• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

İranın dəyişməz xarici siyasəti - indi icraçı Məsud Pezeşkian olacaq - ANALİZ

Gündəm / Siyasət

10-07-2024, 15:42

İranın dəyişməz xarici siyasəti - indi icraçı Məsud Pezeşkian olacaq - ANALİZ


İranda prezident seçilən Məsud Pezeşkiandan umacaqlar, ümidlər çoxdur. Ancaq nədənsə onun dövlət deyil, hökumət başçısı olduğu bəzən diqqətdən yayınır. Çünki o, bir sıra hallarda prezidentli idarəetmə sisteminin başçısı kimi qəbul edilir. İran isə dünyadakı standart idarəetmə sistemlərinin heç birinə uyğun gəlmir. Bu ölkənin ali icraedici, ali qanunverici və məhkəmə sistemi də var.

Bir çox ölkələrdə bunları dövlətin üç dayağı sayırlar. İranda isə bunlardan üstə ali rəhbər və rəhbərlik idarəetmə institutu da var. İranın dövlət başçısı, ali rəhbəri isə ayətullah Seyid Əli Xaməneidir. İslam Respublikasının daxil və xarici siyasətinə dair bütün məsələlərlə bağlı qərarı, sərəncamı və tapşırıqları o verir. Prezidentin qəbul etdiyi qərarlar və parlamentin qanunları ali rəhbərin, rəhbərliyin təsdiqindən sonra qüvvəyə minir, icra olunur.

Bu baxımdan prezident seçilən Məsud Pezeşkian da Xaməneinin tapşırıqlarını icra edəcək.

İranın xarici siyasi kursunda əsas məsələ nüvə proqramı ilə bağlı sanksiyaların səmərəliliyini azaltmaqdır. Bu tezisə çoxsaylı məsələlər aiddir.

Cənubi Qafqazla bağlı siyasət Tehranın prioritet məsələləri sırasındadır.

Ona görə Məsud Pezeşkianın hökumətinin Azərbaycana, Ermənistana, Gürcüstana yönəli siyasət maraq doğurur.

Azərbaycan torpaqları işğal altında olduğu illərdə İranda islahatçı (mülayim) və mühafizəkar (sərt) xətt tərəfdarları hökumət başında olub. Həmin illər ərzində Tehranın yürütdüyü siyasət, işğalçıları müdafiə ilə bağlı çoxlu faktlar və hadisələr baş verib. Bu sübut edir ki, İranın Azərbaycana və Ermənistana yönəli siyasəti dövlətin xarici siyasi kursudur. Prezidentin bunu dəyişməyə qanuni gücü və səlahiyyəti yoxdur.



Ermənistanın baş naziri Nikol Paşinyan prezident İbrahim Rəisinin həlak olması əlaqədar başsağlığı vermək üçün İrana getmişdi. İranın ali rəhbər ayətullah Seyid Əli Xamənei bu ziyarət çərçivəsində onu qəbul etmişdi. Görüşdə ali rəhbər bildirmişdi ki, ölkəsinin Ermənistanla bağlı “qırmızı xətti” dəyişməyib.

Məsud Pezeşkianın Nikol Paşinyanla telefon danışığında da bu öz əksini tapıb. İranın seçilən Prezidenti Xamənenin əvvəllər verdiyi bəyanatı təkrarlayaraq bildirib ki, İslam Respublikası bütün dövlətlərin ərazi bütövlüyünə hörmət edir və beynəlxalq səviyyədə tanınan sərhədlərin dəyişdirilməsinə qarşıdır.

Yeri gəlmişkən Ermənistanın və havadarlarının ərazi məsələsi ilə bağlı Azərbaycana qarşı əsassız iddialarla çıxış edir. Onlar bildirir ki, guya Azərbaycan Ermənistanın ərazilərini ələ keçirmək istəyir. Rəsmi Bakı isə indiyədək heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürməyib. Bu baxımdan həm Xaməneinin, həm də onun seçilən Prezidenti Pezeşkianın belə bir iddiası əsasszıdır.

Bu həm də o demək idi ki, İranın Cənubi Qafqaza, Azərbaycana, habelə Zəngəzur dəhlizinə münasibəti dəyişməyəcək. Tehran hesab edir ki, bu layihənin reallaşması onun geosiyasi maraqlarına ciddi zərbə vuracaq. Məsud Pezeşkian Azərbaycanla bağlı bu siyasəti dəyişmək gücündə deyil.

İranın Yaxın Şərqlə bağlı siyasətini də yeni seçilən prezident gələcəkdə dəyişə bilməyəcək. Yaxud HƏMAS, “Hizbullah”, “Həşdi-şəbi”, “Fatimiyun” və İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun xaricdəki fəaliyyətini dayandıracaq səlahiyyəti yoxdur. Müqayisə üçün deyək ki, keçmiş sovet prezidenti Mixail Qorbaçov sovet qoşunlarının Almaniya, Əfqanıstandan çıxarılmasında başlıca rol oynayıb.



Ancaq onun belə bir qanuni və hüquqi gücü, imkanı yoxdur.

Qərblə danışıqlara tərəfdar olduğunu iddia etsə də, Məsud bəy Pezeşkian “İsrailə ölüm!”, “Amerikaya ölüm!” şüarlarını ləğv edə bilməyəcək.

Livanda “Hizbullah” lideri Həsən Nəsrullah ona təbrik məktubunda bildirib ki, “Hizbullah” və regiondakı bütün müqavimət hərəkatları uzun illərdir İsrail və ABŞ-nin “hegemonluq layihəsinə” qarşı açıq şəkildə mübarizə aparır: “Biz İran İslam Respublikasını həmişə müqavimət üçün güclü, sabit və daimi dayaq olaraq görmüşük”.

Həsən Nəsrullah İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bu hərəkata başçılıq etdiyini vurğulayıb: “İmam Xameneinin rəhbərliyi altında bu yolu sizinlə birlikdə davam etdirəcəyik. Təməli qüdrətli və hörmətli İslam İranı olan yekun qələbəyə nail olacağıq”.

Məsud Pezeşkian da Həsən Nəsrullaha cavab məktubunda bildirib: “İran İslam Respublikası region xalqlarının qeyri-qanuni sionist rejimə (İsraili nəzərdə tutur-red.) qarşı müqavimətini həmişə dəstəkləyib. Müqavimətə dəstək İran İslam Respublikasının fundamental siyasətindən, İmam Xomeyninin ideallarından və ali məqamlı Rəhbərin (Xaməneini nəzərdə tutur-red.) göstərişlərindən qaynaqlanır və bu dəstək qüdrətlə davam edəcək”.



O, Qüdsün Azərbaycan əleyhinə fəaliyyət göstərən qrupunu da ölkədən çıxarmaq və ya onun fəaliyyətini dayandırmaq iqtidarında deyil.

Bu kimi faktlar Məsud Pezeşkianın xarici siyasi kursda dəyişiklik etməyə səlahiyyətinin çatmadığını təsdiqləyir.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Məsud Pezeşkiana zəng edərək onu seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Yeni prezident gələcəkdə də ölkələr arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf edəcəyinə əminlik ifadə olunub.

Prezident İlham Əliyev Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib.



Bunu qəbul edən İran Prezidenti öz növbəsində, Azərbaycan Prezidentini də ölkəsinə rəsmi səfərə dəvət edib. Dövlət başçısı dəvəti qəbul edib.

Burada çox düşündürücü bir məqam var. Türkcə, yəni Azərbaycan türkcəsində danışan, onu təbliğ edən, həm də bu özəlliyinə görə səs alan Məsud bəy Pezeşkian gələcəkdə soydaşı, Prezident İlham Əliyevlə rəsmi və ya qeyri-rəsmi danışıqda hansı dildə danışıcaq - türk dilində, ya təmsil etdiyi dövlətin rəsmi dilində?!

Qeyd edək ki, onun seçkiqabağı təbliğat kampaniyasında “Azərbaycan” mahnısı oxunub, bu dildə təbliğata üstünlük verilib.

Fikrimizcə, o bu tabunu yıxa bilməyəcək. Məsud bəy mümkün səfər çərçivəsində öz dilində bir qədər çıxış etdikdən sonra rəsmi protokola uyğun olaraq çıxışını farsca davam etdirəcəyi gözlənilir.

Çünki onun dövlətinin başçısı Xamənei bu səddi aşa bilməmişdi.

Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət Quliyev xatirələrində mərhum Prezident Heydər Əliyevin İrana səfəri zamanı onunla dialoqunu da qələmə alıb.

Bildirib ki, ali rəhbər Xamənei Prezident Heydər Əliyevi mərasim zalının qapısında qarşılayıb ikiəlli görüşdü: “Aralarında Azərbaycan türkcəsində söhbət başladı. Həm İran nümayəndə heyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq kəsilmişdik.

Ümumi hal-əhval sözlərindən sonra Heydər Əliyev Xameneidən soruşdu.

- Yaxşı, Xamnədə (Təbriz yaxınlığında Xameneinin doğulduğu kənd-V.Q.) nə var, nə yox?

- Sən Xamnəni də bilirsən? - deyə İranın ali rəhbəri təəccübləndi.

- Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir. Həm də təkcə sizin vətəniniz kimi yox. Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan Mirzə Fətəli Axundzadə də əslən Xamnədəndir. Sizin həmkəndlinizdir. Axundzadənin adını eşitmisiniz?

- Uzaqdan-uzağa eşitmişəm, - deyə Xamənei həvəssiz cavab verdi....



İran rəhbəri Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü, Qarabağ münaqişəsi, Ermənistanla aparılan danışıqlar haqda bir neçə sual verdi...

Nəhayət, söhbətin rəsmi hissəsi başladı. Təbii ki, Xamənei İranın rəsmi dövlət dili sayılan farscaya keçdi. Burada təəccüblü bir şey yox idi. Təəccüblü olan nitqin çox güman İran XİN-in əməkdaşı olan səliqəsiz geyimli bir şəxs tərəfindən rus dilinə, həm də naşı və bisavad şəkildə tərcümə edilməsi idi. Ortada bir anlaşılmazlıq yaranmışdı. İki-üç cümlədən sonra Heydər Əliyev tərcüməçiyə hökmlə "Podojdite!" - deyib söhbəti dayandırdı. Üzünü İranın ali rəhbərinə tutaraq:

- Ağayi Xamənei, bir az əvvəl sizinlə ana dilimizdə danışırdıq. Başa düşürəm, bura İran dövlətidir. Siz də onun lideri kimi rəsmi söhbətlərinizi fars dilində aparmalısınız. Amma tərcümənin niyə ruscaya edildiyini başa düşmürəm.

- Bəs mən elə zənn eləyirəm ki, sizin dövlətin dili rus dilidir?! - deyə Xamenei sifətinə sadəlövh görkəm verərək yenidən Azərbaycan türkcəsinə keçdi.

- Ay kişi, - Heydər Əliyev onun özünü bilməməzliyə vurmasından açıq-aşkar əsəbiləşmişdi. Heç şurəvi vaxtında da Azərbaycanın dövlət dili rus dili olmayıb. O vaxt bizim əsas qanunumuzda da yazılmışdı ki, dövlət dilimiz ana dilidir. Biz Moskvanın təzyiqləri altında da onu qorumuşuq, inkişaf etdirmişik. Bu dildə nə qədər kitablar, qəzetlər çıxıb. Məktəblər, institutlar, universitetlər fəaliyyət göstərib. Müstəqillik qazanandan sonra da hər yerdə ancaq və ancaq öz dilimizdən istifadə olunur! Başım çıxmır, haradan sizin ağlınıza gəlib ki, Azərbaycan Respublikasının dövlət dili rus dili ola bilər? Mən rus dilini də çox gözəl bilirəm, amma dünyanın hər yerində rəsmi danışıqları yalnız Azərbaycan dilində aparıram.

Heydər Əliyevin kəskin etirazından sonra İran tərəfi əl-ayağa düşmüşdü. Deyəsən əvvəlcədən fars-Azərbaycan tərcüməçisi gətirmədikləri, yaxud Azərbaycan prezidentinin məsələyə belə sərt reaksiya verəcəyini düşünmədikləri üçün vəziyyətdən necə çıxacaqlarını bilmirdilər...

Çıxanda isə İran tərəfinin protokol baxımından "naqolay" hərəkətinə bir daha işarə vuraraq Xaməneiyə:

- Ağayi Xamenei, sizinlə çox mətləblərdən danışdıq. Amma düşünürəm ki, bugünkü görüşümüzün ən böyük faydası Azərbaycanın dövlət dilinin rus dili olmadığını bilməyiniz oldu, - dedi.

İranın ali rəhbəri düz hədəfə dəyən bu sözlərə:

- Əstəğfürullah! Əstəğfürullah! - deməklə cavab verdi”.

Prezident İlham Əliyevlə görüşdə Məsud Pezeşkianın bu kimi hadisə ilə üzləşməyəcəyinə ümid edək.

Beləliklə, İranda Azərbaycan türkü olan ayətullah Seyid Əli Xaməneinin dəyişə bilmədiyi və ya dəyişmədiyini, yaxud etmədiyi, edə bilmədiyi yeniliyi Məsud Pezeşkiandan gözləmək çox sadəlövlükdür. O cızılan dairə daxilində fəaliyyət göstərəcək. Başqa sözlə, İranın yeni seçilən prezidenti boyundan hündür, nə tullanacaq, nə də buna cəhd edəcək. O, İslam Respublikasının vətəndaşıdır. Onun təməllərinə qarşı çıxmaq üçün onun seçilməsinə razılıq verilməyib. Məsud bəy cəmiyyətdə müəyyən mənada sakitliyi təmin etmək, kosmetik dəyişikliklər üçün hökumət başına gətirilib. Bütün hallarda xeyirli olsun...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

10-07-2024, 17:28

İranın yeni XİN rəhbəri o ola bilər

Gündəm / Dünya

4-07-2024, 12:39

İranda sükut günüdür - Pezeşkian soruğalarda Cəlilini ÜSTƏLƏYİR

Gündəm / Cəmiyyət

2-07-2024, 10:43

“Məsud Pezeşkianın soyadını “yan” sonluğu ilə yazanlar bunu qəsdən edirlər!” - Çingiz Abdullayev

Gündəm / Dünya

1-07-2024, 10:42

İranda prezident seçkilərinin ikinci turunda namizədlərin debatı başlayır

Gündəm / Dünya

29-06-2024, 12:46

İranda seçkilərin ikinci turu olacaq

Araşdırma
Keçmiş deputat HƏBS EDİLDİ
Kəskin hava şəraiti ilə bağlı çağırış edildi
Bakıda Formula-2 yarışında sərbəst yürüş başa çatdı
48 məşhur çimərlik “qara bayraq” aldı: Turistlərin getməməli olduğu yerlər
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • 26-06-2025, 07:56
    Milli hərb tariximiz milli yaddaşımızdır
  • Bu gün, 13:00
    Rusiya regional İstintaq Komitəsi və DİN-i Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb
  • Bu gün, 12:30
    Tailandda hakimiyyətə qarşı etirazlar başlayıb
  • Bu gün, 12:00
    İran XİN başçısı: Tramp Xaməneiyə hörmətlə yanaşmalıdır
  • Bu gün, 11:30
    Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb
  • Bu gün, 11:01
    Azərbaycan nefti ucuzlaşıb
  • Bu gün, 10:38
    Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb
  • Bu gün, 08:49
    5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
  • Bu gün, 08:34
    Kanada azad ticarət razılaşması olmayan ölkələrdən polad idxalına rüsum tətbiq edir
  • Bu gün, 08:16
    İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar aparmaq istəyir
  • Bu gün, 07:53
    Günün qoroskopu: ailə ilə bağlı sürpriz hadisələr ola bilər
  • Bu gün, 07:39
    Rusiya Odessaya hücum edib, ölən və xəsarət alanlar var
  • Dünən, 17:00
    Rusiya və İran arasında hava əlaqəsi bərpa edilib
  • Dünən, 16:30
    İran Prezidentinin Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
  • Dünən, 16:00
    Azərbaycanın enerji infrastrukturunun qurulmasında Çin şirkətlərinin iştirakı müzakirə edilib
  • Dünən, 14:00
    Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib
  • Dünən, 13:30
    Səfir: İran tam əmindir ki, Azərbaycan ərazisindən bu ölkəyə qarşı heç vaxt istifadə oluna bilməz
  • Dünən, 13:00
    İlham Əliyev: İranla İsrail arasında qarşıdurma ilə əlaqədar Azərbaycan öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olub
  • Dünən, 11:00
    "Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır
  • Dünən, 10:30
    Azərbaycanda “Formula 1” filminin qapalı nümayişi baş tutub
  • Dünən, 10:00
    Azərbaycan nefti bahalaşıb
  • 26-06-2025, 16:00
    Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
  • 26-06-2025, 15:30
    "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
  • 26-06-2025, 15:00
    Sabah bəzi dağlıq ərazilərdə yağış yağacaq, şimşək çaxacaq
  • 26-06-2025, 14:00
    "Neftçi" qapıçısı ilə müqavilənin müddətini uzatdığını açıqlayıb
  • 26-06-2025, 13:30
    Tovuzda dönərdən zəhərlənən 35 nəfərin vəziyyəti açıqlandı
  • 26-06-2025, 13:00
    Bakıya oğurluq etmək üçün gələn Gürcüstan vətəndaşları saxlanılıb
  • 26-06-2025, 11:51
    Azərbaycan lideri Pezeşkianı İsraillə qarşıdurmasının dayandırılması münasibətilə təbrik edib
  • 26-06-2025, 11:44
    İlham Əliyev iranlı həmkarı ilə danışıb, regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını ifadə edib
  • 26-06-2025, 11:26
    Ordumuzun giziri dəfn olundu
  • 26-06-2025, 11:12
    Xankəndi şəhərində Silahlı Qüvvələrin 107-ci ildönümü qeyd edilir
  • 26-06-2025, 10:14
    Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
  • 26-06-2025, 10:08
    İlham Əliyevin rəhbərliyi ilə tarix yazan Azərbaycan Ordusu - 107 yaşlı qürur mənbəyimiz - ŞƏRH
  • 26-06-2025, 09:36
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 26-06-2025, 09:08
    KİV: Tramp yeni FES rəhbəri təyinatını erkən elan edə bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə