• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik”

Gündəm / Cəmiyyət

Bu gün, 10:07


Tariximizin şərəfli səhifəsi olan 44 günlük Vətən müharibəsi hər zaman öyrənilməli və geniş ictimaiyyətə çatdırılmalı mərhələdir. Qələbəmizə töhfə verən, tarixi anlara şahidlik edən insanlardan biri Azərbaycan Tibb Universitetinin professoru, AMEA müxbir üzvü, tanınmış cərrah Nuru Bayramovdur. Nuru müəllim həmin dövrü belə xatırlayır.

-27 sentyabr 2020-ci ildə, səhər çağı müharibənin başlanmasını eşitdim. Heç tərəddüd etmədən düşündüm ki, biz həkim olaraq fəaliyyətə keçməliyik və öz proqramımı hazırladım. Həmin vaxt ölkəmizdə pandemiya şəraiti olduğuna görə, təmaslarda məhdudiyyət var idi. Mən həm Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında, həm də DTX-nın hospitalında çalışırdım. Həmin vaxt Tədris Cərrahiyyə klinikası daha çox COVİD xəstələrinin müalicəsi ilə məşğul olurdu. Mövcud vəziyyəti nəzərə alaraq klinikamızda müharibədə ağır yaralanmış hərbçilərimizin müalicəsini təmin etmək əsas məsələyə çevrilmişdi. Mən o zamamkı Tibb UniversitetininTədris Cərrahiyyə klinikasının direktoru Surxay müəllimə bu məqamı bildirdim. O da bu məsələyə çox müsbət yanaşdı. Beləliklə klinika mövcud situasiyaya tam hazırlandı.

Müharibə şəraitini nəzərə alaraq gənc cərrahlarımız üçün müalicə protokolları hazırladıq

Amma bizim qarşımızda duran mühüm məsələlərdən biri o idi ki, cərrahlarımız müharibə şəraitində, ağır yaralanmış hərbiçilərimizin müalicəsi ilə necə məşğul olmalıdır. Çünki hamının bu sahədə təcrübəsi yetərli deyildi. Mən özüm I Qarabağ müharibəsində Tərtərdə hospitalda çalışmışdım. Müəyyən qədər təcrübəm var idi. Ümumiyyətlə, müharibə yaralanan, müxtəlif bədən xəsarəti alan hərbçilərin müalicəsi ilə bağlı dünya təcrübəsi, kitablar yazılıb. Ona görə, mövcud təcrübələrə istinad edərək təcili olaraq, biz gənc cərrahlarımız üçün müalicə protokolları hazırladıq. Pandemiya şəraitini nəzərə alaraq onlayn təlimlər keçdik. Bunun çox müsbət nəticələri oldu. Həkimlərimizin bir qismi cəbhə bölgələrinə yollandılar, qalanları isə paytaxtımızdakı xəstəxanalarda yaralanmış əsgərlərimizin müalicə ilə məşğul olurdular. Mən həm DTX hospitalında, həm Tibb Universiteti Tədris Cərrahiyyə klinikasında, həm də Gömrük Hospitalında çalışırdım. Müalicə alan və yeni gətirilən ağır yaralanmış əsgərimizə hər gün baş çəkidim, müalicənin davamı ilə bağlı lazımı müalicələri həyata keçirdim, məsləhətlər verirdim. Demək olar ki, günün nə zaman keçdiyini hiss etmirdik. Hər bir həkimimiz öz işinə böyük ruh yüksəkliyi ilə yanaşırdı.

Ali Baş Komandanın qələbə xəbərlərini eşitmək bizə güc verirdi

Axşamlar televizorun qarşısında əyləşib Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dilindən qələbə xəbərlərini eşitmək bizim bütün yorğunluğumuzu çıxarırdı. Bütün tibbi heyət, hər bir həkimimiz böyük zövqlə, coşquyla çalışırdı. Təbii ki, döyüşlərdə itkilərimizin olmasına, bəzən gənclərimizin ağır yaralanmasına üzülürdük. Amma qələbəyə inamımız böyük idi. İşğal altında qalmış hər kəndin, şəhərin azad olunması bizi qələbəyə yaxınlaşdırırdı.

Biz xəbərləri mətbuatdan, cəbhədən gələn əsgərlərimizdən də alırdıq. Amma ən böyük qələbə xəbərini, azad olunma müjdəsini Cənab Prezidentdən eşidirdik. 8 noyabrda Şuşanın alınması xəbəri bizim zəfərimizin əsasının qoydu. Nəhayət ki, 10 noyabrda düşmən tərəfi təslimçilik sənədini imzaladı, 44günlük müharibə bizim tarixi zəfərimizlə başa çatdı. Bu hər bir azərbaycanlı, o cümlədən biz həkimlər üçün ifadə olunmayacaq möhtəşəm hadisədir. Çox xoşbəxt insanlarıq ki, qələbəyə həkim olaraq öz töhfəmizi verdik. O zaman mən Cənab Prezidentə onlayn məktub yazaraq Qarabağ Universitetinin yaradılmasının zərurətindən söhbət açmışdım. Həmin universitetdə tibb fakültəsinin və Azərbaycanın tarixi, mədənı dəyərləri, həmçinin aqrar sahə ilə bağlı fakültələrin açılmasını bildirmişdim. Həmin universitetin yaradılmasında, fəaliyyətində biz müəllim olaraq, bütün intellektual potensialımızı ortaya qoymağa hazır idik. Bu gün şad oluruq ki, Xankəndində belə möhtəşəm Qarabağ Universiteti fəaliyyət göstərir. Azərbaycanın təhsil sistemində bu universitetin rolu artmaqdadır.

Bizim nəslin ömür yolu

Bizim nəslin ömür yolu Azərbaycanın çox maraqlı dövrünə təsadüf edir. Deyərdim ki, uşaqlığımız SSRİ-nin nisbətən zəngin dövrünə, 70-ci illərə təsadüf edir. Tələbəçilik illəri, aspiratura dövrü imperiyanın dağılma ərəfəsi idi. Münaqişələr başlamışdı, müəyyən çətinliklər, qıtlıq və s.var idi. Sonra Azərbaycan müstəqilliyini bərpa edir, torpaqlarımızın işğalı dövrü başlayır. Mən I Qarabağ müharibəsində Tərtərdə orta məktəbdə yaradılmış hospitalda həkim kimi çalışdım. Xalqımız münaqişədən çox əziyyət çəkdi, itkilər verdi. Nəhayət ki, Azərbaycan 30 ildən sonra həm torpaqlarını işğaldan azad edir, həm suverenliyini təmin edir, həm regionda qüdrətli dövlətə çevrilir. Biz bütün çətinliklərə baxmayaraq, ölkəmizin suveren, azad dövrünü gördük. Tarixi zəfərimizə şahid olduq, töhfə verdik. Bu da xoşbəxtlikdir. Hər nəslə belə anlar qismət olmur.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 11:57
    Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var
  • Bu gün, 11:26
    Parlamentin növbəti plenar iclası keçirilir, 12 məsələ müzakirə ediləcək
  • Bu gün, 10:55
    Prezident: Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır
  • Bu gün, 10:21
    İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib
  • Bu gün, 10:07
    Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik”
  • Bu gün, 09:21
    Masallı, Ağstafa və Samuxun bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • Bu gün, 08:53
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 18:41
    Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • Dünən, 18:05
    Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
  • Dünən, 17:07
    Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
  • Dünən, 16:13
    Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
  • Dünən, 15:32
    Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
  • Dünən, 15:01
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • Dünən, 14:24
    Bakıda sabah 21 dərəcə isti olacaq
  • Dünən, 13:10
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Dünən, 12:52
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Dünən, 12:18
    Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Dünən, 11:48
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Dünən, 11:44
    Türkiyə - Azərbaycan Arasında Mövcud Əlaqələrə Növbəti Töhfə
  • Dünən, 11:03
    Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
  • Dünən, 10:13
    Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
  • Dünən, 09:24
    Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
  • Dünən, 08:47
    Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 25-10-2026, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • 25-10-2026, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • 25-10-2026, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • 25-10-2026, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • 25-10-2026, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • 25-10-2026, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
  • 25-10-2026, 12:00
    Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
  • 25-10-2026, 11:00
    Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
  • 25-10-2026, 10:30
    İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
  • 25-10-2026, 10:00
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
  • 24-10-2026, 15:58
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • 24-10-2026, 15:49
    Qubadlı – Zəfərin əzəməti, dirçəlişin təntənəsi və doğma yurda Böyük Qayıdışın müqəddəs rəmzi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə