Avqustun 5-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində "Novaya poçta" şirkətinin çeşidləmə mərkəzi məhv edilib.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
"Novaya poçta"nın məlumatına görə, zərbə nəticəsində 3 nəfər ölüb.
Şirkətdən bildirilib ki, hücum kasetli döyüş sursatlarından istifadə edilməklə həyata keçirilib.
Hazırda mütəxəssislər zərbənin nəticələrini qiymətləndirirlər.