• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

İranın Zəngəzur yolu iddiası – Tehran Moskvaya qarşı - ŞƏRH

Gündəm / Siyasət

3-09-2024, 16:08

İranın Zəngəzur yolu iddiası – Tehran Moskvaya qarşı - ŞƏRH


Zəngəzur yolunun açılmasından Ermənistandan çox başqaları rahatsızdır. Bu ölkənin baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında kommunikasiya ilə bağlı məsələdən bəhs etmişdi.Bildirmişdi ki, İrəvan öz suverenliyi altında Azərbaycan qərb rayonları ilə Naxçıvan arasında əlaqənin yaranması üçün kommunikasiyaları açmağa hazırdır. O əlavə etmişdi ki, rusiyalı bəzi rəsmilərin baxışları çox vaxt 2020-ci il noyabrın 10-u tarixli sənədin mətni ilə ziddiyyət təşkil etdiyinə görə regional kommunikasiyalar hələ də açıq deyil.

Nikol Paşinyanın çıxışına münasibət bildirmək növbəsi deyəsən, İrana çatıb.

Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov sentyabrın 2-də axşam saatlarında İran Xarici İşlər Nazirliyinə çağırılıb. O, XİN-in Avrasiya məsələləri üzrə Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu ilə görüşüb. Tərəflər regional sülh və sabitlikdən, Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycanın qərb rayonları ilə Naxçıvan (Zəngəzur dəhlizi) arasında kommunikasiyaların açılmasına rəsmi Moskvanın dəstək verməsinə Mücətba Dəmirçilu belə münasibət bildirib: “İran regionun müəyyən edilmiş sərhədlərində istənilən geosiyasi dəyişikliyə qarşıdır”.

O, Qafqazda davamlı sülhün qarantı və regional əməkdaşlığın əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmət olunmasını da qeyd edib.

Nikol Paşinyan

Bu görüşdə Qafqazda baş verən cari hadisələrə dair fikir mübadiləsi zamanı ölkəmizin regionda sülhün və sabitliyin bərqərar olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına kömək, beynəlxalq səviyyədə tanınmış sərhədlərdə dəyişikliklərə qarşı mübarizə və regionda baş verən geosiyasi dəyişikliklər və bunlara diqqət yetirilməsinin zəruriliyi, regionun bütün ölkələrinin maraqları və haqlı narahatlıqları vurğulanıb.

Diplomatlar Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu 3+3 formatının qarşıdakı görüşünə dair məsələni də müzakirə ediblər. Görüşdə regionda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələləri nəzərdən keçirilib.

Belə nəticəyə gəlmək olar ki, Zəngəzur yolunun açılmasına qarşı çıxan tək İrandır. Tehran rəsmiləri “sərhədlərdə geosiyasi dəşiyişikliyə qarşı” mücərrəd açıqlama ilə əsas fikirlərini gizlətməyə çalışırlar. Bu yolun açılması Ermənistanın ərazi bütövlüyü və suverenliyini hansı halda pozur? Rəsmi Bakı heç bir ölkəyə qarşı ərazi iddiası etmədiyini dəfələrlə bildirib. Bu o deməkdir ki, Zəngəzur yolunun açılması Ermənistanın ərazisinə problem yaratmayacaq. Əksinə, o, bu layihədən faydalanacaq. Çünki İranın Hindistanın iştirakı, Ermənistanla birlikdə həyata keçirmək istədiyi “Cənub-Şimal” nəqliyyat layihəsinin reallaşması indiki şəraitdə mümkünsüzdür. Habelə bu yol Ermənistan üçün elə də faydalı sayılmır. Zəngəzur yolu vasitəsi ilə onlar Mərkəzi Asiya ölkələri, Çin, hətta Hindistanla əlaqə qura bilər, bu zəncirdən iqtisadi-ticarət məqsədi üçün faydalanar. Bu təhlükəsiz, etibarlı yol sayılır.

İran Qərb dövlətlərinin Zəngəzur yolundan istifadə edəcəyindən narahatdır. Onlar iddia edir ki, həmin yolla NATO, ABŞ və Aİ müxtəlif məqsədli yük daşıyacaq. Tehran bunun qarşısını almaqla həm də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasına mane olmağa çalışır. Orta dəhliz indiki şəraitdə Hörmüz boğazı, Qırmızı dəniz və Süveyş kanalından keçən yola alternativ də ola bilər. İran cənubundan keçən bu marşruta təsir etmək imkanına malikdir. Məsələn, Yəməndə husiləri dəstəkləmək, onlara yardım etməklə Qırmızı dənizdən keçən Asiya Avropa ticarət yolunu bağlaya bilir. Bununla da Yaxın Şərqdə güc olduğunu nümayiş etdirir. Habelə həmin marşrutu bloklamaqla ona təzyiq edən güclərə müqavimət göstərir. Zəngəzur yolu isə İranın nəzarəti altında olmayacaq. Yaxud bu marşrut vasitəsi ilə onun güclərə təsir edə bilməyəcək. Ona görə də Ermənistanın ərazi bütövlüyünün müdafiəçisi kimi avantürist rol oynayır. Belə çıxır İran hakimiyyəti Ermənistanın maraqlarını rəsmi İrəvandan daha çox müdafiə edir?!

Zəngəzur yolunun açılması ilə Cənubi Qafqazda pozuculuq fəaliyyəti məşğul olmaq istəyən üçüncü qüvvələr oyundan kənar vəziyyətdə də qala bilər.

“3+3” formatında görüşün keçirilməsi məsələsi də İranın indi yadına düşüb. İndiyədək bu formatda görüş reallaşmayıb. Bu baxımdan təcrübə sübut edir ki, regional məsələlər ikitərəfli münasibətlərlə daha tez həll olunur. Cənubi Qafqazda təhlükəsizlik Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından başlayıb, Zəngəzur yolu ilə davam edə bilər.

Qeyd edək ki, Ermənistan hakimiyyəti əvvəllər bu yolun açılmasını mümkünsüz sayır, üçtərəfli məlum bəyanatın mətnində isə belə məsələnin vurğulanmadığını bildirirdi.

Paşinyan Ermənistanın Azərbaycanla kommunikasiyalarının açılmasında Rusiyanın vasitəçiliyini mümkün saymadığını söyləmişdi: “Siz necə təsəvvür edirsiniz ki, məsələn, regional kommunikasiyaların açılması məsələsində Ermənistanı təxribat törətməkdə günahlandıran bir ölkə vasitəçi kimi çıxış edəcək? Belə bir bəyanatla çıxış edən institut özünü bütün mümkün vasitəçiliklərdən kənarda qoyur. Harada görmüsünüz ki, vasitəçi əsassız ittiham irəli sürsün, sonra da bir yerdə oturub bu mövzunu onunla müzakirə edəsən?”.

Mətbuat konfransında Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından bəhs edərək deyib ki, Azərbaycanla bütün mübahisəli məsələləri vasitəçisiz birbaşa danışıqlar yolu ilə tənzimləməyə hazır olduqlarını deyib.

Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni nəzərdə tutan Ermənistanın Zəngəzur (Sünik) bölgəsində kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etdiyini bildirmişdi.

Üçtərəfli bəyanatın 9-cu maddəsində məsələ belə razılaşdırılıb: “...Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Ancaq Ermənistan qonşu dövlətlərlə sərhədlərini gələcəkdə özü qorumaq istəyir. İrəvan Beynəlxalq hava limanından Rusiya sərhədçilərinin çıxarılması buna nümunə ola bilər. Bu baxımdan perspektivdə İranla sərhəddən də Rusiya Federal Təhlükəsizlik Xidməti yanında sərhəd qoşunlarının çıxarılması mümkündür. Belə olan halda yolla bağlı məsələ də onların nəzarətindən çıxa bilər.

Deməli, Zəngəzur yolunun açılması ilə bağlı problemlərin maneələrin aradan qalxacağına ümidlər artır.

Avqustun 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezident Vladimir Putin arasında telefon danışığında Zəngəzur yolu məsələsi də müzakirə edilib. Tərəflər yolun açılmasına dair fikir mübadiləsi aparıblar. Məlumata görə, Rusiya Bakı və İrəvanın iki tərəf üçün də məqbul olan uyğun həllərin müəyyən edilməsinə bütün mümkün köməkliyi göstərməyə hazır olduğunu təsdiq edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbələri qarşısında çıxışında Paşinyanın rəsmi Bakı ilə birbaşa danışıqlara hazır olmasına münasibət bildirərək deyib ki, əgər Ermənistan hakimiyyəti Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyirsə, o zaman “Allah xatirinə” bunu etsin.

Lavrov həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası məsələsində Rusiya iştirak etmir.

Belə görünür, Rusiya yolun açılmasının məsuliyyətini Ermənistanın üzərinə qoyur və dolayı yolla layihənin reallaşmasına Lavrov cavabındakı “Allah xatirinə” küskün notlarla razılıq verir.

Çinin də Cənubi Qafqazdan açılacaq dəhlizə münasibətini məqbul saymaq olar.

Bunu 2024-cü il iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dən də görmək olar. Həmin sənədin 2.4-cü maddəsində “Tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək, milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün əlverişli şərait yaradacaqlar”.

2.7-ci maddədə isə Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir.

Bunu da Zəngəzur yolunun açılmasına təkan, razılıq kimi də qəbul etmək olar. Qərb bloku da bu layihənin reallaşmasına qarşı çıxmayıb.

Odur ki, Zəngəzur yolunun Asiya ilə Avropa arasında həm də körpü olduğu təsdiqlənir.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

3-09-2024, 10:32

İran, Rusiya və Azərbaycan XİN başçılarının görüşü müzakirə edilib

Dünya

31-08-2024, 18:00

"Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırıq" - Paşinyan

Gündəm / Cəmiyyət

20-08-2024, 20:51

İran səfiri Almaniya XİN-ə çağırıldı - Səbəb

Siyasət

1-08-2024, 16:00

Meğri dəmir yolu bu şərtlə açılır: Dəhlizə nəzarət edəcək ölkə bilindi – Vacib gəlişmə

Siyasət

1-04-2024, 19:52

Türkiyə və Rusiya XİN başçıları regional məsələləri müzakirə ediblər

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 09:59
    Adil Kərimlinin Hacıqabulda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • Bu gün, 09:31
    Cəlilabad və Biləsuvarın bəzi ərazilərində iki saat işıq olmayacaq
  • Dünən, 22:35
    Mərhəmətin İşığında
  • Dünən, 16:14
    Baş katib Azər Allahverənovla görüş keçirilib
  • Dünən, 15:41
    İsrail ordusu Tehrandakı yeraltı ballistik raket sınaq obyektini vurub
  • Dünən, 15:09
    Təxliyə olunan: "Proses yüksək səviyyədə həyata keçirildi"
  • Dünən, 14:37
    Fidanla Əraqçi yenidən Türkiyə hava məkanının pozulmasını müzakirə ediblər
  • Dünən, 14:13
    Sabah ölkə üzrə pensiyalar ödəniləcək
  • Dünən, 13:12
    Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
  • Dünən, 12:54
    Tarix yazan Nurlan və İntiqam Əsgərli qardaşlarının həyat hekayəti
  • Dünən, 12:11
    Dövlət Baxçalı: Türkiyə və ya Azərbaycan hava məkanında yolunu itirmiş raket görmək istəmirik
  • Dünən, 11:37
    SEPAH: ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək
  • Dünən, 10:53
    Azərbaycan neftinin qiyməti 103 dolları keçib
  • Dünən, 09:48
    Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb
  • Dünən, 09:32
    Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir
  • 9-03-2026, 18:31
    Marko Rubio: ABŞ dünyanın ən aparıcı girov götürən İran rejiminə qarşı əməliyyatda iştirak edir
  • 9-03-2026, 17:44
    Azərbaycan Prezidenti İranın yeni Ali Rəhbəri Müctəba Xameneiyə təbrik ünvanlayıb
  • 9-03-2026, 17:31
    Məlikov Vüqar Telman oğlu
  • 9-03-2026, 16:28
    Ceyhun Bayramov somalili həmkarı ilə İrandan Azərbaycana edilmiş dron hücumu ilə bağlı müzakirə aparıb
  • 9-03-2026, 15:03
    Putin Müctəba Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik edib
  • 9-03-2026, 13:27
    Sahibə Qafarova pakistanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib
  • 9-03-2026, 11:48
    Torpağın Son Dərsi
  • 9-03-2026, 11:35
    Sumqayıtda sexdə partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb
  • 9-03-2026, 10:10
    Premyer Liqa: Bu gün "Zirə" "Kəpəz"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcək
  • 8-03-2026, 17:00
    "Axios": ABŞ Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlıları cəlb edə bilər
  • 8-03-2026, 16:00
    ABŞ və İsrail İsfahana zərbə endirib, 11 nəfər həlak olub
  • 8-03-2026, 14:00
    2030-cu ildə Ramazanda 36 gün oruc tutulacaq
  • 8-03-2026, 13:00
    “İranın xəritəsi dəyişə bilər”
  • 8-03-2026, 12:00
    “Müharibəni 6 ay davam etdirə bilərik” - İran
  • 8-03-2026, 11:30
    “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
  • 8-03-2026, 11:24
    Qırğızıstanda mədəndə qaz sızması - Ölənlər var
  • 8-03-2026, 11:00
    Mehriban Əliyevadan 8 Mart paylaşımı - Foto
  • 8-03-2026, 10:30
    Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
  • 7-03-2026, 18:00
    İran BƏƏ-dəki ABŞ bazasına hücum etdi
  • 7-03-2026, 17:30
    Təmizlik maşınının vurduğu 26 yaşlı qız öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə