Rusiya qoşunları Ukraynanın bir neçə logistika və liman infrastruktur obyektinə zərbə endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kiyev regionundakı Eko-Avtotexniks logistika mərkəzinə zərbə endirilib.
Bundan əlavə, Rusiya MN Yujnıy limanında bir yük daşıyan gəminin məhv edildiyini açıqlaylb. Nazirliyin məlumatına görə, Çornomorsk limanında bir yük daşıyan gəmiyə, hərbi texnikanın saxlandığı anbara və yanacaq ötürmə terminalına zərbə endirilib.
Odessa vilayətinin Mirnoe yaşayış məntəqəsindəki Novoodesskaya elektrik yarımstansiyasına da zərbə endirilib.