• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

QMİ Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb

Cəmiyyət

7-07-2024, 13:44

QMİ Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb


Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb.

"Müraciətdə deyilir:

"Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri müsəlman qardaş və bacılarımızın nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatır, yeni 1446-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə, Aşura günü isə iyul ayının 16-na təsadüf edir.

Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi tarixdə fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün örnək nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar. Hamımız yaxşı xatırlayırıq ki, Ulu Öndər Heydər Əliyev Təzəpir məscidində Aşura mərasimindəki tarixi çıxışında demişdi: “Biz bundan sonra da haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq”.

Şükürlər olsun ki, Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda, Şuşada, Xankəndidə dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Bu ilki Məhərrəm ayında Zəfər abı-havasının davam etməsi, separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Xankəndidə, Əsgəranda, Xocalıda və digər azad olunmuş torpaqlarda dalğalanması, Qarabağ məscidlərinin bərpası, Ağdam, Zəngilan məscidlərinin yenidən nəfis inşası, minarələrimizdən ucalan azan sədaları biz, Azərbaycan müsəlmanlarının qəlbini fəxarətlə doldurur. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar ibadətlərini doğma məkanlarda yerinə yetirirlər. Müdrik dövlətçilik təfəkkürü ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu tam təsbit etmiş, Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə, Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın Müəllifi adını qazanmış dövlət başçımız cənab İlham Əliyev, bu çətin yolda yaxın yardımçısı olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva üçün Azərbaycan xalqı dualar edir, Uca Allahdan onların səylərinə rəvac diləyir. Allah Vətən uğrunda, Böyük Zəfər yolunda, xalqın azadlığı və səadəti naminə canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin! Şəhidliyin zirvəsi sayılan İmam Hüseyn şəhadətinin anıldığı Məhərrəmlik təziyələrində müqəddəs Vətən torpağı uğrunda canından keçmiş Vətən şəhidlərini də yad edib dua etmək iman borcumuzdur. Mübarək hədisi-şərifdə buyurulduğu kimi, «Vətəni sevmək imandandır».

Azad olunmuş torpaqlarımızda gedən dinc quruculuq, yenidənqurma işləri, dini-mənəvi abidələrə yeni həyat bəxş olunması, vandalizmə məruz qalmış ziyarətgahlara, qəbirstanlıqlarımıza sahib çıxılması, soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı istiqamətində dövlət başçımız tərəfindən həyata keçirilən misilsiz, fədakar, davamlı səylərə dəstək din xadimlərimizin məscidlərdəki moizələrində öz əksini ətraflı, geniş şəkildə tapacaq, Azərbaycan naminə bu böyük quruculuq işlərinin uğuru və vüsəti üçün dualar ediləcəkdir, inşaAllah.

Son illər Məhərrəmlik dönəmində dindarları İslama yad əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün Kərbəla, habelə Vətən şəhidlərimizin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara şəfa bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.

Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Bölgələrdəki din xadimlərinin qeyd olunan tövsiyələri dindarlara çatdırmaları vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.

Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Allah dərgahında imanın, mənəviyyatın ən yüksək məqamına yüksələn şəhidlərə, o cümlədən, Kərbəla və Vətən şəhidlərimizə rəhmət, qazilərimizə şəfaət, xalqımıza səadət və tərəqqi diləyirik".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

6-07-2024, 09:50

Sabahdan Məhərrəm ayı başlayır

Gündəm / Cəmiyyət

22-06-2024, 14:46

İyulun əvvəlində MİQ imtahanları keçiriləcək - RƏSMİ

Gündəm / Cəmiyyət

11-06-2024, 13:01

Müavinət və təqaüd alanların nəzərinə

Gündəm / Cəmiyyət

11-06-2024, 11:20

Bayram namazı bu tarixdə qılınacaq

Gündəm / Cəmiyyət

10-04-2024, 10:27

“Elə üz qoymayıb ki, onu Bakıya dəvət edim”

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:38
    Von der Leyen: Aİ İrana qarşı müharibəyə görə 25 milyard avro itirib
  • Dünən, 18:06
    Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvanda olub
  • Dünən, 17:36
    Bakıda Atatürk və Antena parkları birləşdirilir
  • Dünən, 16:54
    Azərbaycanda "Son zəng"in keçirilməsi üçün tələblər müəyyənləşib
  • Dünən, 15:48
    Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün ödəniş məbləği təsdiq edilib
  • Dünən, 15:22
    Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir
  • Dünən, 15:03
    İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir
  • Dünən, 14:21
    XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır
  • Dünən, 12:41
    Prezident Samir Şərifova yeni vəzifə verdi
  • Dünən, 12:30
    Şərəf və Ləyaqətin Gücü
  • Dünən, 12:15
    Bukmeykerlər Azərbaycanı "Avroviziya-2026"da favorit hesab etmir
  • Dünən, 11:33
    Milli Məclisin növbəti iclasının gündəliyinə 11 məsələ daxil edilib
  • Dünən, 11:03
    Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
  • Dünən, 10:18
    “Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb, 1 nəfər zərərsizləşdirilib, 7 nəfər tutulub
  • Dünən, 09:56
    Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib
  • Dünən, 09:30
    Ağcabədidə ev yanıb, bir nəfər ölüb
  • Dünən, 09:02
    Hövsan qəsəbəsinin bir hissəsində işıq olmayacaq
  • 23-04-2026, 17:48
    Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib
  • 23-04-2026, 17:27
    Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib
  • 23-04-2026, 16:47
    Bakıda və bölgələrdə külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ
  • 23-04-2026, 16:14
    "The Holland Times": Azərbaycanın şəhərləri - tarixi irs və davamlı inkişaf sintezi nümunəsidir
  • 23-04-2026, 15:27
    Seçkinin nəticəsi Ermənistan cəmiyyətinin mahiyyətini göstərəcək
  • 23-04-2026, 15:00
    "Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdiyini bəyan edib
  • 23-04-2026, 13:40
    Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir - PROQNOZ
  • 23-04-2026, 12:58
    İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək
  • 23-04-2026, 12:20
    TÜRKPA-nın Baş Katibi Ramil Həsən deputat Azər Allahverənovla görüşüb
  • 23-04-2026, 12:13
    Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
  • 23-04-2026, 11:40
    Ağcabədidə Kür çayı bəndi yarıb
  • 23-04-2026, 11:05
    Bəzi ərazilərdə dumanla bağlı görünüş məsafəsi 1000 metrədək məhdudlaşır
  • 23-04-2026, 10:41
    Xəzər dənizində zəlzələ olub
  • 23-04-2026, 10:06
    Azərbaycan neftinin qiyməti 113 dolları keçib
  • 23-04-2026, 09:25
    Əlvida, 24 saat: Yer kürəsində 25 saatlıq günün görünəcəyi tarix açıqlandı
  • 23-04-2026, 08:49
    Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, yaralılar var
  • 23-04-2026, 08:27
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 22-04-2026, 18:00
    Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə