• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan

Gündəm / Siyasət

Bu gün, 17:25

Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan

Azərbaycanda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu tədbir Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunu əhatə edir.

Ötən gün Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. O bildirib ki, Forumda qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonaq var. Prezidentin sözlərinə görə, əslində, bu rəqəmlər göstərir ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu sahədə münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilib.

Dövlət başçısı bu statistikanı vurğulamaqla Forumun qlobal əhəmiyyətini bir daha göstərib. Çünki müasir dünyada dialoq əvəzinə, münaqişələr, mübahisələr artır. Dövlətlər və cəmiyyətlər arasında sanki problemləri danışıb, anlaşmaq istəyi bir-birinə böyük ziyanlar, insan itkisi vurduqdan sonraya qalır. Hadisələr dialoqun anlaşmaq üçün ən güclü alət olduğunu həmişə təsdiqləyir.

Prezidentin çıxışında da dünyanı narahat edən məsələlərin Forumda müzakirə edildiyi vurğulanıb. O bu istiqamətdə mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlərin gündəlikdə birinci yer tutduğunu bildirib.

Dövlət başçısı Azərbaycanın bu sahədə mövqeyindən bəhs edərək deyib: "Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub".

Belə multikulturallığın öhdəsindən cəmiyyətin dözümlülüyü, tolerantlığı gəlir. Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşməklə yanaşı, zəngin yeraltı, yerüstü sərvətlərinə, təbiətinə, mədəniyyətinə görə daim cəlbedici olub. Ona görə zamanında böyük güclərin də maraq dairəsinə düşüb. Bu güclər Azərbaycanı işğal etməklə onu yabanı mədəniyyətdə assimilyasiya etməyə səy göstəriblər.

Dövlət başçısı çıxışında bu məsələdən bəhs edərək deyib: "Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk".

Prezident Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən birinin cəmiyyətdəki ahəngdarlıq olduğunu qeyd edib.

Azərbaycanda dilindən, etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, bütün vətəndaşlar vahid azərbaycançılıq ideyası ətrafında birləşir. Onların hamısı Konstitusiya əsasında bərabərhüquqludur.

Azərbaycan Konstitusiyasının 25-ci maddəsində bu barədə belə vurğulanıb: "Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan hüquq və azadlıqlarını etnik, dini və dil mənsubiyyətinə görə məhdudlaşdırmaq qəti qadağandır".

Bu və bu kimi maddələr və cəmiyyətin belə məsələlərə diqqətli olması Azərbaycanın çoxmədəniyyətli məkan olaraq qalmasının əsaslarındandır.

Prezident çıxışında bu barədə bildirib: "Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik".

Dövlət başçısı vurğulayıb ki, cəmiyyətdə bu kimi prinsiplər əsasında formalaşmış birlik qalibiyyətlə sınaqdan çıxıb: "Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan "Dəmir yumruq" kimi vuruşdular".

Azərbaycan torpaqları işğal altında olduğu illərdə də öz mədəni, multikultural davranışını davam etdirib. Elə Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təsis edildiyi tarix də buna sübutdur. Forum 2011-ci ilin 7–9 aprel tarixində Bakıda YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun tərəfdaşlığı ilə təşkil olunub.

Ərazisi yabanı mədəniyyətlərə məruz qalsa da, Azərbaycan tolerantlığa torpaqları üzərində hüquqlarını sülh yolu ilə bərpa etməyə sadiqliyini nümayiş etdirib.

44 günlük müharibədə Azərbaycan təkcə torpaqlarını deyil, həm də multikultural şəraitini, tolerantlığını, ölkənin çoxmədəniyyətliliyini əcnəbi, yabanı işğalçıdan xilas edib.

Qeyd edək ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında tarixi dini mədəniyyət abidələrini də dağıtmışdı.

Dövlət başçısı bu kimi məsələlərə dair bunları vurğulayıb: "Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır".

Torpaqlarını işğal etməklə yanaşı, xarici qüvvələr Azərbaycan cəmiyyətindəki birliyi, dözümlülüyü parçalamaq, aradan qaldırmaq üçün çoxsaylı qondarma qarşıdurmalar, iğtişaşlar yaratmağa da çalışıblar.

Prezident İlham Əliyev ölkəsinə xaricdən edilən bu təsirlərlə bağlı deyib ki, ikili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir: "Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?"

Azərbaycanın başqa dövlətlərə mədəniyyət və din məsələlərində nümunə olduğu üçün başqalarına yol göstərmək, hətta daxili işlərinə müdaxilə etmək gücünə də malikdir. Ancaq o, heç vaxt bu üstünlüyünü başqasına tətbiq etməyib.

Dövlət başçısı bununla bağlı bildirib: " Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq".

Bu, Azərbaycanın dövlət olaraq tolerant, mədəni, başqasının hüquqlarına hörmətlə yanaşdığının göstəricisidir. Belə davranış Azərbaycan Respublikasının klassik, müasir qaydaları, qanunları nəzərə alan dövlət olduğunu isbatlayır.

Azərbaycanın çoxmədəniyyətliliyin məkanı olması, qəbul edilmiş klassik dini baxışlara, mədəniyyətlərə hörməti, onların inkişafına yardımı qlobal miqyasda onun etibarının, etimadının artmasına təkan verib.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ölkədə fəaliyyət göstərən əsas dini qurumlara - Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına 400 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400 min manat, Avropa yəhudilərinin Bakı dini icması 400 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400 min manat, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası 400 min manat vəsait ayrılıb.

Azərbaycanın ABŞ və Çin kimi ölkələrlə strateji müttəfiqliyi də onun multikultural vəziyyətindən, şəraitindən doğur.

Dövlət başçısı çıxışında bu məsələyə diqqəti çəkərək, deyib: "Beynəlxalq təmaslarımız onu göstərir ki, biz həqiqətən də özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik. Bizim artıq iki super güclə strateji tərəfdaşlıq münasibətlərimiz var. 2025-ci ildə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Çinlə bəyannamə aprel ayında imzalanmışdır, eyni zamanda, 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Beləliklə Azərbaycanın iki super güclə strateji tərəfdaşlıq formatı var. Avropa İttifaqının 10 üzv dövləti ilə bizim strateji tərəfdaşlıq bəyannaməmiz və ya sazişimiz var".

Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir. Çinin təşəbbüsü ilə BMT Baş Assambleyası 2024-cü il iyunun 7-də qəbul etdiyi qətnaməyə əsasən, iyunun 10-u Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü kimi qeyd olunur.

Dövlət başçısının çıxışından da göründüyü kimi, çoxmədəniyyətli cəmiyyət, vətəndaşların bir-birinin dininə, mədəniyyətinə hörmət, ölkədə insanlar, icmalara arasında tolerantlıq, əhalinin dövlətçilik prinsiplərinə sadiqliyi, yüz illərdir sınaqdan çıxmış birlik, Azərbaycan vətənpərvərliyi, ailə dəyərlərinin qorunub saxlanılması, ölkənin milli maraqları nəzərə alınmaqla beynəlxalq öhdəliklərə əməl edilməsi, sülhsevər, qarşılıqlı əməkdaşlığa əsaslanan siyasətin yürüdülməsi, qanunun aliliyi prinsiplərinin qorunması və başqa amillər Azərbaycanın uğurlarının əsasında durur.

Dövlət başçısının nitqində də bu məsələyə önəm verilib: "Bir daha deyirəm ki, əgər bizdə – Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik".

Bakıda ABŞ-Rusiya, NATO-Rusiya, Türkiyə-İsrail və başqa buna oxşar danışıqlara ev sahibliyi etməsi də onun beynəlxalq nüfuz və etibarından irəli gəlir. Odur ki, bütün bu kimi yüksək keyfiyyətlər bir daha Azərbaycanın mədəniyyətlərarası dialoq, müzakirələr üçün ən uyğun məkan olduğunu nümayiş etdirir.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:18
    Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
  • Bu gün, 18:01
    NK aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
  • Bu gün, 17:25
    Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
  • Bu gün, 16:54
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:30
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 15:17
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 14:49
    Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
  • Bu gün, 14:19
    Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
  • Bu gün, 12:35
    Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ
  • Bu gün, 11:45
    Azərbaycanda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi hazırlanıb
  • Bu gün, 11:10
    İlham Əliyev: Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, iqtisadi inkişafa xələl gətirən cinayətdir
  • Bu gün, 10:34
    Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
  • Bu gün, 09:55
    Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
  • Bu gün, 09:32
    Donald Tramp Putin və Zelenski ilə görüş planlarını açıqlayıb
  • Bu gün, 09:03
    Qaradağda selin dağıtdığı körpünün yerində yenisi inşa edilib
  • Dünən, 18:05
    SEPAH: Hörmüz boğazında minaya düşən tanker alovlanıb
  • Dünən, 17:31
    VII Bakı Forumu - mədəniyyətlərarası dialoqun və qlobal həmrəyliyin ünvanı
  • Dünən, 16:52
    Əli Əsədov İƏT-in Baş katibi ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Dünən, 16:17
    İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
  • Dünən, 15:23
    Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının rəhbəri ilə görüşüb
  • Dünən, 14:47
    İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
  • Dünən, 14:34
    Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib
  • Dünən, 13:06
    Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 30-da keçiriləcək
  • Dünən, 12:34
    Sabah Azərbaycanda hava yağışlı olacaq
  • Dünən, 11:57
    Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var
  • Dünən, 11:26
    Parlamentin növbəti plenar iclası keçirilir, 12 məsələ müzakirə ediləcək
  • Dünən, 10:55
    Prezident: Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır
  • Dünən, 10:21
    İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib
  • Dünən, 10:07
    Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik”
  • Dünən, 09:21
    Masallı, Ağstafa və Samuxun bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • Dünən, 08:53
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 26-10-2026, 18:41
    Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • 26-10-2026, 18:05
    Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
  • 26-10-2026, 17:07
    Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
  • 26-10-2026, 16:13
    Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə