• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Azyaşlıların Aşura mərasimlərinə cəlbi onların psixikasına mənfi təsir edir - ŞƏRH

Gündəm / Siyasət

15-07-2024, 14:59


 
Azərbaycan hüquqi, dünyəvi, demokratik ölkə kimi artıq özünü dünyada təsdiq edib. Ölkəmizdə din dövlətdən ayrıdır. Bununla belə, hər kəsin dini etiqad və vicdan azadlığı konstitusiya, eləcə də “Dini etiqad azadlığı haqqında” qanunla qorunur.

Bu gün ölkədə fərqli dinlərə məxsus insanlar birgə yaşayır, dövlətin inkişafına öz töhfələrini verirlər. Lakin bəzən dini ayinlərin icrası zamanı xoşagəlməz, ifratavarma hallarına da rast gəlinir. Belə hallar adətən Aşura mərasimləri zamanı yaşanır. Son illərdə bununla bağlı xeyli maarifləndirici tədbirlər görülüb və nəticələr də var - zəncirvurma, qantökmə kimi hallar xeyli azalıb.

Bu arada, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb. Müraciətdə deyilir: “Şura olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir”.

Təbii ki, məscidə getmək hər kəsin şəxsi işi, inancıdır. Ancaq təəssüf doğuran hal ondan ibarətdir ki, oradakı bəzi dini mərasimlər zamanı bir sıra xoşagəlməz hallar baş verir. Onların sırasında azyaşlı uşaqların Aşura vaxtı məscidlərə aparılması halları da var. O uşaqlar Aşuranın mahiyyətini hələ dərk edəcək yaşda deyillər. Dövlət qurumları, aidiyyəti orqanlar da mərasimin keçiriləcəyi günlər ərəfəsində uşaqların bura cəlb edilməməsi ilə bağlı vətəndaşlara öz tövsiyələrini verir.

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu günlərdə vətəndaşlara birgə müraciət edib.
Müraciətdə deyilir ki, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir. Bütün mərasimlər zamanı, o cümlədən iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür: “Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar".

Əvvəla, ondan başlayaq ki, uşaqların Aşura mərasiminə gətirilməsi onların psixoloji sarsıntı keçirməsinə səbəb ola bilər. Mütəxəssis və psixoloqlar da bunu təsdiq edirlər. Qeyd olunur ki, bu, onların gələcəkdə ciddi problem yaşamasına səbəb olur, şəxsi inkişaflarına mənfi istiqamət verir. Bu, düzgün hal deyil. Dünyagörüşü yenicə formalaşmağa başlayan uşaqları bu kimi yerlərə aparmaq olmaz, xüsusilə, dini mərasimlərə. Çünki dində uşaqlara müəyyən yaş məhdudiyyəti qoyulub. Hansı ki, bu yaşdan sonra uşaqlar şəxsi seçimləri ilə mərasimlərə qatılıb-qatılmamağa qərar verə bilərlər.

Beləliklə, azyaşlıların imanını gücləndirmək adı altında onları dini mərasimlərə aparmaq yolverilməzdir. Valideynlər fikirləşirlər ki, uşağı kiçik vaxtdan dinə inamlı tərbiyə edirlər. Əslində isə uşaqlar özlərini dərk etdikdən sonra bu mövzuda qərar verməlidirlər. Elm və texnologiyanın yüksək sürətlə inkişaf etdiyi dövrdə yaşadığımızı nəzərə alsaq, uşaqlarımız elmi biliklər almalı, dünyəvi şüur və milli mənəvi dəyərlərlə tərbiyə olunmalıdır.

Çünki Azərbaycan xalqının zəngin milli, mənəvi dəyərləri var. İslam dini də bu dəyərlərin fövqündə durur. Odur ki, dinin müxtəlif qrupların maraqlarına uyğun şəkildə təbliğ olunmasına yol verməməliyik. Hər bir insan dini şüurlu şəkildə dərk edib yaşamalı, dini ibadətlərini heç kimə zərər vermədən həyata keçirməlidir.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

11-07-2024, 12:30

Dini mərasimlərlə bağlı vətəndaşlara müraciət edildi

Cəmiyyət

7-07-2024, 13:44

QMİ Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb

Gündəm / Cəmiyyət

20-06-2024, 15:57

Rəsmi nikah olmadan dini kəbin kəsənlərə qarşı cəza mexanizmlərinin olması təklif edilir

Gündəm / Cəmiyyət

10-06-2024, 10:53

Azərbaycand rəsmi nikah olmadan dini kəbin kəsilmir - AÇIQLAMA

Gündəm / Cəmiyyət

7-06-2024, 15:53

Rəsmi nikah tələb etmədən dini kəbin kəsən axundlara nəzarət SƏRTLƏŞDİRİLİR – Komitədən XƏBƏRDARLIQ

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 14:00
    Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər
  • Bu gün, 13:00
    Çində palçıq və lil axını nəticəsində iki nəfər ölüb, 10 nəfər itkin düşüb
  • Bu gün, 12:30
    Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub
  • Bu gün, 12:30
    Pulunuzu göyə sovuracaq 5 işlənmiş maşın
  • Bu gün, 12:00
    Günün qoroskopu: Maliyyə məsələlərini bu gün bir kənara qoyun
  • Bu gün, 11:00
    ABŞ Ekvador narkokartelinin maraqları naminə istifadə olunan gəmiləri batırıb
  • Bu gün, 10:30
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Bu gün, 10:00
    Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
  • Dünən, 16:20
    Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
  • Dünən, 15:29
    Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
  • Dünən, 14:49
    Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
  • Dünən, 13:30
    SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
  • Dünən, 12:44
    Bazar günü yağış yağacaq - PROQNOZ
  • Dünən, 11:50
    Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir
  • Dünən, 09:22
    Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
  • 4-09-2026, 18:34
    Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
  • 4-09-2026, 18:06
    Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
  • 4-09-2026, 17:34
    Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb
  • 4-09-2026, 16:58
    Marko Rubio Latın Amerikasının üç ölkəsinə səfər edəcək
  • 4-09-2026, 16:28
    Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
  • 4-09-2026, 16:03
    Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
  • 4-09-2026, 15:46
    İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
  • 4-09-2026, 15:01
    Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib
  • 4-09-2026, 14:36
    Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub
  • 4-09-2026, 14:13
    Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
  • 4-09-2026, 13:02
    Şənbə günü 35 dərəcə isti olacaq
  • 4-09-2026, 12:11
    DİM: 107 dövlət orqanında 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
  • 4-09-2026, 11:36
    DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər
  • 4-09-2026, 11:09
    Rusiya Ukraynanın bir neçə logistika və liman infrastruktur obyektinə zərbə endirib
  • 4-09-2026, 10:18
    Türkiyə, Gürcüstan və İraq din xadimləri Azərbaycana səfər edəcəklər
  • 4-09-2026, 10:03
    İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
  • 4-09-2026, 09:21
    Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir
  • 4-09-2026, 08:49
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 3-09-2026, 18:18
    Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
  • 3-09-2026, 18:03
    Azərbaycan ilə BP şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə