• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Gündəm / Siyasət

Bu gün, 18:13

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Son illər geosiyasi risklərin artması, enerji bazarlarındakı dəyişkənlik və maliyyə sistemində qeyri-müəyyənliyin dərinləşməsi dünyanın aparıcı suveren fondlarını investisiya strategiyalarına yenidən baxmağa məcbur edib. Ənənəvi istiqraz və səhm portfelləri artıq təkbaşına uzunmüddətli dayanıqlılıq təmin etmir. Buna görə də qlobal investorlar infrastruktur, enerji, daşınmaz əmlak və digər real aktivlərə üstünlük verməyə başlayıblar.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) də son illərdə məhz bu yanaşmanı ardıcıl şəkildə həyata keçirir. Fondun Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan "Inkia Energy" şirkətinə yatırdığı investisiya isə təkcə növbəti maliyyə əməliyyatı deyil. Bu qərar ARDNF-nin qlobal investisiya xəritəsində yeni coğrafiyaya çıxışı və uzunmüddətli strategiyasında növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bu investisiya qlobal infrastruktur investisiyaları üzrə aparıcı şirkətlərdən olan "I Squared Capital" ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilib və Fondun həm sektor, həm də region üzrə şaxələndirmə siyasətini daha da gücləndirir.

Strateji əhəmiyyət daşıyan aktiv

ARDNF-nin investisiya etdiyi "Inkia Energy" Perunun ən iri müstəqil elektrik enerjisi istehsalçısı olmaqla yanaşı, Latın Amerikasının aparıcı enerji şirkətlərindən biridir.

2026-cı ilin fevralında Kanadanın CPP Investments pensiya fondunun şirkətin 50 %-lik payını əldə etməsi nəticəsində "Inkia Energy"nin ümumi müəssisə dəyəri 3,4 milyard ABŞ dolları həcmində qiymətləndirilib.

Hazırda şirkətin səhmdar strukturu belə formalaşıb: 50 % -"CPP Investments", 50 % - "I Squared Capital" tərəfindən yaradılmış xüsusi investisiya platforması (Continuation Vehicle).

ARDNF də məhz bu investisiya platformasının investorlarından biri kimi layihədə iştirak edir. Başqa sözlə, Fond birbaşa "Inkia Energy"nin səhmdarı deyil, "I Squared Capital"ın yaratdığı investisiya mexanizmi vasitəsilə həmin 50 %-lik payın investorları sırasına qoşulub. Bu model ARDNF-yə dünyanın aparıcı institusional investorları ilə eyni platformada iştirak etmək imkanı verir.


Güclü maliyyə göstəriciləri

"Inkia Energy" hazırda Peruda elektrik enerjisi istehsalının təxminən 22 %-ni təmin edir. Şirkət ümumi gücü 2,6 giqavat olan hidroelektrik, təbii qaz, günəş və külək elektrik stansiyalarını idarə edir.

Bununla yanaşı, şirkətin 4 giqavatdan artıq inkişaf portfeli mövcuddur və onun böyük hissəsi bərpa olunan enerji layihələrindən ibarətdir. Bu isə gələcək illərdə şirkətin dəyərinin artması üçün əlavə potensial yaradır.

Maliyyə baxımından da şirkət sabit gəlir modelinə malikdir. Mövcud qiymətləndirmələrə görə, illik gəliri 1,2-1,5 milyard ABŞ dollar, EBITDA göstəricisi isə 350-450 milyon ABŞ dolları arasında dəyişir.

Elektrik satışlarının təxminən 67 %-nin uzunmüddətli müqavilələr əsasında həyata keçirilməsi gəlirlərin proqnozlaşdırılmasını və pul axınının sabitliyini təmin edən əsas amillərdəndir.

Yeni kapital modeli

ARDNF-nin iştirak etdiyi əməliyyat çərçivəsində "I Squared Capital" təxminən 600 milyon ABŞ dolları həcmində "Continuation Vehicle" yaradıb.

Belə fondlar adətən yüksək keyfiyyətli və uzunmüddətli gəlir gətirən aktivlər üçün formalaşdırılır. Mövcud investorlar likvidlik əldə edir, yeni investorlar isə perspektivli aktivlərə daxil olmaq imkanı qazanırlar.

ARDNF-nin məhz belə platformaya qoşulması Fondun coğrafi şaxələndirmə ilə yanaşı, həm də beynəlxalq investisiya bazarında ən yüksək keyfiyyətli aktivlərin seçilməsi prinsipinə sadiq qaldığını göstərir.


Peru layihəsinin ən mühüm xüsusiyyətlərindən biri onun ARDNF-nin Latın Amerikasında ilk müştərək investisiyası olmasıdır.

İndiyədək Fondun investisiya portfeli əsasən Avropa, Şimali Amerika və Asiya bazarlarında formalaşmışdı. Peru investisiyası isə Latın Amerikasını da Fondun strateji coğrafiyasına daxil edir.

Bu addım yalnız yeni bazara çıxış demək deyil. O, həm də ARDNF-nin regional risklərin balanslaşdırılması strategiyasını daha da gücləndirir. Nəticədə Fondun investisiya portfelində Latın Amerikasının payı artacaq və region üzrə diversifikasiya səviyyəsi yüksələcək. Bu isə hər hansı bir regionda baş verə biləcək iqtisadi və ya geosiyasi risklərin ümumi portfelə təsirini azaltmağa xidmət edir.

Peru investisiyası Fondun regional bölgüsündə də yeni mərhələ yaradır. Bu il iyulun 1-nə olan məlumata görə, ARDNF-nin investisiya portfelində ən böyük pay 27,5 %-lə Şimali Amerikanın, 27 %-lə Avropanın, 9,9 %-lə isə Asiyanın payına düşür. Latın Amerikasının payı isə cəmi 0,1 % təşkil edib.

Məhz "Inkia Energy" layihəsi bu göstəricinin artmasına səbəb olacaq. Həcm baxımından dəyişiklik böyük görünməsə də, onun strateji əhəmiyyəti kifayət qədər yüksəkdir. Çünki Latın Amerikasında ilk müştərək investisiyanın həyata keçirilməsi ARDNF-nin gələcəkdə region üzrə yeni layihələrə çıxışı üçün platforma formalaşdırır. Bu isə uzunmüddətli perspektivdə Fondun coğrafi diversifikasiyasını daha da dərinləşdirə bilər.


Enerji transformasiyasından qazanc

Dünya enerji sektoru sürətlə dəyişir. Dekarbonizasiya, enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrinin inkişafı artıq qlobal investisiya qərarlarının əsas istiqamətlərinə çevrilib.

"Inkia Energy" də məhz bu transformasiyanın mərkəzində yerləşən şirkətlərdən biridir.

Şirkətin portfelində hidroelektrik və təbii qaz stansiyaları ilə yanaşı, günəş və külək elektrik stansiyalarının olması enerji mənbələrinin balanslaşdırılmasına imkan verir.

Bundan əlavə, gələcək inkişaf layihələrinin əsas hissəsinin bərpa olunan enerji üzrə planlaşdırılması şirkətin uzunmüddətli perspektivdə daha yüksək dəyər qazanacağına dair gözləntiləri gücləndirir.

ARDNF-nin investisiya qərarını şərtləndirən əsas amillərdən biri də Perunun enerji sektorunun inkişaf perspektivləridir. Ölkədə elektrik enerjisinə tələbatın davamlı artması, yeni istehsal güclərinə ehtiyac və bərpa olunan enerji layihələrinin genişlənməsi enerji şirkətləri üçün uzunmüddətli inkişaf imkanları yaradır.

Bu baxımdan "Inkia Energy"nin bazarın təxminən 22 %-ni nəzarətdə saxlaması xüsusi əhəmiyyət daşıyır. Belə bazar payına malik şirkətlər adətən iqtisadi dalğalanmalara daha davamlı olur, sabit pul axını formalaşdırır və yeni layihələrə investisiya etmək üçün daha geniş maliyyə imkanlarına malik olurlar.

Beləliklə, ARDNF yalnız bugünkü gəlir gətirən aktivə deyil, gələcəyin enerji infrastrukturuna investisiya qoymuş olur.

Latın Amerikası perspektivli investisiya istiqaməti kimi

Peru layihəsi ARDNF üçün yalnız yeni bazara çıxış deyil, həm də Latın Amerikasında investisiya imkanlarının qiymətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Son illər region enerji, nəqliyyat və kommunal infrastruktur layihələrinə yönələn beynəlxalq kapitalın əsas ünvanlarından birinə çevrilib. Əhalinin artması, urbanizasiya, sənayeləşmə və elektrik enerjisinə tələbatın yüksəlməsi yeni investisiya ehtiyacları yaradır.

Beynəlxalq maliyyə institutlarının qiymətləndirmələrinə görə, inkişaf etməkdə olan bazarlarda düzgün seçilmiş infrastruktur layihələri inkişaf etmiş ölkələrdəki analoji aktivlərlə müqayisədə daha yüksək gəlirlilik potensialına malik olur. Eyni zamanda, iqtisadi artım davam etdikcə belə aktivlərin bazar dəyərinin yüksəlməsi ehtimalı da artır. Bu baxımdan ARDNF-nin regiona erkən mərhələdə daxil olması gələcək investisiyalar üçün də əlverişli zəmin yaradır.


Dünyanın aparıcı investorları ilə eyni platformada

Layihənin digər mühüm üstünlüyü tərəfdaş seçimidir. "I Squared Capital" hazırda dünyanın ən böyük infrastruktur investisiya şirkətlərindən biridir. Şirkətin idarəetməsində 60 milyard ABŞ dollarından artıq aktiv mövcuddur və portfelinə 70-dən çox ölkədə fəaliyyət göstərən 100-dən artıq şirkət daxildir.

Belə investorlarla əməkdaşlıq yalnız konkret layihənin uğuru kimi qiymətləndirmək olmaz. Bu, həm də ARDNF-nin qlobal maliyyə bazarlarında etibarlı və peşəkar institusional investor kimi mövqeyini daha da möhkəmləndirir.

Bir sözlə, Neft Fondunun Peru investisiyası adi maliyyə əməliyyatından daha geniş məna daşıyır.

Qlobal investisiya bazarında infrastruktur aktivləri son illər institusional investorların ən çox üstünlük verdiyi istiqamətlərdən birinə çevrilib. Bunun əsas səbəbi bu layihələrin uzunmüddətli və proqnozlaşdırılan pul axınları yaratmasıdır.

Xüsusilə enerji infrastrukturu iqtisadiyyatın baza elementlərindən biri hesab olunur. Elektrik enerjisinə tələbat iqtisadi tsikllərdən nisbətən az asılı olduğundan, bu sahəyə yatırılan vəsaitlər digər aktiv sinifləri ilə müqayisədə daha dayanıqlı gəlir mənbəyi hesab edilir. Məhz buna görə dünyanın aparıcı suveren fondları son illərdə infrastruktur portfellərinin çəkisini ardıcıl şəkildə artırırlar.

Bu qərar bir tərəfdən Fondun infrastruktur aktivlərinin portfeldəki çəkisini artırır, digər tərəfdən isə investisiyaların regional bölgüsünü genişləndirərək Latın Amerikasının ARDNF portfelində payını yüksəldir. Eyni zamanda, Fond qlobal enerji transformasiyasının yaratdığı yeni imkanlardan faydalanmaq üçün perspektivli enerji aktivlərində mövqeyini gücləndirir.

Beləliklə, Peruya yönələn investisiya ARDNF-nin aktiv portfelinə əlavə olunan növbəti layihədən daha artıq məna daşıyır. Bu qərar Fondun qlobal investisiya strategiyasında yeni regionun formalaşdığını, Latın Amerikasının portfeldəki payının artmağa başladığını və infrastruktur aktivlərinin uzunmüddətli inkişaf modelində daha mühüm yer tutduğunu göstərir. Dünyanın aparıcı institusional investorları ilə eyni platformada həyata keçirilən bu layihə ARDNF-nin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş və strateji investor kimi mövqeyini daha da möhkəmləndirir. Bununla yanaşı, Fondun gələcəkdə Latın Amerikasında yeni enerji və infrastruktur layihələrində iştirak imkanlarını da genişləndirir.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

Bu gün, 12:33

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

12-02-2025, 10:25

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • Bu gün, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • Bu gün, 17:22
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
  • Bu gün, 15:37
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • Bu gün, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • Bu gün, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • Bu gün, 12:33
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • Bu gün, 11:51
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • Bu gün, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • Bu gün, 10:40
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • Bu gün, 10:07
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • Bu gün, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • Bu gün, 08:58
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • Dünən, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • Dünən, 17:11
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • Dünən, 16:48
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • Dünən, 16:04
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • Dünən, 15:42
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • Dünən, 15:00
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • Dünən, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • Dünən, 13:01
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
  • Dünən, 12:35
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub
  • Dünən, 12:09
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
  • Dünən, 11:19
    Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub
  • Dünən, 10:39
    Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək
  • Dünən, 09:48
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • Dünən, 09:15
    UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq
  • Dünən, 08:52
    Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb
  • 5-08-2026, 17:38
    Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
  • 5-08-2026, 17:15
    Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək
  • 5-08-2026, 16:44
    Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər
  • 5-08-2026, 16:22
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 5-08-2026, 15:52
    Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə