  • Bu gün, 09:46
    Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
  • Bu gün, 09:26
    "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
  • Dünən, 18:30
    Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • Dünən, 18:00
    Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
  • Dünən, 18:00
    Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Dünən, 17:29
    "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
  • Dünən, 16:56
    Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir
  • Dünən, 16:20
    Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
  • Dünən, 15:58
    Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:14
    Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH
  • Dünən, 14:45
    "Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir
  • Dünən, 13:11
    Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
  • Dünən, 12:37
    Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
  • Dünən, 11:22
    Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • Dünən, 11:11
    İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb
  • Dünən, 10:44
    Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Dünən, 10:27
    Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
  • Dünən, 09:53
    Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
  • Dünən, 09:35
    Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
  • Dünən, 09:10
    Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb
  • 14-07-2026, 19:00
    İsrail Livanda iki "pilot zonadan" qoşunlarının çıxarılmasını nəzərdən keçirməyə hazırdır
  • 14-07-2026, 18:30
    Sibiqa: Türkiyə XİN başçısı sabah Ukraynaya səfər edəcək
  • 14-07-2026, 17:50
    Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
  • 14-07-2026, 17:23
    Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
  • 14-07-2026, 17:04
    Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb
  • 14-07-2026, 16:42
    Şuşada ikili standartların ifşası - Azərbaycandan Qərb dairələrinə dürüstlük dərsi - ŞƏRH
  • 14-07-2026, 15:56
    Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoyub
  • 14-07-2026, 15:40
    Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
  • 14-07-2026, 15:04
    AFFA UEFA B məşqçilik kursu üçün müraciətlərin qəbuluna başlayıb
  • 14-07-2026, 14:30
    Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə